Məhkəmə qərarları › İş №2-1(102)-4463/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4463/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4463/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayət verilməsi müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı öz xahişi ilə işdən çıxarılması barədə ##.##.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

2. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər Ş.Məmmədova – məruzəçi, K.Əkbərov və P.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin dəlilləri, kassasiyanın mümkünlüyü

6. İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.

7. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, onun cavabdeh dövlət orqanında işlədiyi dövrdə xidməti istifadə üçün verilmiş elektron imzası mövcud olsa da, həmin elektron imza işdən çıxarıldıqdan sonra cavabdehdə qalmış, ondan təhvil alınmış, həmin imzadan yalnız cavabdehin elektron informasiya sisteminə giriş məqsədi ilə xidməti istifadə etmiş, həmin imza ilə heç vaxt elektron məhkəmə informasiya sisteminə daxil olmamış, həmin sistemdə qeydiyyatdan keçməmiş və elektron kabineti də olmamışdır, hazırda da mövcud deyil. Hazırkı inzibati məhkəmə mübahisəsi dövründə də həm birinci instansiya məhkəməsində, həm de apellyasiya instansiyasında bütün prosessual sənədlər ona məhz poçt vasitəsilə ünvanına göndərilmiş və ya özü müraciət edərək məhkəmə dəftərxanasından zəruri sənədləri götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının icraatında olmuş *-*(***)-****/**** saylı iş üzrə qərar qəbul edildikdən bir müddət sonra onun əvvəlki instansiyanın qərarı kimi poçt ünvanına göndəriləcəyini güman etdiyindən bir müddət gözləmiş, həmin qərardan kassasiya şikayəti vermək niyyətində olduğundan və bu vaxta kimi qərarın ünvanına poçt orqanından daxil olmamasından narahat olaraq ##.##.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası ilə telefon əlaqəsi saxladıqda əməkdaşlar iş üzrə ##.##.2025-ci il tarixli qərarın ona poçtla göndərilmədiyini, adına elektron imza olduğundan elektron məhkəməyə ##.##.2025-ci il tarixdə yerləşdirildiyini və təqdim edilmiş hesab edildiyini bildirmişlər. Elektron məhkəmə informasiya sistemində heç vaxt qeydiyyatdan keçmədiyini, elektron kabinetinin olmadığını, ümumiyyətlə həmin sistemin funksionallıqlarından məlumatının da olmadığını bildirmiş və məhkəmə aparatına yaxınlaşaraq məhkəmə qərarının mətnini kağız daşıyıcıda elə həmin gün əldə etmiş, tələsik vəkillə müqavilə bağlamış və vəkil tərəfindən kassasiya şikayəti tərtib edilərək həmin gün kuryer şirkətinə təqdim edilmişdir. Ona görə də, vətəndaşın adına daha öncə elektron imza daşıyıcısının mövcud olması onun həmin elektron imzadan istifadə edərək elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçmədiyi halda onun adına həmin sistemdə məlumatının olmadığı tarixdə və şəraitdə qərarın imzalanması vətəndaşın hüquqlarına toxunan məhkəmə qərarını mübahisələndirmək hüququnu və məhkəməyə əlçatanlığını məhdudlaşdırmamalıdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.

Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.

Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası müddətin bərpası barədə ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, ərizənin təmin edilməsi və kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

11. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

12. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ## ###### 2025-ci ildə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir (i.v. 160).

13. Lakin iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından verilmiş kassasiya şikayəti ##.##.2025-ci il tarixdə poçt xidmətinə verilmiş (i.v. 196), bununla da qanunvericilikdə apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürmüşdür.

14. İddiaçının özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.

15. İddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini etiraf edərək müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. İddiaçı qeyd etmişdir ki, onun xidməti istifadə üçün verilmiş elektron imzası mövcud olsa da, həmin elektron imza işdən çıxarıldıqdan sonra cavabdehdə qalmış, ondan təhvil alınmış, həmin imzadan yalnız cavabdehin elektron informasiya sisteminə giriş məqsədi ilə xidməti istifadə etmiş, həmin imza ilə heç vaxt elektron məhkəmə informasiya sisteminə daxil olmamış, həmin sistemdə qeydiyyatdan keçməmiş və elektron kabineti də olmamışdır. Ona görə, apellyasiya instansiyası məhkəməsinin qərarından ##.##.2025-ci il tarixdə məlumatlı olmuş, həmin gün də kassasiya şikayəti tərtib edilərək poçt xidmətinə təqdim edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, ərizədə göstərilmiş hal müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin hazırkı iş üzrə müddətin iddiaçının təqsiri olmadan ötürüldüyü müəyyən edilmir.

17. Belə ki, iş materiallarında iş vərəqə 160-da olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış”a əsasən iddiaçının ##.##.2023-cü il tarixdə şəxsi kabinetdə qeydiyyat keçdiyi, onun qeydiyyatının xidməti elektron imzaya deyil, bir başa iddiaçının FİN koduna (*******) bağlı olduğu və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ## ###### 2025-ci ildə iddiaçının elektron kabinetinə yerləşdirildiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008- 18.qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual ci il tarixli müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar