Məhkəmə qərarları › İş №2-1(102)-448/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-448/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-448/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-448/2019) Bakı şəhəri 20 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2264/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi) İddiaçının 19.01.1989-cu ildən 01.09.1990-cu ilədək Zaqatala rayonunun Uzunqazmalar kəndində müəllim işləməsi Zaqatala rayon Xalq təhsil şöbəsi tərəfindən verilmiş 27 avqust 1990-cı il tarixli, 398 nömrəli arayışda qeyd edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət edərək 1989-1990-cı illər ərzində Zaqatala rayonunun Uzunqazmalar kənd məktəbində işlədiyi dövrün sığorta stajına daxil edilməsini xahiş etmiş, cavabdehin 24 yanvar 2018-ci il tarixli, 17-03/26 saylı məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. Məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, məhkəmə kollegiyası pensiyası sənədlərinin rəsmiləşdiril məsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə istinadən bildirilmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanaların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının 1989-1990-cı illər ərzində Zaqatala rayonunun Uzunqazmalar kənd məktəbində olan sığorta stajı əmək kitabçasında qeyd olunmadığı üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün deyildir. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1 il 7 ay 9 gün müddətində Zaqatala rayonunda müəllim kimi işləməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyi şdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18.01.1989-cu ildən 27.08.1990-cı ilədək 2 N-li sovxoz 8 illik məktəbində (indiki Uzunqazmalar kənd ümumi orta məktəbi) riyaziyyat müəllimi işləməsini nəzərə alaraq, 11.03.2017-ci il tarixdən əmək pensiyasının yenidən hesablanmasını və ödənilməmiş pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1832/2018 saylı iş üzrə 03 may 2018-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda anandan olmuş və 18.01.1989-cu ildən 27.08.1990cı ilə qədər Zaqatala rayonu Uzunqazmalar kəndin də natamam orta məktəbdə müəllim işləmişdir. Bu barədə Zaqatala rayon Xalq təhsil şöbəsi tərəfindən 27 avqust 1990-cı il tarixli, 398 nömrəli arayış verilmişdir. Lakin pensiya təyin olunarkən iddiaçının Zaqatala rayonunda işlədiyi dövr əmək stajı kimi nəzərə alınmamışdır. İddiaçı tərəfindən cavabdehə bu barədə rəsmi müraciət olunmuş, lakin cavabdeh 24 yanvar 2018-ci il tarixli, 27-03/26 saylı məktubla məsələnin həllindən imtina etmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasında vətəndaşın əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində deyilir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən də, iddiaçının 1989-1990-cı illərdə Zaqatala rayonunun Uzunqazmalar kənd məktəbində olan iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün sığorta stajına daxil edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1832/2018 saylı, 23 may 2018-ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia qismən təmin edilmiş, iddiaçının 18.01.1989-cu il tarixdən 2 7.08.1990-cı il tarixədək 2 N-li sovxoz 8 illik (indiki Uzunqazmalar kənd ümumi orta məktəbi) məktəbində riyaziyyat müəllimi kimi işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun əmək pensiyasının 11.03.2017-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2264/2018 saylı iş üzrə 27 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1832/2018 saylı, 23 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2264/2018 saylı iş üzrə 27 sentyabr 2018-ci il tarixli qərarının ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmiş, hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməm işdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” adından da göründüyü kimi, əmək pensiyalarının təyin edilməsini və hesablanmasını tənzimləyir. Bu Qaydaların sosial sığorta stajının hesablanması proseduru ilə bağlı olan 3-cü maddəsində 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə X3 daxil edilmiş məlumatlara əsasən müəyyən edilməsi göstərilmişdir. Həmin sənədlərin siyahısında hər hansı arxiv arayışı qeyd olunmamışdır. Qanuna əsasən öz səlahiyyətləri daxilində Qanunun icra mexanizmi ilə bağlı normativ hüquqi akt qəbul edən mərkəzi icra hakimi yyəti hər hansı qurum tərəfindən verilən arayışı iş stajını təsdiq edən sənəd kimi müəyyən etməmişdir. Xüsusi növ sahələrdə iş stajını təsdiqləyən sənədlərdən başqa, Qaydaları qəbul edən orqan əmək kitabçasını və əmək fəaliyyətini təsdiq edən sənədləri üzrlü səbəbdən təqdim etmək mümkün olmadıqda məhkəmə qərarını iş stajını təsdiq edən sənəd kimi müəyyən etmişdir. Hazırkı halda isə iddiaçının kolxozda işlədiyi müddətdə ona ümumiyyətlə əmək kitabçası tərtib olunmamışdır. Bu hal isə bu müddətin sosial sığorta stajı kimi nəzərə alınmasıni istisna edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kolleg iyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsasla ndırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqq ında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, Zaqatala rayon Xalq təhsil şöbəsi tərəfindən verilmiş 27 avqust 1990-cı il tarixli, 398 nömrəli arayış iddiaçının sığorta stajını təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə də cavabdehin mövqeyi ondan ibarətdir ki, həmin arayışd a qeyd edilən müddətin iddiaçının sığorta stajı kimi nəzərə alınması və ona pensiya təyin edilməsi qanunvericiliyin tələbinə ziddir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) istinadən qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin, Zaqatala rayon Təhsil şöbəsi tərəfindən verilmiş 26.04.2018-ci il tarixli Arxiv arayışında qeyd olunmuşdur ki, hazırki iş üzrə İddiaçı 18.01.1989-cu ildən 27.08.1990-cı ilədək 2 N-li sovxozda 8 illik məktəbində (indiki Uzunqazmalar kənd ümumi orta məktəbi) riyaziyyat müəllimi işləmişdir. Eyni zamanda həmin ərizəyə iddiaçının sözügedən məktəbə müəllim kimi göndərilməsi və işdən çıxması barədə əmrlərin təsdiq olunmuş surətləri əlavə olunmuşdur. Həmçinin, mübahisənin yarandığı zaman qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalar”ının 13 nömrəli əlavəsində əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən əlilliyə görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), əlilliyini təsdiq edən sənəd, ümumi iş (sos ial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yəni, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (Zaqatala rayon Xalq Təhsil şöbəsi tərəfindən 27 avqust 1990-cı il tarixli, 398 nömrəli arayışı, Zaqatala rayon Dövlət Arxivinin 26 aprel 2018-ci il tarixli arxiv arayışı) təqdim etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında ar xiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Zaqatala rayon Dövlət Arxivinin 26 aprel 2018-ci il tarixli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etməkdə məhkəməl ər haqlı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi ara yışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının 18.01.1989-cu ildən 27.08.1990-cı ilədək 2 Nli sovxozda 8 illik məktəbində (indiki Uzunqazmalar kənd ümumi orta məktəbi) riyaziyyat müəllimi işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasə n fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşəgötürənin maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil verməməsi, məcburi dövlət sosial sığorta ödənişləri ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl etməməsi işçinin əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz. Qanunvericiliklə nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əməl edilməməsi ilə əlaqədar işəgötürənlərin qanunvericiliklə müvafiq növ məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində sosial sığorta qanunvericiliyinin tələblərinin pozulması hallarını müəyyən etməli, qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Belə ki, inzibati orqanlar təqsirkar işəgötürənlərin qanunvericilikdə nəzərdə tutulmu ş məsuliyyətə cəlb edilməsi üçün, həmçinin ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün tədbirlər görməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qər arı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2264/18 saylı iş üzrə 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar