Məhkəmə qərarları › İş №2-1(102)-446/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-446/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-446/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; güzəştli iş stajının olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının 20 oktyabr 2018ci ildən təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1335/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Bakı şəhərində frezerçi işləmiş, 1985-ci ildən 1988-ci ilə qədər Bakı dənizçilik peşə məktəbində gəmi elektrik avadanlıqlarının istismarı ixtisası üzrə texniki peşə təhsili almış, xx.xx.1981-ci ildə 18 saylı şöbəyə frezerçi qəbul edilmiş, xx.xx.1981-ci ildən hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ildə qədər “Xəzərdənizgəmitəmiri” müəssisəsində elektrik montaj sexinə qaynaqçı, xx.xx.1984-cü ildən həmin müəssisədə KİP avtomatika üzrə elektromontaj sahəsində İ dərəcəli qaynaqçı işləmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə X3 nəqliyyat filialına gəmi elektrikinin şagirdi vəzifəsinə təyin edilmiş, xx.xx.1986-ci ildən ona İİ dərəcəli gəmi elektriki ixtisası verilmişdir. xx.xx.1988-ci ildən filialın texniki xidmət şöbəsinin sahil xidmətinə İV dərəcəli nizamlayıcı, xx.xx.2000-ci ildən nəqliyyat filialına elektromexanik, xx.xx.2001-ci ildən üzücü heyətə nəqliyyat donanması gəmilərinə elektrik mexaniki vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü ildən üzücü heyətə elektrik mexaniki vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə 1-ci dərəcəli elektrik mexaniki vəzifəsinə, xx.xx.2019-cu ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə elektrik mexaniki vəzifəsinə keçirilmişdir. 2. “Zığ” Gəmi Təmiri və Tikinti Zavodunun xx.xx.2022-ci il tarixli güzəştli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı X6 Təmiri İstehsalat Birliyi "Zaqfederasiya” adına Gəmi Təmiri zavodunda xx.xx.1984-cü ildən - Elektrikquraşdırma sahəsində nəzarət, ölçü cihazları və avtomatika üzrə üç ay sınaq müddəti ilə şagird çilingər peşəsinə işə qəbul edilmiş (60 nömrəli əmr, xx.xx.1984-cü il), xx.xx.1984-c ü ildən - Elektrikquraşdırma sahəsində nəzarət, ölçü cihazları və avtomatika üzrə birinci dərəcəli çilingər (163 nömrəli əmr, xx.xx.1984-cü il) işləmişdir, xx.xx.1986-cı ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad olunaraq, Azərbaycan X4 keçirilmişdir (106 nömrəli əmr, xx.xx.1986-cı il), X6 Təmiri İstehsalat Birliyi "Zaqfederasiya” adına Gəmi Təmiri zavodunda nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər kimi ümumilikdə iş stajı 1 il 9 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 3.1.a nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət - ölçü cihazları və avtomatika üzrə çilingərlər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Yuxanda göstərilən peşələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı İlə təsdiq edilmiş ******* a-18451-çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur. 3. “Azərbaycan X5” QSC X1 xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddia çı həqiqətən də Azərbaycan Dövlət X5nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1986-cı il tarixindən hal-hazıradək gəmi elektriki, elektromexanik, avtomat və nəzarət-ölçmə cihazlarının nizamlayıcısı vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 39 il 00 ay 20 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 36 il 07 ay 15 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli,12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21.2 bəndinin "b" yarımbəndinə və 11.6 bəndinin "a" yarımbəndinə (gəmi radioquraşdıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi) uyğundur.

4. İddiaçı ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçıya 20 oktyabr 2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Azərbaycan X5" QSC-nin X1 iddiaçıya dair 08 avqust 2022-ci iİ tarixli, AM xx/xx-1551 nömrəli arayışında xx.xx.1986xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində onun DTXB-da sahil heyətində nəzarətölçü cihazları və avtomatika nizamlayıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir ki, həmin vəzifə əmək şəraiti zərərli və ağır peşələrin siyahısında nəzərdə tutulan sahə və vəzifələrə aid olmadığı üçün iddiaçıya 60 yaşının tamam olduğu tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının 20 oktyabr 2018-ci ildən təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, onun güzəştli pensiya almaq hüququ 2018-ci ildə yaranmış, bu səbəbdən əmək pensiyasının təyin edilməsi üçün sənədlərini cavabdehə təqdim etsə də, cavabdeh ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina etmişdir. Qanunvericiliyin tələbinə əsasən, o, çalışdığı iş yerindən arayışı cavabdehə təqdim etsə də, cavabdeh həmin arayışda göstərilənləri nəzərə almaqdan imtina etmişdir. Halbuki, həmin arayışda qeyd edilir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir.

7. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

8. İşin məhkəmə araşdırması zamanı “Azərbaycan X5” QSC-nın X2 xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qey d etmişdir ki, iddiaçı xx.xx.1986-cı ildə X4 elektrik köməkçisi peşəsinə qəbul olunmuşdur və hazırda Donanmanın üzən heyətində elektromexanik vəzifəsində işləyir (məktuba X5nin 117/u, xx.xx.1986-cı il tarixli, 152/s nömrəli, xx.xx.1988-ci il tarixli, 219/z nömrəli, xx.xx.2000-ci il tarixli, 117 nömrəli, xx.xx.1986-cı il tarixli, 182/u nömrəli, xx.xx.1986-cı il tarixli, 218/b nömrəli, xx.xx.1988-ci il tarixli, 12.12.242/s nömrəli əmrlərdən çıxarışların surətləri, fərdi əmək müqaviləsinin surəti əlavə edilmişdir).

9. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-9008/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilm əsi üçün o, xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi iş stajına və həmin müddətin 12 il 6 ayı güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmalıdır. Lakin işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2006-cı ilə qədər 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmamışdır. Belə ki, onun həmin dövrdə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajı 6 il 10 ay 26 gün (xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir, xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilə qədər iddiaçının işlədiyi nəqliyyat filialının texniki xidmət şöbəsində sahil heyətində nəzarət-ölçü cihazları və avtomatika nizamlayıcısı vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə deyildir. Belə ki, Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsində (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndi (11.6) və Nəqliyyat bölməsində (21) Dəniz və çay donanması bəndində (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) vəzifəsi nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi sahil heyətində nəzarət-ölçü cihazları və avtomatika nizamlayıcısı vəzifəsi həmin vəzifələr siyahısına aid deyildir. İddi açının işi sahildə olmuşdur, iddiaçı qeyd edilən vəzifədə işlədiyi müddətdə daimi iş yeri üzən gəmilərdə olmamışdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün əsaslar mövcud deyildir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1335/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında və arayışda onun güzəştli iş stajına malik olması ilə bağlı kifayət qədər göstəricilər var. Bu sübutlar da məhkəmə tərəfindən görməzdən gəlinmişdir. Mövcud vəziyyətdə onun ziyanına şərh oluna bilən hər hansı əsas yoxdur. Hər iki məhkəmənin gəldiyi nəticə qeyriobyektiv və ədalətsizdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şik ayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. 1 yanvar 2006 -cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir.... 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddənin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömr əli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar -50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş hə ddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə ba ğlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin apellyasiya baxışı zamanı iddiaçının X5 QSC-də işlədiyi peşələrlə bağlı ziddiyyətlərə aydınlıq gətirilmiş və müəyyən edilmişdir ki, iddiaçı “Azərbaycan Dövlət X5nin” üzən heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1986-cı il tarixindən xx.xx.1988-ci il tarixinədək gəmi elektriki, 2-ci elektromexanik, xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək xidməti-yardımçı donanmada Texniki-xidmət Bazasında gəmiçiliyin bütün qrup gəmilərində (par om, quru yük və tankerlərdə) avtomat və nəzərət-ölçmə cihazlarının nizamlayıcısı vəzifəsində işləmişdir, xx.xx.2000-ci il tarixdən hal-hazıradək gəmilərdə elektrikmexaniki vəzifəsində işləyir.

26. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı ilə qədər 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmamışdır. Belə ki, onun həmin dövrdə güzəştli şərtlərlə pensiya hüququ verdiyi işlərdə iş stajı 6 il 10 ay 26 gün (xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir, xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilə qədər iddiaçının işlədiyi nəqliyyat filialının texniki xidmət şöbəsində sahil heyətində nəzarət-ölçü cihazları və avtomatika nizamlayıcısı vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə deyildir. Belə ki, onun işi sahildə olmuşdur, qeyd edilən vəzifədə işlədiyi müddətdə daimi iş yeri üzən gəmilərdə olmamışdır. Həmçinin, iddiaçı xx.xx.1988-ci il tarixdə sahil xidmətində vəzifəyə keçirilmiş, xx.xx.2000-ci il tarixinədək həmin vəzifədə olmuş və yalnız xx.xx.2000-ci il tarixində üzən heyətə vəzifəyə keçirilmişdir. Şəxsi vərəqədən də görünür ki, iddiaçı 1988-2000-ci illər arasında hər hansı bir üzən gəmidə işləməmişdir. Halbuki, güzəştli arayışlarda iddiaçının 1986-cı ildən hazırkı vaxtadək müxtəlif üzən gəmilərdə xidmət etməsi barədə məlumat qeyd edilmişdir. Belə olan halda, sübut kimi təqdim edilmiş güzəştli arayışlar məhz mübahisələndirilən vəzifənin güzəştli olmasına dair mötəbər sübut kimi qəbul oluna bilməz.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə q ərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1335/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar