Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4481/2025 12.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakim Vəliyev Sərvər Yaqub oğlunun məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X1nə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, ##.##.1993-cü ildə aldığı travma-diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasının (07.1993-cü il) ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı əlamətləri ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının pozulmaması ilə. Qapalı kəllə-beyin travması nəticəsində soltərəfli xroniki koxlear nevrit və soltərəfli xroniki adheziv orta otit. Soltərəfli qarışıq tipli ağıreşitmə, pıçıltı nitqini sol qulaqla 1,5m-dən, sağ qulaq ilə 5 m-dən eşitməsi ilə”, nə səbəbə ki, ##.##.1993-cü ildən ##.##.1993cü ilə kimi Ağcabədi rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur (xəstəxananın verdiyi ##.##.1993-cü il tarixli çıxarış epikrizi, Ağcabədi RHK-nın ##.##.2003cü il tarixli *** saylı arayışı, MHKH-ın verdiyi ##.##.1993-cü il tarixli çıxarış ekiprizi), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2010-cu il tarixdən “K.K.B. travmasının qalıq əlamətləri. Astenonevrotik pozuntu” diaqnozu ilə 1 il müddətinə ilkin ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Daha sonra eyni diaqnoz və eyni səbəblə iddiaçıya ##.##.2014-cü il tarixdə 1 il müddətinə, ##.##.2015-ci il tarixdə 1 il müddətinə, ##.##.2016-cı il tarixdə 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin olunmuşdur.
4. İddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə növbəti dəfə qiymətləndirilərkən diaqnozun əlillik əlaməti təyin etməməsi əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir.
5. Əlillik vəziyyətinin qiymətləndirilməsindən verilmiş şikayət üzrə ##.##.2021-ci il tarixdə iddiaçının yenidən əyani müayinəsi aparılmış və onun barəsində diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul edilmişdir.
6. İddiaçının əlillik vəziyyəti ##.##.2023-cü il tarixdə növbəti dəfə qiymətləndirilərkən göndərişin natamam doldurulması əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0007 nömrəli qərarın ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş ##.##.2022-ci il tarixli, K********NGY nömrəli göndəriş əsasında ona ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ** saylı, ## ###### 2004-cü il tarixli qərarı ilə qapalı kəllə-beyin travması diaqnozunu və “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” almasını təsdiq etmişdir. 2009-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ** nömrəli Tibbi sosial Ekspert Komissiyasının qərarı ilə üçüncü qrup əlil hesab edilmişdir. Növbəti komissiyada, yəni 2010-cu il tarixdə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ** nömrəli Tibbi-Sosial Ekspert Komissiyası ikinci qrup əlil olmasını təsdiqləmişdir. Növbəti komissiya, yəni 2014-cü il ## ##### tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ** nömrəli Tibbi Sosial Ekspert Komissiyası ****** nömrəli arayışı ilə II qrup əlil hesab edilmişdir. Əlilliyin müəyyənləşdirilməsi o dövr üçün mövcud qanunvericiliyə uyğun olaraq 2016-cı ilə qədər aparılmış sonradan beş illik təyinat aparılmışdır. Yeni qanunvericilik şamil olunmadığından ##.##.2016-cı ildən ##.##.2021-ci il tarixədək II qrup əlillik təyin edilmişdir. 2016-cı ildən 2021-ci illər ərzində müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunsa da, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2021-ci il tarixli cavabında əlavə müalicəyə ehtiyacın olunduğunu bildirsələr də, stasionar müalicə olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası onun əlilliyinin təyin edillməsinə imtina qərarı vermişdir. Uzun illər davamlı olaraq müalicə olmağına baxmayaraq hələ də səhhətində ciddi problemlər var, dövlət tərəfindən xəstəliyinə uyğun olaraq tibbi dərmanlarla təmin edilsə də, müalicəsiz normal yaşayışı mümkün deyil, fiziki iş görmək qabiliyyəti yox dərəcəsindədir.
9. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etirazda işin faktiki hallarına və formal dəlillərə istinad olunmuşdur.
10. Şirvan İnzibati Məhkəməsinin 2022-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
11. Şirvan İnzibati Məhkəməsinin 2022-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli T ***/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur: “1.2.4. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozun mətni: “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasının 1993-cü il ayrı-ayrı dağınıq “uhere” nevroloji nişanələri. Vegetativ damar daralmağı ilə nəticələnmiş qalıq əlamətləri. MSS funksiya pozğunluğu ilə...” xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətsiz hesab edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. *** saylı göndərişlərdə əlilliyin təyini zamanı qeyd edilən diaqnozlar (diaqnozun əlillik əlaməti təyin etməməsi, əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür) sonuncu göndərişində qeyd edilən diaqnozlarla eynilik təşkil edir. Lakin hansı əsaslarla diaqnozun əlillik əlaməti təyin etməməsi məsələsinin aydınlaşdırılması üçün TSEK-də onu yazmış tibbi sosial ekspertlərinin dindirilməsi məqsədyönlüdür. ... Diaqnozda olan xəstəliklər tam reabilitasiya olunmurlar və hazırda onlarla əlaqədar onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdikdə müvafiq ixtisas sahəsinin həkimləri tərəfindən müalicəyə cəlb edilirlər.”
12. Şirvan İnzibati Məhkəməsinin 2024-cü il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə mübahisə ilə bağlı iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh xxxxnə 30 (otuz) gün müddətin təyin edilməsi qərara alınmış, həmin qərardadın icrası ilə əlaqədar iddiaçının ##.##.2024-cü il tarixdə əyani müayinə olunmuş, nəticədə, TSEK-in ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etmir” qərara alınmışdır.
13. Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə (hakim H.Nəcəfov) iddia təmin edilmiş, iddiaçı İddiaçı barəsində Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0007 nömrəli qərarının ləğv olunması və əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş ##.##.2022-ci il tarixli K********NGY nömrəli göndəriş əsasında ona ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. ... İddiaçının hüquqi marağı ona ##.##.2023-cü il tarixdən əlilliyin müəyyən olunmasına yönəlmişdir. Belə ki, iddiaçı onunla bağlı əvvəllər verilən imtinalarda qeyd edilən halların aradan qaldırılması barədə dəfələrlə müvafiq Xəstəxanalara müraciət etmiş və sonuncu dəfə *******0007 nömrəli, ##.##.2022-ci il tarixli göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0007 nömrəli qərarı qəbul edilmişdir ki, iddiaçı qeyd edilən qərarın ləğvini və ##.##.2023-cü il tarixdən əlilliyinin müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd edilən hissədə də, yəni ona ##.##.2023cü il tarixdən əlilliyin məhz “müəyyən edilməsini” xahiş etmək hissəsində də haqlı olmuşdur. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Belə ki, İddiaçı xəstəliklər öz əksini tapsa da qeyd edilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları” üzrə hansı bəndinə daha dəqiq uyğun olduğu müəyyən edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin səlahiyyətlərinə aid olan məsələdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində olan sənədlərə uyğun olaraq əlilliyin hansı bəndə uyğun olduğunu müəyyən etməlidir. İddiaçı isə inzibati orqanın əlilliyin təyini ilə bağlı hərəkətlərindən narazı qaldığı müddətdə müraciət edə və müraciəti üzrə imtina olarsa müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd edilir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli iş üzrə, ##.##.2025-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər F.Hüseynov /sədrlik edən və məruzəçi/, S.Həsənov və C.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyindən göründüyü kimi, xxxx tərəfindən iddiaçının adına verilmiş göndərişdə qeyd edilən diaqnozlar əlilliyin təyini zamanı qeyd edilən diaqnozlar ilə üst-üstə düşür. Başqa sözlə, şəxsə ilkin əlillik təyin edilməsinə əsas verən xəstəliklərin mövcudluğu ekspert rəyi ilə təsdiq olunur. Eyni zamanda, işin faktiki hallarından da göründüyü kimi iddiaçı dəfələrlə analoji müəssisələrdə müalicə almış, müayinələrdə olmuş ona “Q.K.B. travmasının qalıq əlamətləri. Astenonevrotik pozuntu” diaqnozu qoyulmuşdur (##.##.2010; ##.##.2014; ##.##.2015; ##.##.2016-cı il tarixli təyinatlar). Həmçinin Ağcabədi RMX tərəfindən verilmiş göndərişdə iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusunun (F07.0) olması öz təsdiqini tapır. Həmin diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2-ci bəndinə uyğun gəlir. O da qeyd edilməlidir ki, iddiaçıda mövcud olan xəstəliyin “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2-ci bəndinin müvafiq yarımbəndlərinə (7.6.2.1 və ya 7.6.2.2 olması) uyğun olduğunu müəyyənləşdirmək cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə aiddir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya əlillik təyin edilməsi barədə qərar qəbul edərkən, orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinin cavabdeh orqan tərəfindən müəyyən edilməli olduğunu göstərməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia tələbinə dair yazılı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
24. ##.##.2022-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
25. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1.[95] S02- Başın travmaları S09 Baş və boynun açıq yaraları T01.0 Baş və boyun nahiyəsinin sınıqları T02.0 Baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər T06.0 sinirlər ilə müştərək travmaları Başın travmalarının nəticələri T90 Yumşaq toxumalarda qalmış yad cisim M79.5 Anensefaliya və buna oxşar inkişaf Q00 qüsurları Ensefalosele Q01 Mikrosefaliya Q02 Anadangəlmə hidrosefaliya Q03 Beynin digər anadangəlmə inkişaf Q04 qüsurları Spina bifida Q05 Onurğa beynin digər anadangəlmə inkişaf Q06 qüsurları Sinir sisteminin digər anadangəlmə inkişaf Q07 qüsurları Kəllə və üz sümüklərinin digər Q75 anadangəlmə inkişaf qüsurları Vegetativ (avtonom) sinir sisteminin G90 pozuntuları Hidrosefaliya G91 Toksiki ensefalopatiya G92 Qiymətləndirmə ümumi beynin mülayim pozuntuları ilə baş 6.1.1. 40-60 1 il beynin əzilməsi, kontuziyası ümumi beynin təzahür edən pozuntuları ilə 6.1.2. 65-80 2 il baş beynin əzilməsi, kontuziyası 6.1.3. baş beynin əzilməsi, kontuziyası 35 1 il psixi təzahür edən pozuntularla baş 6.1.4. 65-80 2 il beynin əzilməsi, kontuziyası vegeto-damar mülayim pozuntuları ilə baş 6.1.5. 40 1 il beynin əzilməsi, kontuziyası vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez 6.1.6. baş verən paroksizmal vəziyyətlərlə 50-60 2 il (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə müddət 6.1.7. beyin maddəsində yad cismin olması 80 siz 6.1.8. ventrikuloperitoneal şuntlama 50 2 il anadangəlmə inkişaf qüsurlarının ağır müddət 6.1.9. 90 formalarında siz 6.1.10. müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) Hentinqton xəstəliyi G10 irsi ataksiya G11 sinir və sümük-əzələ sisteminə aid olan R25simptomlar və nişanələr R29 Qiymətləndirmə başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim 6.1.10. pozuntusu, piramid çatışmazlıq əlamətləri, 35-60 1 il 1. o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli 6.1.10. pozuntusu, piramid çatışmazlıq 65-80 2 il 2. əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə 6.1.10. müddət pozuntusu, piramid çatışmazlıq 85-100
3. siz əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi
7.6.2.[1 baş beynin zədələnməsi və disfunksiyası və 30] ya somatik xəstəliklə bağlı digər psixi F06 pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9.1.[135] Qulağın və məməyəbənzər çıxıntının H60-H95 xəstəlikləri Qulağın eşitmə pozuntusu törədən Q16 anadangəlmə inkişaf qüsurları Qiymətləndirmə 9.1.1. 7 yaşa qədər anadangəlmə və ya 60 müddətsiz qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) 9.1.2. daha sonra qazanılmış (8-18 yaşlarında) 60 müddətsiz eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə III dərəcə, 40 5 il [136] digər tərəf üzrə IV dərəcə 9.1.4. eşitmə zəifliyi IV dərəcə, ikitərəfli 50 müddətsiz 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi 60 müddətsiz 9.1.6. psixi pozulmalarla müşayiət olunan 85 [137] müddətsiz eşitmənin tam itirilməsi və nitqin tam olmaması
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Bununla belə, iddiaçının orqanizm funksiyalarının pozulması faizlərinin müəyyən edilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmədiyindən, həmin hissələrdə qərar dəyişdirilməlidir.
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı xəstəliklər öz əksini tapsa da, qeyd edilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları” üzrə hansı bəndinə daha dəqiq uyğun olduğu müəyyən edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin səlahiyyətlərinə aid olan məsələdir. Cavabdeh inzibati orqan iddiaçı barəsində olan sənədlərə uyğun olaraq əlilliyin hansı bəndə uyğun olduğunu müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, Ağcabədi RMX tərəfindən verilmiş göndərişdə iddiaçıda üzvi mənşəli şəxsiyyət pozuntusunun (F07.0) olması öz təsdiqini tapır. Həmin diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2-ci bəndinə uyğun gəlir. O da qeyd edilməlidir ki, iddiaçıda mövcud olan xəstəliyin “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2-ci bəndinin müvafiq yarımbəndlərinə (7.6.2.1 və ya 7.6.2.2 olması) uyğun olduğunu müəyyənləşdirmək cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə aiddir. Bu səbəbdən, birinci instansiya məhkəməsi iddiaçıya əlillik təyin edilməsi barədə qərar qəbul edərkən, orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinin cavabdeh orqan tərəfindən müəyyən edilməli olduğunu göstərməklə düzgün nəticəyə gəlmişdir.
31. Kollegiya aşağı instansiya məhkəmələrinin göstərilən mövqeyinə münasibətdə isə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.
32. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.
33. Hazırkı iş üzrə cavabdeh inzibati orqan xxxx əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbisosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X3 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.
34. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
35. Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
36. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.
37. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
38. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.
39. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.
40. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
41. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.
42. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.
43. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququnda düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.
44. Təsadüfi deyildir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmələrə təqdim olunmuş sonuncu icmal məktubda da qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən əlilliyin təyin edilməsinə dair iddia tələblərinə baxılarkən, göndərişdə (Forma 88) qeyd olunan diaqnozun əlilliyi qiymətləndirilən şəxsdə formal olaraq mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənilməməli, eyni zamanda, göndərişdə göstərilmiş həmin pozuntu, çatışmazlıq və xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinin şəxsdə mövcudluğu da müəyyən edilməlidir. Müvafiq olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəlik üzrə qiymətləndirmə göstəricilərindən hər hansı biri ilə uyğunluq müəyyən olunmadan şəxsə əlillik təyinatı aparıla bilməz. Eyni zamanda göstərilmişdir ki, işin halları əlilliyin müəyyən edilməsi üçün yetərli olduqda qəbul ediləcək qərarda “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəliyin qiymətləndirmə göstəriciləri üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti konkret göstərilməlidir.
45. Məhkəmə qərarının dəyişdirilməsini zəruri edən əsas nüans isə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş tələblər nəzərə alınmamışdır.
46. Həmin bəndlərdə göstərilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.
47. Bununla bağlı, məhkəmə kollegiyasının apardığı qiymətləndirmə üzrə iddiaçı barəsində tərtib olunmuş ##.##.2022-ci il tarixli göndərişdə (iş v. 154-159) qeyd olunan xəstəliklərdən “Əsas diaqnoz: T90 Başın travmalarının nəticələri. Keçirilmiş qapalı kəlləbeyin travmasının qalığı (1993)” diaqnozunun “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 6.1.1-ci bəndində – “ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası”, 6.1.2-ci bəndində - “ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası” və ya 6.1.4-cü bəndində - “psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası”, eləcə də “Ağırlaşma: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, posttravmatik psixoorqanik sindrom” diaqnozunun 7.6.2.1-ci bənddə göstərilən “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)”, “Ağırlaşma: H90.3- Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda 3-cü dərəcə, sol qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozunun 9.1.3-cü bənddəki “eşitmə zəifliyi bir tərəf üzrə III dərəcə, digər tərəf üzrə IV dərəcə” qiymətləndirmə göstəriciləri ilə uyğunluğu müəyyən edilir.
48. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı barəsində tərtib olunmuş və məhkəmə baxışının əsas qiymətləndirmə predmeti olan ##.##.2022-ci il tarixli göndərişdə qeyd edilən diaqnozların yuxarıda qeyd edilən qiymətləndirmə göstəriciləri üzrə uyğunluğu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinin tələbləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, icra mərhələsində cavabdeh tərəfindən məhkəmənin hazırkı qərarında göstərilən hüquqi dəyərləndirmələr rəhbər tutulmalıdır.
49. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya ##.##.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh X1n üzərinə qoyulsun. Qərar qətidir.