Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-446/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC-nin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamların ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC-nin iştirakı ilə) sərəncamların ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2882/2021 nömrəli iş üzrə 18.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əs asən işə 23 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC-nin iştirakı ilə) qarşı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01.06.2001-ci il tarixli 403 nömrəli sərəncamının “2.3” bəndi və İddiaçı-nin istifadəsində olmuş 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması haqqında 24.05.2012-ci il tarixli 209 nömrəli sərancamının ləğv edilməsi, İddiaçı-yə məxsus 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı-nin istifadəsinə qaytarılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. B irinci instansiya məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(112)7037/2021 nömrəli (sədrlik edən hakim Həmid Ağalarov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, İPM-nin 12, 13, 35.1, 38.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.2, 3.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(112)-7037/2021 nömrəli qərardadının ləğv edilməsini, işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 18.11.2021-ci il tarixli, 2-1(103)-2882/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(112)-7037/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 18.11.2021-ci il tarixli, 2-1(10 3)-2882/2021 nömrəli qərardadının ləğv edilməsini, işin apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın mümkünsüzlüyü barədə səhvə yol vermiş, iddia tələbini mübahisələndirmə kimi qiymətləndirmiş və İPM-in 38.1-ci maddəsinə əsasən hesab etmişdir ki, iddia müddəti ötürülmüşdür. Halbuki, iddia ərizəsinin mahiyyətindən və sonuncu cümləsindən göründüyü kimi iddia tələbi mübahisələndirmə deyil, məcburetmə haqqındadır. Odur ki, məhkəmə İPM-nin 39.1-ci maddəsinə müvafiq iddianın mümükünlüyünü həll etməli idi. Çünki, o, saxta sərəncamın ləğv edilməsi barədə İPM-in 33.1 maddəsinə müvafiq 2021-ci ilin aprelin 12-də cavabdehə mür aciət etmiş, sonuncu həmin müraciətə cavab vermədiyi üçün həmin Məcəllənin 39.1-ci maddəsinə müvafiq olaraq 35 gün keçdikdən sonra məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra cavabdeh müraciətə imtina cavabı vermiş və imtinanın səbəbini əsaslandırmadan məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını ar aşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
10. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bil ər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət veril diyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası iddiaçın ın kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh inzibati orqana qarşı yönələn iddia tələbləri Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01.06.2001-ci il tarixli 403 nömrəli sərəncamının “2.3” bəndinin və İddiaçı-nin istifadəsində olmuş 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması haqqında 24.05.2012-ci il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsi, İddiaçı-yə məxsus 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı-nin istifadəsinə qaytarılmasından ibarətdir.
14. Baxılan iş üzrə 1-ci tələb, yəni Bakı Şəhər İcra Hakimiyyəti başçısının 01.06.2001-ci il tarixli 403 nömrəli sərəncamının “2.3” bəndinin ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələ ndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir.
15. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətini ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.
16. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
17. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
18. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
19. İddiaçının digər tələbi İddiaçı-nin istifadəsində olmuş 2,8 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması haqqında 24.05.2012-ci il tarixli, 209 nömrəli sərancamının ləğv edilməsidir.
20. İddiaçının kassasiya şikayətindən göründüyü kimi cavabdehin sərəncamları barədə 2015-ci ildə məlumatı olmuş, hətta hər iki sərəncamın ləğvi barədə 2015-ci ildə məhkəmədə iddia qaldırmış, hətta onlarla bağlı məhkəmə ekspertiza da təyin edilmiş və müvafiq rəy alınmış, sonunda isə barışıq sazişi bağlanmışdır.
21. İddiaçı 8 ildən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda iddiaçı həmin müddətin üzrlü səbəbdən buraxılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
23. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
24. Bütün yuxarıda gö stərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 18.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.11.2021-ci il tarixli, 2-1(103)-2882/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.