Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4483/2025 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, 2 *(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: IŞIN HALLARI
1. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ##.##.2010-cu il tarixdən, 47 yaşdan ##.##.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən, ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanununun 13cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı ##.##.2010-cu il tarixdən, 47 yaşdan ##.##.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanununun 13-cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur (hakim Hilal Nəcəfov).
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, 2 *(***)-***/**** saylı qərarı ilə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Samir Həsənov (sədrlik edən və məruzəçi), Fikrət Hüseynov və Ceyhun Quliyev).
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
6. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ##### 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-****/**** nömrəli, ## #### 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ###### 2023cü il tarixli və s.).
10. Həmçinin oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli 2-1(102)- ***/**** nömrəli və ##.##.2023-cü il, *-*(***)-****/**** nömrəli).
11. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iş materialları arasında olan “Azərsilah” X2” QSC nin “xxxx” X3 Telemexanika Idarəetmə şöbəsinin ##.##.2025-ci il tarixli */*/**/*** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ##.##.1990-cı il tarixdən ##.##.1994-cü il tarixədək və ##.##.1997-ci il tarixdən ##.##.2004-cü il tarixədək işlədiyi mühəndisnormalaşdırıcı vəzifəsi, ##.##.1994 cü il tarixdən ##.##.1997-ci il tarixədək işlədiyi rəis müavini vəzifəsi, 01,12.2004-cü il tarixdən ##.##.2019-cu il tarixədək işlədiyi mühəndis-iqtisadçı və ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək mühəndisiqtisadçı vəzifələri üzrə gördüyü işlər - Yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə, yəni müəssisənin istehsalatda yeni texnologiyanın işlənməsi zamanı tam iş günü ərzində texnoloji prosseslərdə iştirak etməklə yanaşı məşğul olmaq, müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji proseslərdə və onların gedişatı ilə yaxından iştirak etmək və təkliflər vermək, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın mənimsənilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək və müəssisədə görülən işlərin, təqdimatların, yeni texnika və texnologiyanın tətbiqinin səmərələşdirici təkliflərin və ixtiraların verilməsini həyata keçirmək, müəssisənin istehsalat prosesinin gedişatı ilə əlaqədar yerlərdə (sex və bölmələrdə) materiallara aid müvafiq sənədlərin qeydlərini aparmaqla və həmçinin müəssisənin bütün işçilərin tam iş günü ərzində iş rejiminin yerlərdə yoxlanılmaqla qeydlərini aparmaq və müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji prosseslərin gedişatı zamanı yerlərdə (sex və bölmələrdə) müvafiq qeydlər aparmaqdan ibarət olmuşdur. Işlədiyi peşə zərərli və ağır iş stajı olduğundan aylıq əmək haqqısına və məzuniyyət gününə isə təqvimgünü əlavə edilirdi. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”-nın IX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (10907000)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000-1754j) kodları ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli, ** nömrəli Qərarı ilə Əli- Bayramlı “Telemexanika” Istehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (##.##.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən də İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”-nın IX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (10907000)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000— 1754j) kodları uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir.
12. Cavabdeh tərəfindən mübahisələndirilən tarixlər arasındakı dövr ərzində iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın IX. (Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı) bölməsində “istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər- 10907000- 1754j” peşəsinə uyğundur. Iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ##.##.2006-cı il tarixinədək 15 ildən artıq ümumi və 7 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. Iddiaçı qeyd edilənləri nəzərə alraq 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbi irəli sürməkdə haqlıdır.
13. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
14. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. \Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.