Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4468/2025 09.06.2026 ALI MƏHKƏMƏ İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası adından İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxs: İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkəti) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(103) ***/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli e- *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı ilə cavabdeh Bakı Şəhər Icra Hakimiyyəti arasında bağlanmış ##.##.2017-ci il tarixli, **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə etibarsız hesab edilmiş, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanda yerləşən 246 kv.m torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanınmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Bakı Şəhər Icra Hakimiyyəti arasında ##.##.2017-ci il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müaqaviləyə əsasən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivində yerləşən 246 kv.m torpaq sahəsi illik 1115,86 manat icarə haqqı ödənilmək şərti ilə 49 il müddətinə İddiaçı icarəyə verilmişdir. Müqavilədə torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi üçün verilməsi qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsinin ona qeyri-yaşayış obyekti tikintisi üçün deyil, fərdi yaşayış evinin tikintisi üçün icarəyə verildiyini, müqaviləyə uyğun olaraq orada tikiləcək fərdi yaşayış evi layihəsinin icra hakimiyyəti ilə razılaşdırılaraq tərtib edildiyini, layihəyə uyğun olaraq artıq evin tikildiyini, müqavilədə torpaq sahəsinin qeyri-yaşayış obyekti tikintisi üçün icarəyə verilməsinin onun icarəçi kimi həqiqi iradə ifadəsini əks etdirmədiyini, bu səbəbdən müqavilənin etibarsız olduğunu bildirmişdir. İddiaçı bu əsaslardan çıxış edərək, Bakı Şəhər Icra Hakimiyyəti arasında bağlanmış ##.##.2017-ci il tarixli, **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin bağlandığı andan etibarsız sayılmasını, torpaq sahəsinə onun yaşayış məqsədi ilə əvəzsiz olaraq daimi istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a bəndinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində yerləşən torpaq sahəsi, 35 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən, həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz olunmur.
3. Iddiaçı iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizə ilə cavabdeh DƏDKR-in * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e- *(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçının cavabdeh Bakı şəhər Icra Hakimiyyəti arasında bağlanmış ##.##.2017-ci il tarixli, **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun tanınması qət edilmiş, * saylı Bakı Ərazi Idarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 16 ünvanında yerləşən ümumi sahəsi 92,1 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bildirişdə hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsini imtinanın əsası kimi qeyd etmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2022 ci il tarixli, e-*(***)-***/**** saylı hüquqların tanınması barədə qətnaməsi, fərdi yaşayış evinin razılaşdırılmış layihəsi və məlumatlandırma icraatına dair ərizə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən qeyd edilən sənədlər hüquqmüəyyənedici sənədlər olmaqla, hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh bildirişdə digər imtina əsası kimi, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş sahədə yerləşdiyini qeyd etmişdir. Halbuki, həmin sahənin hansı hüquqmüəyyənedici sənədə əsasən ARDNŞ-nin istifadəsinə olduğu, ARDNŞ-nə məxsus torpaq sahəsinin naturada sərhədlərinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsi qeyd edilməmiş və ən əsası həmin sahəyə iddiaçının istifadə hüququnun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanındığı nəzərə alınmamışdır. Bundan əlavə, həmin torpaq sahəsində iddiaçı ilə hasar qonşusu olan şəxslərə daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququna dair çıxarışlar (çıxarışlar və sxem əlavə olunur) verilmişdir və həmin çıxarışlarda torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğu qeyd edilmişdir. “Inzibati icraat haqqında” Qanunun12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Indiki halda iddiaçı ilə eyni faktiki statusa malik digər şəxslərin hüquqları dövlət qeydiyyatına alındığı halda, iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina edilməsi inzibati icraat haqqında qanunvericiliyin pozuntusu olmaqla yolverilməzdir. Cavabdeh bildirişdə digər imtina əsası kimi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini qeyd etmişdir. Iddiaçı tərəfindən “xxxx” ASC-dən torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətməməsi və qeydiyyata alınmasına etiraz etməməsi barədə ##.##.2023-cü il tarixli arayış alınmışdır (əlavə olunur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15ci maddəsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qapalı dairədə altı halını dəqiq şəkildə müəyyən edir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqandır və inzibati hüququn qanunçuluq prinsipinə, “Inzibati icraat haqqında” Qanunun 11-ci, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Konstitusiyasının 71.10-cu maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş hüdudlarda fəaliyyət göstərə bilərlər. Yəni inzibati orqan olan cavabdeh yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edə bilər ki, işin faktiki əsaslarında belə bir hal mövcud deyildir və cavabdehin imtina bildirişində də bu hallardan hər hansı biri qeyd olunub əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2020-ci il tarixli və ##.##.2023-cü il tarixli ərizələrlə * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh Bakı şəhər Icra Hakimiyyəti arasında bağlanmış ##.##.2017-ci il tarixli, **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun tanınması qət edilmiş, * saylı Bakı Ərazi Idarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Torpaq Məcəlləsinin 48ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Hesab edirik ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikasının Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanlara əsasən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 16 ünvanında yerləşən ümumi sahəsi 92,1 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim Tural Məlikov).
9. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh DƏDKR * saylı Bakı Ərazi Idarəsinin üzərinə hər hansı öhdəlik qoyulmasa da, iddiaçının torpaq sahəsi (ünvan 1 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi) üzərində istifadə hüququ tanınmışdır. Yəni faktiki olaraq iddiaçının tanınan bu hüququn əsasında duran hal - qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxış edir ki, həmin məhkəmə qətnaməsinin məcburiliyi təkcə proses iştirakçılarına münasibətdə deyil, ümumiyyətlə bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi iddiaçının ünvan 1 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində hüquqların yaranmasına dəlalət edən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində göstərilən hüquqmüəyyənedici sənəddir.
10. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi birinci hal təkzib olunmuşdur. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin 2-1(102) ***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
11. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** saylı rəyi ilə müəyyən edilmişdir ki: -Əvvəlki müraciət zamanı təqdim edilmiş cizgidə göstərilən 246.0 kv.m torpaq sahəsi ilə faktiki vəziyyət arasında cüzi fərq mövcuddur. Faktiki olaraq torpaq sahəsi 270.0 kv.m təşkil edir. Sözügedən torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən baş plan rəyə əlavə olunur. -Iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi ünvan 3 16 ünvanında yerləşən ümumi sahəsi 246.0 kv.m olan torpaq sahəsi ilə üstüstə düşür. - Vahid elektron kadastr baza məlumatlarına əsasən sahəyə hər hansı fiziki və ya hüquqi şəxsin müraciəti, üst-üstə düşmə ilə bağlı məlumat aşkar edilməmişdir. - Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlüklə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir. Həmçinin göstərilən 270.0 kv.m sahənin 95.0 kv.m hissəsi yüksək gərginlikli (35 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Sözügedən sahə "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aiddir.
13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Məmmədov və Pərviz Hüseynov).
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, imtinanın birinci əsası formal xarakter daşıyır. Belə ki, işin faktiki hallarından göründüyü kimi ünvan 1 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi ilə bağlı ilkin olaraq İddiaçı ilə Bakı şəhər Icra Hakimiyyəti arasında bağlanmış ##.##.2017-ci il tarixli, **** nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, daha sonra həmin müqavilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-2(010)- ***/**** nömrəli qətnaməsi ilə etibarsız hesab edilərək, ünvan 1 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanınmışdır. Sözügedən məhkəmə qətnaməsində məhkəmə xüsusi ilə müqavilə əsasında torpaq sahəsinin iddiaçının istifadəsinə verildiyini, iddiaçının da torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdiyi və həmin vaxtdan bu torpaq sahəsindən heç bir mübahisə olmadan istifadə etdiyini vurğulamışdır. Göründüyü kimi ümumi məhkəmə tərəfindən mülki icraat çərçivəsində baxılan və nəticədə iddiaçının xeyrinə yekunlaşan iş üzrə iddiaçının ünvan 1 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində istifadə hüquqlarının tanınması təkzib olunmazdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh DƏDKR * saylı Bakı Ərazi Idarəsinin üzərinə hər hansı öhdəlik qoyulmasa da, iddiaçının torpaq sahəsi (ünvan 1 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi) üzərində istifadə hüququ tanınmışdır. Yəni faktiki olaraq iddiaçının tanınan bu hüququn əsasında duran hal - qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxış edir ki, həmin məhkəmə qətnaməsinin məcburiliyi təkcə proses iştirakçıları münasibətdə deyil, ümumiyyətlə bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi iddiaçının ünvan 1 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində hüquqların yaranmasına dəlalət edən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində göstərilən hüquqmüəyyənedici sənəddir.
15. Torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının hüquqlarının mövcudluğunu təkzib etmir. Eyni zamanda, “xxxx” ASC iddiaçıya verdiyi arayışda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində yerləşən torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini də xüsusi olaraq vurğulamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır.
16. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe *-*(***)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2023-cü il tarixli qərarında da təkrarlanmışdır.
17. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində qeyd edilmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** №-li ekspert rəyindən görünür ki, iddia edilən torpaq sahəsi bötüvlükdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Həmçinin göstərilən 270 kv.metr sahənin 95 kv.m. hissəsi yüksək gərginlik (35 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Sözügedən sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Iş materiallarından göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” IB-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilindədir. Iddiaçı tərəfindən Sovxoza ayrılmış ərazilərdə deyil, 3-cü şəxs Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaqların hüdudlarında olan torpağı zəbt etməsi qanunsuzdur və zəbt edilmiş torpağa mülkiyyət hüququ verilməsi isə qanunvericiliyin bütün prinsiplərinə ziddir.
19. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Hökumətinin, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi ha ların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neftqaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması ha larının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
20. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd olunmasını xahiş etmiş, etirasını iddia tələbinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə Institutu tərəfindən iddiaçının fərdi yaşayış evinin layihəsi razılaşdırılmış və Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən fərdi yaşayış evinin layihəsi təsdiq edilmiş, bunun əsasında Qaraçucxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, döngə 16 ünvanında fərdi yaşayış evi inşa edilmişdir. Həmçinin məlumatlandırma icraatının tələbləri yerinə yetirilmişdir. Iddiaçı və Bakı Şəhər Icra Hakimiyyəti arasında faktiki olaraq qeyriyaşayış sahəsinin deyil, yaşayış sahəsinin icarəyə verilməsi münasibətləri mövcud olduğundan və tərəflər arasında bağlanmış **** nömrəli, ##.##.2017-ci il tarixli torpaq icarəsi müqaviləsi tərəflərin həqiqi iradəsini ifadə etmədiyindən iddiaçının tələbi əsasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e- *(***)-***/**** saylı qətnaməsi ilə “Torpaq icarəsi müqaviləsi” etibarsız hesab edilmiş və torpaq sahəsinə daimi istifadə hüququnun tanınması tələbi təmin edilmişdir. Fərdi yaşayış evinin inşa olunduğu ərazidə yüzlərlə fərdi yaşayış evi mövcuddur və iddiaçı tərəfindən fərdi yaşayış evinin inşası zamanı üçüncü şəxs tərəfindən hər hansı etiraz bildirilməmişdir.
Tətbiq edilən hüquq
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... 8.0.10. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
22. Inzibati Prosessual Məcəllə Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
27. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
29. Işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh iddiaçının inşa etdiyi evə mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina edərkən 3 hala istinad etmişdir; 1. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir;
2. Torpaq sahəsinin bir hissəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir; 3. Torpaq sahəsinin bir hissəsi yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşir.
30. Evin yerləşdiyi torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olması faktıdır. Mübahisəli torpaq sahəsinin üçüncü şəxcin istifadəsinə verilmiş torpaq sahəsində yerləşməsini işə baxmış məhkəmələr qəbul ediblər. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi iddia olunan torpaq sahəsinin üçüncü şəxs ARDNŞ-nin istifadəsində olduğu barədə cavabdehin etiraz dəlilini rədd edərkən bildirmişdir ki, “iddiaçının ətrafında (Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşən) və qonşuluğunda yerləşən torpaq sahələri başqa şəxslərin mülkiyyətindədir və həmin torpaq sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir. Bu isə o deməkdir ki, iddia olunan torpaq sahəsi ilə qonşuluqda olan və mülkiyyət hüquqları qeydiyyata alınan torpaq sahələrinin mülkiyyətçilərinə münasibətdə fərqli mövqeyi nümayiş etdirilmiş, torpaq sahələrinin Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşib-yerləşməmələrinə münasibət bildirilmədən onların hüquqlarının qeydiyyatı həyata keçirilir”.
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması həmin fakt üzrə yarımçıq araşdırmaya əsaslanıb. Belə ki, mövcud məhkəmə təcrübəsi analoji mübahisələrə baxılarkən mübahisəli torpaq sahəsi ayrılan anda həmin torpaq sahəsinin kimə məxsus olmasının yoxlanmasını, Neft Şirkətinin istifadəsinə torpaq sahəsinin nə vaxt verilməsinin (bələdiyyə və ya icra hakimyyəti tərəfindən iddiaçıya torpaq sahəsi ayrılandan əvvəl və ya sonra) müəyyən olunmasını tələb edir. O cümlədən mübahisəli yerdə digər torpaq sahələrinin reyestr qeydiyyatına alınıb alınmadığı araşdırılarkən də bu torpaqların hansı orqan tərəfindən, hansı əsaslarla və nə vaxt ayrıldığnın müəyyən olunması vacibdir.
32. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi iddia olunan torpaq sahəsinin ətrafında (Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşən) və qonşuluğunda yerləşən torpaq sahələrinin başqa şəxslərin mülkiyyətində olmasına və həmin torpaq sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilməsinə istinad etməsinə baxmayaraq, işə əlavə olunmuş sənədlərdən həmin şəxslərə ilkin olaraq torpaq sahələrinin nə vaxt (iddiaçı ilə eyni vaxtda və ya çox əvvəlki tarixlərdə) ayrılması müəyyən edilmir. Bu halda aparılmış qeydiyyatların birmənalı olaraq iddiaçının hüquqi vəziyyəti ilə eyniləşdimək üçün kifayət qədər əsaslar mövcud deyil.
33. Bundan başqa, işə baxmış məhkəmələrin iddia tələbini təmin edərkən istinad etdikləri hüquqi əsas ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçının ünvan 1 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində hüquqların yaranmasına dəlalət edən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində göstərilən hüquqmüəyyənedici sənəddir.
34. Doğrudur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4cü maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən olunub. Qanunda bu məhkəmə qərarlarının məzmunu konkrat olaraq açıqlanmasa da həm bu maddənin məqsədinə, həm də daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatının hüquqmüəyyənedici deyil, hüquqtəsdiqedici xarakter daşıması prinsipi baxımından aydındır ki, burada əmlaka istifadə və sərəncam hüquqlarının yaranmasına səbəb olan məhkəmə aktlarından bəhs olunur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı reyestr orqanı üçün yeni hüquq yaratmır, o, artıq məhkəmə tərəfindən müəyyən edilmiş hüququn dövlət reyestrində rəsmiləşdirilməsi üçün hüquqi əsas rolunu oynayır. Bu səbəbdən maddənin əhatə dairəsi konkret iddia növləri ilə deyil, qərarın əşya hüququna təsiri meyarı ilə müəyyən edilməlidir. Məsələn, mülkiyyət hüququnun tanınması haqqında qərarlar (özbaşına tikiliyə müəyyən hallarda mülkiyyət hüququnun tanınması, əldəetmə müddətinə (qazanma müddətinə) görə mülkiyyət hüququnun tanınması; hüquqmüəyyənedici sənədlər itirildikdə və ya olmadıqda mülkiyyət hüququnun tanınması), ümumi mülkiyyətlə bağlı qərarlar (birgə mülkiyyətdə payların müəyyən edilməsi; ümumi əmlakın naturada bölünməsi; payın ayrılması; birgə mülkiyyətə xitam verilməsi), vərəsəlik münasibətlərindən irəli gələn qərarlar (miras əmlakında payların müəyyən edilməsi; miras əmlakının bölünməsi; vərəsəlik hüququnun tanınması; vəsiyyətnamənin etibarsız sayılması nəticəsində hüquqların yenidən müəyyən edilməsi), əqdlərlə bağlı qərarlar (alqı-satqı, bağışlama, dəyişdirmə müqavilələrinin etibarlı hesab edilməsi; etibarsız əqdin nəticələrinin tətbiqi və əmlakın əvvəlki sahibinə qaytarılması; dövlət qeydiyyatından yayınan tərəfin əvəzinə məhkəmə qərarı ilə hüququn rəsmiləşdirilməsi) və s. Əsas meyar ondan ibarətdir ki, məhkəmə qərarı təkcə hüquqi faktı müəyyən etməsin, həm də reyestrdə qeydiyyata alınmalı əşya hüququnun yaranmasına, dəyişməsinə, keçməsinə, məhdudlaşmasına və ya xitamına səbəb olsun.
35. Həmçinin qeydiyyat orqanı məhkəmə qətnaməsini icra edərkən qərardan hansı hüququn reyestrdə qeyd edilməli olduğunu dəqiq müəyyən edə bilməlidir. Reyestrə "istifadə hüququ" abstrakt anlayış kimi daxil edilmir. Reyestrdə konkret hüquq növü qeyd olunur və həmin hüququn məzmunu qanunla müəyyən edilir.
36. Bəhs olunan Suraxanı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsində iddiaçı üçün torpağa istifadə hüququ tanınmışdır. Bu zaman məhkəmə eyni zamanda əvvəlki 49 illik icarə müqaviləsini etibarsız hesab etmiş, lakin bunun əvəzində “istifadə hüququ” tanınmışdır. Belə olan halda sual yaranır ki, qətnamədə hansı istifadə hüququndan bəhs olunur? Çünki torpaq qanunvericiliyində "istifadə hüququ" vahid institut deyil. O, müxtəlif hüquqi formalarda (daimi (müddətsiz) istifadə hüququ; müddətli istifadə hüququ; icarə hüququ; digər qanunla nəzərdə tutulmuş istifadə hüquqları) mövcud ola bilər. Qətnamədə bu hüququn hansı maddi hüquq normasına əsasən tanındığı da göstərilmir. Suraxanı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra bələdiyyə ilə iddiaçı arasında bu torpaq sahəsinin istifadə müddətləri ilə bağlı əlavə razılaşmanın olub-olmaması iş materiallarından müəyyən edilmir.
37. Bu halda məhkəmənin iddiaçının torpağa hüququnu müəyyən edərkən Suraxanı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsinə Qanunun 8.0.4-cü maddəsində nəzərdə tutulan əsas kimi istinad etməsi, bununla yanaşı evə dair qeydiyyatın aparılmalı olduğu barədə nəticəyə gəlməsi, yarımçıq əsaslandırmadır.
38. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar.
39. Üçüncü şəxsin kassasiya şikayətində, həm də iş üzrə keçirilmiş ekspert rəyində də qeyd edilmişdir ki, hazırda mübahisə olunan fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə uyğun "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid edilmişdir.
40. Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Lakin mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
41. Işin hallarından müəyyən olunur ki, hazırkı mübahisə predmeti olan fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində yüksək gərginlikli (35 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir.
42. Məhkəmələr bu faktla bağlı hüquqi dəyərləndimə apararkən “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışa istinad ediblər. Həmin arayışda qeyd olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi 35 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən, həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz olunmur.
43. Apelyasiya instansiyası məhkəməsi həmin fakta bəsit qiymət verərək bildirib ki, “qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının hüquqlarının mövcudluğunu təkzib etmir. Eyni zamanda, “xxxx” ASC iddiaçıya verdiyi arayışda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində yerləşən torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini də xüsusi olaraq vurğulamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır”.
44. Lakin nəzərə alınmalıdır ki, apelyasiya instansiyasının əsaslandırdığı bu mövqe torpaq sahəsinin qeydiyyata alınması zamanı həlledicidir. Hazırkı halda isə ev üzərində qeydiyyatdan söhbət gedir. Məhkəmə iddiaçının evinin qeyd olunan mühafizə zonasının hüdudlarında olan zonalar üçün təsdiq edilmiş qaydalara əməl edilib-edilməməsini müəyyən etmədən iddia tələbini təmin etmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
46. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.