Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-449/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2438/2021 nömrəli iş üzrə 17.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsas ən işə 23 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2013-cü ildə Ukrayna Respublikası Mühəndis-Pedaqoji Akademiyasında “Neft və Qaz Sənayesi üzrə Mühəndis, Kimya və Neft-Qaz sahəsində fənlər üzrə müəllim fakültəsi”nin qiyabi bölməsinə qəbul olunmuş və 2018-ci ildə həmin ixtisas üzrə Akademiyanı bitirmişdir. Bununla əlaqədar olaraq Ukrayna Respublikası Mühəndis-Pedaqoji Akademiyası tərəfindən iddiaçıya 22.08.2018-ci il tarixli, B18 041741 nömrəli diplom verilmişdir. 15.01.2019-cu il tarixində bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün hazırkı qaydalara uyğun olaraq elektron ərizənin doldurulması ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş və Azərbaycan Res publikası Dövlət Neft Şirkətinin dəniz platformasında işlədiyi üçün müsahibədə üzrlü səbəblərdən iştirak edə bilməmişdir, bundan sonra cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi COVİD 19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə idarənin işləmədiyini əsas götürərək 10.07.2020-ci ildə ona telefonla zəng edərək video görüntü əsasında “ZOOM” proqramı vasitəsi ilə sənədlərinə baxış keçirib iddiaçının dil bilgisini yoxlayaraq, yenidən COVİD 19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə işləmədiklərini bəhanə edərək təxminən 4 ay sonra, 25.10.2020-ci il tarixdə iddiaçının elektron poçt ünvanına məktubu göndərərək “ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənin qənaətbəxş olmadığı”nı əsas götürərək imtina etmişdilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı Ukrayna Respublikası Mühəndis-Pedaqoji Akademiyası tərəfindən adına verilmiş 22.08.2018-ci il tarixli, B18 041741 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 15.01.2019-cu il tarixində bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün hazırkı qaydalara uyğun olaraq elektron ərizənin doldurulması ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi COVİD 19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə işləmədiklərini bəhanə edərək təxminən 4 ay sonra, 25.10.2020-ci il tarixdə iddiaçının elektron poçt ünvanına imtina məktubu göndərərək “ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənin qənaətbəxş olmadığı” üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən onun 10729693E98 nömrəli müraciəti üzrə aldığı ixtisas ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş ümumvətəndaşlıq pasportunun səhifələrinə Dövlət Sərhəd Xidməti tərəfindən vurulmuş möhürlərdən göründüyü kimi iddiaç ı 2013-cü ildən 2018-ci illər ərzində hər tədris ilində Ukrayna Respublikasına getmişdir. Bu da onu göstərir ki, iddiaçı bütün dərslərdə iştirak etmişdir. Bundan əlavə, cavabdehin tədris dilini bilməməyini əsaslandıraraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003- cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən iddiaçıya imtina verməsi tam əsassızdır.
4. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır.
5. Birinci instansiya məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(112)2566/2021 nömrəli qə rarı ilə (sədrlik edən hakim Miminat Hacıbəyova) iddianın rədd edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.6, 2.3, 3.6, 3.7-ci bəndlərinə istinad edərək hesab edir ki, iddia əsassızdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(112)-2566/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.1 1.2021-ci il tarixli, 2-1(103)-2438/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 17.11.2021-ci il tarixli, 2-1(103)-2438/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabd ehin imtinası heç bir əsaslandırmaya söykənmir. Avropa ölkələri də Ukrayna Respublikasının bəzi təhsil müəssisələrində, o cümlədən onun təhsil aldığı X2 təhsili tanınaraq Ukraynanın Elm və Təhsil Nazirliyi tərəfindən Apostil edilmişdir. Onunla bərabər eyni ixtisas üzrə təhsil alan tələbə yoldaşları artıq öz ölkələrində ixtisasına uyğun olaraq əmək fəaliyyəti ilə məşğuldurlar. Bu məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra presedentləri vardır. Hazırda da öz ixtisası üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin Abşeron X4 İdarəsinin əsaslı və yeraltı təmir sexinin qazmaçısı vəzifəsində işləyir. Diplomunun tanınmaması karyerasında naliyyətin əldə olunmasına çox ciddi maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə, Azərbaycan Respublikasın ın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
12. Normativ hüquqi aktlardan görünür ki, ona bakalavr diplomunun, verilən ixtisasın tanınması və ekvivalentliliyin nostrifikasiyası haqqında şəhadətnamənin verilməsini istisna edən istər milli qanunvericilikdə, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə hər hansı bir norma yoxdur.
13. İddiaçı qeyd edir ki, dili bilməyi ilə bağlı yoxlama qeyri obyektiv olub. Həmin yoxlama onun aldığı ixtisasın mənimsənilməsi üçün kifayət etməməsi nəticəsinə gəlmə yə əsas verə bilməz. Belə ki, müsahibə ərəfəsində ona ekspert tərəfindən rus dilində müxtəlif mövzularda suallar verilmişdir. O suallara tam olaraq rus dilində cavab vermiş, onunla müstəqil şəkildə heç bir çətinlik çəkmədən 10 dəqiqə ərzində bütün suallara (doğum tarixi, aldığım orta və ali təhsil, təhsilimi nə üçün Rusiyada almağım, ailə vəziyyəti və, hazırda işlədiyim iş barədə və s.) cavab vermiş, eləcə də rus dilində anket doldurmuşdur. Bundan sonra azərbaycan dilindən rus dilinə tərcümə üçün ona bir mətn verildi, psixoloji gərginlik keçirdiyinə, eyni özünü itirdiyindən qısa vaxt ərzində, tez, sinxron tərcüməsində çətinlik çəkdi. Dili bilməyinin yoxlanılması ilə bağlı birinci instansiya məhkəməsində işə baxılarkən qərar qəbul olundu ki, Bakı Slavyan Universitetindən məhkəməyə mütəxəsis dəvət olunsun. Bununla əlaqədar məhkəmə iclası 16.07.2021-ci il tarixə təyin edilmişdir. O, ARDN-də, buruğda işlədiyinə görə, məhkəmənin təyin olunmuş iclasında iştirak edə bilmədiyinə görə vəkili və nümayəndəsi Vəkil 14.07.2021-ci il tarixdə məhkəməyə işin təxirə salınması ilə bağlı vəsatət verdi. Lakin məhkəmə vəsatətə baxmayaraq, 16.08.2021-ci il tarixdə iclas keçirmiş, iddianın rədd olunması barədə qərar qəbul etmişdir. Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi kimi öz qərarını yalnız ZOOM vasitəsilə ondan götürülmüş müsahibənin videoyazısına baxış keçirməklə əsaslandırmışdır ki, həmin müsabiqənin özünü obyektiv hesab etmək olmazdır. Qeyd edir ki, ZOOM vasitəsi ilə rabitə çox pis vəziyyətdə olmuşdur. Əvvəla səs qırıq-qırıq gəlirdi, o bir neçə dəfə sualın təkrarlanmasını xahiş etmisdi. Digər tərəfdən cavabdeh tərəfdə ya pencərənin açıq olması ya da ki, hansısa səbəbdən kənar səslər olmuşdur ki, müsabiqənin normal səkildə keçirilməsinə mane olurdu. Belə olan halda mütləq dili bilən mütəxəssis tərəfindən ixtisasına uyğun olaraq rus dilini bilməyi yoxlanılmalı idi.
14. Eyni zamanda məhkəmə müəyyən etməli idi ki, cavabdeh qurum tərəfindən təqdim edilmiş sənədlər iddiaçıya münasibətdə aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi üçün yetərsizdir. Belə ki, müvafiq rəy Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu tərəfindən verilməli olduğu halda (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli Qə rarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.3-cü bəndinə əsasən), həmin ekspert(lər)in səriştəsi, ixtisası, iş təcrübəsi haqqında inzibati icraat materiallarına hər hansı məlumat əlavə edilməmiş (eləcə də məhkəməyə bildirilməmiş), müvafiq qiymətləndirməni həyata keçirərkən gəldiyi nəticə əsaslandırılmamış (məsələn, qiymətləndirmə zamanı aparılmış metodika, ərizəçiyə verilən suallar və s.), eləcə də həmin Qaydaların 3.4-cü bəndlərinə əsasən ekspertiza zamanı nəzərə alınmalı olan tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi müqayisəli təhlili göstərilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: bənd 1.2.Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə f əaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansi yası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarı ilə və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Ukrayna Mühəndis – Pedaqoji Akademiyasında təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyil.
20. Həmçinin apellyasiya məhkəməsi öz qərarında göstərilmişdir ki, “30 iyun 2018-ci il tarixli, ******* nömrəli iddiaçıya verilmiş diploma əlavədən görü nür ki, Ukrayna X2nda tədris rus dilində aparılmışdır.”
21. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən iddiaçının rus dilini bilmə səviyyəsi qənaətbəxş deyildir.
22. Beləliklə iddiaçının iddiası ilə bağlı cavabdehin imtinasının əsası iddiaçının rus dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasıdır.
23. Məhkəmə kollegiyası ümumiyyətlə ilk öncə iddiaçının yazılan ziddiyyətli məqamlara diqqət yetirməyi zəruri hesab edir.
24. İddiaçı kassasiya şikayətində yazır ki, “dili bilməyimlə bağlı yoxlama qeyri-obyektiv olub... mən suallara tam olaraq rus dilində cavab vermiş, onunla müstəqil şəkildə heç bir çətinlik çəkmədən 10 dəqiqə ərzində bütün suallara (doğum tarixi, aldığı orta və ali təhsil, təsilini nə üçün Rusiyada almağını, ailə vəziyyəti və hazırda işlədiyin iş barədə və s.) cavab vermişəm, eləcə də rus dilində anket doldurmuşam. Bundan sonra azərbaycan dilindən rus dilinə tərcümə üçün mənə bir mətn verildi, psixoloji gərginlik keçirdiyimə, özümü itirdiyimdən qısa vaxt ərzində sinxron tərcüməsində çətinlik çəkdim” (mətn kassasiya şikayətində yazıldığı kimi verilmişdir, qeyd Ali məhkəmənindir).
25. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təhsilini nədənsə Rusiyada aldığını göstərir, əslində isə təhsilini Rusiyada yox, Ukraynada almışdır.
26. Digər tərəfdən iddiaçı kassasiya şikayətində özü də etiraf edir ki, azərbaycan dilindən rus dilinə mətn üzrə sinxron tərcümədə çətinlik çəkmişdir.
27. Eyni zamanda kassasiya şikayətində iddiaçının yazdığı tarixlərdə və məlumatlarda uyğunsuzlu ğ və həqiqəti əks etdirməyən məsələlər mövcuddur.
28. Belə ki, iddiaçı kassasiya şikayətində göstərir ki, “Dili bilməyinin yoxlanılması ilə bağlı birinci instansiya məhkəməsində işə baxılarkən qərar qəbul olundu ki, Bakı Slavyan Universitetindən məhkəməyə mütəxəssis dəvət olunsun. Bunula əlaqədar məhkəmə iclası 16.07.2021-ci il tarixə təyin edilmişdir. Mən ARDN-də buruğda işlədiyimə görə, məhkəmənin təyin olunmuş iclasında iştirak edə bilmədiyimə görə vəkilim və nümayəndəm Vəkil 14.07.2021-ci il tarixdə məhkəməyə işin təxirə salınması ilə bağlı vəsatət verdi. Lakin məhkəmə vəsatətə baxmayaraq, 16.08.2021-ci il tarixdə iclas keçirmiş, iddianın rədd olunması barədə qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi kimi öz qərarını yalnız zoom vasitəsi ilə məndən g ötürülmüş müsahibənin videoyazısına baxış keçirilməklə əsaslandırmışdır.”
29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı 3 (üç) məhkəmə iclası keçirilmiş17.03.2021-ci il, 14.04.2021-ci il və 16.06.2021-ci il tarixlərində (yəni, iddiaçının yazdığı tarixlərdə məhkəmə iclasları ümumiyyətlə keçirilməmişdir).
30. Digər tərəfdən yuxarıda göstərilmiş məhkəmə iclaslarının protokolundan görünür ki, 17.03.2021 və 14.04.2021-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iddiaçının özü 17.03.2021-ci il tarixli iclasda, vəkili və nümayəndəsi Vəkil isə 14.04.2021-ci il tarixli iclasda iştirak etsələr də onlardan heç bir vəsatət daxil olmadığı qeyd edimişdir.
31. Bununla yanaşı iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsində 16.06.2021-ci il tarixdə keçirilmiş yekun iclasda (protokola görə) iştirak etməmiş, yalnız 14.06.2021-ci il tarixdə məhkəməyə ərizə verərək, iddiaçının ezamiyyətlə olduğunu bildirməklə işin baxılmasını 2021-ci ilin avqust ayının 25-dən sonrakı günlərə təyin edilməsini xahiş etmişdir.
32. Apellyasiya məhkəməsində keçirilmiş 17 noyabr 2021-ci il tarixli məhkəmə iclasında, işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə qabaqcadan məlumat verməmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasssasiya şikayəti əsassızdır, belə ki, apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Höküməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 5-ci maddəsini, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsini, Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1, 2, 3, 4-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1, 2.2.2, 3.1.4-cü bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali tə hsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.6, 2.3, 3.6, 3.7-ci bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikası MühəndisPedaqoji Akademiyası tərəfindən İddiaçı verilmiş 22.08.2018- ci il tarixli, B18 041741 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
34. Bütün yuxarıda göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 17.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.11.2021-ci il tarixli, 2-1(103)-2438/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.