Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-447/2021 23.02.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı “müharibə veteranı müavin ətinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-279/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində 086671 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdə iddiaçıya “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun o laraq 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir.
2. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ona verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin hesablanıb verilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir.
3. Cavabdeh orqan xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının sözügedən təqaüdü almaq hüququ ona “müharibə veteranı” adı və vəsiqəsi verildiyi xx.xx.2019-cu il tarixindən yaranmışdır və həmin tarixdən də ona müvafiq təqaüd təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. Cavabdeh in imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək müharibə veteranı vəsiqəsi aldığı xx.xx.2019-cu ildən əvvəlki 3 illik dövr üçün müharibə veteranları üçün müəyyən olunmuş sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı 1990-cı illərdə Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2019-cu ildə veteran vəsiqəsi almışdır. Odur ki, ona veteran vəsiqəsi aldığı tarixdən əvvəlki 3 illik dövr üçün müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilməli olsa da, cavabdeh orqan əsassız olaraq bundan imtina etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tari xli, 2-1(118)-573/2020 nömrəli qərarına əsasən (hakim – Ceyhun Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçıya xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçı müraciət edilməzdən əvvəlki üç il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti tələb etmək hüququna malikdir. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə müharibə veteranlarına ödənilən sosial müavinət xx.xx.2019-cu il tarixindən müvafiq Prezident təqaüdü ilə əvəz edildiyindən iddiaçının tələbi qismən təmin edilməli, xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək ödənilməmiş müavinət hesablanaraq iddiaçıya ödənilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-573/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-279/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Fərmayıl Zeynallı, hakimlər – Hökümə Babayeva və Fuad Məmmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-573/2020 nömrəli qərarının qismən ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
11. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
12. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)-279/2020 nö mrəli qərardadına əsasən iddiaçının ərizəsi təmin olunmuş və xx.xx.2020-ci il tarixində iddiaçı vəkillə təmin olunmuşdur.
13. İddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-279/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə “Veteranlar haqqında” Qanuna əsasən ona məhz veteran vəsiqəsi təqdim edildikdən – xx.xx.2019-cu ildən əvvəlki 3 illik dövr üçün veteranlar üçün nəzərdə tutulmuş güzəştlər tətbiq edilməli və qanunla müəyyən ol unmuş sosial müavinətin verilməsi bərpa olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 57 və 71-ci, İnzibati Prosessual Məcəllənin 73.1-ci maddələrinin tələblərinə əməl etməmiş, hazırkı iş üzrə qərarı kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, heç bir qanuni əsas olmadan cavabdehin apellyasiya şikayətini təmin etmişdir. İnzibati Prosessual Məcəllənin tələbinə görə isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16 İşə baxılmasının vaxtı və yeri haqda lazımi qay dada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. Həmin maddənin 4-cü bəndinə görə, təqaüdlərin və sosial müavinətlər in minimum məbləği qanunla müəyyən edilir. 19. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 168 nömrəli Fərmanına əsasən sözügedən müavinətin məbləği 55 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı ilə həmin yarımbənd ləğv edilmişdir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. 22. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
23. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati or qan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Hazırkı qərarın 17-20-ci bəndlərində göstərilən normalara əsasən hər bir vətəndaşın qanunla nəzərdə tutulmuş hallarda sosial təminat hüququ var, sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir və qanunvericiliyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğin də sosial müavinət müəyyən edilmişdir.
30. Hazırkı qərarın 21-ci bəndində göstərilən Prezident təqaüdü təsis edildikdən sonra müharibə veteranlarına sözügedən müavinətin verilməsi dayandırılmış, onun əvəzində Prezident təqaüdü verilməsinə başlanılmışdır.
31. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə də Prezident təqaüdünün təsis edildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixindən sonra “müharibə veteranı” adı və vəsiqəsi almış şəxlərə “müharibə veteranı” vəsiqəsi aldığı tarixdən əvvəlki üç ilə görə müavinətin verilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1133/2020 nömrəli qərarı), həmin tarixdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə münasibətdə isə işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haq qında” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1563/2020 nömrəli qərarı).
32. Hazırkı işin mübahisəsiz hallarından məlum olduğu kimi iddiaçı xx.xx.2019-cu il tarixində, yəni Prezident təqaüdü təsis edildikdən sonra “müharibə veteranı” adı və vəsiqəsi aldığına görə ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun tələbləri tətbiq oluna bilməz.
33. Belə ki, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır.
34. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir.
35. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutul mamışdır.
36. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmiş, prosessual normaların tələblərinə riayət etmiş və kassasiya şikayətinin dəlillərində qeyd olunan hər hansı normanın pozulmasına yol verməmişdir. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-279/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.