Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-448/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasınaqarşı iş üzrə QƏRAR (açar sözlər:Vəkillərin İxtisas Komissiyası tərərfindən şifahi müsahibədə iştirak etmiş iddiaçının cavabları “qeyri-məqbul” qiymətləndirdiyindən, iddiaçıya Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respu blikası Vəkillər Kollegiyasına qarşı xx xxx 2018ci il tarixli 6 saylı protokolun (qərarının) ona aid olan hissədə ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2489/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, şifahi müsahibədə verdiyi cavabın məqbul qiymətləndirilməsi və bunun əsasında onun Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılmaqla Vəkillər Kollegiyasına üzv q əbul edilməsi öhdəliyinin cavabdeh Vəkillər Kollegiyasının üzərinə qoyulmasını, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Vəkillər Kollegiyasının onun Vəkillər Kollegiyasına üzv qəbul edilməkdən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3237/2018 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, işin materialları xx.xx.2018-ci ildə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ixtisasca hüquqşünasdır, 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq hüquq fakültəsini bakalavr ixtisası üzrə bitirmiş, 2011-ci ilin xxx başlayaraq fərdi vergi qeydiyyatına düşməklə (VÖEN əsasında) praktik hüquqşünaslıqla məşğuldur, aktiv ictimai fəaliyyətlə məşğul olur. Vətəndaşların idarəetmədə iştirakına, qadınlara qarşı zorakılığa, eləcə də insan hüquqlarının digər sahələrinə aid çoxsaylı vəkillik kampaniyalarında iştirak etmiş, miqrasiya, vətəndaşsızlıq halları ilə bağlı müstəqil medianın çoxsaylı proqramlarında iştirak etmiş, müsahibələr vermiş, qanun dəyişikliklərini şərh etmiş və mənfi nəticələrini tənqid etmişdir. Azərbaycanda miqrasiya və vətəndaşsızlıq hallarının azaldılması sahəsində ixtisaslaşmış hüquqşünas kimi tanınır. İddiaçı Praktik Hüquqşünaslar Qrupunun (bundan sonra PHQ) təsisçi üzvü kimi 2017-ci ilin xxxxx bu qanun dəyişikliyinin əleyhinə PHQ-nin fəaliyyətində yaxından iştirak etmiş və sosial şəbəkələrdə bu qanun dəyişikliyinin əleyhinə ictimai məzmunlu yazılar paylaşmı ş və ictimai müzakirələrdə iştirak etmişdir. Həmin qanun dəyişikliyini dəstəkləyən Kollegiyanın rəhbərliyi, sonradan fəxri fərmanla təltif edilmiş aktiv üzvləri və inzibati heyətindən olan şəxslərlə ictimai mübahisələri olmuş, bu mübahisələrdə Vəkillər Kollegiyasını bu və ya digər formada təmsil edən şəxslər onun və digər PHQ üzvlərinin “Vəkillər Kollegiyasının təməlinə lağım atmaqda” və “vəkillik fəaliyyətini siyasiləşdirməkdə” ittiham etmiş, onlara qarşı “sizin fikirdə olan şəxsləri Kollegiyaya üzv qəbul etmək olmaz” kimi fikir bildirmişlər. Bundan sonra ixtisas imtahanından keçmiş PHQ-nin üzvlərinin hamısı şifahi müsahibə mərhələsindən növbəti mərhələyə keçməmişlər. Onunla bağlı şifahi müsahibənin nəticəsi elan edildikdən sonra sosial mediada nəticələrin obyektiv olmadığını və onun akti v ictimai fəaliyyəti ilə əlaqədar olduğunu bəyan etmiş, bundan sonra cavabdehin rəhbərliyi səviyyəsində mətbuata verilmiş müsahibələrdə və digər yazılarda şifahi müsahibənin nəticələrindən razı qalmayan və bu barədə aşkar etiraz edən şəxsləri “müxalifyönlü siyasi partiya mənsubiyyətli şəxslər” kimi qəbul etdiyini nümayiş etdirib, onları “beynəlxalq xarici təşkilatların agenti olmaqda” ittiham edib, həmin şəxslərə “peşələri ara qızışdırmaq olan yoldaşlar”, “xain, səviyyəsiz, inkişafı gözləri götürməyən ağzıgöyçək PİN agentləri”, “öz ağıllarından müştəbeh sabiq namizədlər” kimi ifadələrlə istinad etmişlər. x xxxxxx 2017-ci il tarixdə Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə növbəti ixtisas imtahanı elan edimiş, iddiaçı müvafq sənədləri təqdim etməklə vəkilliyə qəbul üzrə ixtisa s imtahanında iştirak etmək üçün vəkilliyə namizəd kimi qeydiyyatdan keçmiş, xx xxxxxx 2018-ci il tarixdə keçirilmiş vəkilliyə ixtisas imtahanının 1- ci mərhələsində, yəni yazılı test imtahanında iştirak etmiş, həmin imtahanın nəticələrinə əsasən 67 (altmış yeddi) bal toplayaraq növbəti mərhələyə buraxılmışdır. xx xxx 2018-ci il tarixdə vəkilliyə ixtisas imtahananının 2-ci mərhələsində, yəni şifahi müsahibədə iştirak etmiş, həmin gün şifahi müsahibədə ona 5 (beş) sual verilib: Konstitusiya Məhkəməsi qərarlarının hüquqi qüvvəsi; cinayət mühakiməsində məhkəmə baxışının hədləri; vəkillik fəaliyyətinin ümumi qaydaları; inzibati məhkəmə icraatında yeni açılmış hallarla bağlı icraat; sığorta ödənişinin verilməsindən imtinanın əsasları. Yuxarıda qeyd edilən suallardan 4 (dörd) suala mahiyyət üzrə düzgün cavab vermiş, cavab vermədiyi yeganə sual isə kifayət qədər ixtisaslaşma tələb edən və məxsusi bir mövzu olan sığorta ödənişinin verilməsindən imtinanın əsasları ilə bağlı olub. xx xxx 2018-ci il tarixdə şifahi müsahibənin nəticələri cavabdehin rəsmi vebsaytı vasitəsilə elan edilmiş, onun şifahi müsahibədə verdiyi cavablar qeyri-məqbul qiymətləndirilmişdir. xx xxx 2018-ci il tarixdə cavabdehin ixtisasa qəbul üzrə müvafiq qurumu olan Vəkillərin İxtisas Komissiyasının qərarından cavabdehin Rəyasət Heyətinə şikayət vermiş, xx xxx 2018-ci il tarixdə Rəyasət Heyəti şikayəti rədd etmiş və iddiaçıya həmin qərar barədə xx xxxx 2018ci il tarixdə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı hesab edir ki, aşağıdakılara əsasən cavabdehin iımtinaedici qərarı qanunsuz və əsassızdır. Belə ki, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər (Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun, maddə 8.1). İddiaçınınvəkilliyə qəbul edilməkdən imtina edilməsinin əsası kimi onun şifahi müsahibədə qeyri-məqbul qiymətləndirilməsi əsas götürülmüş, digər tələblərin mövcudluğu miibahisələndirilməmişdir. 1) ca vabdehin faktual əsası onun suallara qeyri-məqbul cavab verməsidir. İddiaçı hesab edir ki, suallara tələb edilən səviyyədə cavab vermiş, cavabdeh isə bunun əksini təsdiq edən sübutlarını və bu sübutetmə yükünü nümayiş etdirən dəlillərini məhkəməyə təqdim etməmişdir. Buna uyğun olaraq inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur (“İnzibati icraat haqqında” Qanun, maddə 19.1). 2) ixtisas imtahanının tərkib hissəsi olan şifahi müsahibənin funksiyası vəkilliyə namizəddən onun yazılı test mərhələsində artıq cavablandırdığı sualları təkrarən cavablandırması mənasına gəlməməlidir. Belə ki, yazılı test mərhələsində ona təqdim edilmiş 100 sualdan 60 sualına cavab verməklə namizəd onun hüquqi biliyi ilə bağlı peşə yararlılığının yoxlanılmasına dair tələbi yerinə yetirmiş olur. Şifahi müsahibənin məqsədi namizədin müvafiq kazuslar üzrə hüququ tətbiq etməyə dair bacarığının olub-olmamasını yoxlamaqdan və onun üstün əxlaqi keyfiyyətlərə malik olub-olmamasını aydınlaşdırmaqdan ibarət olmalıdır. Əgər şifahi müsahibə yazılı testlə eyni funksiyanı daşıyacaq idisə, onda yazılı testin keçirilməsinin mənası olmur. Bu baxımdan hesab edir ki, şifahi müsahibəyə yazılı testlə əlaqəli qaydaları tətbiq etməklə cavabdeh hüququn tətbiqi ilə əlaqədar maddi-hüquqi səhvə yol verib. Başqa sözlə, hüququ yanlış tətbiq edib. Cavabdehin hüququ yanlış tətbiq etməsi onun gəldiyi nəticələrin qanuniliyini şübhə altına alır. Bununla da cavabdehin keçirdi yi şifahi müsahibənin nəticələri qanuni deyil. Bu baxımdan inzibati orqan kimi cavabdehin ümumi qanunun aliliyi və qanunçuluq prinsipinə riayət etməsi və maddi-hüquq normalarını düzgün tətbiq və təfsir etməsi tələb edilir (“İnzibati icraat haqqında” Qanun, maddə 11; “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, maddə 1.11). 3) iddiaçı hesab edir ki, verdiyi cavabları əsassız olaraq məqbul hesab etməməklə, onu şifahi müsahibədə çaşdırmağa çalışmaqla Vəkillərin İxtisas Komissiyasındakı nümayəndələri ona qarşı subyektiv olaraq qərəzli və ədalətsiz davranmışlar. Bu səbəbdən Vəkillərin İxtisas Komissiyasının üzvlərinin verdiyi cavabları qeyri-məqbul qiymətləndirməsi ona qarşı qərəzli davranışlarına görə ədalətli və əsaslı deyil. 4) iddiaçı qeyd edir ki, onun aktiv ictimai fəaliyyəti aşkar xarakter daşıyıb və mətbuat vasitəsilə ictimaiyyətə bəlli olub. 2017-ci ilin sonlarında vəkilliyə dair qanunvericiliyə və prosessual qanunvericiliyə nümayəndəliyin məhdudlaşdırılması ilə əlaqədar dəyişikliyə etiraz olaraq yaradılan PHQ-nin üzvlərindən biri olmuşdur. Onun vəkilliyə qəbul edilməməsi əslində xoşməramlı bir addım deyil, keçmiş ictimai fəaliyyətinə görə bədniyyətli müdaxilədir və bu hal həmin müdaxilənin prima facie əsassızlığını nümayiş etdirir. 5) iddiaçı hesab edir ki, onun inzibati orqanda icraatda prosessual hüquqları pozulub. Bu prosessual pozuntular isə işin taleyini həll etməklə əhəmiyyətli səciyyə daşıyır. Belə ki, onun dinlənilmə hüququ və bununla əlaqəli vəzifəli şəxslərə etiraz etmək hüququ təmin edilməyib (“İnzibati icraat haqqında” Qanun, maddə 21 və maddə 42). B elə ki, nə Vəkillərin İxtisas Komissiyası, nə də Rəyasət Heyəti qərar qəbul etməmişdən əvvəl onu dəvət etməyib və öz mövqeyini əks etdirən müvafiq sənədi təqdim etməyib, eləcə də ondan həmin mövqeyə dair mülahizələrini götürməyib. Halbuki, ilkin qərardan şikayət verməklə Vəkillərin İxtisas Komissiyasının mövqeyinə etirazını bildirmiş, lakin buna baxmayaraq Rəyasət Heyəti həmin şikayətə dair iclasa onu dəvət etməmiş, bununla da onun dinlənilmə hüququ pozulmuşdur. Bundan əlavə, iddiaçı hesab edir ki, müvafiq iclasa dəvət edilmədiyi üçün onun işi üzrə qərar qəbul edən şəxslərə etiraz etmək hüququ da pozulub. Göstərilənlərdən əlavə, cavabdehin qərarı əsaslandırılmamış, qısa şablon ifadə (“hüquqı əsas müəyyən edilmədiyindən”) yazmaqla şikayəti rədd edib. Vəkillərin İxtisas Komissiyasının da qər arı əsaslandırılmayıb. Beləliklə, cavabdeh inzibati aktını əsaslandırmaq öhdəliyini pozub (İnzibati icraat haqqında Qanun, maddə 61). Beləliklə, bu inzibati mübahisə üzrə ciddi prosessual hüquq pozuntuları mövcuddur. Bunlara dinlənilmə hüququnun təmin edilməməsi, vəzifəli şəxslərə etiraz etmək hüququnun təmin edilməməsi, inzibati aktın əsaslandırılmaması aiddir. Sadalanan prosessual hüquq pozuntuları ciddi səciyyə daşıyır və işin mahiyyətinə təsir edir. Cavabdehin onu vəkilliyə qəbul etməkdən imtina etməsi qanunsuz, əsassız, bədniyyətli əməldir, onun hüquqşünas olaraq peşə hüququnu pozmuşdur. (Konstitusiya, maddə 35.11 və Avropa İnsan Hüquqları Konvensiyası, maddə 8.1 və Sidahras and Dziautas v. Lithuania, 55480/00 59330/00, xx/xx/2004, § 47; Bigaeva v. Greece, 26713/05, xx/xx/2009, §§ 22- 25; Jankauskas v. Lithuania (no. 2), 50446/09, xx/xx/2017, § 56 və Lekaviciene v. Lithuania, 48427/09, xx/xx/2017, § 36). İddiaçı qeyd edir ki, onun hüquqlarına qoyulan məhdudiyyət ictimaisiyasi fəaliyyəti ilə əlaqədar olduğu üçün onun ifadə azadlığı və birləşmək hüququnun pozuntusu ilə nəticələnib (Konstitusiya, maddə 47.1 və maddə 58.1; Konvensiya, maddə 10 və 11). Qeyd edilənlərdən əlavə olaraq onun hüquqlarına qoyulan məhdudiyyət ona qarşı ayrı-seçkilikdir (Konstitusiya, maddə 25 və Konvensiya, maddə 14). Belə ki, bu məhdudiyyət onun ictimai mövqeyinə görə qoyulub, onun peşə hüququna qoyulan məhdudiyyət xoşməramdan irəli gəlmir və bədniyyətlə qoyulub, cavabdeh onun hüquqlarına məhdudiyyət qoyarkən ona verilmiş səlahiyyətlərdən sui-istifadə edib (Konstitusiya, maddə 68 və Konvensiya, m addə 18). İddiaçı göstərilənləri nəzərə alaraq, şifahi müsahibədə verdiyi cavabın məqbul qiymətləndirilməsi və bunun əsasında onun Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində icbari təlimə buraxılmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulmasını, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının onun Vəkillər Kollegiyasına üzv qəbul edilməkdən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)470/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı cavabdehin xx xxx 2018-ci il tarixli, 6 saylı protokol-qərarının ona aid olan hissədə ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2489/2019 saylı qərarı ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq qurumu olan Vəkillərin İxtisas Komissiyası peşə yararlılığının müəyyən edilməsinə dair şifahi müsahibədə iddiaçının verdiyi cavabları əsassız olaraq qeyri-məqbul sayıb. Şifahi müsahibə protokolu və ona əlavə edilmiş sənədlərdə cavabdeh onun verdiyi cavabların hansı əsaslara görə qeyri-məqbul hesab edilməsi əsaslandırmamışdır. Cavabdeh ixtisas imtahanının şifahi müsahibə mərhələsini ədalətli və müvafiq həyata keçirməyib. Cavabdeh iddiaçıya qarşı iddiaçının ictimai-siyasi fəaliyyətinə görə qərəzli olub. Buna görə də əsassız olaraq onu şifahi müsahibə mərhələsin də müsahibədən qərəzli olaraq keçirməyib. İddiaçı X2 (“PHQ”) aktiv üzvlərindən biridir. Belə ki, PHQ nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılmasına dair Milli Məclis tərəfindən qəbul edilən qanunvericilik dəyişiklikləri əleyhinə kampaniya aparmaq məqsədilə yaradılıb. 2017-cı ilin xxxxx PHQ aktiv fəaliyyət göstərib və iddiaçı bu qrupun üzvü kimi fəal olaraq sosial şəbəkələrdə həmin qanunvericilik dəyişikliklərini tənqid edib. Həmin vaxt sosial şəbəkələrdə olan müzakirələr zamanı iddiaçı cavabdehin yüksək vəzifəli şəxsləri ilə bu məsələlərə dair müzakirə və mübahisələr edib. Həmin vaxt iddiaçı cavabdehin indiki rəhbərliyini tənqid edən mülahizələr ifadə edib. Cavabdehin vəzifəli şəxslərindən və üzvlərindən bəziləri onu və PHQ-ın digər üzvlərini bu tənqidlərinə görə hədələyiblər və bildiribl ər kı, “bu fəaliyyətlərinə görə PHQ üzvləri Kollegiyaya üzv qəbul edilməməlidir. Cavabdeh Vəkillər Kollegiyasına üzv qəbul edilmək üçün növbəti ixtisas imtahanı elan etdikdən sonra iddiaçı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8.1-ci hissəsindəki müvafiq şərtlərə uyğun olaraq bu ixtisas imtahanında iştirak etmək üçün cavabdehə ərizə və ərizəyə əlavə edilmiş lazımi sənədlərlə müraciət edib. Cavabdeh iddiaçı namizəd kimi qeydə alıb. İddiaçı ixtisas imtahanının yazılı test mərhələsində iştirak edib və 67 bal toplayaraq növbəti mərhələyə keçib. Bundan sonra, iddiaçı ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak edib. Şifahi müsahibənin nəticələrinə görə cavabdehin müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyası iddiaçının şifahi müsahibədə verdiyi cavabl arı qeyri- məqbul qiymətləndirərək ona peşə yararlılığının müəyyən edilməsinə dair hüquqi rəy verməkdən imtina edib. Bu Komissiyanın mövqeyi əsaslandırılmayıb. İddiaçı həmin imtina qərarından cavabdehin Rəyasət Heyətinə şikayət vermiş, şikayət rədd edilmişdir. Rəyasət Heyəti mövqeyi əsaslandırmayıb.Bundan sonra, iddiaçı məhkəməyə müraciət edib. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz, əsassız və qərəzlidir. İddiaçı hesab edirik kı, imtina qərarı hüquqa uyğun olaraq qəbul edilməyib və tələb olunan səviyyədə əsaslandırılmayıb. Bundan əlavə, iddiaçı bu mövqedədir kı, onun üzv qəbul edilməməsi PHQ-də üzv kimi olan tənqidi mövqeyinə və digər ictimai-siyasi fəaliyyətinə görədir və bu səbəbdən də qərəzlidir. İddiaçının işi üzrə iddia tələbinin əsası kimi çıxış edən qanuni əsas “Vəkill ər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 1-ci və 11 hissələridir. İddiaçı ixtisas imtahanı verməmişdən əvvəl qəbul ərizəsinə qanunla tələb olunan sənədləri əlavə edərək cavabdehə verib və ərizəsi qəbul olunub. Bu da təsdiq edir ki, iddiaçı qanunla tələb olunan şərtləri ödəyib. Mübahisənin başlıca mövzusu iddiaçının “peşə yararlılığının müəyyən edilməsi məqsədilə şifahi müsahibə mərhələsini” müvəffəqiyyətlə keçib- keçməməsi problemidir. İddiaçı şifahi müsahibədə ona verilmiş 5 sualdan 4- nə cavab verdiyini qeyd edir. Həmin 4 suala lazımi və məqbul səviyyədə cavab verib. İddiaçı qəbul edir kı, suallardan birinə cavab verməkdən imtina edib ( “Sığorta ödənişinin verilməsindən imtinanın əsasları” sualına). İddiaçının həmin suala cavab verməsindən imtina etməsinin səbəbini h əmin sualın ümumi hüquq biliyini müəyyən etməkdən daha çox spesifik bir məsələyə aidiyyəti təşkil edib. Cavabdeh isə hesab edir ki, iddiaçı suallara məqbul səviyyədə cavab verməyib. Cavabdehin məhkəməyə təqdim etdiyi X1 çıxarış göstərir ki, İxtisas Komissiyası iddiaçının 4 suala cavabını qeyri-məqbul sayıb. Komissiya üzvləri iddiaçının yalnız 4-cü suala (“İnzibatı prosesdə yeni açılmış hallar üzrə icraat” sualı) cavabını əksərriyyətlə məqbul sayıblar.Beləliklə, şifahi müsahibə ilə əlaqədar 3 sualın məqbul cavablandırılıb-cavablandırılmaması ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Qeyd edilməlidir kı, iddiaçı həmin üç suala verdiyi cavabları obyektiv səbəblərdən sənədləşdirə bilməyib. İddiaçıdan fərqli olaraq cavabdeh şifahi müsahibə iclasını sənədləşdirmək öhdəliyi daşıyır. Belə ki, Azərbaycan Respublikası Vəkillər X4 x xxxx 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının 2.4 və 5.4-cü bəndləri İxtisas Komissiyasının protokollaşdırılması öhdəliyini cavabdehin üzərinə qoyur.İş materiallarından aydın olur ki, cavabdeh belə bir protokollaşdırma aparsa da həmin protokollaşdırma iddiaçının verdiyi cavabları ehtiva etmir. Beləliklə, cavabdeh müvafiq qanuni öhdəlikləri olduğu və lazımı imkan və vasitələrə malik olduğu halda şifahi müsahibənin protokolunu lazımi qaydada rəsmiləşdirməyib və iddiaçının suallara verdiyi cavabları protokolda əks etdirməyib. Eləcə də bu protokola əlavə edilən X1 Çıxarışdan göründüyü kimi, Komissiya üzvləri iddiaçının cavablarını nəyə görə qeyri-məqbul qiymə tləndirdiklərini qeyd etməyiblər. Yalnız şablon məqbul və qeyri-məqbul qiymətləri əks edilib. Yuxarıda qeyd edilən mülahizələrə görə şifahi müsahibədə mübahisə qalan 3 sualla bağlı məsələnin aydınlaşdırılması üçün cavabdehin tərtib etdiyi şifahi müsahibə iclasında dair protokol və Qiymətləndirmə cədvəlləri sübutetmə vasitəsi qismində çıxış etmir. Çünki həmin protokol və cədvəli obyektiv olaraq yoxlamaq mümkün deyil. İddiaçı məsələnin araşdırılması üçün Komissiya üzvlərinin şahid qismində dindirilməsinə dair vəsatət versə də, həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Cavabdeh iddiaçının mübahisəli üç suala verdiyi cavabların qeyri-məqbul olmasını, yəni mötəbər olmasını sübut edə bilmədiyindən iddiaçının həmin suallara verdiyi cavablar məqbul hesab edilməlidir. Tərəflərin izahatla rı İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin vəkili Vəkil əlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəmə si tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2489/2019 saylı qərarı dəyişdirilmədən saxlanılm alı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, ərizəsi qəbul edilərək yazılı test imtahanından müsbət nəticə əldə edərək ixtisas üzrə yazılı test imtahanından 67 bal topladığına görə şifahi müsahibəyə buraxılmış, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının xx xxx 2018-ci il tarixli, 27 sayli şifahi imtahan iclas protokolundan çıxarışa görə İxtisas Komissiyasının sədri X1, İxtisas Komissiyasının sədr müavini X2, İxtisas Komissiyasının iclas katibi X3, İxtisas Komissiyasının üzvləri X4, X5, X6, X7, X8, V9 və X10 iştirakı Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmək üçün yazılı test imtahanından müəyyən edilmiş keçid balını toplayaraq imtahanların şifahi mərhələsinə buraxılmış namizədlərin peşə yararlılığının müəyyən edilməsi və onların Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsinə dair rəy verilməsi məsələsinə baxılması üçün şifahi müsahibə aparılmış, imtahan günü namizədlərə ünvanlanmış 5 sual - Konstitusiya məhkəməsinin qərarlarının hüquqi qüvvəsi və qüvvəyə minmə vaxtı, Cinayət prosesində məhkəmə baxışının hədləri, Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, inzibati prosesdə yeni açılmış hallar üzrə icraat, sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından ibarət olmuş, (Komissiya üzvləri X1 tərəfindən namizədə Konstitusiya məhkəməsinin qərarlarının hüquqi qüvvəsi və qüvvəyə minmə vaxtı, X2 tərəfindən cinayət prosesində məhkəmə baxışının hədləri, X3 tərəfindən vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, X4 tərəfindən inzibati prosesdə yeni açılmış hallar üzrə icraat və X5 tərəfindən sığorta ödənişinin verilməsindən imtinanın əsasları ilə bağlı suallar ünvanlanmış), Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın X1 xx.xx.2018-ci il tarixli çıxarışa görə imtahan günü vəkilliyə namizəd İddiaçı ünvanlanmış suallara verdiyi cavabları Vəkillərin İxtisas Komissiyası tərəfindən 10 məqbul, 35 qeyri-məqbul qiymətləndirilmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının xx xxx 2018-ci il tarixli 6 saylı iclas protokoluna əsasən şifahi müsahibədə iştirak etmiş iddiaçının cavabları Komissiya tərərfindən “qeyri-məqbul” qiymətləndirdiyindən, iddiaçıya Vəkillər Ko llegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmiş, iddiaçı Vəkillərin İxtisas Komissiyasının bu qərarından Azərbaycan Respublikası Vəkillər X6 şikayət vermiş, şikayətə Rəyasət Heyətinin xx.xx.2018-ci il tarixli iclasında baxılaraq əsassız hesab edilmiş və iddiaçıya xx.xx.2018-ci il tarixli məktub göndərilmiş, iddiaçı vəkilliyə namizəd kimi Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmək üçün müsbət rəyin verilməsindən imtina haqqında protokolun (qərarın) qanuniliyini mübahisələndirmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, xxx qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na daxil edilməsə də, hüquqşünas namizəd lərin vəkilliyə qəbulunu həyata keçirən yeganə qurum olduğundan və fəaliyyətinin hüquqi əsasını müəyyən edən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən özünün və yaratdığı qurumun qəbul etdiyi qərarlar hüquqi nəticə yaratdığından, hazırki iş üzrə inzibati orqan funksiyası daşıyır, buna görə də iddiaçının məhkəmə tərəfindən mümkün sayılmış iddia tələbi mübahisələndirmə haqqında iddia növünə uyğundur, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı mübahisələndirilən protokolun ləğvi əsaslarından biri kimi ona istinad etmişdir ki, xx xxx 2018-ci il tarixdə vəkilliyə ixtisas imtahanlarının 2-ci mərhələsində şifahi müsahibədə sonuncu sual istisna olmaqla ona verilən 4 sualı məqbul cavablandırdığı halda Vəkillərin İxtisas Komissiyasını n üzvləri onun cavablarını əsassız və qərəzli olaraq qeyri-məqbul qiymətləndirmişlər, o, nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılmasına dair qanunvericilik dəyişiklikləri əleyhinə kampaniya aparmaq məqsədilə yaradılmış X2 aktiv üzvlərindən biri olduğundan və sosial şəbəkələrdə qanunvericiliyə edilmiş dəyişikliyi və cavabdehin indiki rəhbərliyini tənqid edən fikirlər irəli sürdüyündən, bu müzakirələr zamanı cavabdehin yüksək vəzifəli şəxsləri ilə mübahisə etdiyindən, Komissiya üzvləri ona qarşı qərəzli olmuşlar, iddiaçı bu mülahizələri ilə əlaqədar məhkəməyə sosial şəbəkələrin birindən iddiaçının, Vəkillər Kollegiyasının sədri X1, X3 Aparat rəhbəri X2 və digər vəkillərin adından müxtəlif şərhlər olan çıxarış təqdim etmiş, sosial şəbəkədə müəyyən şəxsin adından yazılmış fikir və şərhlərin h əmin şəxsin özü tərəfindən deyil, saxta profillə digər şəxs tərəfindən yazılmasının mümkünlüyü nəzərə alınaraq sosial şəbəkələr vasitəsilə həyata keçirilən yazışmalar məhkəmə tərəfindən işin hər hansı halını təsdiq edən sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz, bundan əlavə iddiaçının təqdim etdiyi sosial şəbəkə vasitəsilə həyata keçirilmiş yazışmalar sübut kimi qəbul edilərsə belə, təqdim edilmiş yazışmalarda Vəkillərin İxtisas Komissiyasının üzvlərindən hər hansı birinin adı və ya şərhi yoxdur, Vəkillər Kollegiyasının sədrinin adından yazılmış şərhlərdə isə iddiaçının yazdığı fikirlərə münasibət bildirilməmiş, onun ünvanına tənqidi fikirlər irəli sürməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas K omissiyasının xx xxx 2018-ci il tarixli xxx sayli şifahi imtahan iclas protokolundan çıxarışa görə Vəkillərin İxtisas Komissiyasının sədrinin və ya hər hansı üzvünün iddiaçıya qarşı qərəzli olduqlarına dair qənaət formalaşdırmağa imkan verən sübutlar mövcud deyildir, iddiaçının X2 aktiv üzvlərindən biri kimi həyata keçirdiyi fəaliyyətlə bağlı Vəkillər Kollegiyasının rəhbər vəzifəli şəxslərinin və Kollegiya üzvü olan vəkillərin ona qarşı qərəzli olduğu sübut edilmiş olsa belə, Vəkillərin İxtisas Komissiyasının vəkil olmayan üzvlərinin sayı vəkil olan üzvlərin sayından çox olduğundan bu hal iddiaçının şifahi müsahibədə verdiyi cavabların qiymətləndirilməsi ilə bağlı yekun nəticəyə təsir edə bilməzdi, belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Vəkillərin İxtisas Komissiyası” ha qqında Əsasnamənin 3.3-cü maddəsinə əsasən, ixtisas komissiyasında qərarlar komissiyanın iclasında iştirak edən üzvlərin 50 %-dən çoxu lehinə səs verdikdə qəbul edilmiş hesab olunur, Vəkillərin İxtisas Komissiyasının vəkil olmayan hakim və hüquqşünas alimlərdən ibarət olan 6 üzvü Vəkillər Kollegiyasından və onun sədrindən hər hansı formada asılılığı olmadığından, həmin üzvlərin iddiaçının verdiyi cavabları qiymətləndirərkən iddia ərizəsində qeyd edilmiş əsaslara görə qərəzli mövqe nümayiş etdirməsi istisna olunur, iddiaçı, ona qarşı qərəzli olduğunu ehtimal etdiyi hər hansı komissiya üzvünə etiraz etmək hüququna malik olmuş, lakin bu hüquqdan istifadə etməmiş, həmçinin iddiaçı ilə bağlı Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığının müəyyən edilməsinə dair xx xxx 2018-ci il tarixli 6 saylı şifahi müsahibənin nəticələrinə dair protokolunda (qərarında) qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqi ilə bağlı prosedur pozuntusuna yol verilməsi halı müəyyən edilməmiş, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillər öz təsdiqini tapmamış, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində “Sığorta ödənişinin verilməsindən imtinanın əsasları” barədə sual hüquqa aid sual olmaqla həmin sualın verilməsi “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olmuş, Vəkillər X4 x xxxx 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” test (yazılı) imtahandan öncə http://barassociation.az/ saytında rəsmi dərc edilmiş, bütün namizəd lərin onunla tanış olmaq imkanı təmin olunmuş, həmin Qaydaların 5.3-cü bəndinə əsasən hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır, namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər, bundan başqa imtahan proqramı barədə rəsmi saytdan çıxarışa görə Vəkillərin İxtisas Komissiyasının vəkilliyə qəbula dair imtahan proqramı https://barassociation.az/recruitment səhifəsində dərc edilmiş, eləcə də namizədlərin suallara cavabının “Məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilməsi Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyətinə aid olduğundan, məhkəmə tərəfində n iddiaçının şifahi imtahan mərhələsində verdiyi cavabların qiymətləndirilməsi həyata keçirilə bilməz, vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanlar zamanı yazılı qiymətləndirmələr əsasında aparılmış hesablamalar nəticəsində qərarlar rəsmiləşdirilərkən çoxlu sayda anoloji qərarların rəsmiləşdirilməsi zəruri olduğu üçün hər bir qərarın detallı və ətraflı əsaslandırılmasının həyata keçirilməməsi “İnzibati icraat haqqında” Qanunun 61.5-ci maddəsinə əsasən mümkündür. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırkı inzibati iş üzrə aydınlaşdırılmalı məsələ ondan ibarət olmuşdur ki, şifahi imtahan zamanı cavabdeh iddiaçının, hüquq sahəsinə aid ona verilmiş beş suala verdiyi cavabları qiymətləndirərkən özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Azərbaycan Respublikası Vəkillər X4 x xxxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın 2.1-ci bəndinə əsasən ixtisas imtahanları Vəkillər X5 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilir. Komissiyanın tərkibi beş vəkil, üç hakim və üç hüquqşünas alimdən ibarət olmaqla, onun vəkil olan üzvləri Azərbaycan Respublikası Vəkillər X5, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, hüquqşünas alim olan üzvləri isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilir. Qaydalar in 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Məhkəmə həmçinin, iddiaçının ixtisas imtahanının test (yazılı) və şifahi müsahibə mərhələlərinin eyni qaydada keçirilməsi, ixtisas imtahanının şifahi mərhələsində yazılı (test) mərhələsində olduğu kimi hüquqa aid sualların verilməsinin çoxun azı ehtiva etməsi prinsipinin (İnzibati icraat haqqında Qanunun 18-ci maddəsi) pozulması barədə dəlilini də əsassız hesab etmişdir. Test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Şifahi müsahibə mərhələsində isə cavab varian tları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. İlkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılması məqsədini güdən test (yazılı) mərhələsi ilə şifahi mərhələnin eyniləşdirilməsi əsassızdır. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səla hiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Qanunun 61.5-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Bundan başqa, namizədlərin suallara verdikləri cavabların “Məq bul” və ya “qeyriməqbul” qiymətləndirilməsi qanunvericilikdə Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyəti kimi təsbit edilmişdir. Qanunverici bu zaman inzibati orqana öz seçimi ilə davranış imkanı verir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Bununla belə, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məsqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkil də həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi sosial şəbəkə vasitəsilə həyata keçirilmiş yazışmalarda Vəkillərin İxtisas Komissiyasının üzvlərindən hər hansı birinin adı və ya şərhinin olmadığını, Vəkillər Kollegiyasının sədrinin adından yazılmış şərhlərdə isə iddiaçının yazdığı fikirlərə münasibət bildirilmədiyini, həmçinin iş materiallarında Vəkillərin İxtisas Komissiyasının sədrinin və ya hər hansı üzvünün iddiaçıya qarşı qərəzli olduqlarına dair qənaət formalaşdırmağa imkan verən sübutların olmadığını, Vəkillərin İxtisas Komissiyasının vəkil olmayan hakim və hüquqşüna s alimlərdən ibarət olan 6 üzvünün Vəkillər Kollegiyasından və onun sədrindən hər hansı formada asılılığı olmadığından, həmin üzvlərin iddiaçının verdiyi cavabları qiymətləndirərkən iddia ərizəsində qeyd edilmiş əsaslara görə qərəzli mövqe nümayiş etdirməsinin istisna olunduğunu, ona qarşı qərəzli olduğunu ehtimal etdiyi hər hansı komissiya üzvünə etiraz etmək hüququna malik olsa da iddiaçının bu hüquqdan istifadə etmədiyini, həmçinin iddiaçı ilə bağlı Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığının müəyyən edilməsinə dair xx xxx 2018-ci il tarixli, 6 saylı şifahi müsahibənin nəticələrinə dair protokolunda (qərarında) qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqi ilə bağlı prosedur pozuntusuna yol verilməsi halının müəyyən edilmədiyini, iddiaçının bununla bağlı irəli sürd üyü dəlillərin öz təsdiqini tapmadığını, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində “Sığorta ödənişinin verilməsindən imtinanın əsasları” barədə sual, həmçinin digər suallar da məhz hüquqa aid suallar olmaqla həmin sualların verilməsinin “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olduğunu, eləcə də namizədlərin suallara verdikləri cavablarının “Məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilməsi Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyətinə aid olduğundan, məhkəmə tərəfindən isə iddiaçının şifahi imtahan mərhələsində verdiyi cavabların qiymətləndirilməsinin həyata keçirilə bilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2489/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2489/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-448/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-448/2020
18.02.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver