Məhkəmə qərarları › İş №2-1(102)-448/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-448/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-448/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi; təhsil müddətinin prokurorluq orqanlarında qulluq müddətinə daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “yaşa görə prokurorluq işçisi kimi pen siya təyin edilməsi və pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 21(103)-2919/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 13 avqust 2013-cü il tarixdən yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsini və həm son 24 ay, həm də ardıcıl gələn 60 ay ərzindəki orta aylıq əmək haqqı məbləğinin (əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla) hesablanmasını və onlardan daha əlverişli olan (daha yüksək məbləğ əmələ gətirən) orta aylıq əmək haqqı məbləğindən pensiya hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh 25 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanun ilə müəyyən edilir (Qanunun preambulası). Həmin Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasında göstərilirmişdir ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixdən yuxarıda göstərilən madd ədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən 1 iyul 2017-ci il tarixinədək prokurorluq orqanlarında qulluq stajı 25 ildən az olduğundan İddiaçı prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 5 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 13 avqust 2013-cü il tarixdən yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda daşıdığı “Dilavərli” soyadını Daşkəsən Rayon Məhkəməsinin 20 dekabr 2005-ci il tarixli Qətnaməsinə əsasən əvvəlki “Əhmədov” soyadı əvəzinə daşıyır. 21 iyul 1988-ci il tarixdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 29 iyul 1993-cü il tarixdə fərqlənmə diplomu ilə həmin universiteti bitirmişdir. Bununla da, iddiaçının 5 il 8 gün təhsil müddəti olmuşdur. Sonra 1993-cü il 21 avqust tarixdə Azərbaycan Respublikası prokurorluq orqanlarına işə qəbul olunmuş və 13 sentyabr 2018-ci il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir. Bununla da, iddiaçı 25 il 23 gün stajı toplanmışdır. 25 il 23 gün stajının dövründə 22 yanvar 2007-ci il tarixdən 07 mart 2007-ci il tarixədək müddətdə sərəncamda olmuşdur. Sərəncamda olma müddətinin qulluq stajına sayılması müba hisələndirilə bilməz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 fevral 2020-ci il tarixli **********2 nömrəli məktubuna, habelə DSMF-nin tabeliyində olan müvafiq qurumlara, eləcə də, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ünvanlanmış 31 iyul 2019-cu il tarixli, **********0 nömrəli məktubuna əsasən 1 yanvar 2006-cı il tarixədək bitmiş əyani təhsil müddəti pensiyaların təyin edilməsi və yenidən hesablanması zamanı nəzərə alınması həvalə edilmişdir. Həm əvvəlki, həm də cari qanunvericiliyə əsasən prokurorluq işçilərinin qulluq stajına əsasən pensiyası əmək pensiyası hesab edilmişdir. Odur ki, iddiaçının iddia etdiyi azı 25 il prokurorluqda qulluq etmə əsasında pensiya hüququ əmək pensiyasını nəzərdə tutur, təhsil müddəti də əmək pensiyası təyin edildikdə iş stajı kimi hesabl anır. “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsi 9.5.1-ci maddədən fərqli olaraq xidmət illərinə görə pensiya hüququnun yaranması üçün təqvim ili üzrə staj anlayışından istifadə etməmişdir. Digər tərəfdən, prokurorluq işçilərinin qulluq illəri üzrə yaşa görə pensiya hüququnu müəyyən edərkən prokurorluq işçilərinin məhz prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı müəyyən müddət (hazırda 35 il, əvvəllər isə 25 il) qulluq stajı olmasını müəyyən etməmişdir. Halbuki, oxşar tələb 9.7.1, 9.7-1, 9.7-2-ci maddələrdə müvafiq olaraq ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında qulluq keçmiş şəxslərlə bağlı təsbit edilmişdir. Məhz bu göstərilənlər təhsil müddətinin pensiya hesablanması üçün prokurorluq orqanlarında qulluq illərinə daxil edilməsini şərtlənd irir. Göründüyü kimi, 1 iyul 2017-ci il tarixədək qulluq stajı 21 avqust 1993-cü il tarixdən hesablandıqda 23 il 10 ay 10 gün olur. Lakin təhsil müddətini (5 il 8 gün) nəzərə aldıqda, 21 iyul 1988-ci il tarixdən pensiya stajının hesablanması müddəti başlanmalıdır. Buna uyğun olaraq 1 iyul 2017-ci il tarixədək 28 il 10 ay 18 gün staj toplanmışdır. Bu isə yaşa görə əmək pensiyası hüququnun 13 avqust 2013-cü il tarixdə yarandığını göstərməkdədir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsaslanaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-4144/2021 nömrəli qərar ı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iddiaçının hüquq fakültəsində aldığı təhsil müddətinin qulluq stajına daxil olması barədə dəlili ilə razılaşmamışdır. Təhsil müddəti ümumi iş stajına daxil edilən müddət olsa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bu müddətin prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə görə məhz prokurorluq orqanlarında müəyyən qulluq stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraa t

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 2-1(103)-2919/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbinə əsasən təhsil müddəti ümumi iş stajına daxil edilə n müddətdir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Halbuki, həmin Qanunda təhsil müddətinin ümumi iş stajına daxil olmasına dair müddəa nəzərdə tutulmamış, digər tərəfdən təhsil müddətinin güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün prokurorluq orqanlarında qulluq stajına daxil edilməsini qadağan edən norma təsbit edilməmişdir. Əksinə, Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali [...] məktəbi bitirmiş şəxslərin təhsil müddəti [...] iş stajına daxil edilir. Göründüyü kimi, təhsil aldığı vaxt qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan ümumi iş stajına deyil, məhz iş stajına daxil edil diyini təsbit etmişdir. Bu isə həmin stajın xüsusi iş stajına da aid edildiyini birbaşa göstərməkdədir. Apellyasiya instansiyası məhkəməsinin təhsil müddətinin ümumi iş stajına daxil edilməsi ilə bağlı mövqeyi qanunsuz və əsassızdır, ona görə də iddiaçının iş stajının prokurorluq işçinin yaşa görə pensiyasının hesablanması üçün nəzərə alınmalı olan sosial sığorta və ya iş stajına daxil edilməlidir. Çünki qanunvericilikdə təhsil müddətinin yalnız xüsusi staja aid edilməsi barədə göstəriş olmadığından məhkəmənin bu barədə dəlili əsassızdır.

13. Keçmiş qanunvericilik prokurorluq işçiləri üçün yaşa görə pensiya (kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda prokurorluq işçisi kimi pensiya hüququ) ilə yanaşı, xidmət illərinə görə pensiyanı (yaşından asılı olmayaraq azı 25 il qulluq e tmiş prokurorluq işçilərinin pensiya hüququ) müəyyən etmişdir. Lakin cari qanunvericilik xidmət illərinə görə pensiya hüququnu müəyyən etməməkdədir. Pensiyanın yalnız 3 növünü - (i) yaşa görə, (ii) əlilliyə görə və (iii) ailə başçısını itirməyə görə pensiyanı tanımaqdadır. İddiaçının da istədiyi 25 il iş stajına görə cari qanunvericiliyə uyğun olaraq prokurorluq işçisi kimi yaşa görə pensiya hüququ əldə etməsidir. Bu halda (xidmət illərinə görə pensiya olmadıqda) xüsusi iş stajı heç bir hüquqi əhəmiyyət kəsb etməmiş və pensiya hüququ məhz iş stajına görə hesablanmalıdır. Bu hüquqi dəlilə isə apellyasiya məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən nə sübutlar, nə də faktlar (faktiki hallar) baxımından hazırkı inzibat i mübahisəyə tam və hərtərəfli baxılmamış, nəticə etibarı ilə də iddiaçının pensiya almaq hüququ apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Prokurorluq haqqında” Qanun: Maddə

1. Qanunda istifadə olunan anlayışlar Bu qanunda aşağıdakı anlayışlar istifadə olunmuşdur: prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, pr okurorları və prokuror-kriminalistləri; müstəntiq - xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük müstəntiqlər, müstəntiqlər, stajor müstəntiqlər; əməliyyatçı – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları; prokurorluq işçiləri - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları; prokurorluğun stajorları - prokurorluq orqanlarında ilk dəfə iş təcrübəsi keçən şəxslər. 16. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun: Maddə

1. Prokurorluq orqanlarında qulluq keçmə 1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra - "prokurorluqda qulluq keç mə» adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür.... Maddə

3. Qanunun tətbiqi sahəsi 3.1. Bu Qanun "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir.... 17. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər qismində 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri və 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri təsbit olunmuşdur.

23. Həmin normaların tələbləri nəzərə alındıqda, iddiaçı prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçisi olmalı, yaxud yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi olmalıdır.

24. İddiaçının əsaslandığı əyani ali təhsil müddəti yalnız “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsində nəzərdə tutulmuş halda nəzərə alına və iddiaçının 25 il və daha çox ümumi iş stajına (azı 12 il 6 ay prokurorluq orqanlarında qulluq müddəti də nəzərə alınmaqla) daxil edilə bilərdi. Lakin həmin normanın tətbiqi üçün iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmiş olmalı idi. Hazırkı halda, bu, baş verməmişdir. 25. “Əmək pen siyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinin tətbiqinə gəldikdə, normanın məzmunundan göründüyü kimi həmin norma prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinə münasibətdə tətbiq oluna bilər. 26. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür.

27. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanun "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir (bu qərarın 15, 16-cı bəndləri). 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsi isə yaş a görə əmək pensiyasının təyini üçün (həmin normanın məqsədləri üçün) yalnız xidmət (qulluq) illərini (müvafiq olaraq 25 il və 12 il 6 ay) güzəştli staj kimi tanıyır. Başqa sözlə, təhsil müddətinin və ya qulluqdan (xidmətdən) kənar hər hansı digər müddətin qulluq (xidmət) müddətinə daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun həll etdiyi məsələ deyil. Hazırkı halda da, iddia olunan təhsil müddətinin xüsusi iş (prokurorluq orqanlarında qulluq) stajına daxil edilməsi həmin orqanın fəaliyyətini tənzimləyən qanunla həll edilməli olan məsələdir.

29. Bu qənaət, həmçinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normaya əsasən, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanl arına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.

30. Göründüyü kimi, prokurorluq orqanlarında qulluğa qəbul edilmiş işçilərin xidmət illərinin tərkibi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunda, həmçinin prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarında prokurorluq orqanlarına qulluğa qəbuladək qazınılmış təhsil müddətinin prokurorl uqda xidmət illərinə daxil edilməsi təsbit olunmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 dekabr tarixli, 2-1(103)-2919/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar