Məhkəmə qərarları › İş №2-1(102)-448/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-448/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-448/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, iş stajının iş yerinin arayış və əmrləri ilə təsdiq olunması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına (bundan sonra cavabdeh) qarşı “xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-471/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1972-ci ildən xx.xx.1998-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən o, 1975-1977-ci illərdə SSSRİ SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

3. Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli əmək haqqı barədə arayışa əsasən iddiaçı mart 1991-ci ildən noyabr 2001-ci ilədək Şamaxı rayon Kələxana kənd orta məktəbində işləmiş və əmək haqqı almışdır.

4. Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən verilmiş əmək haqqı cədvəllərinə əsasən iddiaçı 1991-ci ilin mart ayından 2001-ci ilin dekabr ayınadək əmək haqqı almışdır.

5. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, cavabdeh tərəfindən xx xxxx 2020-ci tarixli məktubla iddiaçının 1991-2001-ci illərdə Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddət əmək kitabçasında öz əksini tapmadığına görə həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı x xxxx 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı əmək faktının müəyyən olunmasına dair ərizə, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu, Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif yerlərdə və peşələrdə, o cümlədən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-cı il tarixə kimi Şamaxı rayon Kələxana kənd orta məktəbində hərbi hazırlıq üzrə müəllim vəzifəsində işləmişdir. Əmək pensiyası almaq üçüm DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin onun məktəbdə müəllim vəzifəsində işlədiyi müddət əmək stajına daxil edilməmişdir.

8. Şamaxı rayon Təhsil Şöbəsinin məhkəmə sorğusuna cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı məktəb direktorunun xx xxxx 1991-ci il tarixli 31 nömrəli əmrinə əsasən Kələxana kənd (tam orta) məktəbinə hərbi hazırlıq müəllimi təyin olunmuş, x xxxxxxxx 2001 -ci il tarixli 50 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialı cəlb edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X1, 2-1(118)-1042/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının Şamaxı rayon Kələxana kənd orta məktəbində müəllim işləməsi Şamaxı rayon Təhsil şöbəsindən alınmış əmrlərin surətləri, həmçinin həmin illərə aid əmək haqqı cədvəlləri ilə təsdiq olunur, lakin işdən azad edilməsi barədə əmr xx.xx.2001-ci ilə təsadüf etdiyinə görə iddia qismən təmin olunaraq xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməs indəki icraat

13. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X2 və X4, 2-1(105)-471/2019 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

14. Cavabdehxx xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış,xx xxxxxx 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 15. 0x xxxx 2017-ci İİ tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarını araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 63 yaşı xx xxxxxx 2017-cİ il tarixdə tamam olmuşdur.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1 -ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

17. İddiaçının Şamax ı rayonu Kələxana kənd orta məktəbində işlədiyi müddət onun əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, iddiaçı əmək kitabçasında 1996-cı ildən 1998-ci ilədək Şamaxı Aqrosənayeenerji müəssisəsində işləməsi barədə qeydi qeyd olunan iş yerinin onun əlavə iş yeri olmasını, həmin müəssisədə montyor kimi işləməsini bildirmişdir. Bundan əlavə iddiaçı, sözügedən müəssisəyə əmək kitabçasını işə düzəlmək üçün 1991-ci ildə təqdim etdiyini və həmin vaxtdan orada qalmasını bildirmişdir. Lakin, iş materiallarında iddiaçının həmin müəssisədə 1996-cı ildən işləməsi əksini tapır. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. İddiaçının əsas iş yerinin Şamaxı rayonu Kələxana kənd orta məktəbi olmasını iddia etməsinə baxmayaraq əmək kitabçasının sözügedən müəssisədə saxlanılmaması onun iddia predmet sosial sığorta stajının həqiqiliyini şübhə altına alır.

18. Lakin, bu hallara məhkəmə tərəfindən diqqət yetirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çı xışlarda iştirak etməmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verməd ikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

24. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu k onkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şik ayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tə rəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu, Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, iddiaçının müəllim işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyindən qanunda nəzərdə tutulan azı 25 il sığorta stajı olmadığına görə cavabdeh iddiaçıya pensiya təyin etməmişdir.

30. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək iş dövrü əmək kitabçasında yazılmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 32. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan yaş həddinə çatmışdır və bu mübahisə doğurmur. Eyni zamanda tələb olunan azı 25 il sığorta stajının olması zəruridir və bu qismən iddiaçının əmək kitabçası və hərbi bileti ilə təsdiq edilir.

33. Hərbi biletdə və əmək kitabçasındakı məlumatlara əsasən xx xxxx 1972-ci ildən x xxxx 1988-ci ilə qədər olan sığorta stajı ümumilikdə 15 il 2 ay təşkil edir.

34. İddiaçının xx xxxx 1991-ci ildən x xxxxxxxx 2001-ci ilə qədər 10 il 5 ay 15 gün Şamaxı rayonu Kələxana kənd məktəbində hərbi hazırlıq müəllimi işləməsi məktəb direktorunun işə girmə və işdən çıxma barədə əmrləri, Şamaxı rayon Təhsil Şöbəsinin x xxxxxx 2020-ci il tarixli məktubu, Şamaxı rayon Təhsil Şöbəsinin həmin illərə aid tərtib etdiyi əmək haqqı cədvəlləri ilə təsdiq olunur.

35. İddiaçının xx xxxx 1991-ci ildən x xxxxxxxx 2001-ci ilə qədər işləməsi barədə əmək kitabçasında məlumat mövcud olmamışdır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iş stajını təsdiq edən kitabçası olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

37. İddiaçının xx xxxx 1991-ci ildən x xxxxxxxx 2001-ci ilə qədər ümumi iş stajını təsdiq edən sənəd olduğundan bu dövrü onun sığorta stajına hesablamaqla məhkəmə haqlı olmuşdur.

38. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə uyğun olaraq azı 25 il sosial sığorta stajına malik olmuşdur.

39. Cavabdeh şikayətində iddiaçının 1996-1998-ci illərdə işlədiyi və əmək kitabçasında qeyd edilən Şamaxı Aqrosənayeenerji müəssisəsində olan iş stajı ilə bağlı mübahisə açmışdır.

40. Apelyasiya instansiya məhkəməsinin də bildirdiyi kimi, həmin dövr nəzərə alınmadan iddiaçının azı 25 il sığorta stajı olduğundan, cavabdeh imtinasında, iddiaçı də iddia tələbində bu barədə mübahisə açmadığından məhkəmə kollegiyası bu dövrlə bağlı araşdırma aparmağı zəruri hesab etmir.

41. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

42. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

43. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təm in edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-471/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar