Məhkəmə qərarları › İş №2-1(102)-449/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-449/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-449/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Ka dastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şosesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan ölçünün tərtib edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2464/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətn reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış a əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı 18 iyun 2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində və istifadəsində olan 3.1906 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri yaşayış sahələrini nəzərə alınmaqla mövcud mərclənmə nişanlarına uyğun (koordinatları) texniki pasportun verilməsi barədə göstəriş verilməsini cavabdehdən xahiş etmişdir.

4. Cavabdeh iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquq müəyyənedici sənədlər iddiaçı tərəfindən təqdim edilməmiş və göstərilən ərazidən 150 kV gərginlikli elekt rik xətti keçdiyinə görə müraciətin təmin edilməsi qeyrimümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şosesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsində qeyd edilmişdir ki, "Az-İnşaat“ MMC-nin mülkiyyətində və sahibliyində olan Sabunçu rayonu, Binəqədi-Balaxanı şossesi 80 ünvanında yerləşən 1.2 hektar torpaq sahəsini 31 iyul 2008-ci ildə "AKSON “ şirkətindən “A z-İnşaat “ MMC şirkəti Bakı şəhəri 42 saylı notariat kontorunda alqı satqı müqaviləsi bağlamaqla almışdır. Alqısatqı müqaviləsindən sonra Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, BalaxanıBinəqədi şossesi 80 ünvanında yerləşən 4.2 ha torpaq sahəsinin 1.2 ha torpaq sahəsinin düzgün bölünməsi və mərclənmə nişanlarını düzgün işarələnməsi üçün mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən bölgü eskizi hazırlamış və bölgü eskizi 16 avqust 2008-ci ildə Bakı şəhəri 38 saylı notariat Kontorunda təsdiq edilmişdir. Tərəflər bölgünü notarial qaydada təsdiq etdikdən sonra, mişar daşından hasar hörülərək mərclənmə nişanları çəkmişdirlər. "Az-İnşaat” MMC-nin sahibliyində və istifadəsində olan 1.19 torpaq sahəsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xüsus i mülkiyyətə dair çıxarış verilmişdir. "Az-İnşaat“ MMC 2008-ci ildən mülkiyyətində olan 1.2 ha torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyətinin davam etdirmək üçün 1863.74 kv.m əsaslı qeyri-yaşayış sahələri də inşa edilmişdir. Az-İnşaat MMC alqı-satqı yolu ilə mülkiyyətində olan 1.2 ha torpaq sahəsini mövcud vəziyyətdə kordinatlarını və döngə nöqtələrini qeyd etməklə həmin torpaq sahəsinə yeni texniki pasportun verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Lakin müraciətə hal-hazırki vaxta qədər cavab verilməmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır və göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı idarəyə xx.xx.2021ci il tarixli müraciəti zamanı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi Balaxanı şosesi 80 ünvanda yerləşən torpaq sahəsi üzərində qeyri-yaşayış sahələrinə yalnız texniki pasportun tərtib edilməsini xahiş etmişdir. İddiaçının cavabdehə müraciəti ilə iddia tələbi üst-üstə düşməmişdir. Həmçinin, mövcud vəziyyətlə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və eyni zamanda ərazidən 150 kV yüksək gərginl ikli elektrik xətti keçir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********45 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-1419/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şosesi 80 ünvanında yerləşən 1,19 ha torpaq sahəsinə mövcud vəziyyətə uyğun plan-ölçünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbayca n Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər: M.N.Tağızadəsədrlik edən, İ.Ə.Kərimli və E.C.Kazımov) 2-1(103)-2464/2022 nömrəli 7 oktyabr 2022-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini t əmin etməmiş, birinci instansiya məhkəməsinin 17 mart 2022-ci il tаrixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin adına Bakı Şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1.1906 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********93 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bununla bağlı “Az İnşaat’" MMCyə RX seriyalı ******* nömrəli çıxarış və müvafiq plan-ölçü verilmişdir. Bundan başqa həmin torpaq sahəsinin şimal və qərb hissələrində yerləşən 2.2508 torpaq sahəsi **********29 reyestr nömrəsi ilə Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, həmin torpaq sahəsinin hazırda 2.2508 ha hissəsi İddiaçı MMC-nin, 0.5 ha hissəsi isə X1 daimi istifadəsindədir. İddiaçı MMC-nin xüsusi mülkiyyətində 1.1906 ha torpaq sahəsi olmasına baxmayaraq, plan-ölçünün tərtib edilməsi ilə bağlı İdarəyə müraciət edən zaman mülkiyyətində, daimi istifadəsində və digər ərazilər olmaqla ümumilikdə 4.0325 ha ərazini göstərmişdir. Əlavə torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquq müəyyənedici sənədlər təqdim edilmə mişdir. Göstərilən ərazidən 150 kV gərginlikli elektrik xətti keçir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq e dilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə

7. Daşınmaz əmlakın texniki gö stəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-).

18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-).

19. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və te xniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-).

20. İnzibati Prosessual Məcəllə (İPM): (-). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qi smən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki 1.1906 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xüsusi mülkiyyət olaraq İddiaçı adına qeydiyyata alınmışdır.

25. Hazırkı mübahisə İddiaçı MMC-nin 1.1906 ha torpaq sahəsi üzərində mövcud mərclənmə nişanlarına uyğun (kordinatları) plan və ölçü sənədinin ver ilməsi ilə bağlıdır.

26. Cavabdeh iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qeyd edilən əraziyə dair hüquq müəyyənedici sənədlər iddiaçı tərəfindən təqdim edilməmiş və göstərilən ərazidən 150 kV gərginlikli elektrik xətti keçdiyinə görə müraciət təmin edilməsi qeyri-mümkündür.

27. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı həm əvvəlki mülkiyyətçi “Akson” şirkətinin, həm də hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda cavabdehin imtinası əsassız olmuçşdur.

28. Məhkəmə kollegiyası hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının a raşdırılması prinsipinin pozulduğunu hesab edərək aşağıdakıları qeyd edir.

29. Apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinin mövcud vəziyyətdə olan torpaq sahəsi ilə eyni olub-olmaması araşdırılmamışdır. İddiaçının qeyd etdiyi mövcud vəziyyətə uyğun olan torpaq sahəsi işdə olan hər hansı sxem, plan, cizgi və koordinantla müəyyən olunmur.

30. Ümumiyyətlə işdə olan 7.6.2017-ci il tarixli çıxarışda qeyd olunan 1.1906 ha torpağın kordinantları ilə bağlı heç bir sübut yoxdur.

31. Bundan başqa cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin adına Bakı Şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1.1906 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində **********93 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bununla bağlı "xxxx" MMC-yə RX seriyalı ******* nömrəli çıxarış və müvafiq plan-ölçü verilmişdir.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh tərəfindən 1.1906 ha torpağa dair tərtib edilmiş 6.6.2017-ci il tarixli plan ölçü və 7.6.2017-ci il tarixli çıxarış iş materiallarına əlavə edilmişdir. (iş.v. 76-78)

33. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş plan ölçü sənədi imzalanmamış, möhür vurulmamış və kadastr kitabında qeydiyyata alınmamışdır.

34. Belə olduğu təqdirdə, mübahisənin düzgün həlli baxımından iddiaçının mülkiyyətində olan 1.1906 ha torpaq sahəsinin koordinatlarının iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi, tam üst-üstə düşməsi apellyasiya instans iya məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır.

35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən yuxarıda qeyd edilən hüquq normalarına uyğun hesab etmir. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, mübahisə üzrə araşdırmanın davam etdirilməsinə zərurət olduğundan iddianın rədd olunması hissəsində şikayət təmin olunmamalıdır.

36. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2464/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı l əğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar