Məhkəmə qərarları › İş №2-1(102)-448/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-448/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-448/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lisenziyanın ləğv edilməsi haqqında əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; FİN: 21F3ADX) cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə qarşı “lisenziyanın ləğv edilməsi haqqında əmrin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali M əhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2-1(108)-29/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 19 aprel 2017-ci il tarixli, 17 nömrəli lisenziya ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən İddiaçı Kəngərli rayonunun Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirməyə icazə verilmişdir. 2. 3 fevral 2020-ci il tarixdə və 25 fevral 2020-ci il tarixdə Kəngərli rayon Baytarlıq İdarəsinin müdiri Ağayev Rəsul, Qarabağlar kənd sahə baytar məntəqəsinin müdiri Babayev Seyfəddin və Baytarlıq İdarəsinin mühasibi Əliyev Xəyaləddin tərəfindən tərtib edilmiş aktlarla müəyyən olunmuşdur ki, İddiaçı məxsus Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekinə baxış keçirilmiş, baxış zamanı aptekdə dərman bioperaparatlarının saxlanılması normalara uyğun vəziyyətdə olmadığı, heyvanlara məxsus olan dərmanların bitkiçiliyə aid dərmanlarla bir yerdə saxlanıldığı, bunun da baytar-sanitarlıq qaydasına uyğun olmadığı məlum olmuşdur. Baxış zamanı satıcı işləyən şəxsin baytarlıq ixtisasının olmadığı aşkar olunmuşdur. 3. 4 mart 2020-ci il tarixdə Baytarlıq Xidmətinin sektor müdiri X3, həmin Xidmətin baş məsləhətçisi X10, Kəngərli rayon Baytarlıq İdarəsinin müdiri X11, Qarabağlar kənd icra nümayəndəsi X7, X2 sədri X8 tərəfindən tərtib edilmiş aktla müəyyən olunmuşdur ki, 4 mart 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndi ndə fəaliyyət göstərən İddiaçı məxsus Baytarlıq aptekinə baxış keçirilmiş, baxış zamanı 19 aprel 2017-ci il tarixdə İddiaçı baytarlıq dərmanlarının alqı-satqısı üçün lisenziya verildiyi, bu müddət ərzində sahibkara dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, dərmanların dövriyyəsi üçün illik hesabatların Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə təqdim edilmədiyi, aptekdə satıcı kimi fəaliyyət göstərən X4 baytarlıq təhsili olmadan işə götürüldüyü, kənd mərkəzində lisenziya verilmiş aptekin yeri dəyişdirildiyi üçün Dövlət Baytarlıq Xidmətinə məlumat verilmədiyi, hal-hazırda lisenziya verilmiş İddiaçı yataq xəstəsi olduğundan oğlu Nümayəndə aptekdə olan baytarlıq dərmanlarını götürdüyü və fəaliyyətini dayandırdığı məlum olmuşdur. Baxış zamanı heç bir baytarlıq dərmanlar ına rast gəlinməmişdir.

4. Kəngərli Rayon Baytarlıq İdarəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə ünvanladığı 2 mart 2020-ci il tarixli, 7-1 nömrəli məktub ilə müəyyən olunmuşdur ki, 2020-ci ilin fevral ayında (3 və 25 fevral tarixlərdə) Kəngərli Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baytar sanitar qaydalara əməl olunması vəziyyəti və baytarlıq apteklərinə nəzarət məqsədi ilə iki dəfə reyd keçirilmişdir. Keçirilən reydlər zamanı Qarabağlar kəndində fəaliyyət göstərən, İddiaçı məxsus baytarlıq aptekində işləyən X4 qeyri-ixtisas sahibi olması aşkar olunmuşdur. Digər tərəfdən satılan dərman maddələri haqqında alıcılara düzgün təlimat verilmədiyi üçün əhali arasında narazılığın yaranması, eləcə də aptekin yerləşdiyi binanın yaşayış sahəsi olduğ u və burada hər an zəhərlənmələrin baş vermə təhlükəsi olmasını nəzərə alaraq həmin aptekin fəaliyyətinə dair verilmiş lisenziyaya yenidən baxılması göstərişinin verilməsi xahiş edilmişdir.

5. Kəngərli Rayon İcra Hakimiyyətinin X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli, 376/20 nömrəli arayışdan məlum olur ki, Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekinin yerləşdiyi bina yaşayış sahəsi olduğundan aptek üçün yararsızdır.

6. Kəngərli Rayon İcra Hakimiyyətinin X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli, 405/20 nömrəli arayış ilə müəyyən olunur ki, Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekini işlədən X12 həqiqətən qeyriixtisas sahibidir.

7. Naxçıvan Muxtar Respublikası Dövlət Bayta rlıq Xidmətinin rəisi tərəfindən verilmiş 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmr ilə müəyyən olunur ki, “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 26.1.7-ci maddəsini və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamənin 13.1-ci hissəsini rəhbər tutaraq, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən İddiaçı məxsus baytarlıq aptekinin işlədilməsinə dair verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya 16 mart 2020-ci il tarixdən ləğv edilmişdir. Əsas kimi Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 04 mart 2020-ci il tarixli aktı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 6 avqust 2021-ci il tarixdə Naxç ıvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 16 mart 2020-ci il tarixli, 7 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli qərarı ilə kənd mərkəzində olan köhnə xəstəxana binasından baytarlıq apteki işlətmək üçün iki ota ğı 15 (on beş) illiyinə icarəyə götürmüşdür. İcarəyə götürdüyü bina baytarlıq apteki üçün yararsız halda olduğundan Kəngərli Rayon İcra Hakimiyyətinin tapşırıqları əsasında həmin binanı şəxsi vəsaiti hesabına əsaslı təmir edərək baytarlıq apteki üçün yararlı vəziyyətə salmışdır. Təmirdən sonra binaya baxış keçirildikdən sonra ona 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziya verilmişdir. 10. 2020-ci il mart ayında qanunsuz olaraq Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun tapşırığı əsasında verilmiş xüsusi lisenziya Kəngərli Rayon Po lis Şöbəsinin əməkdaşı tərəfindən zorla oğlunun əlindən alınmışdır. İddiaçının sonradan əldə etdiyi məlumatlara görə ona verilmiş xüsusi lisenziya qərəzli şəkildə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 7 nömrəli əmri və inzibati aktı ilə ləğv edilmişdir. Lisenziyanın qərəzli şəkildə ləğv olunduğu tarixə qədər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən sahibkara heç bir yazılı və şifahi xəbərdarlıq olunmamışdır. Sifarişlər əsasında qərəzli şəkildə tərtib olunan aktdan və əmrdən onun xəbəri olmamışdır. Aktın və əmrin surəti fəaliyyəti dayandırılan sahibkara çatdırılmamışdır. Cavabdehin etirazları:

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Kəngərli rayonunun X2 31 oktyabr 2016-cı il tarixli iclasının 14 nömrəli qərarı ilə kənd mərkəzində olan köhnə xəstəxana binasında aylıq icarə haqqı 50 (əlli) manat olmaqla baytarlıq apteki üçün iki otaq İddiaçı icarəyə verildiyindən, vətəndaşın Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə müraciəti əsasında ona ayrılmış yerdə baytarlıq aptekinin fəaliyyəti üçün lisenziya verilmişdir. Lakin lisenziya verildikdən bir müddət sonra köhnə xəstəxana binası söküldüyündən aptekin yeri dəyişdirilərək yaşayış sahəsi ərazisində fəaliyyətə başlamış və bu haqda Dövlət Baytarlıq Xidmətinə heç bir məlumat verilməmişdir. 12. “Lisenziya və icazələr haqqında” Qanunun 23.1.3-cü maddəsində qeyd edildiyi kimi lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı dəyişdikdə bu Qanunun 23.2-ci maddəsinə əsasən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir. Lakin sahibkar bu barədə bugünədək heç bir müraciət etməmiş və ya bunu lazım bilməmişdir. Buna görə də “Lisenziyalar və icazələr haqqında” Qanunun müvafiq maddələrinin bilərəkdən pozulması halına yol vermişdir.

13. Bundan bir müddət sonra ərazidə yaşayan sakinlər tərəfindən baytarlıq xidmətinin rayon idarəsinə xeyli şikayətlər daxil olmuşdur. Həmin şikayətlərdə aptekin şəraitinin olmaması və bununla əlaqədar dərman vasitələrinin keyfiyyətsiz olması, alınan dərmanların müalicə təsirinin olmaması, aptekin sahibi xəstə olduğu üçün aptekin qeyriixtisas sahibi olan şəxs tərəfindən işlədildiyi bildirilmişdir. Qeyd olunan şikayətl ər tək rayon baytarlıq idarəsinə deyil, X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyə də daxil olduğundan 12 və 19 fevral 2020-ci il tarixlərdə nümayəndə K.Abdullayevə və müavini S.Tağıyevə həmin aptekin yerləşdiyi binanın yaşayış sahəsi olduğundan aptek üçün yararsız olması və burada işləyən satıcının qeyri-ixtisas sahibi olması haqqında məlumatlar daxil olmuşdur.

14. Bütün bunların əsasında Kəngərli rayon Baytarlıq İdarəsi tərəfindən 3 və 25 fevral 2020-ci il tarixdə keçirilən reyd zamanı tərtib olunmuş aktlarda da şikayətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapmışdır.

15. Baytarlıq aptekinin lisenziya sahibinə dəfələrlə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilsə də, İddiaçı edilmiş xəbərdarlıqlara baxmayaraq, aptekin fəaliyyətini davam etdirmişdir.

16. Bu barədə Kəngərli Rayon Baytarlıq İdarəsinin rəisi R.Ağayevin imzası ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə ünvanlanmış 2 mart 2020-ci il tarixli, 7-1 nömrəli məktubda göstərilən nöqsanların araşdırılıb müvafiq tədbir görülməsi üçün mütəxəssislər 4 mart 2020-ci il tarixdə Qarabağlar kəndinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları F.Şıxəliyev və H.Məmmədovun, Kəngərli Rayon Baytarlıq İdarəsinin rəisi R.Ağayevin, X15 Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini S.Tağıyevin və kənd bələdiyyəsinin sədri M.Hüseynovun imzası ilə tərtib olunmuş 4 mart 2020-ci il tarixli akta əsasən sahibkar İddiaçı xəstə olduğu üçün onun oğlu Nümayəndə aptekdə olan dərman və biopreparatları yığışdıraraq fəaliyyətini dayandırmışdır. 17. 19 aprel 2017-ci il tarixdən İddiaçı b aytarlıq aptekinin işlədilməsinə dair lisenziya verilməsinə baxmayaraq, 2020-ci ilin mart ayınadək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə baytarlıq dərmanlarının dövriyyəsinə dair heç bir hesabat verməmişdir. Hansı ki, sahibkar hər üç aydan bir dərman maddələrinin dövriyyəsinə dair hesabat verməyə borclu idi və bu hesabat təqdim olunmalı idi. İddiaçı bu hesabatın verilməsinə dair dəfələrlə xəbərdarlıq edilsə də, hesabat təqdim etməyərək qanun pozuntusuna yol vermişdir.

18. Cavabdeh inzibati orqan olaraq "İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsinin tələbinə uyğun həmin baytarlıq aptekinin fəaliyyətinin qanunun tələblərinə cavab verib-verməməsi haqqında qeyd olunan sübutlar toplanmışdır. Bu da kifayət qədər əsas vermişdir ki, lisenziya ləğv edilsin. Dövlət Baytarlıq X idməti tərəfindən 17 nömrəli lisenziya 16 mart 2020-ci il tarixdə ləğv edilmişdir. 19. 19 aprel 2017-ci il tarixdə İddiaçı verilmiş xüsusi lisenziya aşağıda göstərilən səbəblərə görə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 saylı inzibati aktı ilə ləğv edilmişdir. Belə ki, aptekin fəaliyyəti üçün nəzərdə tutulmuş kənd mərkəzində olan köhnə xəstəxana binası sökülmüş, aptekin fəaliyyət ünvanı dəyişdirilmişdir. Bu haqda Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə məlumat verilmədiyindən "Lisenziya və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.3 və 23.2- ci maddələri pozulmuş, sahibkar İddiaçı 19 aprel 2017-ci ildən 16 mart 2020-ci ilədək xüsusi lisenziya əsasında fəaliyyət göstərməsinə baxmayaraq, Naxçıvan Muxtar R espublikası Dövlət Baytarlıq Xidmətinə heç bir hesabat verməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunun tələblərinə tabe olmamış, aptekdə satıcı kimi heç bir baytarlıq təhsili olmayan X12 təyin edilmiş, bu haqda ona tutulan iradlara məhəl qoymamış, satılan dərman maddələri haqqında vətəndaşlara düzgün məlumat verilmədiyindən kənd sakinlərinin haqlı narazılığına səbəb olmuş, Kəngərli Rayon İcra Hakimiyyətinə kənd sakinləri tərəfindən dəfələrlə şikayət olunmuş, sahibkar İddiaçı yataq xəstəsi (İ qrup əlil) olduğundan onun oğlu aptekdə olan baytarlıq dərmanlarını götürərək fəaliyyətini dayandırmışdır. Aptekə baxış zamanı heç bir dərman vasitəsinə rast gəlinməmişdir.

20. Xidmətə daxil olmuş sənədlər və Xidmətin özü tərəfindən aparılmış araşdırmaların sonunda lisenziyanın ləğv ed ilməsi haqqında əmr verilmişdir. Lisenziyanın ləğv edilməsi "Lisenziya və icazələr haqqında" Qanunun tələblərinə əməl edilməklə qəbul edilmişdir. Qeyd olunan Qanunun 26.1.6-cı bəndində göstərilir ki, lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə lisenziya ləğv edilir. Həmin qanunun 26.1.7-ci bəndində göstərilir ki, Qanunun 24.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və ya icazə verən orqana yazılı məlumat verilmədikdə lisenziya ləğv olunur.

21. Digər tərəfdən İddiaçı baytarlıq fəaliyyəti göstərmək üçün xüsusi lisenziya verilmiş ünvanın bugün mövcud olmaması lisenziyanın bərpasını qeyri-mümkün edir.

22. Beləliklə, yeni lisenziya alınması üçün yer alınması məqsədi ilə müvafiq orqanlardan icazə alınmalı, orada təlabata uyğun şərait yaradılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə müraciət olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-165/2021 nömrəli qərarı ilə (hakim X5) iddia rədd edilmişdir.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan 16 mart 2020-ci il tarixli, 07 nömrəli əmri ilə 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziyanın ləğv edilməsində haqlı olmuşdur. Mübahisələndirilən əmr qanunvericiliyin tələblərinə uyğun və əsaslı olduğundan onun ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir.

25. X16 Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən verilmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-sat qısını həyata keçirmək üçün 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya cavabdeh inzibati orqan tərəfindən ləğv edilmişdir. Qanunvericilikdə dayandırılmış lisenziyanın dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya verən orqanın inzibati aktı ilə bərpa olunması nəzərdə tutulmuşdur. İddiaçıya verilmiş xüsusi lisenziya isə dayandırılmamış, ləğv edilmişdir. Belə olan təqdirdə lisenziyanın bərpa edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.

26. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

27. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(108)-06/2022 nömrəli qərarı ilə (hakimlər: X6 /sədrlik edən və məruzəçi/ X1 və X13) Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022ci il tarixli, 2-1(108)-1008/2022 nömrəli qərarı ilə (hakimlər: İ.Hüseynov /sədrlik edən və məruzəçi/ N.Rəsulbəyova və K.Bədəlov ) Naxçıvan Muxtar Respublik ası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(108)-06/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

31. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən həmin imperativ tələbin təmin olunubolunmadığı barədə araşdırma aparmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

32. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2022-ci il tari xli, 2-1(108)-29/2022 nömrəli qərarı ilə (hakimlər: M.Allahverdiyev /sədrlik edən və məruzəçi/ V.Kuimova və F.Məmmədov) Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(112)-165/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin tədqiq olunmuş hallarından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən iş üzrə İddiaçı Kəngərli rayonunun Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqısatqısını həyata keçirmək üçün verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli lisenziyanın ləğv olunmasına əsas onun fəaliyyəti ilə bağlı aparılan yoxlamanın nəticəsi deyil, məhz onun “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə fəaliyyət göstərməsi olmuşdur. İşin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçının işlətdiyi baytarlıq aptekinin fəaliyyəti ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hər hansı yoxlama tədbiri həyata keçirilməmişdir.

34. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 35. “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası qanununun 14.2-ci maddəsinə görə lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt bu Qanunun 26.2-ci maddəsində göstərilən müddətdə təqdim edilmədikdə bu Qanunun 26.1.1-ci maddəsində nəzərdə tutulmuş halda lisenziya və icazə ləğv edilmiş hesab olunur, bu Qanunun 26.1.6cı və 26.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda isə lisenziya və icazə ləğv edilməmiş hesab olunur və lisenziyanın (icazənin) sahibi müvafiq fəaliyyət növünü lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt ona təqdim edilənədək həyata keçirmək və hərəkəti icra etmək hüququna malikdir. 26.2-ci maddəsinə görə lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü m üddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Beləliklə, sadalanan normaların tələblərindən və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, cavabdehin bu günə qədər inzibati aktı lisenziyanın sahibinə təqdim etməməsi qanunun tələblərinin kobud şəkildə pozulmasından xəbər verir və qanunun 14.2-ci bəndinin tələbinə uyğun olaraq lisenziyanın sahibi müvafiq fəaliyyət növünü lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt ona təqdim edilənədək həyata keçirmək və hərəkəti icra etmək hüququna malikdir. Əlavə olaraq lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Sa hibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 4.2.1-ci maddəsinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq prinsipləri əsasında aparılmalıdır. 8.4-cü maddəsinə əsasən yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Baytarlıq apteki fəaliyyət göstərdiyi dövr ərzində məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məs ələlər üzrə sahibkara yazılı və şifahi şəkildə heç bir izahatlar verilməyib, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstəriİməmişdir. Cavabdehin təqdim etdiyi sübutedici sənədlərə nəzər yetirdikdə məlum olur ki, həmin sənədlər qanunvericiliyin tələbləri pozularaq qərəzli şəkildə tərtib olunub. Əlavə olaraq qanunun 17.1-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Yenə qanunun tələbi pozularaq bir ayda iki dəfə keçirilən yoxlama tapşırıq əsasında və qərəzli şəkildə aparılmışdır. Hər iki tarixdə qərəzli şəkildə tərtib olunan aktlarda qanunun 31.2.2, 31.2.6, 31.2.7, 31.2.8, 31.2.11, 31.2.13-cü maddələrinin tələbi pozulmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tən zimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 31.6-cı maddəsinə əsasən yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. 31.9-cu maddəsinə əsasən yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır. 31.10-cu maddəsinə əsasən sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama başa çatdığ ı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilir. Qanunun yuxarıda sadalanan normalarının tələbləri kobud şəkildə pozularaq sahibkarın qanunla qorunan hüquqları nəzərə alınmamışdır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun 27.3-cü maddəsinə əsasən göndərməli olduğu əsaslandırılmış təqdimat əvəzinə saxta və qərəzli şəkildə bağlanmış aktlarda əks olunan məlumatları əsas götürərək 02 mart 2020-ci il tarixli 7-1 nömrəli məlumatı da qərəzli şəkildə, qanunun tələblərinə zidd olaraq yazıldığı aydın görünür. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri inzibati aktı qəbul edən Dövlət Baytarlıq xidməti tərəfindən kobud şəkildə pozulmuşdur. İnzibati akt qəbul edilən zaman sahibkara məlumat verilməmiş və sahibkardan xəbərsiz qə rəzli şəkildə inzibati akt qəbul olunmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli 2-1(108)-29/2022 nömrəli qərarını ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Lisenziyalar və icazələr haqqında” Qanun: Maddə

17. Lisenziyaların və icazələrin verilməsi ilə bağlı ümumi məsələlər 17.1. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərb aycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.... Maddə

26. Lisenziyanın və icazənin ləğvi 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir:... 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;... 26.2. Lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Maddə

27. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət 27.1. Lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şə rtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 27.2. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. 27.3. Bu Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün l isenziya verən orqana əsaslandırılmış təqdimat göndərir. 38. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barəd ə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1. 2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

40. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin veril məsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahi sə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10 Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasland ırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasında məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1008/2022 saylı qərarı qəbul edilmişdir.

44. Belə ki, həmin qərarla Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(108)-06/2022 saylı qərarı ləğv edilmi ş iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

45. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1008/2022 saylı qərarında kassasiya instansiyası məhkəməsinin hazırkı inzibati mübahisəyə dair hüquqi mövqeyi bildirilmiş və İPM-nin 96.11-ci maddəsinə görə apellyasiya məhkəməsi üçün məcburi xarakter daşıyan icra edilməli olan göstərişlər verilmişdir.

46. Belə ki, Ali Məhkəmənin İnzibati kollegiyasının sözügedən qərarının “kassasiya instansiyası məhkəməsinin mövqeyi” adlanan hissəsində yazılmışdır ki, “məhkəmə kollegiyası qeyd edir ki, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdi r və bu tənzimləmə imperativ xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən həmin imperativ tələbin təmin olunub-olunmadığı barədə araşdırma aparmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlili kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslansa da, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilinə hər hansı münasibət bildirməmişdir. Belə ki, həmin dəlilin araşdırılması və nəticələrinin qiymətləndirilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir”

47. Lakin apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən Ali Məhkəmənin İnzibati Kollegiyasının sözügedən məcburi xarakter daşıyan göstərişlərini yerinə yetirməmiş və yuxarıda göstərilmiş maddi hüquq normalarına əsaslanan həmin göstərişləri yanlış təfsir edərək iş üzrə qanuna uyğun olmayan qərar qəbul etmişdir.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(108)-29/2022 saylı qərarında yazmışdır ki, “apellyasiya kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında göstərdiyi mövqeyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin tədqiq olunmuş hallarından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən iş üzrə İddiaçı Kəngərli rayonunun Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli lisenziyanın ləğv olunmasına əsas onun f əaliyyəti ilə bağlı aparılan yoxlamanın nəticəsi deyil, məhz onun “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə fəaliyyət göstərməsi olmuşdur. İşin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçının işlətdiyi baytarlıq aptekinin fəaliyyəti ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hər hansı yoxlama tədbiri həyata keçirilməmişdir.”

49. Daha sonra apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, “cavabdeh təşkilatın nümayəndəsinin verdiyi izahatdan məlum olmuşdur ki, Kəngərli Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baytar sanitar qaydalara əməl olunması vəziyyəti və baytarlıq apteklərindəki vəziyyətlə bağlı mütəmadi olaraq kənardan vizual müşahidələr aparılmışdır”.

50. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bir daha xatırladır ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə görə Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

51. Həmin qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

52. Həmin qanunun 3.2-ci maddəsinə görə bu qanun və onun əsasında qəbul edi lmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 53. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) 1.1-ci bəndinə əsasən bu əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.

54. Həmin əsasnamənin 1.5-ci bəndinə görə Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alı nmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

55. Beləliklə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

56. Lakin apellyasiya məhkəməsi yuxarıda artıq göstərildiyi kimi, belə qənaətə gəlmişdir ki, iddiaçının işlətdiyi baytarlıq aptekinin fəaliyyəti ilə bağlı Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarl arın maraqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş hər hansı yoxlama tədbiri həyata keçirilməmiş, sadəcə cavabdeh tərəfindən mütəmadi olaraq kənardan vizual müşahidələr aparılmışdır.

57. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi həmin nəticəni qanununa zidd və yanlış hesab edir.

58. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.1-ci maddəsinə görə yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən müşahidələr də daxildir.

59. Lakin apellyasiya məhkəməsi qanunun sözügedən müddəasını nəzərə almamış, nəticə etibarı ilə iş üzrə qanuna uyğun olmayan və əsassız qərar qəbul etmişdir.

60. Bütün yuxarıd a göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(108)-29/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının iddiası təmin edilməlidir.

61. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2-1(108)-29/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçının iddiası təmin edilsin. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında ə mrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunması cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar