Məhkəmə qərarları › İş №2-1(102)-447/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-447/2019

30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-447/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-447/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 30 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Rəfibəyli Fərhad Lətif oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 oktyabr tarixli 2-1(103)-2111/2018 nömrəli qə rarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1958-ci il xx.xx. tarixdə doğulmuş, 1978-ciil 1 noyabr tarixdən 2005-ciil11 iyul tarixəqədərəmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 11 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən sənədlərə əsasən iddiaçının 1988-ci il 28 oktyabr tarixdən 1990-cı il 26 oktyabr tarixə və 1996-cı il 16 may tarixdən 2005-ci il 11 iyul tarixə “Eksperimental istehsalat reklam kombinatı”nda işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazir lər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verilən iş kimi nəzərdə tutulmamışdır. İddiaçı 2018-ci il 16 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1988-ci il 28 oktyabr tarixdən 1990-cı il 26 oktyabr tarixə qədər və 1996-cı il 16 may tarixdən 2005-ci il 11 iyul tarixə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni 2010-cu il 5 yanvar tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun işlədiyi vəzifələr xüsusilə ağır işlər olduğundan, güzəştli şərtlərlə iş stajına daxil edilməlidir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27.1, 31.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 iyun tarixli 2-1(81)-2800/18 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1988-ci il 28 oktyabr tarixdən 1990-cı il 26 oktyabr tarixə qədər və 1996-cı il 16 may tarixdən 2005-ci il 11 iyul tarixə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni 2010-c u il 5 yanvar tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsiöhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 20 il ümumi, 10 il xüsusi staja malik olmuş və işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verilən iş kimi nəzərdə tutulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 oktyabr tarixli 2-1(103)-2111/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 29 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 26 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) e) toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar — Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə — 50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda;... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli Qanunla edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına görə, 1978-ci il 1 noyabr tarixdən 2005-ci il 11 iyul tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuş, 1988-ci il 28 oktyabr tarixdən 1990cı il 26 oktyabr tarixədək və 1996-cı il 16 may tarixd ən 2005-ci il 11 iyul tarixədək Eksperimental istehsalat reklam kombinatında “toxucu” vəzifəsində işləmişdir. 1992-ci ildə qəbul edilmiş və iddiaçının “toxucu” vəzifəsində işlədiyi 1996-2005-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (e) bəndində “toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar” üçün xüsusi müddət – 20 illik iş stajı müəyyən etmişdir. Həmin istehsalat sahəsi və peşə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısında nəzərdə tutulmalı idi. Həmin Qanunun müddəaları nəzərə alındıqda, iddiaçının işlədiyi “toxucu” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən is tehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş Toxuculuq sənayesi (********) üzrə “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” (2200200a-11602) peşəsinə, “3. Kətan və kəndir-cut istehsalları” (********) üzrə “yaş toxumada məşğul olan toxucular” (2210400a—17501) və ya “yaş toxumada məşğul olan tesma toxucuları” (2210400a— 19136) peşələrinə uyğun olduğunu, habelə iddiaçının “toxucu” vəzifəsində 20 il işlədiyini təsdiq edə n sübut işdə yoxdur. İddiaçının 52 yaşının tamam olduğu 2010-cu ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) müddəaları nəzərə alındıqda, pensiya hüququnun yaranması üçün onun “toxucu” vəzifəsində 20 il işləməsi tələb olunmur. Belə ki, həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçının azı 20 il ümumi sığorta stajı vardır. Lakin onun 10 ildən artıq müddətdə işlədiyi “toxucu” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan (26.1.Toxuculuq sənayesi: “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları”; 26.3.Kətan və kəndir-cüt istehsalı: “yaş toxumada məşğul olan toxucular” və ya “yaş toxumada məşğul olan tesma toxucuları”. Habelə apellyasiya instansiya məhkəməsinin istinad etdiyi 32.Toxuculuq istehsalatı. toxucular: metal və sintetik tor toxuyan toxucular) vəzifələrə (peşələrə) uyğunluğunu təsdiq edən sübut yoxdur. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin normanın tələbi iddiaçı tərəfindən təmin olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 oktyabr tarixli 2-1(103)-2111/2018 nömrəli qərarı ləğv edilir. İddia təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar