Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-449/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-449/2019) Bakı şəhəri 20 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı X2 iştirakı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səba il rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2274/2018 saylı, 10 oktyabr 2018ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X3 (bundan sonra - iddiaçı) xx.xx.1954-cü ildə Gürcüstan Respublikasında anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (DYİ seriyalı, 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi) İddiaçı 21.09.1971-ci ildən 21.11.1972-ci ilədək və 27.12.1974-cü ildən 19.09.1977-ci ilə dək X4 Birliyində, 30.09.1977-ci ildən 21.12.1977-ci ilədək 33 saylı mağazada, 01.02.1978-ci ildən 12.01.1982-ci ilədək Marneuli şəhəri İstehlakçılar Cəmiyyətində, 20.07.1982-ci ildən 23.12.2005-ci ilədək 1 nömrəli yarımfabrikatlar mağazasında və Marneuli pivə barında işləmişdir. (25 sentyabr 1971-ci il tarixli əmək kitabçası, X1 Kooperativi İttifaqının 11 nömrəli, 04 yanvar 2018-ci il tarixli arayışı) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu tərəfindən 12 mart 2018-ci il tarixli, 1703/75 saylı cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının 1978-2005-ci illərdə Gürcüstan Respublikasında i şlədiyi dövrlər öz təsdiqini tapmadığından və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən tələb olunan 12 il sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 01.02.1978-ci ildən 23.12.2005-ci ilədək Gürcüstan Respublikasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının 63 yaşdan, yəni 01.05.2017-ci ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21.09.1971-ci ildən 21.12.1977-ci ilədək Azərbaycan Respublikasında, 01.02.1978-ci ildən 23.12.2005-ci ilə qədər Gürcüsta n Respublikasında müxtəlif müəssisələrdə işləmişdir. Ümumilikdə 33 ildən çox əmək stajı vardır. O, cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair 25.05.2018-ci il tarixli, 1702/494 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının 1978-ci ildən 2005-ci ilə qədər Gürcüstandakı əmək fəaliyyəti yoxlanılan zaman həmin dövrün yalnız 3 il 11 ayı təsdiqlənmişdir. İddiaçıya əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2324/2018 sayl ı, 11 iyun 2018-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçının 01.02.1978-ci ildən 23.12.2005-ci ilədək Gürcüstan Respublikasında işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının 63 yaşdan, yəni 01.05.2017-ci ildən təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, 01.05.2017-ci il tarixində iddiaçının 63 yaşı və 30 il əmək stajı olduğuna görə onun yaşa görə əmək pensiyası almaq hüququ həmin vaxt yaranmışdır və əmək pensiyası təyin edilməsi məsələsi iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2274/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: K.N.Abiyeva Ü.A.Mayılov və) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2324/2018 saylı, 11 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2274/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının əmək kitabçasında öz əksini tapan 01.02.1978-ci ildən 23.12.2005-ci ilədək Gürcüstan Respublikasında işlədiyi illərin sığorta stajına əlavə edilməsi ilə bağlı məhkəmə sübutları tam və hərtərəfli araşdırmadan, yalnız əmək kitabçasına əsaslanaraq qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2017-ci ildə qüvvədə olan redaksiyasının 4.2.7-ci maddəsinə görə, pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 ya nvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Yoxlamanı həyata keçirən, inzibati orqan qeyd olunan dövrün sığorta stajının yoxlanılması üçün Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərmiş, Gürcüstan Milli Arxiv İdarəsinin cavab məktubu 01.12.2017-ci il tarixdə şöbəyə daxil olmuşdur. Həmin cavab məktubunda iddiaçının yalnız 1978-1982-ci illərdə əmək fəaliyyəti öz təsdiqini tapmış, 1982-1992-ci illər X6 İdarəsinin arxivdə saxlanılan sənədlərində onun adına rast gəlinmədiyi, 1990-2005-ci illərin sənədlərinin isə arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Daxil olmuş cavab məktubundan sonra iddiaçının sığorta stajı yenidən hesablanmış və onun təsdiq olunmuş stajı cəmi 10 il təşkil etmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 12 il sığorta stajı olmadığına görə şöbənin 19.12.2017-ci il tarixli qərarı ilə ona imtina cavabı verilmişdir. Daha sonra qeyd edilir ki, məhkəmə qərar qəbul edərkən, həmçinin hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddisinə istinad etmişdir. Həmin maddəyə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə yalnız bu müddəaya əsaslanaraq iddiaçının işlədiyi dövr də sosial sığorta haqqı ödəməməsinə baxmayaraq, işlədiyi illərin ümumi iş stajına daxil edildiyini və bunun əsasında pensiya hüququnun yarandığını bildirmişdir. Halbuki, elə həmin qanunun, yəni hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin a) bəndinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan şəxslərin əmək pens iyası almaq hüququ vardır. Bu müddəa göstərir ki, iddiaçının həmin illərdə fəaliyyət dövrü onun iş stajına daxil edilsə belə, əgər o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirməmişdirsə, onun pensiya hüququ yaranmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin i clasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş form al tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir k i, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki ş əxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndində deyilir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət ü zrə sosial sığorta stajı. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin birinci hissəsinin müddəalarından görünür ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti, xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. Həmin Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Hə mçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıx arışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıdakı qanunvericilik aktlarına əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışlar əmək stajını təsdiq edən sənəd kimi qəbul edilə bilər. Əmək kitabçasına və X1 Kooperativi İttifaqının 01 nömrəli, 04 yanvar 2018-ci il tarixli arayışına əsasən iddiaçı 21.09.1971-ci ildən 21.11.1972-ci ilə və 27.12.1974-cü ildən 19.09.1977-ci ilə qədər X4 Birliyində, 30.09.1977-ci ildən 21.12.1977-ci ilə qədər 33 saylı mağazada, 01.02.19 78-ci ildən 12.01.1982-ci ilə qədər Marneuli şəhəri İstehlakçılar Cəmiyyətində, 20.07.1982-ci ildən 23.12.2005-ci ilə qədər 1 nömrəli yarımfabrikatlar mağazasında və Marneuli pivə barında işləmişdir. Kassasiya şikayətində qeyd edilən 1982- 1992-ci illər X6 İdarəsinin arxivdə saxlanılan sənədlərində iddiaçının adına rast gəlinməməsi və 1990-2005-ci illərə aid sənədlərin isə arxivə təhvil verilməməsi səbəbindən həmin illərin iddiaçının sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlilləri apellyasiya şikayətində də qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlillərinə qiymət verərək onları əsassız hesab etmişdir. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəm anətləri haqqında Saziş”in: 2-ci maddəsinə əsasən, tərəflərin vətəndaşlarının pensiya təminatı bu Sazişə uyğun olaraq qarşılıqlı hesablaşmalar əsasında həyata keçirilir. Pensiya verilişinə çəkilən xərclərin ödənilməsi Tərəflərin səlahiyyətli orqanları vasitəsilə onların ərazisində qazanılmış staja mütənasib olaraq hər hansı vətəndaşın Tərəflərin ərazisində pensiya alması hüququna əməl etməklə təmin olunur. 3-cü maddəsinə əsasən, bu Saziş Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş və ya müəyyən ediləcək pensiya təminatının bütün növlərinə şamil edilir. 4-cü maddəsinə əsasən, Tərəflərin vətəndaşlarına pensiya təyinatı onların yaşayış yeri üzrə aparılır. Pensiya təminatı hüququnu, o cümlədən imtiyazlı şərtlərlə, xidmət illərinə görə pensiya təminatı hüququnu müəyyən etmək üçün iş stajına hər iki Tərəfin ərazisində olan iş müddəti (sığorta haqqı ödənilən dövr) nəzərə almır. Pensiyaların hesablanması əmək (sığorta haqqı ödənilən dövr) stajına hesablanan iş dövrünün əmək haqqından (gəlirindən) aparılır. Tərəflərdən hər hansı birində milli valyuta tətbiq olunarsa, əmək haqqının (gəlirin) miqdarı pensiya təyin edilərkən müəyyən edilmiş rəsmi kursa əsasən nəzərə alınır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının 01.05.2017-ci ildə 63 yaşı tamam olduğu vaxt 30 il əmək stajı olduğuna görə onun yaşa görə əmək pensiyası almaq hüququ həmin vaxt yaranmışdır və həmin yaşa görə əmək pensiyası təyin edilməsi məsələsi iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. “İnzibati icraat haqqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məsələ iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3). Beləliklə, cavabdehin imtinası qanuna zidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı d əyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2274/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-449/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-449/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver