Məhkəmə qərarları › İş №2-1(102)-447/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-447/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-447/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ver ilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-15/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamından görünür ki, İddiaçı Zirə qəsəbəsi, Qışlaq sahəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ********** nömrəli xx.xx.2021-ci i l tarixli ərizənizə baxılaraq aparılan araşdırma zamanı məlum olmuşdur ki, İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisi təqdim edilmədiyindən, göstərilən ərazinin sərəncam ilə ayrılan torpaq sahəsinə aid olub-olmaması təyin etmək mümkün olmamışdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşir. Torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamında torpaq sahəsi 1200.0 kv.m.faktiki 739.0 kv.m torpaq sahəsi (azalma ilə bağlı razılıq ərizəsi təqdim olunmayıb) istifadə edilməkdədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/637 nömrəli sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildən hazırkı vaxtadək ünvan 2 ünvanında yaşayır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/637 nömrəli sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi həmin vaxtdan hal-hazıra kimi iddiaçının istifadəsindədir. İddiaçı qanuni əsaslarla əldə etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə adına çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının ərizəsininin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina məktubunu əsasız hesab edir. Belə ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi məhz icra hakimiyyəti orqanının qərarı əsasında verilmiş və həmin qərarı hazırda qüvvəsində olmaqla dəyişdirilməmiş və ləğv edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1861/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısı nın 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sənəd üzrə məxsus torpaq sahəsinin faktiki istifadədə olan hissəsindən artıq hissəsinə başqa bir şəxsin adına mülkiyyət hüququnun (və ya hüquqmüəyyənedici sənədin) olmasını təsdiq edən heç bir sübut (başqa şəxsin müraciəti və.s) təqdim edilməmişdir. Eyni zamanda hüquqmüəyyənedici sənəd kimi c avabdehə və məhkəməyə təqdim edilmiş (iddiaçıya torpaq sahəsi ayrılması barədə) Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamının həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasının Milli Arxiv Fondunun sənədlərində də mövcuddur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-15/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, G.Abbasova və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, Əzizbəyov (indik i Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun, torpaq sahəsinin ölçüsü 739.0 kv.m qeyd edilməklə, dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianı mahiyyəti üzrə əsaslı hesab etməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qərarından görünür ki, qərarın nəticə hissəsində Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün a yrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulsa da, torpaq sahəsinin faktiki istifadə vəziyyəti və faktiki sahəsi nəzərə alınmamışdır. Belə ki, iş üzrə alınmış 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında tərtib edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 316-16/2-10/9024 nömrəli ekspert rəyində göstərilən torpaq sahəsinin faktiki olaraq hasar daxili 739.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də iddiaçının faktiki istifadəsində olan hasar daxili sahənin 739.0 kv.m təşkil etməsini inkar etməmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilərək nəticəvi hissəsinin 2-ci abzası “Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 21(112)-1861/2022 nömrəli qərarı dəyişdirilsin” çıxarılsın. Həmin qərarın nəticəvi hissəsinin 3-cü abzası da “Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun, torpaq sahəsinin ölçüsü 739.0 kv.m. qeyd edilməklə, dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin” çıxarılsın. Həmin qərarın nəticəvi hissəsinin birinci abzasəndan sonra aşağıdakı redaksiyada 2-ci abzas əlavə edilsin: “Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1861/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın”. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh şəxsin onun 1.200 kv.m. faktiki olaraq 739 kv.m. sahədən istifadə etməyi tamamilə uydurma və cəfəngiyyatdır. O, torpaq sahəsindən tam şəkildə istifadə edir. Burada cavabdeh dövlət təşkilatının mövqeyinə üstün verilməsi bərabərlik hüququnun pozulmasıdır. TƏTBİQ EDİLƏN HÜQUQU 12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. daşınmaz əm laka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15.1. Hüquqların d övlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

13. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məh kəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

20. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

21. İşin hallarına əsasən qeyd edilməlidir ki, iddiaçıya Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün 1200.0 kv metr torpaq sahəsi ayrılmı ş, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.

22. Cavabdehin imtinasının əsasını torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilməməsi, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşməsi və torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 629/637 nömrəli sərəncamında torpaq sahəsi 1200.0 kv.m, faktiki 739.0 kv.m torpaq sahəsindən (azalma ilə bağlı razılıq ərizəsi təqdim olunmayıb) istifadə edilməsi təşkil edir.

23. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi zamanı aparılmış araşdırma əsasında müəyyən edilmişdir ki, hüquqm eəyyənedici sənədə torpaq sahəsinin cizgisinin əlavə edilməməsi imtina əsası kimi göstərilməməlidir. Belə ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisinin verilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına daxil deyil. Bu səbəbdən həmin imtina əsası iddiaçının iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edə bilməz.

24. Eyni zamanda məhkəmə kollegiyası işin faktiki hallarına əsasən bildirir ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/891 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin t ikintisi üçün X5 1200.0 kv metr torpaq sahəsi, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/903 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün X1 1200.0 kv metr torpaq sahəsi və Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/909 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün X3 1200.0 kv metr torpaq sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1741/2023 saylı qərarı ilə iddia təmin edilərək iddiaçı X2 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, 04 saylı sahədə yerləşən 1094 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin ü zərinə qoyulmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən sözügedən qərardan apellyasiya şikayəti verildiyi görünmür. Qərar cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, 04 saylı sahə X2 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********35) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı qeyd olunan şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

25. Göründüyü kimi eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır.

26. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən mü əyyən edilmişdir ki, iş üzrə alınmış 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında tərtib edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3- 16-16/2-10/9024 nömrəli ekspert rəyində göstərilən torpaq sahəsinin faktiki olaraq hasar daxili 739.0 kv.m təşkil etdiyi müəyyən edilmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də iddiaçının faktiki istifadəsində olan hasar daxili sahənin 739.0 kv.m təşkil etməsini inkar etməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdiril mədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-15/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar