Məhkəmə qərarları › İş №2-1(102)-447/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-447/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-447/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2010/2021 nömrəli iş üzrə 29.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə ünvan ünvanında yerləşən bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03.12.2019-cu il tarixli, **********99 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəla n qəsəbəsi, 780 “p” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 708 “p” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur və sxematik xəritəyə əsasən göstərilən ərazilər 699 nömrəsi ilə başlayan bağların yerinə uyğun gəlir. Həmçinin təqdim edilmiş sənədlə digər şəxs tərəfindən başqa torpaq sahəsinə və digər sənədlə sözügedən əraziyə digər şəxs tərəfindən müraciət olunmuşdur. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı ünvan ünvanında yerləşən bağ sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı vəzifələrin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi, sonradan iddianın dəq iqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.03.1997-ci il tarixli, 233 №-li Sərəncamı ilə ona ayrılmışdır, həmin ildən onun istifadəsindədir. Bağ sahəsinin sxematik xəritədə göstərilməməsi, sxematik xəritəyə əsasən göstərilən ərazilərin 699 nömrəsi ilə başlayan bağların yerinə uyğun gəlməsi, həmçinin təqdim edilmiş sənədlə digər şəxs tərəfindən müraciət olunması da imtina üçün əsas deyil. Cavabdehin göstərdiyi sxematik xəritə hüquqi sənəd deyil, göstərilən ərazinin 699 nömrə ilə başlayan bağların yerinə uyğun gəlməsi də formal cavabdır, həmçinin digər şəxslərin həmin sənədlə və ya həmin əraziy ə başqa sənədlə hər hansı şəxsin müraciət etməsi də doğru olmayan məlumatdır.

5. Birinci instansiya məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)1021/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Nəriman Abıyev) iddianın təmin edilməsi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən və İddiaçı faktiki istifadəsində olan 780 “p” saylı 0,12 ha bağ-torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmaqla, onun adına plan və ölçünün, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsiməsini qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,, haz ırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-1021/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli, 2-1(103)-2010/2021 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Azad İmanov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 05.0 5.2021-ci il tarixli, 2-1(112)-1021/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 29.10.2021-ci il tarixli, 2-1(103)-2010/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, 780 "p” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur və sxematik xəritəyə əsasən gös tərilən ərazilər 699 nömrəsi ilə başlayan bağların (699a, 699b və 699v) yerinə uyğun gəlir. 12. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı ibarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

13. Yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz ol araq nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza təyin edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə idarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin 29.10.2021-ci il tarixli, 2-1(103)-2010/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur..... Maddə 29.Mükiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıl a bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

16. Mülki Məcəllə: Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 178.8 Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 17. “Torpaq islahatı haqqında” Qanun: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında ola n torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşın maz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlak a mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19. “İnzibati icraat haqqında” Qanun Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməy ibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayətindəki dəl illərlə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kassasiya şikayətində yazır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur.

24. Bununla belə, cavabdehin qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən konkret şəkildə hansı prosessual hüquq normalarının pozulması ümumiyyətlə göstərilməmişdir.

25. Eyni zamanda cavabdehin kassasiya şikayətinin “Hüquqi əsaslar” adlanan hissəsində bir neçə maddi hüquq normaları qeyd edilsə də, cavabdeh sadəcə olaraq həmin maddi hüquq normalarının mətnlərini yazmaqla kifyətlənmiş, işin halları ilə əlaqələndirməmiş, apellyasiya məhkəməsi tərəfindən sözügedən maddi hüquq normalarının, cavabdehin qənaətinə görə pozduğu halda bunun nədən ibarət olmasını göstərməmişdir.

26. Yəni, cava bdehin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması barədə dəlili formal və deklarativ xarakter daşıyır, buna görə də əsassızdır.

27. Cavabdeh kassasiya şikayətində həmçinin göstərir ki, müvafiq ünvanda ekspertiza təyin edilməmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir ki, belə ki, işin 21-25-ci səhifələrdə “X5”-nin 304 saylı 03 sentyabr 2020-ci il tarixli rəyi mövcuddur.

29. Belə ki, “X5” tərəfindən verilmiş 03.09.2020-ci il tarixli 304 saylı ekspert rəyindən görünür ki, İddiaçı ayrılmış Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən (təqdim olunan) torpaq sahəsinin döngə nöqtələrinin kordinatları müəyyənləşdirilərək, həmin torpaq sahəsinin faktiki ölçüsünün 1204 kv. metr olduğu və digər vətəndaşın adına dövlət reyestrində (icarə, istifadə, mülkiyyət hüququ üzrə) qeydiyyata alınmadığı müəyyən edilmişdir.

30. Beləliklə sözügedən ünvan üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi verilmişdir.

31. Cavabdeh eyni zamanda kassasiya şikayətində göstərir ki, üçüncü şəxslərin cəlb edilməsi barədə idarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insansiyası məhkəməsi sözügedən məsələdə İPM-nin 28-ci maddəsinin tələbləri çərçivəsində hərəkət etmiş, belə ki, apellyasiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X4 24.02.2017-ci il tarixdə cavabdeh orqana daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan ona 16.03.2017-ci il tarixdə daşınm az əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlamış və imtinanı onunla əsaslandırmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən ölçü işlərinin görülməsi üçün şərait yaradılmamış, bundan əlavə, təqdim olunmuş orderdə bağın nömrəsi qeyd olunmamışdır.

33. Beləliklə qeyd edilən imtina məktubunun məzmunundan üçüncü şəxsin iddia etdiyi əraziyə cavabdehin əməkdaşları tərəfindən baxış kecirilməməsi, təqdim olunmuş orderdə bağın nömrəsinin qeyd olunmaması müəyyən olunur.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi İPM-nin 28.1-ci maddəsinin müddəalarına uyğun hərəkət edib, işə X2 üçüncü şəxs qismində cəlb edilməsini doğru saymışdır.

35. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətin də göstərir ki, “sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, 780 "p” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur və sxematik xəritəyə əsasən göstərilən ərazilər 699 nömrəsi ilə başlayan bağların yerinə uyğun gəlir.”

36. Bununla bağlı apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiacı 708 “p” saylı bağa deyil, 780 “p” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını və onun adına plan və ölçünün verilməsinə dair cavabdehə müraciət etmişdir, eyni zamanda hətta iddiaçıya aid bağ sahəsi ilə bağlar bölgüsünə dair sxematik xəritə arasında hər hansı uyğunsuzluq olsa belə, bu hal iddiaçının təqsiri ilə bağlı olmayan məsələdir və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

37. Digər tərəfdən apellyasiy a məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi iddiaçının faktiki istifadəsindədir.

38. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən Şüvəlandakı 780p nömrəli bağın/BTK-51/ İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.

39. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 İnkişafı Departamenti Bağlar X1 Birliyi ilə İddiaçı Tofiq oğlu arasında bağlanmış 26 dekabr 2005-ci il tarixli, 36820 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan 780p saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.

40. Belə olan halda apellyasiya məhkəməsi d üzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan 780p saylı bağ sahəsinin iddiaçıya verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X7 İnkişafı Departamenti Bağlar X1 Birliyi ilə İddiaçı Tofiq oğlu arasında bağlanmış 26 dekabr 2005-ci il tarixli, 36820 saylı müqavilə bağlanması işin mübahisəsiz halıdır, həmin müqavilə hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin ediməlməli, apellyasiya instansiyası məhkəməsinin 29.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Şərh edil ənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli, 2-1(103)-2010/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar