Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-449/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; pensiya kapitalı.) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(105)-650/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 oktyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı 240,00 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiy a hüququnun yarandığı tarix kimi 29 iyun 2022-ci il tarix müəyyənləşdirilmişdir. Qərara görə 01 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 22 il 04 ay 16 gün, güzəştli iş stajı isə 17 il 01 ay 07 gün təşkil edir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 1.0.8-ci maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 56160,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33061,42 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 52 yaşı tamam olduğu 24 may 2019-cu il tarixdən 29 iyul 2022-ci il tarixədək ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci ildə anadan olmuşdur. TƏBİB Sumqayıt Tibb Mərkəzi X1 1 nömrəli Xəstəxananın xx.xx. 2022-ci il tarixli 422 nömrəli arayışına əsasən xx.xx.1988-ci il tarixdən hal-hazıradək 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində tibb bacısı vəzifəsində işləyir və bilavasitə xəstələrlə ünsiyyətdədir. Ümumi iş stajı 34 il 10 ay və zərərli iş stajı 33 il 4 aydır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. Yəni, 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna istinad edilir. Əmək kitabçasında qeyd olunan məlumatlardan g öründüyü kimi iddiaçının 31 dekabr 2005-ci il tarixinədək ümumi iş stajı 20 ildən artıqdır. 20 il 2 ay 11 gün iş stajına malikdir (xx.xx.1984 -xx.xx.1984; xx.xx.1985 - xx.xx.1985; xx.xx.1986 - xx.xx.1986; xx.xx.1986 - xx.xx.1988; xx.xx.1988 - xx.xx.2005). Onun 50 yaş + 2 yaş = 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər 2 nömrəli Siyahıda qeyd edilən peşədə 10 il işləməyi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun (50+2) 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır.
5. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etiraz imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)-1333/2023 nömrəli qərarı ilə (h akim İ.R.Quliyev) iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (iddiaçının hazırda güzəştli şərtlərlə əmək pensiyası alması nəzərə alınaraq, onun 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən inzibati orqanın əvvəl pensiya təyin etdiyi dövrə qədər olan müddətdə ödənilməmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq İddiaçı ödənilməlidir).
7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz, iddiaçının pensiya təyinatı ilə bağlı tələbinə cavabdeh inzibati orqanın pensiya kapitalı il ə bağlı normaları tətbiq etməsi əsassızdır. Belə ki, bununla bağlı qanunvericilikdə aydın formada ifadə olunmuş tənzimləmə mövcuddur. Cavabdehin istinad etdiyi müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə "Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci m addəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(105)-650/2023 nömrəli qərarı ilə (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)-1333/2023 nömrəli qəra rı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasının əsası qismində məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” qüvvədən düşmüş Qanunun 13-cü maddəsinin “b” bəndinin normaları çıxış edir. Bu mənada, qeyd edilən qanunvericilik normalarında minimum pensiya kapitalı ilə bağlı şərt nəzərdə tutulmamışdır. Belə olan halda isə cavabdeh inzibati orqanın həmin hala istinad etməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 52 yaşı tamam olduğu vaxtdan yox, pensiya kapitalı ilə bağlı şərtin qanunvericilikdən çıxardıldığı tarixdən təyin edilməsi qanunvericiliyin tələb inə zidd olmuşdur. Həmçinin, indiki halda pensiya təyin edilməsi ilə bağlı iddiaçı tərəfindən inzibati orqana 18 may 2022-ci il tarixdə müraciət edildiyindən, birinci instansiya məhkəməsi ödənilməmiş pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi ilə bağlı hissədə gəldiyi nəticə də haqlı olmuşdur.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 55 yaşdan, minimum 20 il ümumi iş stajı, 10 il güzəştli iş stajı tələbi ilə 29 iyun 2 022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə cavabdeh orqan tərəfindən əməl edilərək yaşa və staja görə əvvəlki qanunvericiliyin tələbləri çərçivəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı isə həmin pensiyanın xx.xx.2019-cu il tarixdən təyin edilməli olduğunu iddia ərizəsində qeyd etmişdir. 9.8-ci maddədə pensiya kapitalı tələbinə münasibətdə köhnə qanunvericiliyin tətbiq edilməsi ilə bağlı heç bir məsələ nəzərdə tutulmamışdır. Bu da o mənaya gəlir ki, pensiya kapitalı ilə bağlı tələbə hər bir halda cari qanunvericilikdə nəzərdə tutumuş şəkildə baxılmalıdır. xx.xx.2019-cu il tarixdə qüvvədə olan qanunvericilikdə pensiya kapitalı tələbi yaş və staj tələbi ilə birgə i cbari idi. İddiaçının isə həmin dövrdə pensiya kapitalı tələb olunanan minimum pensiya kapitalından aşağıdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək s tajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında ” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13- cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqu stun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı v ə ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazım i qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə apelyasiya şikayə tinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmu ş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrarlanmış dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçıya cavabdeh orqan tərəfindən 11 oktyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunaraq əmək pensiyası hüququnun yarandığı 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş pensiya kapitalına malik olmaması əsası ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Həmçinin müəyyən olunur ki, iş üzrə cavabdeh tərəfindən iddiaçının iş st ajı mübahisələndirilməmiş, tərəflər arasında bu barədə hər hansı mübahisə mövcud olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya pensiya təyinatı aparılan zaman qəbul olunmuş 11 oktyabr 2022-ci il tarixli qərarda da iddiaçının 01 yanvar 2006-cı il tarixədək 22 il 4 ay 16 gün ümumi, 17 il 1 ay 7 gün güzəştli stajının olduğu təsdiqlənərək pensiya təyinatına maddi hüquqi əsas kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi əsas götürülmüşdür.
25. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, indiki halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyinatının əsası qismində məhz “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” qüvvədən düşmüş Qanunun 13-cü maddəsinin “b” bəndinin n ormaları çıxış etməlidir.
26. Qeyd olunan qanunvericilik normalarına görə isə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlər yalnız 01 yanvar 2006-cı il tarixədək qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi (20 il) və güzəştli (10 il) iş stajına malik olması və qanunla müəyyən edilmiş yaş həddinə (52 yaş) çatması şərtləridir.
27. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının pensiya hüququnun yaranmasının əsası qismində çıxış edən qeyd edilən qanunvericilik normalarında minimum pensiya kapitalı ilə bağlı şərt nəzərdə tutulmamışdır. Belə olan halda isə cavabdeh inzibati orqanın həmin hala istinad etməklə iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Beləlikl ə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(105)-650/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.