Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-447/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün sosial sı ğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-439/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1976xx.xx.1977-ci il və xx.xx.0977-xx.xx.1981-ci il tarixlərdə əyani təhsil almışdır.
2. İddiaçıya məxsus AT-İİİ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2004-cü ilədək müxtəlif müəssisə və vəzifələrdə işləmişdir.
3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqə dar cavabdehə müraciət etmiş, cavabdeh 7 sentyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir.
4. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasına, təhsil və hərbi xidmət haqqında arayışlara əsasən iddiaçının sığorta stajı (hərbi xidmət və əyani təhsil dövrü nəzərə alınmaqla) 24 il 9 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı 1 3 oktyabr 2022-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. xx.xx.1974-cu ildən xx.xx.1976-cı ilə kimi hərbi xidmətdə olmuşdur. Təyinata əsasən xx.xx.1976-cı ildə 490 nömrəli əmrlə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun hazırlıq bölməsinin əyani şöbəsinə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixli 267 nömrəli əmr lə hazırlıq bölməsindən əyani şöbənin birinci kursuna qəbul edilmiş və xx.xx.1981-ci ildə əyani şöbənin tam kursunu bitirmişdir. İlk əmək fəaliyyətinə Bakı Tikiş Fabrikində başlamışdır. Həmin fabrikdə xx.xx.1981-xx.xx.1981-ci illərdə işləmişdir. Bundan sonra, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilə qədər Neft və Kimya Nazirliyində, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər ət kombinatında, xx.xx.1989-xx.xx.1990-cı ilə qədər "xxxx" MMC-də; xx.xx.1990-xx.xx.1991-ci ilə qədər Abşeron 2 saylı sovxozunda, xx.xx.1991xx.xx.1996-cı ilə qədər “Cavid” firmasında, xx.xx.2000-xx.xx.2001-ci ilə qədər “İskra” (indiki Alov) zavodunda, xx.xx.2001-xx.xx.2004-cü illərdə “Sabina” firmasında işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdar əsinin xx.xx.2022-ci il tarixli arayışında göstərildiyi kimi, “4x4” avtosalonda mart 2010-cu ildən oktyabr 2010-cu ilə qədər işləmiş və qanunla müəyyən edilmiş qaydada vergi ödəyicisi kimi vergiləri ödəmişdir. xx.xx.2006-cı ilə qədər 25 il 8 ay, 2006-cı ildən sonra isə 8 ay əmək stajına malikdir. Buna baxmayaraq iş üzrə cavabdeh ona xx.xx.2021-ci ildə yaşa görə əmək pensiyası yox, yaşa görə sosial müavinət təyin etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçı xx.xx.2021ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi xidmət haqqında arayışa əsasən onun xx.xx.1974-cü il tarixdən 1 il 11 ay 19 gün hərbi xidmət dövrü, təhsil haqqında arayışa əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 7 ay 13 g ün hazırlıq dövrü, diploma əsasən xx.xx.1977- ci il tarixdən xx.xx.1981-ci il tarixədək 3 il 9 ay 18 gün təhsil dövrü, əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan 15 il 9 ay 27 gün əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi 22 il 2 ay 17 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 22 il 2 ay 17 gün sığorta stajına uyğun olaraq 16928,53 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitaldan azdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1996-cı il tarixdə "xxxx" firmasına işə qəbul olması ilə bağlı qeyd olsa da, işdən çıxması ilə bağlı heç bir məlumat olmadığından həmin müəssisədəki əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldur ulma qaydalarına riayət olunmamış və bu səbəbdən 3 il 2 ay 11 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-914/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddət ərzində həmin müəssisədə işləməsi öz təsdiqini tapır. Həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olun malıdır. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən əmək kitabçasına möhürün düzgün yerdən vurulmaması iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2001-ci il tarixli "xxxx" Firmasının arayışına əsasən əvvəllər KDM “Nigar" adlanan, sonradan özəlləşdirilib "xxx x" adlanan firmasının müdiri X2 iddiaçının bu firmada xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixə qədər müdir müavini vəzifəsində işlədiyini təsdiq etmişdir.
12. Həmçinin, iddiaçı "xxxx" Firmasının xx.xx.1997-ci il tarixli təsis müqaviləsini də təqdim etmişdir. Həmin müqaviləyə əsasən tərəflər "xxxx" X1 əmlakında ifadə olunan paylarını birləşdirir və "xxxx" firmasını təsis edirlər.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-439/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 11.1.2023-cü il tarixli, 2-1(118)-914/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Sabina” firmasında işləməsi barədə qeyd əmək kitabçasında yazılmış, cavabdeh inzibati orqan tərəfindən isə həmin qeydin mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, əmək kitabçasının doldurulma qaydalarına riayət etmək öhdəliyi işçinin deyil, məhz işəgötürənin vəzifəsi olmuşdur. İndiki halda iddiaçının öhdəlik daşımadığı hala istinad edərək, onun hüququnun məhdudlaşdırılması, iddiaçının hüquqlarının pozulmasına səbəb olmaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur.
15. Məhkəmə kollegiyası iddiaçının işlədiyi "xxxx" firması ilə bağlı dövrlə əlaqədar qeyd etmişdir ki, bu barədə də iddiaçıya məxsus əmək kitabçasında işə daxil olma barədə qeyd aparılmış, lakin işdənçıxma barədə qeyd aparılmamışdır. İddiaçı həmi n dövrə aid arayış təqdim etmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin halları təkzib edən heç bir dəlil təqdim edilməmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, o nların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələri ndə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. İddiaçının xx xxxxx 1956-cı ildə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 16 aprel 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.
25. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
26. Cavabdehin etirazının və kassasiya şikayətinin dəlilinə əsasən, iddiaçının əmək kitab çasına, təhsil və hərbi xidmət haqqında arayışlara əsasən sığorta stajı 22 il 2 ay 17 gün təşkil edir. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1996-cı il tarixdə "xxxx" firmasına işə qəbul olunduğu dövrü işdən çıxması ilə bağlı heç bir məlumatın olmamasına görə, iddiaçının “Sabina” firmasında işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrü isə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamasını görə qəbul etməmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək göstərir ki, iddiaçının hərbi xidmət dövrü, təhsil dövrü və əmək kitabçasında qeyd edilən iş dövrləri nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 16 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
28. İddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.
29. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
30. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
31. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
32. Eləcə də, nəzərə almaq lazımdır ki, iddiaçının "xxxx" firmasından işdən çıxmasına dair əmək kitabçasında qeyd olmasa da, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixə qədər "xxxx" firmasında (xx.xx.1997-ci il tarixdən özəlləşdirilib "xxxx" firması olmuşdur) işləməsinə dair arayışı təqdim etmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə həmin halları təkzib edən heç bir dəlil təqdim edilməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-439/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.