Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-449/2020 29.01.2020 ALİ MƏHKƏMƏ (prosessual müddət ötürülməklə verilmiş kassasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatii Kollegiyası, hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi-hakim), Z.Quliyev, İ.Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi F.Rəsulovanın, iddiaçı və vəkili, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətə cavab” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-538/2019 saylı 14 fevral 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müraciətə cavab tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-538/2019 saylı 14 fevral 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti və dövlət hesabına vəkillə təmin edilmə ba rədə ərizə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1747/2019 saylı 30 may 2019cu il tarixli qərarı ilə dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadından 26.09.2019-cu il tarixdə iddiaçı vəkillə birlikdə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. 29 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə i clasında müəyyən olundu ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1747/2019 saylı 30 may 2019-cu il tarixli qərarı qəbul olunduqdan sonra, vəkil tərəfindən iddiaçıya 10.07.2019-cu il tarixdə order verilmiş, kassasiya şikayəti isə 25.09.2019-cu il tarixdə poçt rabitəsi vasitəsi ilə göndərilmişdir. Göründüyü kimi, iddiaçı 2019-cu ilin iyul ayından vəkillə müqavilə bağlasa da, 25.09.2019-cu il tarixdə kassasiya şikayətini vermiş, bununla da prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Hazırkı iş üzrə məhkəmə iclasında çıxış edən iddiaçının vəkili qeyd etmişdir ki, orderin verilmə t arixi prosessual müddətin hesbalanmasının başlanğıc tarixi deyil. Prosessual müddət məhkəmə qərarının təqdim olunan gündən hesablanır. Bu səbəbdən müddət tərəfimizdən ötürülməyib. Bununla belə, məhkəmə kollegiyası hesab edirsə ki, müddət tərəfimizdən ötürülüb, bu halda müddətin bərpa edilməsini xahiş edirik. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılma sının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili şifahi vəsatətlə prosessual müddətin bərpa edilməsini xahiş etsələr də, prosessual müddətin üzürlü səbəbdən ötürülməsini həs hansı əsaslı dəlillə əsaslandıra bilmədiklərindən, məhkəmə kollegiyası hesab edir ki, ötürülmüş prosessual müddət bərpa edilməməli, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən ötürüldüyü üçün şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94, 96-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-538/2019 saylı 14 fevral 2019-cu il tarixli qərardadından iddiaçı tərəf indən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-449/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-449/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver