Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4495/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Füzuli rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xəstəliyə görə ehtiyata buraxılan hərbi qulluqçunun yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülmə şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Füzuli rayon Icra Hakimiyyətinə qarşı “hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. 1983-cü il təvəllüdlü İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2002-ci il tarixdən ##.##.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində R kimi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2006-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır (iş vər. 17, 36, 43).
2. Iddiaçıya ##.##.2009-cu il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Iddiaçıya Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ##.##.2009-cu il tarixli qərarına əsasən məcburi köçkün statusu verilmişdir (AA seriyalı ****** nömrəli məcburi köçkün vəsiqəsi, iş vər. 50).
4. Iddiaçı Füzuli rayon Icra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət edərək, mənzilə ehtiyacı olan şəxs kimi növbəyə götürülməsini və mənzil verilənədək müvəqqəti kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçını mənzil növbəsinə almaqdan və müvəqqəti kompensasiya verməkdən imtina etmi və iddiaçıya 2024-cü il # ### tarixli məktubla cavab verərək bildirmişdir ki: Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin ##.##.2019-cu il tarixli, ** saylı arayışında sizin ##.##.2002-ci il tarixdən ##.##.2006-cı il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyiniz qeyd olunmuşdur. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan_müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2012-ci il tarixli *** nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" Qərardadında qeyd olunur ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Belə ki, həmin qanunun 12-ci maddəsinin 7-ci hissəsində, habelə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin # ###### 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur." Sizin Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətiniz 15 (on beş) təqvim ilindən az olması səbəbindən mənzilə ehtiyacı olan şəxs kimi növbəyə götürülməyiniz və mənzil alanadək müvəqqəti kompensasiya ödənilməsi mümkün deyildir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinin müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli, *** saylı qərarı ilə müəyyən edilmiş məbləğdə nağdsız qaydada kompensasiya ödənilməsinin bərpa edilməsi və ##.##.2024-cü il tarixindən ödənilməmiş kompensasiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin “cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərcləri ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir.
7. Iddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin “onun hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi vəzifəsinin Füzuli Rayon Icra Hakimiyyətinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir.
8. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddianın sonuncu dəfə dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.
9. Iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin göndərişi əsasında 1997-ci ildə Türkiyə Respublikası Quru Qoşunlar hərbi kollecinə daxil olmuş, həmin məktəbi 2002-ci ildə bitirmiş, məktəbi bitirdiyi tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri əsasında R rütbəsində təyinatla həqiqi hərbi xidmətə başlamış, hərbi xidmət zamanı ümumi xəstəliyə tutulmuş, xəstəlik səbəbindən həqiqi hərbi xidmətə müharibə dövrü yararlı, sülh dövrü yarasız diaqnozu ilə (ikinci qrup əlil) Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2006-cı il tarixli əmri əsasında ehtiyata buraxılmışdır. Ailəlidir, iki övladı vardır. Əlilliklə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün yüksək əmək haqqı olan işdə işləyə bilmir. Ancaq dövlət tərəfindən təyin edilmiş pensiya ilə ailəsini dolandırır. Uzun müddətdir ki, Bakı şəhərində kirayədə yaşayır. Hüquqlarını bilmədiyi üçün dövlət tərəfindən ödənilən aylıq kirayə haqqı müraciəti əsasında (mənzil uçotuna götrülməklə) ##.##.2022-ci il tarixindən cavabdeh orqan tərəfindən ona ödənilmişdir. Bir neçə ay bundan həmin kirayə haqqının ödənilməsi əsasız olaraq kəsilmişdir. Cavabdeh orqan özünün *-**/*-C**-***/**** saylı, ##.##.2024-cü il tarixli məktubuna əsasən ona kirayə haqqının ##.##.2024cü il tarixindən ödənilməsindən imtina etdiyini bildirmişdir. Cavbdeh orqanın imtinası tam qanunsuz və əsasızdır. Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0# ###### 2012-ci il tarixli *** saylı qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, Rlərə və Rlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə (450 manat) yalnız nağdsız qaydada kompensasiya ödənilir. Belə ki, cavabdeh orqan xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə müddət məhdudiyyəti qoyulmadığını nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh Füzuli rayon Icra Hakimiyyəti iddiaya qarşı etiraz edərək bildirmişdir ki, iAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli «"Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2012-ci il tarixli *** nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Qərardadında qeyd olunur ki, "Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Həmin Qanunun 12-ci maddəsinin 7-ci hissəsində, habelə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin # ###### 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Iddiaçı tərəfindən Rayon Icra Hakimiyyətinə təqdim edilmiş Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin ##.##.2021-ci il tarixli, *** saylı arayışında, iddaçının ##.##.2002-ci il tarixdən ##.##.2006-cı il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin ## #### 2014-cü il tarixli *** nömrəli və ## ###### 2021-ci il tarixli **** nömrəli sərəncamları əsasında, 2023-cü ilin yanvarın ayının 1-dək, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazı bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti tərəfindən həyata keçrilir və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ərizəyə əlavə edilmiş İddiaçı şəxsiyyət vəsiqəsindən də göründüyü kimi o, Füzuli rayon Aybasanlı kəndində qeydiyyatdadır. Iddiaçının qeydiyyatda olduğu kənd isə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmişdir. Məcburi köçkün statusu olan vətəndaşların şəxsiyyət vəsiqələrinə əsasən onların daimi yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları mümkün olmadığı üçün həmin şəxslərin (həmçinin məcburi köçkün statusu olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin) müvafiq qaydada qeydiyyata alınaraq sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə) və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və həmin qanunun 3-cü maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Habelə, Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci və 3.20-ci bəndlərinə uyğun olaraq, Komitə işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirir və onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur. Qeyd olunanlardan göründüyü kimi iddiaçı İddiaçı hərbi xidmət dövrü yetərli olmadığı üçün onu ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi mümkün deyil. Iddiaçının məcburi köçkün statusunun olması isə onun sosial-məişət şəraitinin yaxşılaşdırılması vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə aid olması deməkdir.
11. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə Mənzil Məcəlləsinin 51, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 147, “Hərbi qulluqçuların statusu haqqında” Qanun 2 və 12-ci maddələrinə istinad etməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisəli münasibətlərə Mənzil Məcəlləsinin tətbiq edilməsi yolverilməzdir. Belə ki, iddiaçı Mənzil Məcəlləsində nəzərdə tutulmuş vətəndaşların mənzil növbəsinə alınmanı yox, xəstəliyə görə tərxis olunmuş keçmiş hərbi qulluqçu statusundan irəli gələrək “Hərbi qulluqçuların statusu haqqında” Qanuna müvafiq olaraq mənzil uçotuna götürülməsini tələb edir. Həmin münasibətlərə Mənzil Məcəlləsi tətbiq olunsa belə, indiki halda “Hərbi qulluqçuların statusu haqqında” Qanun xüsusi normadır və həmin qanunvericilik aktı tətbiq edilməlidir.
13. Cavabdeh imtina cavablarında iddiaçının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci hissəsinin tələbinə əsasən tələb olunan 15 təqvim ilindən az müddət xidmət etdiyini əsas gətirmişdir. Lakin imtina zamanı şəxsin xəstəliyə görə tərxis olunması halının ayrıca normativ kimi göstərilməsini nəzərə almamışdır. Eləcə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin ##.##.2019-cu il tarixli, ** nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən ##.##.2002-ci il tarixdən ##.##.2006-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2006-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmış və xəstəlik səbəbi ilə iddiaçıya Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən ##.##.2006-cı il tarixli, ****** nömrəli 2-ci dərəcəli əlillik vəsiqəsi verilmişdir. Iddiaçının xəstəlik səbəbi ilə tərxis olunduğu sübuta yetirilir.
14. Məhkəmə qeyd edib ki, iddiaçının xəstəliyə görə ehtiyata buraxıldığı, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan kateqoriyaya aid olunduğu məhkəmə araşdırması ilə müəyyən edildiyindən, habelə iddiaçının statusunda olan şəxslərə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi yolverilməz olduğundan və müvafiq qanunvericilikdə mənzil uçotuna götürülməni hərbi qulluqçunun seçdiyi yer üzrə həyata keçirilmə müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Apelyasiya şikayəti iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Şikayətdə təkrarın qeyd olunmuşdur ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun 5 ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət etdikdən sonra iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. 15 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçu hətta iradəsindən asılı olmayan səbəblərdən ehtiyata və ya istefaya buraxılmış olsa belə ona mənzil və yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi qanunamüvafiq deyildir. Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Sərəncamında yalnız Çernobıl AES də qəzanın ləğvi zamanı hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi zamanı əlilliyi müəyyən edilmiş şəxslərin mənzilə ehtiyacı olan şəxs kimi uçota alınması nəzərdə tutulmuşdur.
17. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ehtiyata buraxıldığı zaman 15 il xidməti olmasa da, onun xəstəliyi səbəbindən ehtiyata buraxılması və əlillik statusunda olması nəzərə alınmalıdır. Çünki, “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 12-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rlər və Rları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər.
19. Işin hallarından məlum olur ki, iddiaçı ##.##.2006-cı ildən xəstəliyi səbəbi ilə tərxis olunmuş və 2006-cı ildə ona Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən “hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən” 2-ci dərəcəli əlillik vəsiqəsi verilmişdir. Eləcə də iş materialları arasında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ######## 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı ##.##.2009-cu il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbdən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir.
20. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edib ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxıldığına görə xidmət müddətindən asılı olmayaraq mənzillə təmin olunması üçün uçota alınmalıdır.
21. Məhkəmə kollegiyası baxılan işin predmeti ilə birbaşa əlaqəsi olmasa da, onu da qeyd edib ki, yuxarıda qeyd edilən hüquq normalarına (“Hərbi qulluqçuların statusu” haqqında Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin sonuncu abzasına) görə hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilərək bu səbəbdən xidmətdən buraxılmış hərbi qulluqçular, hətta seçdikləri yaşayış yerində növbədənkənar qaydada mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunurlar.
22. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətində iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur.”Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində yaşayış sahəsi ilə təminatın əsas hüquqi şərtinin minimum xidmət müddəti olduğu birbaşa təsbit edilir və 12-ci maddənin 2-ci hissəsində nəzərdə tutulan xəstəliyə görə ehtiyata buraxılmış zabitlərə dair təminat mexanizminin də qeyd olunan xidmət müddəti meyarını aradan qaldırmadığı göstərilir. Apellyasiya instansiyası məhkəməsi bu normanı tətbiq etməməklə maddi hüquq normasını sistemli şəkildə düzgün tətbiq etməmişdir.
24. Apellyasiya instansiyası iddiaçının xidmət müddətinin, ehtiyata və ya istefaya buraxılma əsaslarının və səlahiyyətli icra hakimiyyəti orqanının müvafiq qərarının mövcudluğunu araşdırmadan, normanı genişləndirici şərh etməklə cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulmayan öhdəlik qoymuşdur.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
25. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
26. “Hərbi qulluqçuların statusu haqqında” qanun Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ ...
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rlər və Rları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. ... Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
27. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
147. ... Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. ... Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rləri və Rları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla HYPERLINK "http://e-qanun.az/framework/6998" \o "Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli 36 nömrəli Qanunu"Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
28. “Inzibati icraat haqqında” Qanun Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. ... Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... Maddə 71. Inzibati aktdan şikayət vermək hüququ 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72. Inzibati şikayətin verilməsi və geri götürülməsi qaydası 72.1. Inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
32. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı ##.##.2002-ci il tarixdən ##.##.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində R kimi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2006-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Iddiaçıya ##.##.2009-cu il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəblərdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsinə nail olmaqdan ibarətdir.
34. Iddia tələbinin maddi-hüquqi əsasını “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi təşkil edir. Həmin normada şəxsin hərbi qulluqçu qismində güzəştli qaydada yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülməsinin əsasları, uçota götürülmənin şərtləri və qaydası müəyyən edilmişdir.
35. Habelə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinə görə yaşına, səhhətinə və ya ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslər o şərtlə yaşayış sahəsi ilə təmin edilirlər ki, Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq, onun beş ildən az olmayan hissəsini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmiş olsunlar.
36. Mübahisə iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna götürülməsi hüququnun mövcud olub-olmaması ilə bağlıdır.
37. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsi və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin məzmunundan aydın olur ki, keçmiş hərbi qulluqçunun tərxis edildikdən sonra yaşayış sahəsi ilə təmin edilmək hüququnun yaranması üçün qanun iki hüquqi faktın eyni vaxtda mövcud olmasını tələb edir: 1. Şəxsin qanunda göstərilən əsaslardan biri üzrə ehtiyata və ya istefaya buraxılması; 2. Qanunla müəyyən edilmiş minimum xidmət müddətini başa vurması.
38. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması həmin hüququn yaranmasını istisna edir.
39. Bu baxımdan işin halları təhlil edildikdə görünür ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində ## #### 2002-ci il tarixdən ## #### 2006-cı il tarixədək xidmət keçmişdir. Deməli, mövcud vəziyyət (xidmət illərinin minimum həddən az olması) qanunvericiliklə nəzərdə tutulmuş 15 təqvim ili xidmət etməsi barədə şərtə cavab vermir.
40. Apelyasiya instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçının xəstəliyə görə ehtiyata buraxılması onun yaşayış sahəsi almaq hüququnun yaranması üçün kifayət edir və bu halda 15 il xidmət etməsi tələb olunmur.
41. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır.
42. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin sistemli təhlili göstərir ki, həmin maddənin 2-ci hissəsi yaşayış sahəsi almaq hüququnun yaranmasının maddi-hüquqi əsaslarını müəyyən edir. Maddənin 7-ci hissəsi isə yaşına, xəstəliyinə, ştatların ixtisarına və digər əsaslara görə ehtiyata və ya istefaya buraxılmış müəyyən kateqoriya şəxslərin mənzillə ilk növbədə təmin edilməsini tənzimləyir. Həmin norma müstəqil hüquqyaradıcı xarakter daşımır və yaşayış sahəsi almaq hüququnun yaranması üçün qanunun 12-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş şərtləri aradan qaldırmır, 2-ci hissədə nəzərdə tutulmuş şərtlərin mövcud olduğu halda bir qayda müəyyən edir.
43. Eyni hüquqi yanaşma "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddədə yaşayış sahəsi ilə təmin edilmək hüququ yaşına, səhhətinə və ya ştatların ixtisarına görə ehtiyata buraxılma ilə yanaşı, minimum xidmət müddətinin mövcudluğu ilə şərtləndirilmişdir. Buna görə də səhhətinə görə ehtiyata buraxılma faktı özü-özlüyündə yaşayış sahəsi ilə təmin edilmək hüququ yaratmır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsi yaşına, səhhətinə və ya ştatların ixtisarına görə ehtiyata buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi almaq hüququnu qanunla müəyyən edilmiş şərtlər daxilində nəzərdə tutur. Həmin qərarda minimum xidmət müddəti tələbinin tətbiq edilməməsi barədə hər hansı hüquqi mövqe ifadə olunmamışdır.
45. Apelyasiya instansiyası məhkəməsinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 10.2 və 10.4-cü maddələrinə istinad etməsi də düzgün deyildir. Çünki "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsi ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsi arasında hüquqi ziddiyyət mövcud deyildir. Əksinə, hər iki normativ akt yaşayış sahəsi almaq hüququnun yaranmasını eyni şərtlərlə, o cümlədən minimum 15 təqvim ili xidmət müddəti ilə əlaqələndirmişdir. Buna görə də xüsusi normanın tətbiqi qanunda nəzərdə tutulmuş imperativ şərtin tətbiq edilməməsinə əsas vermir.
46. Bundan başqa, apelyasiya instansiya məhkəməsi iddiaçının "xəstəliyə görə təxris olunmasını" hüquqi əhəmiyyətli hal kimi düzgün müəyyən etsə də, həmin halın yaşayış sahəsi almaq hüququnun yaranması üçün kifayət etməsini qəbul etməklə hüquq normasının dispozisiyasını natamam tətbiq etmişdir. Halbuki, hüquq normasında nəzərdə tutulmuş hüquqi nəticə, yalnız dispozisiyada göstərilən bütün şərtlər mövcud olduqda yaranır.
47. Məhkəmə kollegiyası hesab edir ki, qanunverici yaşayış sahəsi ilə təmin edilmək hüququnu hərbi qulluqçunun xidmət müddəti ilə əlaqələndirməklə uzunmüddətli hərbi xidmət keçmiş və onlardan asılı olmayan səbəblərdən hərbi xidmətdən buraxılmış şəxslərin sosial müdafiəsini təmin etməyi məqsəd qoymuşdur. Bu səbəbdən qanunda nəzərdə tutulmuş minimum xidmət müddəti tələbinin məhkəmə təfsiri yolu ilə tətbiq edilməməsi, həmin şərtlətin aradan qaldırılmasına, bununla da qanunvericinin iradəsinin dəyişdirilməsi ilə nəticələnər.
48. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş minimum xidmət müddətinə malik olmadığından onun "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsi və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsi əsasında yaşayış sahəsi almaq hüququ yaranmamışdır. Bu halda cavabdehin iddiaçını hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna götürməkdən imtinası qanunauyğun olmuşdur.
49. Ona görə də apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən qəbul etdiyi qərar qanuni və əsaslı hesab edilə bilməz, həmin qərar ləğv edilməli, iddia isə təmin olunmamalıdır.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, 2-1(106)- ***/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Qərar qətidir.