Məhkəmə qərarları › İş №2-1(102)-4470/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4470/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4470/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsi və fərdi yaşayış evinə) dair mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: üçüncü şəxs1 və üçüncü şəxs2 şirkətinin Azərbaycan Respublikasındakı filialı) torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından ayrı ayrılıqda üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı ilə Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi-Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində yerləşən 0,8 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılmışdır. Sonradan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamı ilə həmin ərazidən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 verilmişdir.

2. X3 razılığı əsasında Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsi iddiaçı İddiaçı İbrahim oğlunun adına keçirilmiş və həmin sahədə inşaat işlərinin aparılmasına icazə verilmişdir. Daha sonra torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmiş, torpaq sahəsi 575,7 kv.m ölçüdə X4ında uçota alınmışdır.

3. İddiaçı ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, yaşayış evinin eskiz layihəsi hazırlanaraq təsdiq edilmişdir.

4. İddiaçı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidə yerləşdiyini göstərərək hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiyası məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının *** nömrəli ##.##.1999-cu il tarixli Sərəncamına əsasən X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və sonradan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının *** nömrəli ##.##.2000-ci il tarixli Sərəncamına əsasən adına keçmiş ünvan 1 döngə ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin vahid əmlak kimi mülkiyyət hüququnun xxxxndə qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünə münasibətdə ərazinin sahəsinin ölçü-plan sənədinə və faktiki sahəsinə uyğun olaraq 575,7 kv.m. olaraq nəzərə alınmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının *** nömrəli ##.##.1999-cu il tarixli Sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli **/*** saylı məktubunu və Dövlət Neft Şirkətinin ##.##.1999-cu il tarixli JC**/*** saylı razılıq məktubunu nəzərə alaraq, Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi- Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində Binəqədi Rayon İcra hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün 0,8 ha torpaq sahəsi ayrılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının *** nömrəli ##.##.1999-cu il tarixli Sərəncamına əsasən yuxarıda qeyd edilən həmin ərazidən X3 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. O, ## ### 2000-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyətinə müraciət edərək Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi-Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində yerləşən 600 kv.m torpaq sahəsinin X3 ilə qarşılıqlı razılığı əsasında adına keçirilməsi üçün müraciət edib. Həmin müraciətinə baxılaraq Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının *** nömrəli ##.##.2000-ci il tarixli Sərəncamına əsasən yuxarıda qeyd edilən ərazidə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi iddiaçının adına keçirilmiş və həmin ərazidə inşaat işlərinin aparılmasına icazə verilmişdir. ünvan 1 döngə ünvanında mənə məxsus torpaq sahəsində tikiləcək yaşayış evinin eskiz layihəsi 2008-ci il tarixdə “Azərbərpa MMC" tərəfindən hazırlanmış və eyni ildə müraciəti əsasında göndərilən nümayəndə tərəfindən yoxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.2011-ci il tarixdə 25991 nömrə ilə X4 Kitabında uçota alınmış torpaq sahəsinin planı və ölçüsünə əsasən, həmin plan və ölçü Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi Rayon İcra hakimiyyətinin başçısının ##.##.2000-ci il tarixli *** saylı Sərəncamı ilə İddiaçı İbrahim oğlunun adına keçirilmiş 600 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 22 ildir ailə üzvlərimlə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Ondan tələb olunan torpaq və əmlak vergilərini vaxtlı-vaxtında ödəyir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qeyd edilən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evimin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edib, ancaq müraciətləri əsassız olaraq təmin olunmamışdır. Halbuki qonşularının əksəriyyətinin torpaq sahələri və yaşayış evləri dövlət qeydiyyatına alınmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə ünvanladığım ##.##.2022-ci il tarixli müraciətimə İdarənin ************ nömrəli ##.##.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı İbrahim oğlu tərəfindən göstərilən torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində verilmiş ərazidə yerləşdiyindən, hüquqların qeydiyyatından imtina edilmişdir. Lakin həmin orqan qeyd edilən torpaq sahəsinin Bakı şəhəri İcra Hakimiyyətinin Dövlət Neft Şirkətinin ##.##.1999-cu il tarixli JC**/*** saylı razılıq məktubunu nəzərə alaraq, Binəqədi Rayon İcra hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün ayırdığını nəzərə almamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında xxxxndən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında xxxxni aparan dövlət orqanı tərəfindən verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında xxxxndən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında xxxxni aparan dövlət orqanı tərəfindən verilir. Bakı şəhəri, Binəqədi rayonu, Sulu- Təpə qəsəbəsində yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların xxxxndə qeydiyyata alınması ilə bağlı müraciəti ilə əlaqədar olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.

8. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.

9. üçüncü şəxs1 və üçüncü şəxs2 şirkəti iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmişdirlər.

10. Bakı İnzibati Məhkəməsinin # #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2000-ci il tarixli *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ayrılmış 575,7 kv.m. torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə iddiaçı İddiaçı İbrahim oğlunun mülkiyyət hüququnun xxxxndə qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamının mövcudluğu müəyyən edilmiş, lakin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** nömrəli sərəncamının ləğv və ya etibarsız hesab edildiyi, geri çağırılıdığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, qeyd edilən torpaq sahəsi vaxtilə dağ-mədən sənayesinin yerləşdiyi torpaqlara aid edilmiş olsa da, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılmış 0,8 ha torpaq sahəsinin bir hissəsidir. X6 Neft Şirkətinin razılığına istinad edilmiş, lakin Dövlət Neft Şirkəti hazırda həmin razılıq məktubunun SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində aşkar edilmədiyini bildirir. Lakin qeyd edilən dəlil Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1999cu il tarixli *** nömrəli sərəncamının və həmin sərəncam əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamının legitimliyini şübhə altına almır. Qeyd edildiyi kimi, həmin sərəncamlar ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmiş, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının sahibliyində və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir.

12. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, üçüncü şəxs tərəfindən məhkəməyə iki xəritə təqdim edilir. Birincisi 1976-cı ilə, ikincisi isə 2013-cü ilə aid olan xəritədir. İkincisi ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsi olmaqla ərazidə Bakı şəhər İcra Hakimiyyətinin hüquqi və fiziki şəxslərə ayrılmış çoxsaylı torpaq sahələrinin konturları əks olunmuşdur. Qeyd edilən sərəncamla ayrılmış sahə xəritədə qeyd edilməsə belə, təqdim edilmiş xəritədən də göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən kontrakt ərazisi kimi qeyd edilən ərazidən hüquqi və fiziki şəxslərə torpaq sahələrinin ayrılması halları mövcud olmuşdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktlarına əsasən fərdi yaşayış evi təqdim edilmiş layihəyə uyğundur. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığından və sərəncamda məhz inşaat işlərinin aparılmasına dair bilavasitə razılıq ifadə olunduğundan fərdi yaşayış evinin inşa olunması üçün əlavə olaraq məlumatlandırma icraatına riayət edilməsi zərurəti olmamışdır

13. Üçüncü şəxslər üçüncü şəxs1 və üçüncü şəxs2 şirkəti həmin qərardan ayrı ayrılıqda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2024-cü il tarixli, 2-1(103) ****/**** saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/*** saylı Rəyində müəyyən edilmişdir ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx" publik hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsinin ##.##.2025-cü il tarixli, 3-21- 3-30/2-4177/2025 mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 564.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, üç tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarı ilə sərhədlənib. Torpaq sahəsi üzərində bir ədəd tikintialtı sahəsi S=109.0 kv.m olan yaşayış evi, yaşayış evinə bitişik kölgəlik və həyət tikililəri mövcuddur. Sözügedən sahəyə dair yerləşmə cizgisində sahə və perimetrik ölçülər qeyd olunmayıb. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.(Binəqədi Oil) Sahə “Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir.

16. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mütəxəssisi tərəfindən müvafiq tədqiqat işləri aparılmışdır. Tədqiqat işləri nəticəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir - Mütəxəssis rəyində qeyd olunmuşdur ki, fərdi yaşayış evinin dayanıqlığa görə texniki vəziyyəti qənaətbəxşdir və tikinti norma qaydalarına uyğun inşa olunmuşdur. Fərdi yaşayış evi işlək vəziyyətdədir və istismara tam yararlıdır.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, E. C.Məmmədov və P. Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının ##.##.2000-ci il tarixli *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ayrılmış 575,7 kv.m. torpaq sahəsinə münasibətdə 575,7 kv.m. əvəzinə, 564.0 kv.m müəyyən edilməklə dəyişdirilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamına əsaslanan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və həmin sərəncam əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (*****/** nömrəli ərizə üzrə ##.##.2015-ci il tarixli qərar § 188).

19. Üçüncü şəxslər üçüncü şəxs1 və üçüncü şəxs2 şirkəti həmin qərardan ayrı ayrılıqda kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a. üçüncü şəxs1 kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti aşağıdakı dəlillərdən ibarətdir: – Mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan və üçüncü şəxs2nin kontrakt ərazisinə daxil olan sənaye təyinatlı torpaq sahəsində yerləşir. Buna görə həmin torpaq üzərində fərdi yaşayış evinin və torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. – ##.##.2005-ci il tarixli ***-IIQD saylı Qanunla təsdiq edilmiş X5 Sazişi kontrakt sahəsində neft-qaz əməliyyatlarının aparılması üçün müstəsna hüquq yaratmışdır. Şikayətə görə, həmin qanun qüvvəyə mindikdən sonra kontrakt sahəsi ilə bağlı əvvəlki inzibati sərəncamlar hüquqi qüvvəsini itirmiş hesab edilməlidir. – Binəqədi Rayon İcra Hakimiyyətinin torpaq ayırmasına dair sərəncamı artıq qüvvədən düşdüyündən, həmin sərəncama əsaslanaraq mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyil. – Torpaq sahəsi sənaye təyinatlı torpaq olmaqla dövlət mülkiyyətindədir və neft-qaz hasilatı məqsədləri üçün istifadə edilməlidir. Torpağın məqsədli təyinatına zidd istifadəsi Torpaq Məcəlləsinin tələblərini pozur. – Qeydiyyatın aparılması dövlətin və SOCAR-ın xarici investorlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə mane olur, neft-qaz əməliyyatlarının aparılmasını çətinləşdirir və dövlət maraqlarına zərər vurur.

b. üçüncü şəxs2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti aşağıdakı dəlillərdən ibarətdir: – Apellyasiya məhkəməsi torpaq sahəsinin həqiqi hüquqi rejimini, onun dövlət mülkiyyətində olub-olmamasını, kontrakt sahəsinə daxil olub-olmamasını və neft quyusunun mühafizə zonasına düşüb-düşməməsini araşdırmamışdır. – Mübahisəli torpaq sahəsi X5 Sazişi əsasında üçüncü şəxs2nin istifadəsinə verilmiş kontrakt ərazisində yerləşir və şirkət həmin ərazidə neft-qaz əməliyyatları aparmaq hüququna malikdir. – Torpaq sahəsi ****** saylı quyunun mühafizə zolağında yerləşir. Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarına əsasən, yaşayış tikililərinin belə obyektlərə yaxın yerləşdirilməsi qadağandır. – 2004-cü il X5 Sazişi və onu təsdiq edən *** saylı Qanun kontrakt ərazisində neft-qaz əməliyyatlarının aparılması üçün müstəsna hüquq yaratmışdır və həmin hüquqlar digər inzibati aktlardan üstün tutulmalıdır. – Torpaq kateqoriyasının dəyişdirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirilə bilər. Məhkəmə torpaq sahəsinin kateqoriyasını və hüquqi statusunu araşdırmadan qərar qəbul etmişdir.

c. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.8. “xxxx haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan xxxxndə həyata keçirilir.

25. “xxxx haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı xxxxndə (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsi və sonradan inşa etdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir.

34. Həmin sərəncam ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmiş, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının sahibliyində və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamına əsaslanan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və həmin sərəncam əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

36. Torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlilinə münasibətdə qeyd edilmişdir ki, torpaq sahəsi iddiaçıya ayrılan zaman həmin torpaq sahələri üzərində sərəncam vermək hüququ icra hakimiyyəti orqanına məxsus olmuş, başqa sözlə, icra hakimiyyəti həmin torpaq sahəsinin vətəndaşlara ayrılması barədə sərəncam vermək üçün səlahiyyətli olmaqla, iddiaçının hazırda tələbinin əsası kimi istinad etdiyi inzibati aktı sərəncamı vermişdir.

37. Belə olan halda, iddianın təmin edilməsi barədə aşağı instansiya məhkəmələrinin mövqeyi düzgün olmuşdur.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar