Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4491/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu; iddianın mümkün sayılmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2000-ci ilin ortalarından fasiləsiz olaraq onun istifadəsində olan, ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansında olan Təmir Tikinti Sahəsinə aid 147,1 kv.metr sahəsi olan birmərtəbəli qeyriyaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “2000-ci ilin ortalarından fasiləsiz olaraq iddiaçının istifadəsində olan, ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansında olan Təmir Tikinti Sahəsinə aid 147,1 kv.metr sahəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Belə ki, inzibati işin araşdırılması zamanı aydınlaşdırılmışdır ki, mübahisə iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsinin bağlanmasına dair münasibətlərdən irəli gələn hüquq və öhdəlikləri ilə bağlıdır. Hal-hazırda iddiaçının tələbi “2000-ci ilin ortalarından fasiləsiz olaraq iddiaçının istifadəsində olan, ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansında olan Təmir Tikinti Sahəsinə aid 147,1 kv.metr sahəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması”ndan ibarət olmaqla, tərəflər arasında icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik ilə bağlıdır. Iddiaçının müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı tələbi inzibati məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. Inzibati icraat şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı inzibati hüquq münasibətlərindən yaranan münasibətləri tənzimləyir. Müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı mübahisə hüquqi təbiəti baxımdan mülki-hüquqi mübahisədir.
4. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakimlər Gülnar Cabbarova–məruzəçi, V.Əzizova və İ.Quliyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçı hazırkı əmlaka dair daha öncə iddia tələbi irəli sürmüş və həmin məhkəmə mübahisəsinin predmeti hazırkı əmlakla bağlı olmaqla, hüquqi marağı (çatmaq istədiyi məqsədi) eynilik təşkil etmişdir. Həmin iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə iddia tələbi mümkün sayılmamış, habelə həmin qərardadların məzmununda da məhz iddiaçının hüquqi marağına uyğun olaraq əmlaka dair icarə (kirayə) müqaviləsinin bağlanmasına dair subyektiv hüququnun olmaması halı müəyyən edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımından kollegiya hesab edir ki, qeyd edilən hal da özlüyündə iddianın mümkün sayılmaması üçün müstəqil əsas qismində çıxış edir.
6. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Iddiaçı hazırkı əmlaka dair inzibati məhkəmə icraatı qaydasında bundan öncə də “evə dair daimi kirayə (icarə) müqaviləsinin bağlanmasına dair” iddia tələbi irəli sürmüş, məhkəmə qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadları), həmin məhkəmə qərardadı qanuni qüvvəyə minmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2- 1(105)- ***/**** saylı qərardadında qeyd edilmişdir ki, “Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır... Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, .... Torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən tələblə məhkəməyə müraciət edilməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd (torpaq sahəsinin ayrılmasına dair sərəncam, müəssisə və ya obyekt üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, texniki pasport, inşaat pasportu, şəhadətnamə və s.) təqdim edilməmişdir. Həmçinin, cavabdehin ##.##.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilən torpaq sahəsinin “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansında olan ünvan 2 ünvanındakı Təmir-Tikinti sahəsinin ərazisində yerləşdiyi, dövlət mülkiyyətində olması, ərazinin zəbt olunduğu bildirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır... iddiaçının iddia etdiyi daşınmaz əmlak yaşayış evi deyil, cavabdehin balansında olan idarəyə mənsub qeyri-yaşayış binası olduğundan və bu əmlaka dair iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən həmin əmlaka dair kirayə müqaviləsinin bağlanılmasından imtina edilərkən cavabdeh tərəfindən iddiaçının hüquqlarına heç bir müdaxilə edilməmişdir. Odur ki, bu səbəbdən iddiaçının belə bir hazırkı iddia üzrə subyektiv hüququnun mövcudluğu təsdiq edilmir....”
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda eyni hədəfə yönəlmişdir. Bu anlamda, tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı diqqətə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır, iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
14. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
15. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
16. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.