AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№2-1(102)-4477/2025 19.05.2026 ALIMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat X2 iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdənibarəttərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakıqərarıqəbuletdi. IŞIN HALLARI
1. Iddiaçıİddiaçı ##.##.1964-cüiltəvəllüdlüdür.
2. H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı ##.##.1983-cü iltarixdən##.##.1985-ciiltarixədəkordudaxidmətetmişdir.
3. ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1982-ci il tarixdə Suyun və hava mühitinin çirklənməsinin qarşısının alınması və təmizlənməsi üzrə 1-ci dərəcəli köməkçi nəqliyyat işçisi vəzifəsinə təyin edilmiş, ##.##.1982-ci il tarixdə Liman donanmasının 1-ci dərəcəli matros şagirdi vəzifəsinə keçirilmiş, ##.##.1983-cü il tarixdə Suyun və hava mühitinin çirklənməsinin qarşısının alınması və təmizlənməsi sahəsinin pompa maşinisti şagirdi vəzifəsinə keçirilmiş və ##.##.1983-cü il tarixdə işdən azad edilmiş; ##.##.1985-ci il tarixdə Liman donanmasının qazanxana maşinisti şagirdi vəzifəsinə təyin edilmiş, müxtəlif vəzifələrdə işləmiş və ##.##.2020-ci il tarixdə öz xahişi iləişdənazadedilmişdir.
4. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, iddiaçı ##.##.1982-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) ***/n nömrəli əmrə əsasən Suyun və hava mühitinin çirklənməsinin qarşısının alınması və təmizlənməsi üzrə 1-ci dərəcəli köməkçi nəqliyyat işçisi vəzifəsinə təyin edilmişdir. ****/л saylı ##.##.1982-ci il tarixli əmrə əsasən Liman donanmasının 1-ci dərəcəli matros şagirdi vəzifəsinə keçirilmişdir. ***/л saylı ##.##.1983-cü il tarixli əmrə əsasən Suyun və hava mühitinin çirklənməsinin qarşısının alınması və təmizlənməsi sahəsinin pompa maşinisti şagirdi vəzifəsinə keçirilmişdir. ***/л saylı ##.##.1983-cü il tarixli əmrə əsasən əsgərliyə getməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. ****/л saylı ##.##.1985-ci il tarixli əmrə əsasən Liman donanmasının qazanxana maşinisti şagirdi vəzifəsinə işə qəbul edilmişdir. ****/л saylı ##.##.1986-cı il tarixli əmrə əsasən "Maştağı" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. ***/л saylı ##.##.1988-ci il tarixli əmrə əsasən "Yupiter" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. ***/л saylı ##.##.1990-cı il tarixli əmrə əsasən "Narqen" gəmisinə 1-ci dərəcəli motorçu matros vəzifəsinə keçirilmişdir. ***/л saylı ##.##.1990-cı il tarixli əmrə əsasən "NMS-73" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. ***/л saylı ##.##.1991-ci il tarixli əmrə əsasən "Narqen" gəmisinə pompa maşinisti - 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. ***/л saylı ##.##.1991-ci il tarixli əmrə əsasən "NMS-73" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. ****/л saylı ##.##.1991- ci il tarixli əmrə əsasən "PJK-2" gəmisinə 1-ci dərəcəli motorçu - matros vəzifəsində keçirilmişdir. **/л saylı ##.##.1992-ci il tarixli əmrə əsasən "Yupiter" gəmisinə pompa maşinisti - 2 dərəcəli matros vəzifəsinə keçirilmişdir. ****/л saylı ##.##.1992-ci il tarixli əmrə əsasən "Şuşa gəmisinə 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. ****/л saylı ##.##.1992-ci il tarixli əmrə əsasən "Şuşa" gəmisində qazan maşinisti(ocaqçı) vəzifəsinə keçirilmişdir. **/k saylı ##.##.1994-cü il tarixli əmrə əsasən "Şuşa gəmisində 1-ci dərəcəli motorçu vəzifəsinə keçirilmişdir. ***/k saylı ##.##.1994-cü il tarixli əmrə əsasən "Şuşa" gəmisində qazan maşinisti(ocaqçı) vəzifəsinə keçirilmişdir. **/k saylı ##.##.1996-cı il tarixli əmrə əsasən "S.Babayev" gəmisinə 1-ci dərəcəli motorçu -1 dərəcəli matros vəzifəsinə keçirilmişdir. **/k saylı ##.##.1997-ci il tarixli əmrə əsasən "Əhmədli" gəmisinə pompa maşinisti - 2 dərəcəli matros vəzifəsinə keçirilmişdir. ##.##.1998-ci il tarixli ştat cədvəlinə əsasən "Kür” gəmisinə pompa maşinisti - 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. ***/ş saylı ##.##.1999-ci il tarixli əmrə əsasən "Kür” gəmisində 1-ci dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. ***/k saylı ##.##.2000-ci il tarixli əmrə əsasən "Kür” gəmisində pompa maşinisti - 2-ci dərəcəli matros vəzifəsinə keçirilmişdir. ***/k saylı ##.##.2003-cü il tarixli əmrə əsasən "Kür” gəmisində növbətçi motorçu vəzifəsinə keçirilmişdir. **/k saylı ##.##.2005-ci il tarixli əmrə əsasən “MNMS-73" gəmisində böyük mexanik vəzifəsinə keçirilmişdir. ***/k saylı ##.##.2006-cı il tarixli əmrə əsasən “MNMS73" gəmisində R vəzifəsinə keçirilmişdir. ##.##.2016-cı il tarixli ştat cədvəlinə əsasən Donanma xidmətinə R vəzifəsinə keçirilmişdir. */*** saylı ##.##.2017-ci il tarixli əmrə əsasən Donanma və dəniz xidmətləri "MNMS" gəmisinə R vəzifəsinə keçirilmişdir. */*** saylı ##.##.2019-cü il tarixli əmrə əsasən Dəniz xidmətləri departamenti, Donanma xidmətinin "MNMS-73" gəmisinə R vəzifəsinə keçirilmişdir. */*** saylı ##.##.2020-ci il tarixli əmrə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il ** saylı qərarının 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 19 il 6 ay 24 gün təşkil edir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcə də işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aiddir.
5. Iddiaçı 60 yaşı tamam olan günə kimi 25 ildən cox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri əlavə edərək müxtəlif tarixlərdəcavabdehəikidəfəmüraciətetmişdir.
6. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdənimtinaetmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** saylı imtina məktubunun əsassız hesab edilməsi və iddiaçıya 60 yaşı tamam olan gündən, yəni ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbuledilməsinixahişetmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1964-cü il təvəllüdlü iddiaçı İddiaçı 60 yaşı tamam olan günə kimi 25 ildən cox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri əlavə edərək müxtəlif tarixlərdə cavabdehə iki dəfə müraciət etmiş, lakin heç bir araşdırma aparılmadan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırır ki, arayışda göstərilən işlədiyi vəzifələr Siyahıda nəzərdə tutulan üzən heyətin dəniz və çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə, çalışdığı gəmilərin isə daim liman akvatoriyasında işləyən liman gəmilərinə, yardımçıxidmət gəmilərinə, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olubolmaması barədə hər hansı məlumat göstərilməyib. Buna görə də həmin dövrləri güzəştli iş stajına aid etmək mümkün deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajı yoxdur. Baxmayaraq ki, həmin arayışda birinci dəfə imtina üçün əsas hesab etdikləri hallar aradan qaldırılmış və iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarının 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusuilə zərərli və ağır olan işlərdə iş stajı 19 il 6 ay 24 gün təşkil etməsi və tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcədə işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aid olası göstərilmişdir. Ona görə də hesab olunur ki, inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuz olduğuna görə ##.##.2025-ci il tarixli *-**-*/*İ-*****/**** saylı cavab məktubunun əsassız hesab edilməsi və ona 60 yaşı tamam olan gündən, yəni ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbuledilməlidir.
9. Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ümumi iş stajı 42 il 1 ay 14 gün (##.##.2006-cı il tarixinədək 23 il 2 ay 14 gün (##.##.1982-##.##.1983-cü il, ##.##.1983-##.##.1985-ci il (hərbi xidmət dövrü), ##.##.1985-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdənsonra18il11ay)təşkiledir.
10. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi şərtlərlə pensiya hüququ verən işlərin Siyahısı”nın 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq üzən heyətə aid vəzifələr hesab olunur və həmin dövr güzəştli iş stajı kimi nəzərə alınmışdır. İddiaçı fəaliyyəti müddətində çalışdığı “Maştağı”, “Yupiter”, “Narqen”, “NMS-73”, “PJK-2”, “Şuşa”, “S.Babayev”, “Əhmədli”, “Kür”, “MNMS-73” gəmiləri donanma tərkibində olan və daimi olaraq dənizdə istismar olunan gəmilər olmuşdur. Bu səbəbdən onun vəzifələri həm üzən heyətə, həm də gəmi kateqoriyasına uyğun olaraq güzəştli şərtlərə aid edilir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il ** saylı qərarının 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 17il5ay4güntəşkiledir.
11. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun XüsusiŞərtlərləTəyinatX2həvaləedilməsiqəraraalınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qanunla tələb olunan yaş həddinə çatması və ümumi iş stajı mübahisələndirilmir. Iş materialları ilə də məlum olur ki, iddiaçının ##.##.2024-cü ildə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə habelə əmək kitabçasındakı məlumatlardan və cavabdehin sorğuya cavab məktubundan iddiaçının qanunlatələbolunan25ildəndəartıqümumiişstajınamalikolduğumüəyyənedilir.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təminedilməməsinədairyeniqərarqəbuledilməsinixahişetmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: G.Abbasova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsininqərarıdəyişdirilmədənsaxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyiilətamamilərazılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinədairyeniqərarqəbuledilməsinixahişetmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri iddiaya etirazda göstərilən dəlillərləeyniliktəşkiledir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdiklərigəlirlərinkompensasiyasıməqsədiləvətəndaşlaraaylıqpulödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşagörəəməkpensiyasıhüququvardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dənbaşlayaraq2027-ci il ####un #-dəkhəril6ayartırılır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqedilməsiniyoxlayır. Maddə94.Kassasiyaşikayətininverilməsinədairtələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiqapellyasiyainstansiyasıməhkəməsivasitəsiiləverilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlargöstərilməlivəşikayətəsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə96.AliMəhkəmədəicraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardadqəbuledir.Bubarədəprosesiştirakçılarınaməlumatverilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbuledir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qəraraqarşıverilmişşikayətlətələbedilənhəddə(həcmdə)dəyişdiriləbilər. Maddə98.AliMəhkəmənininzibatimübahisələrədairişüzrəqərarı 98.1.AliMəhkəmənininzibatimübahisələrədairişüzrəqərarıqətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkünhesabedilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraatçərçivəsindəməhkəməaktınınqanuniliyivəəsaslılığıtamolaraqyoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsiüçünəsasyoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiyainstansiyasıməhkəməsininaraşdırmalarıyetərlihesabolunur.
25. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zərurihesabedir.
26. Hazırda iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınıntəyinedilməsinənailolmaqdanibarətdir.
27. Işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı ##.##.2024-cü il tarixdə 60 yaşına çatmış, qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajına malik olmuşdur. Bu hallar cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmişdir. Mübahisə yalnız iddiaçının güzəştli iş stajının mövcudluğu ilə bağlıolmuşdur.
28. Cavabdeh inzibati orqanın əsas dəlili iddiaçının işlədiyi gəmilərin daim liman akvatoriyasında fəaliyyət göstərən gəmilər olub-olmaması barədə məlumatın kifayət qədər olmaması ilə bağlı olmuşdur. Lakin məhkəmə araşdırması zamanı işəgötürən tərəfindən təqdim edilmiş rəsmi arayış və məlumatlarla müəyyən edilmişdir ki, iddiaçının çalışdığı gəmilər dəniz donanmasına aid olmuş, daimi olaraq dənizdə istismar edilmiş və müvafiqSiyahıdanəzərdətutulan“üzənheyət”anlayışınauyğungəlmişdir.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu hüququn yaranması üçün aşağıdakı şərtlərin mövcudluğutələbedilir: şəxsinqanunlamüəyyənedilmişyaşhəddinəçatması; azı25ilümumisığortastajınamalikolması; azı12il6aygüzəştliişstajınınolması.
30. Işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı uzun müddət “xxxx” QSC-nin tərkibində fəaliyyət göstərən müxtəlif gəmilərdə motorçu, maşinist, matros, böyük mexanik və digər vəzifələrdə çalışmışdır. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin 2-ci hissəsinin “b” bəndindənəzərdətutulan“üzənheyət”kateqoriyasınaaidedilmişdir.
31. Odur ki, məhkəmə kollegiyası bildirir ki, iddiaçının 60 yaşına çatdığı, tələb olunan ümumi iş stajına malik olduğu, 12 il 6 aydan artıq güzəştli iş stajının yarandığı iş materialları ilə tam təsdiq olunduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınıntəyinedilməsindənimtinaqanunsuzolmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə mübahisələndirilən hissələrdədəyişdirilmədənsaxlanılmalıdır.
33. Yuxarıdagöstərilənlərəəsasənməhkəməkollegiyası
QƏRARA ALDI:
Cavabdehinkassasiyaşikayətitəminedilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ciiltarixliqərarıdəyişdirilmədənsaxlanılsın. Qərarqətidir.