Məhkəmə qərarları › İş №2-1(102)-449/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-449/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-449/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “xxxx” firması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mötəbər olmayan ekspert rəyi; inzibati orqanın istinad etdiyi sübutların mötəbərliliyi; sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Fxxxx” firmasının cavabdeh Azərbayca n Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-424/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Binəqədi rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 5(001)897/2018 saylı qərarı ilə iddiaçıya məxsus daş karxanasında 01.01.2013-cü il tarixdən 01.09.2018-ci il tarixədək olan müddətdə vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən yoxlanılmasının keçirilməsi barədə Azərbaycan Respublikası Ba ş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin vəsatəti təmin edilmişdir. 2. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.12.2018-ci il tarixli **********17287 saylı qərarına əsasən, Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə uyğun olaraq, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır.

3. Aparılmış səyyar vergi yoxlamasının nəticəsində 22.11.2019-cu il tarixli **********176170 aylı akt qəbul edilmiş, həmin aktın əsasında 30.12.2019-cu il tarixli **********195816 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. 4. 30.12.2019-cu il tarixli qərarla iddiaçı müəssisə barəsində 2015-ci ilin mənfəət vergisi üzrə 3767.75 manat, 2016-cı ilin mənfəət vergisi üzrə 3019.16 manat və 1509.58 manat maliyyə sanksiyası, 2017-ci ilin mənfəət vergisi üzrə 11710.90 manat və 5855.45 manat maliyyə sanksiyası, 2015-ci ilin ƏDV üzrə 1790.77 manat, 2016-cı ilin ƏDV üzrə 16303.44 manat və 1956.27 manat maliyyə sanksiyası, 2017-ci ilin ƏDV üzrə 63238.93 manat və 31619.47 manat maliyyə sanksiyası, 2018-ci ilin ƏDV üzrə 46695.40 manat və 23347.70 manat maliyyə sanksiyası, 2016-cı ilin əmlak vergisi üzrə 56.06 manat və 28.03 manat maliyyə sanksiyası, 2013-2018-ci illər üzrə torpaq vergisi, 2015-ci ilin mədən vergisi üzrə 400.73 manat, 2016-cı ilin mədən vergisi üzrə 26727.24 manat, 2017-ci ilin mədən vergisi üzrə 39693.16 manat və 19846.58 manat maliyyə sanksiyası, 2018-ci ilin mədən vergisi üzrə 30440.24 manat və 15220.12 manat maliyyə sanksiyası, 2016-cı ilin sadələşdirilmiş vergisi üzrə 11 97 manat, 2016-cı ilin ÖMV üzrə 46639.99 manat, 20162018-ci illər üzrə vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə ümumilikdə 1200 manat maliyyə sanksiyası hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30.12.2019cu il tarixli **********195816 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarın ləğv olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, hesablanmış əlavə vergilər ekspert və mütəxəssis rəyinə əsaslanmışdır. Belə ki, enerji sərfiyyatı əsasında istehsal həcmi müəyyən edilsə də, ekspert rəyində enerji itkisi 30%, istehsal itkisi isə 25% müəyyən edilmişdir. Halbuki, real enerji və istehsal itkisi ekspertin m üəyyən etdiyindən 15-20% daha çoxdur. Bundan əlavə, mişar daşının qiyməti 0.20 manat olduğu halda, əsassız olaraq bazar qiyməti tətbiq edilməklə 0.25 manat qəbul edilmiş və onun əsasında vergilər hesablanmışdır.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, səyyar vergi yoxlamasının aparılması zamanı 01.01.2013-cü il tarıxdən 31.08.2018-ci il tarixə aylar üzrə Qaradağ rayonu, Güzdək qəsəbəsi ünvanda yerləşən Daş karxanasında hasil olunan mişar daşının istehsal həcminin müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssis dəvət edilmiş və 13.05.2019-cu il tarixdə “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, yoxlanılan dövr üzrə ******* ədəd mişar daşı istehsal olunması müəyyən edilmişdir. Bundan əlavə, 01.01.2013-cü il tarıxdən 31.08.2018-ci il tarixə aylar üzrə Qaradağ rayonu, Güzdək qəsəbəsi ünvanda yerləşən Daş karxanasında hasil olunan mişar daşının real bazar qiymətlərinə uyğun satış qiymətlərinin müəyyənləşdirilməsi sahəsində xüsusi biliklərə malik olan ekspertiza təyin edilmiş və 13.05.2019-cu il tarixdə “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş Ekspertiza rəyində 1 ədəd mişar daşının satış qiyməti 0.25 manat (ƏDV-lə birlikdə) məbləğində müəyyən edilmişdir. Qeyd olunan ekspert-mütəxəssis rəylərinə əsasən, iddiaçıya əlavə vergilər hesablanmışdır. Belə ki, 2015-ci il dövrü üzrə mənfəət vergisi bəyannaməsində dövriyyə 113032.00 manat, ümumi xərci 94193.87 manat, vergiyə cəlb olunan mənfəət 18838.77 manat, mənfəət vergisi 3767.75 manat, 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsində 90574.70 manat, ümumi xərc 75478.92 manat, vergiyə cəlb olunan mənfəət 15095.78 manat, mənfəət vergisi 3019.16 manat və 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində 351327.00 manat, ümumi xərc 292772.50 manat, vergiyə cəlb olunan mənfəət 58554.50 manat, mənfəət vergisi 11710.90 manat, ümumilikdə 554933.70 manat vergiyə cəlb olunan dövriyyə müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı müəssisənin 20152016-2017-ci illər dövrü üzrə müəyyən edilmiş 92489.00 manat mənfəətdən 18497.81 manat məbləğində mənfəət vergisi hesablanmışdır (2015-ci il üzrə 3767.75 manat, 2016cı il üzrə 3019.16 manat və 2017-ci ilin mənfəət vergisi üzrə 11710.90 manat). Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 18497.81 manat məbləğində mənfəət vergisinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə vergi ödəyicisi, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 9249.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə, vergi ödəyicisi təqdim etdiyi ƏDV bəyannaməsi ilə 2015-ci il üzrə 9700.00 manat (ƏDV-siz) dövriyyə, 2016-cı il üzrə 00 manat (ƏDV-siz) dövriyyə, 2017-c i il üzrə 00 manat (ƏDV-siz) dövriyyə, 2018-ci il üzrə 00 manat (ƏDV-siz) dövriyyə göstərmiş, ekspert rəyi əsasında müəyyən edilən dövriyyə ilə iddiaçı tərəfindən 2015-ci il üzrə 1790.77, 2016-ci il üzrə 16303.38 manat, 2017-ci il üzrə 63238.93 manat və 2018-ci il üzrə 46695.40 manat, ümumilikdə 128028.48 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. İddiaçı 2018-ci ilin mart ayı üzrə təqdim etdiyi hesabatla 564.82 manat MÖMV hesablamış, yoxlama ilə 568.82 manat MÖMV olduğu müəyyən edilmiş, beləliklə 4.0 manat məbləğində MÖMV azaldılmışdır. Bundan əlavə, vergi ödəyicisi Vergi Məcəlləsinin 206.3 maddəsinə əsasən sənaye tikinti təyinatlı sahələrə aid olan Abşeron rayon Güzdək qəsəbəsində yerləşən Daş karxanası ilə bağlı torpaq vergisini 25200.00 manat az hesablamışdır. Həmçinin, vergi ödəyic isi tərəfindən mədən vergisinin ümumilikdə 97261.37 manat azaldılması müəyyən edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 saylı, 28 avqust 2020-ci il tarixli qərarı ilə (hakim: C.B.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, mübahisələndirilən qərar 18497.81 manat mənfəət vergisi, 1790.77 manat ƏDV, 126237.77 manat ƏDV (qeydiyyatsız), 97261.37 manat mədən vergisi, 1197.00 manat sadələşdirilmiş verginin hesablanması və 101578.09 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, yoxlanılan dövrdə “xxxx” firmasının Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən istehsalat obyektində vergiyə cəlb edilən dövriyyəsi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azər ekspertiza” Birliyinin mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən olunmuşdur. “Azərekspertiza” Birliyinin 13.05.2019-cu il tarixli mütəxəssis rəyində istehsal həcmi sərf edilən elektrik enerjisinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.07.2020-ci il tarixli, 9/1478 nömrəli ekspert rəyində qeyd edilir ki, vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatı əsasında müəyyələşdirilməsi qaydası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən, həmçinin rəyin tədqiqat hissəsində qeyd edilənlərə əsasən, “xxxx” firmasının fəaliyyət dövrü üzrə vergitutma bazasının Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisinin faktiki enerji sərfiyyatı əsasında apardığı hesablam alara görə müəyyənləşdirilməsi əsaslı hesab olunmur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30.07.2020-ci il tarixli, 9/1478 nömrəli ekspert rəyində əks etdirilən mövqe ilə razılaşaraq hesab etmişdir ki, mədən vergisi, mənfəət vergisi, sadələşdirilmiş vergi və ƏDV-nin hesablanması zamanı vergi orqanı tərəfindən istinad edilən “Azərekspertiza” Birliyinin 13.05.2019-cu il tarixli mütəxəssis rəyi mötəbər sübut qismində qəbul edilə bilməz. Bundan əlavə, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarətdir: - xammal və materiallar; - qaytarılmış tullantılar; - texniki məqsədlər üçün yanacaq, enerji və su; - istehsal fəhlələrinin əsas əmək haqqı; - istehsal fəhlələrinin əlavə əmək haqqı; - sosial sığorta ayırmaları; - avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiyası; - ümumi sex xərcləri; - ümumi zavod xərcləri; - zay məhsul və itkilər; - sair istehsalat xərcləri; - əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət deyil və yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məmulatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxa rıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisəsinin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən edilərkən məhsulun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki istehsal həcminin faktiki enerji sərfiyyatı əsasında hesablanması məhsulun maya dəyəri kalkulyasiy asının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb edilən dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Həmçinin, Vergi Məcəlləsində nəzərdə tutulan maddələrin ardıcıllığını nəzərə alaraq “xxxx” firmasında aparılan səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin hesablanması üçün birinci növbədə Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan, yəni hazırkı halda vergi ödəyicisinin gəlirləri barədə olan məlumatlardan və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etməklə, Vergi Məcəlləsinin 67.3cü maddəsinə müvafiq olaraq mənfəət vergisi hesablamalı idi. Lakin “xxxx” firmasının yoxlamasına dair tərtib edilmiş 22.11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından göründüyü k imi, vergi müfəttişi Vergi Məcəlləsinin 67 və 83.2-ci maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəsindən istifadə etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarında göstərilən üsulla, yəni şərti rentabellik səviyyəsini 20 % götürməklə mənfəət vergisini hesablamışdır ki, bu, nəticədə iddiaçıya əsassız əlavə vergi məbləğinin hesablanması ilə nəticələnmişdir. “xxxx” firması tərəfindən istehsal edilmiş mişar daşının ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətinə münasibətdə isə məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbini pozmuşdur. “xxxx” firmasına məxsus daş karxanasında mişar daşının faktiki satış dəyəri 0.20 manat olduğu halda, ekspert rəyində bazar qiyməti 0.25 manat müəyyən edilmiş və vergilər hesablanan zamanı vergi orqanı bazar qiyməti qismində 0.25 manatı qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki satış dəyəri bazar qiymətindən 30 %-dən çox (aşağı və ya yuxarı) fərqlənməmiş (0.20 + 30 % = 0.26) və vergi orqanı Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozaraq, iddiaçının öz satış dəyərini (0.20 manat) deyil, “Azərekspertiza” Birliyinin ekspert rəyində qeyd olunan dəyəri (0.25 manat) bazar qiyməti kimi götürərək əl avə vergi məbləği hesablamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçı “xxxx” firmasında həyata keçirilmiş səyyar vergi yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş qaydada və müddətdə qeydiyyata alınmasını təmin etməmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 saylı, 28 avqust 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-424/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və M.Ə.Rzayev) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 say lı, 28 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətində iddia ərizəsinə etirazda qeyd etdiyi dəlilləri sadalamış və əlavə olaraq qeyd etmişdir ki, yoxlama materialları aidiyyəti üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə göndərilmiş və hal-hazırda qeyd olunan idarədə digər faktlarla bərabər, yoxlama zamanı müəyyən edilmiş vergidən yayınma faktı üzrə ********* nömrəli cinayət işinin istintaqı davam etdirilir. Belə ki, İnzibatiProsessual Məcəllənin 7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Səyyar vergi yoxlaması tamamilə başqa bir istintaq orqanında aparılan cinayət işinin istintaqı çərçivəsində təyin edilərək aparılmış və yoxlamanın nəticələrinin qanuni olub-olmamasına cinayət prosesi çərçiv əsində hüquqi qiymət veriləcəkdir. Hal-hazırda yoxlama nəticələrinin inzibati məhkəmə icraatında ləğv edilməsi birbaşa olaraq cinayət təqibi orqanının fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməli və aşağı instansiya məhkəmə tərəfindən inzibati məhkəmə işi üzrə icraat dayandırılmalı idi. Başqa sözlə, ********* nömrəli cinayət işinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Bundan əlavə, aşağı instansiya məhkəmələri qəbul etdiyi qərarlarında heç bir əsaslandırma aparmadan sadəcə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.07.2020-ci il tarixli, 9/1478 nömrəli ekspert rəyinin məzmununu qərara köçürməklə kifayə tlənmiş və özünün hüquq tətbiq edən orqan kimi yanaşması və qiymətləndirməsi olmamışdır. Ekspert rəyini mötəbər sübut hesab edən məhkəmə rəyin mötəbər sübut hesab edilməsi üzrə heç bir əsaslandırma aparmamışdır. Əlavə olaraq, aşağı instansiya məhkəmələri vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatı əsasında müəyyələşdirilməsi qaydasının Vergi Məcəlləsində nəzərdə tutulmadığını bildirsələr də, Vergi Məcəlləsinin 45.1.-ci maddəsinə görə, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olar aq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. Normadan göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda mütəxəssisin dəvət olunması vergi orqanının hüququdur və vergi orqanı tərəfindən bu hüququndan istifadə edilməsi məhkəmə tərəfindən onun əleyhinə olan dəlil kimi qiymətləndirilə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, səyyar vergi yoxlaması zamanı məhsulun faktiki maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri nəzərə alınmaqla vergi hesablanmışdır. Belə ki, "xxxx" ASC-dən al ınmış məlumatlar əsasında tərtib edilmiş mütəxəssis rəyi əsasında vergi ödəyicisinin istehsal etdiyi məhsulun dəyəri (xərci) deyil, vergi tutulan dövriyyəsi müəyyən edilmişdir. Yoxlamaya gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən iddiaçının gəlirini birbaşa müəyyən etmək mümkün olmamışdır. Odur ki, əlavə vergi məbləğləri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Başqa sözlə, müəyyən edilmiş vergi tutulan dövriyyənin 80% xərc kimi qəbul edilmişdir. Qeyd edilən 80% xərcdə məhsulun faktiki maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələrinin hamısı nəzərdə tutulmuşdur. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, vergi orqanı Vergi Məcəlləsinin 67 və 83.2-ci maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəyə istinad etməklə şərti rentabellik üsulu ilə iddiaçıya əsassız əlavə vergi məbləği hesablamışdır. Halbuki, vergilərin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlar əsasında hesablanması vergi orqanının vəzifəsi deyil, hüququdur. Vergi Məcəlləsinin 67-ci maddəsinin hissələrinin sıra ardıcıllığı ilə tətbiq edilməsi imperativ göstəriş kimi Məcəllədə müəyyən olunmamışdır. Bundan əlavə, məhkəmələr mişar daşının bazar qiyməti ilə razılaşmamışlar. Lakin məhkəmə tərəfindən mişar daşının faktiki satış qiyməti 0.25 manat deyil 0.20 manat qəbul edilirsə, o zaman iddiaçının vergiyə cəlb olunmasını məhz həmin qiymət əsasında müəyyən edə bilərdi. Çünki hazırda yaranmış mübahisənin əsas səbəbi mişar daşının bazar qiyməti ilə bağlı deyil, istehsal edilmiş mişar daşının sayı ilə bağlıdır, hansı ki, yoxlama nəticəsində iddiaçının bəyan etdiyi hesabatlara görə bu sayı gizlətdiyi və dəfələrlə aşağı bəyan etdiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı iddiaçı “xxxx” firmasında həyata keçirilmiş səyyar vergi yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş qaydada və müddətdə qeydiyyata alınmasını təmin etməmişdir. Halbuki, iddiaçıda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar Vergi Məcəlləsinin 38.3.6-cı maddəsi əsasında qəbul edilmişdir. Həmin maddəyə əsasən cinayət pr osessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması keçirilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-1-ci bəndinə əsasən, bu Əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, sözügedən səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.6-cı maddəsində nəzərdə tutulan əsasla aparıldığından, başqa sözlə desək cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparıl dığından, bu yoxlama ilə bağlı qərarların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi qanunvericiliklə istisna edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, “xxxx” firmasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən başlanmış və bitmiş cinayət işi vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) ilə bağlı deyil, Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” başlıqlı 28-ci fəslinin maddələri üzrə olmuşdur və Dövlət Vergi Xidməti yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində “xxxx” firması barəsində CM-nin 213-cü maddəsi ilə başlanmış hər hansı cinayət işi mövcud deyil. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində “xxxx” firması barəsində başlanmış və bitmiş cinayət təqibi məhkəmənin icraatında olan mübahisə ilə bağlı olmamışdır. Bundan əlavə, cavabdeh vergi orqanı kassasiya şikayətində “cinayət işinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcuddur” qeyd etsə də, həmin halların nədən ibarət olmasına dair hər hansı fikir və ya dəlil irəli sürə bilməmişdir. Halbuki, inzibati məhkəmələr vergi mübahisələri üzrə ixtisaslaşmış məhkəmələr olduğu halda, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tamam fərqli sahədə ixtisaslaşmış təşkilatdır və inzibati məhkəmələrdə vergilərin hesablanması ilə bağlı obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində aparılan araşdırma h ər bir halda bu sahədə ixtisaslaşmamış və məhkəmədən aşağı instansiyada olan cinayət təqibi orqanının araşdırmasından daha obyektiv və daha hərtərəfli xarakter daşıyır. Həmçinin, İPM-nin 7.2-ci maddəsinin tələblərindən biri məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olmalısıdır. Hazırkı işdən gördüyümüz kimi vergidən yayınma ilə bağlı cinayət tərkibin yaranmasına əsas cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 30.12.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardır və həmin qərar hazırda məhkəmə mübahisənin predmetini təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində olan cinayət təqibi məhz hazırkı məhkə mə mübahisəsinin həllindən asılıdır. Belə ki, hazırkı məhkəmə mübahisəsi iddia tələbinin təmin edilməsi və 30.12.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi ilə yekunlaşacağı hallarda, vergidən yayınma ilə bağlı cinayət təqibinə (belə bir təqib hazırda faktiki olaraq mövcud deyil) Cinayət Məcəlləsinin 39.1.1-ci maddəsinə müvafiq olaraq xitam verilməlidir. Göründüyü kimi, “xxxx” firmasında vergidən yayınma ilə bağlı hər hansı cinayət təqibi olmadığından, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində “xxxx” firması barəsində vergidən yayınma ilə əlaqədar olmayan maddə ilə başlanmış cinayət təqibinin hazırkı məhkəmə mübahisənin həllinə hər hansı təsiri olmad ığından, əksinə cinayət təqibinin həlli hazırkı məhkəmə mübahisəsi üzrə yekun qərardan asılı olduğundan, cavabdehin məhkəmə icraatının dayandırılmalı olması barədə dəlili tamamilə əsassızdır. Bundan əlavə, vergi orqanı səyyar vergi yoxlaması zamanı “Azərekspertiza” Birliyinin 13.05.2019-cu il tarixli mütəxəssis rəyinin əsaslı olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmadan həmin rəyi sübut qismində qəbul etmiş və vergiləri məhz həmi rəy əsasında hesablamışdır. Halbuki, ekspert rəyində istifadə edilən bir sıra göstəricilərin necə müəyyən edilməsi həmin rəydə izah edilmədiyindən, qeyrimüəyyən olaraq qalmış və bu qeyri-müəyyənlik aydınlaşdırılmadan mütəxəssis tərəfindən təsbit edilmiş mişar daşlarının (6900867.80 ədəd) həcmi əsas götürülməklə vergilərin hesablanması həyata keçirilmişdir. Həmçinin, vergi orqanının VM-nin 83.2-ci maddəsində vergilərin birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş qaydalardan istifadə edilməklə hesablaması qaydası müəyyən edilməmiş, əksinə həmin qaydalardan istifadə etməzdən əvvəl əlaqəli və analoji vergi ödəyicisinin məlumatlarından istifadə edilərək gəlir və ya xərcdən hər hansı birinin müəyyən edilməsi şərti təsbit edilmişdir. Kassasiya şikayətində mişar daşının qiymətinin 0.25 manat götürülməsinin əsassız olmasına münasibətdə vergi orqanı qeyd edir ki, hazırkı mübahisənin əsas səbəbi mişar daşının bazar qiyməti ilə bağlı deyil, istehsal edilmiş mişar daşının sayı ilə bağlıdır. Halbuki, cavabdehin dəlilinin əksinə olaraq mişar daşının bazar qiyməti də hazırkı mübahisəni n predmetini təşkil edir. Belə ki, vergi orqanının müəyyən etdiyi daş sayına vergi ödəyicisinin faktiki satış qiymətini (0.20 manat) deyil, vergi orqanının müəyyən etdiyi (0.25 manat) qiyməti tətbiq etdikdə, fərqli vergitutulan dövriyyə və vergilər müəyyən edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, vergi orqanı 26.12.2018-ci il tarixli qərar ilə vergi ödəyicisinin son 7 illik hesabat dövrünü yoxlamaqla vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, hazırkı iş üzrə mübahisə predmeti olan səyyar vergi yoxlamasının əhatə etdiyi hesabat dövrləri (20132017-ci illər) üzrə vergi ödəyicisində cavabdeh vergi orqanı tərəfindən əvvəlki tarixlərdə səyyar vergi yoxlaması həyata keçirildiyi halda, həmin dövrlər yenidən yoxlanılmış və daha yüksək məbləğdə əsassız vergidən yayın ma halları müəyyən edilmişdir ki, bu da vergi orqanının hazırkı yoxlamada qərəzli olmasını və obyektiv yoxlama aparmadığını göstərir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüy ü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

19. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxsləri n xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktik i şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul e dir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

24. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı müəssisə daş karxanasında mişar daşının istehsalı ilə məş ğul olmuşdur. İddiaçı müəssisə barəsində aparılmış növbədənkənar səyyar vergi yoxlaması ilə müxtəlif vergi tədiyyələri üzrə əlavə vergilərin hesablanması barədə 30.12.2019-cu il tarixli **********195816 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” mübahisələndirilən qərar qəbul edilmişdir (bax hazırkı qərarın 4-cü bəndi).

25. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 saylı, 28 avqust 2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, mübahisələndirilən qərar 18497.81 manat mənfəət vergisi, 1790.77 manat ƏDV, 126237.77 manat ƏDV (qeydiyyatsız), 97261.37 manat mədən vergisi, 1197 manat sadələşdirilmiş verginin hesablanması və 101578.09 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-657/2020 saylı, 28 avqust 2020-ci il tarixli qərarı ilə qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən kassasiya icraatında iddianın təmin edilmiş hissəsinə qiymət veriləcəkdir.

26. Hazırkı iş üzrə iddiaçıya yoxlama nəticəsində mənfəət vergisi, mədən vergisi, sadələşdirilmiş vergi və ƏDV hesablanmasına əsas iddiaçının vergi bəyannaməsində bəyan etdiyi dövriyyənin vergi orqanı tərəfindən qəbul edilməməsi, dövriyyənin və istehsal edilmiş mişar daşının qiymətinin mütəxəssis və ekspert rəyləri əsasında müəyyən edilməsi olmuşdur.

27. Belə ki, yoxlama zamanı “Azərekspertiza” Birliyi tərəfindən verilmiş mütəxəssis rəyində müəssisənin 01.01.2013 - 31.08.2018-ci il tarixləri arasında ******* ədəd mişar daşı istehsal edildiyi qeyd edilmişdir (İ cild: iş v.87). Həmçinin, ekspert rəyində (İ cild: iş v.95) 01.01.2013 - 31.08.2018-ci il tarixləri arasında mişar daşının satış qiymətinin 0.25 AZN olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçıya mübahisələndirilən qərarla 2015-ci ilin mənfəət vergisi üzrə 3767.75 manat, 2016-cı ilin mənfəət vergisi üzrə 3019.16 manat və 1509.58 manat maliyyə sanksiyası, 2017-ci ilin mənfəət vergisi üzrə 11710.90 manat və 5855.45 manat maliyyə sanksiyası, 2015-ci ilin ƏDV üzrə 1790.77 manat, 2016-cı ilin ƏDV üzrə 16303.44 manat və 1956.27 manat maliyyə sanksiyası, 2017-ci ilin ƏDV üzrə 63238.93 manat və 31619.47 manat maliyyə sanksiyası, 2018-ci ilin ƏDV üzrə 46695.40 manat və 23347.70 manat maliyyə sanksiyası, 2015-ci ilin mədən vergisi üzrə 400.7 3 manat, 2016-cı ilin mədən vergisi üzrə 26727.24 manat, 2017-ci ilin mədən vergisi üzrə 39693.16 manat və 19846.58 manat maliyyə sanksiyası, 2018-ci ilin mədən vergisi üzrə 30440.24 manat və 15220.12 manat maliyyə sanksiyası, 2016-cı ilin sadələşdirilmiş vergisi üzrə 1197.00 manat hesablanmışdır.

28. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə cavabdeh mübahisələndirilən 30.12.2019-cu il tarixli qərarla 2015-ci il üzrə mənfəət vergisi, ƏDV və mədən vergisi, 2016-cı il üzrə sadələşdirilmiş vergi, 2016-cı ilin yanvar-noyabr ayları üzrə mədən vergisi və ƏDV hesablayarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin (vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hes ablanmış məbləği yenidən hesablamaq... hüququna malikdirlər) tələblərini pozmuşdur.

29. Digər illər üzrə hesablanmış vergilərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, vergilərin hesablanmasına əsas dövriyyəyə və mişar daşının qiymətinə dair ekspert və mütəxəssis rəyləri olmuşdur. Belə olan halda, hesablanmış vergilərin qanuniliyinə qiymət verilməsi üçün verginin hesablanmasına əsas olan ekspert və mütəxəssis rəylərinin mötəbərliliyinə qiymət verilməlidir.

30. İş materiallarında olan ( İ cild: iş v.84-87) mütəxəssis rəyində qeyd edilmişdir ki, müəssisədə 2013-cü ildə 4 ədəd SM-89, 2014-cü ildə 5 ədəd SM-89, 2015-ci ildə 8 ədəd SM-89, 2016-cı ildə 12 ədəd SM-89, 2017-ci ildə 14 ədəd SM-89, 2018-ci ildə 16 ədəd SM-89 istehsal avadanlığı olmuş, iş qrafiki gündə 8 s aat, həftədə 5 gün, ildə 255 gün olmuş, karxana isə 8 sahədən ibarət olmuşdur. Mütəxəssis rəyində DKM-nin məhsuldarlığı A.S.Cirkovun “Tikinti materiallarının açıq üsulla çıxarılması və emalı” kitabından götürülmüş düstura istinadla 4 m3/saat götürülmüşdür. Mütəxəssis rəyində müəssisənin elektrik enerji sərfiyyatı əsasında (30% istehsal itkisi nəzərə alınmaqla) hər il üzrə 1 növbə üçün istehsal sərfiyyatı müəyyən edilmiş, həmin 1 növbə üçün istehsal sərfiyyatı istehsal olunan aktiv enerjiyə bölünməklə (30% istehsal itkisi nəzərə alınmaqla) sərfiyyat tutumu (əmsal) müəyyən edilmiş, həmin əmsal DKM-nin məhsuldarlığına (yəni, 4-ə) və həmin il üzrə istehsal avadanlığının sayına (müvafiq olaraq 2013-cü ildə 4 ədəd, 2014-cü ildə 5 ədəd, 2015-ci ildə 8 ədəd, 2016-cı ildə 12 ədəd, 2017-ci ildə 14 ə dəd, 2018-ci ildə 16 ədəd) vurulmaqla istehsal həcmi (m3-lə ) müəyyən edilmiş, 1 m3-də mişar daşının sayı 72 götürülməklə hər il üzrə mişar daşının sayı müəyyən edilmişdir (25% itki nəzərə alınmaqla).

31. Göründüyü kimi, mütəxəssis rəyində elektrik enerjisi sərfiyyatı əsasında mişar daşının sayı müəyyən edilərkən 1 növbə üçün istehsal sərfiyyatı, DKM-nin məhsuldarlıq əmsalı və istehsal avadanlığının sayı əsas götürülmüşdür.

32. Lakin mütəxəssis rəyində 1 növbə üçün istehsal sərfiyyatının necə müəyyən edildiyi göstərilməmişdir. Bundan əlavə, DKM-nin məhsuldarlıq əmsalı A.S.Cirkovun “Tikinti materiallarının açıq üsulla çıxarılması və emalı” kitabındakı düstura istinadla müəyyən edilmiş, lakin həmin düsturun iddiaçıya məxsus karxanadakı məhsuldarlığı müəyyən etmək üçün mötəbər olması, niyə mə hz həmin kitabdakı düstura istinad olunması ekspert tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə, mütəxəssis rəyindəki cədvəllərdən görünür ki, hər il üzrə müəssisəyə məxsus olan bütün avadanlıqların sayı (müvafiq olaraq 2013-cü ildə 4 ədəd, 2014-cü ildə 5 ədəd, 2015-ci ildə 8 ədəd, 2016-cı ildə 12 ədəd, 2017-ci ildə 14 ədəd, 2018-ci ildə 16 ədəd) nəzərə alınmışdır. Bu isə o deməkdir ki, iddiaçı müəssisə tərəfindən həmin avadanlıqlar eyni anda gündə 8 saat, həftədə 5 gün, ildə 255 gün istifadə edilmişdir. Lakin avadanlıqların eyni anda gündə 8 saat, həftədə 5 gün, ildə 255 gün istifadə edilməsi ilə bağlı ekspertin mövqeyi aydın olmamış, bu qənaətə necə gəlindiyi əsaslandırılmamışdır. Həmçinin, mütəxəssis rəyində 30% istehlak olunan elektrik enerjisinin itkisi, 25% mişar daşının itkisi n əzərə alınsa da, bu rəqəmlərin nəyə əsasən müəyyən edildiyi qeyd edilməmişdir ki, bu da itkinin nəzərə alınandan daha çox olmasını istisna etmir.

33. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi s übutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

34. Hazırkı iş üzrə vergi yoxlaması keçirilərkən daş karxanası işlək vəziyyətdə olmuşdur. Belə olan halda, vergi orqanı inzibati orqan kimi obyektiv həqiqətin əldə edilməsi məqsədi ilə yoxlama zamanı iddiaçıya məxsus daş karxanasında neçə avadanlığın eyni anda işləyə bilməsini, avadanlıqları işə qoşmaqla 8 saat ərzində bir istehsal avadanlığı tərəfindən istifadə olunan elektrik enerjisini, istehsal olunan mişar daşının neçə faizinin itki olduğunu əyani şəkildə müəyyən edə bilərdi. Bundan əlavə, vergi orqanı daş karxanalarının məhsuldarlığı və istehsal itkisi ilə bağlı müvafiq orqanlara (Ekologiya Nazirliyi, FHN və s.) sorğu ünvanlamaqla məlumat əldə edə bilərdi.

35. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir.

36. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəss isəyə külli miqdarda əlavə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.

37. Məhkəmə kollegiyası kassatorun dəlilləri ilə bağlı isə aşağıdakıları qeyd edir.

38. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, səyyar vergi yoxlaması tamamilə başqa bir istintaq orqanında aparılan cinayət işinin istintaqı çərçivəsində təyin edilərək aparıldığından, yoxlamanın nəticələrinin qanuni olub-olmamasına cinayət prosesi çərçivəsində hüquqi qiymət veriləcəyindən, yoxlama zamanı müəyyən edilmiş vergidən yayınma faktı üzrə ********* nömrəli cinayət işinin istintaqı davam etdirildiyindən İnzibatiProsessual Məcəllənin 7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə işi üzrə icraat dayandırılmalı idi.

39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyə əsasən (İPM-in 7.1-ci maddəsi) işin icraatını dayandırmaq haqda qərardad qəbul edilməsi üçün iki şərt ödənilməlidir: 1) dayandırılan icraatda preyudisial maraq və 2) barəsində icraatın dayandırıldığı hüquqi mübahisə ilə digər məhkəmədə araşdırılması vacib olan hüquqi münasibət arasında qarşılıqlı əlaqə olmalıdır. Preyudisiallıq o zaman mövcud olur ki, icraatda olan hüquqi mübahisənin həll edilməsi üçün başqa məhkəmədə həmin vaxt araşdırılan hüquq münasibətinin məhz həmin məhkəmə tərəfindən müəyyən edilməsi vacib olsun. Qarşılıqlı əlaqədən bəhs edə bilmək üçün isə araşdırılan hüquq münasibətinin müəyyən edilməsi inzibati məhkəmə icraatında olan mübahisə barəsində qəbul ediləcək qərara təsir etməlidir.

40. Lakin hazırkı iş üzrə cavabdeh səyyar vergi yoxlaması nəticəsində əldə etdiyi məlumatları yalnız cinayət işi ilə bağlı istifadə etməmişdir, həmçinin inzibati icraat apararaq inzibati akt qəbul etdiyindən, qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət verilməsi cinayət təqibini həyata keçirən orqanın yox, məhz inzibati məhkəmənin səlahiyyəti olduğundan, məhkəmə qərarının cinayət işi üzrə məsələnin həllindən asılı olması iş üzrə sübuta yetirilmədiyindən icraatın dayandırılmasına ehtiyac olmamışdır. Həmçinin, formalaşmış məhkəmə təcrübəsində də, belə hallarda, yəni paralel olaraq cinayət və inzibati icraatın aparıldığı hallarda icraatın dayandırılması yol ve rilən olmamışdır.

41. Məhkəmə kollegiyası kassatorun “keçirilən yoxlamanın reyestrdə qeydə alınmamalı olması” ilə bağlı dəlilləri ilə razılaşır və qeyd edir ki, hazırkı iş üzrə aparılan yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-1-ci bəndinə uyğun olmuşdur. Belə olan halda, apellyasiya məhkəməsinin keçirilən yoxlamanın reyestrdə qeydə alınmalı olması ilə bağlı mövqeyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-1-ci bəndinə z idd olsa da, apellyasiya məhkəməsinin qərarının nəticəsi qanuni olduğundan və qərar digər əsaslar üzrə düzgün olduğundan İPM-nin 96.7-ci maddəsinə əsasən bu əsasla apellyasiya məhkəməsinin qərarının ləğvinə əsas yoxdur.

42. Kassatorun “məhkəmənin keçirdiyi ekspertiza üzrə ekspert rəyinin mötəbər olmaması” ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hesablanan vergilərin qanuniliyini sübut etmək ilk növbədə inzibati orqanın vəzifəsidir. Məhkəmə isə mübahisələndirilən inzibati aktın qanuniliyinə qiymət verir. Hazırkı iş üzrə isə yuxarıda qeyd edildiyi kimi, inzibati orqan hesablanan əlavə vergilərin qanuniliyini, düzgünlüyünü sübuta yetirə bilməmişdir, məhkəmə isə inzibati aktın əsaslandığı ekspert rəyini mötəbər hesab etmədiyindən qəbul edilmiş inzibati aktı da qanuni hesab etmir.

43. Sonuncu olaraq, əlavə vergilər mütəxəssis rəyinə (dövriyyənin müəyyən edilməsi ilə bağlı) istinad edilməklə hesablandığından, mütəxəssis rəyinin mötəbərliliyi, başqa sözlə, iddiaçının dövriyyəsinin mütəxəssis rəyində göstərildiyi kimi olması sübuta yetirilmədiyindən, məhkəmə kollegiyası mənfəət vergisinin hesablanma qaydası, o cümlədən mişar daşının dəyəri ilə bağlı bazar qiymətinin tətbiqinə dair məhkəmə qiymətləndirməsinə əsas görmür və bu hissədə kassatorun dəlilləri öz əhəmiyyətini itirir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qərar qəbul edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməs inin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh edilənləri rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-424/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar