Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4498/2025 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının IddiaçıX cavabdeh Lənkəran Şəhər Icra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı X cavabdeh Lənkəran Şəhər Icra Hakimiyyətinə qarşı (üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) “sərəncamının ləğv edilməsi, həmin torpaq sahəsində aparılmış tikililərin sökülməsi və İddiaçı texniki pasportunda qeyd olunan yolun texniki pasportda qeyd olunan ölçüləri və yerləşmə yeri dəyişdirilmədən saxlanılması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, 2-1(106)- ***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Lənkəran Şəhər X2 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, * nömrəli qərarı ilə “X materialları tədarükü və satışı kooperativinə Füzuli küçəsində əhaliyə məişət xidməti istehsalat idarəsinin təsərrüfat heyətinin istifadəsiz hissəsindən 60x30m=1800 kv.m ölçüdə sahə ayrılması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən xarrat sexinin bütövlükdə “Xarrat” Kooperativinin mülkiyyətində olmasına dair ##.##.2002-ci il tarixli, *** nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
3. Füzuli küçəsində yerləşən “Xarrat” kooperativinə məxsus 1990-cı ilə aid qeyriyaşayış binasına dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən ##.##.2002-ci il tarixdə tekniki pasport tərtib edilmişdir.
4. Lənkəran Şəhər Icra Hakimiyyətinin ## ###### 2021-ci il tarixli, ** nömrəli sərəncamı ilə Lənkəran şəhəri, B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,326 hektar torpaq sahəsi Azərbaycan Respublikası X7 Lənkəran regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Lənkəran Regional bölməsinin inzibati binasının tikintisi üçün Lənkəran Şəhər Icra Hakimiyyətinin ##.##.2021-ci il tarixli, ** saylı sərəncamının ləğv edilməsi, həmin torpaq sahəsində aparılmış tikililərin sökülməsi və “Xarrat” kooperativinin texniki pasportunda qeyd olunan yolun texniki pasportda qeyd olunan ölçüləri və yerləşmə yerinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Xarrat” Kooperativi ##.##.1988-ci il tarixli Lənkəran şəhər X2 (XDS) Icraiyyə Komitəsinin Qərarı ilə qeydiyyata alınmışdır. ##.##.1990-ci il tarixdə Lənkəran X2nin qərarı ilə “Xarrat” Kooperativinə şəhərin Fizuli (indiki B.Mirsalayev) küçəsində 0.18 ha torpaq sahəsi ayrılmışdır. Həmin ildən ayrılmış torpaq sahəsi və qarşısındakı bitişik ərazi şəhər rəhbərliyinin icazəsi ilə kooperativin büdcəsi hesabına hasarlanmış, darvaza qoyulmuş, normal fəaliyyət göstərməyi üçün əraziyə onlarla maşın torpaq-çınqıl tökülmüşdür. X 30 (otuz) ildən artıqdır ki, əraziyə faktiki sahiblik edir. Müvafiq vergilər müntəzəm olaraq ödənilir. Istifadələrində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün ölkə Prezidentinə etdikləri müraciətə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X8 X1 Agentliyinin ## #### 2016-cı il tarixli cavabında bildirilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ### 2016-cı il tarixli Fərmanının 3.1-ci bəndinə əsasən dövlət əmakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsi dayandırılmışdır. 30 ildən artıq faktiki istifadələrində olan torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək məqsədi ilə Lənkəran Bələdiyyəsinə etdiyi müraciətlərinə Bələdiyyə tərəfindən ##.##.2018-ci il və ##.##.2018-ci il tarixində verilən cavablarda, Lənkəran Şəhər Bələdiyyəsinin müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına etdiyi müraciətin cavabında bildirilmişdir ki, torpağın mülkiyyət növü dəqiqləşdirilməmişdir. Lənkəran şəhərinin yeni elektron xəritəsi tərtib olunduqdan və mülkiyyət növü dəqiqləşdirildikdən sonra yenidən ərizələrinə baxılacaqdır. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə etdiyi müraciətdən sonra Lənkəran şəhər Icra Hakimiyyəti ##.##.2018-ci il tarixli cavabında bildirmişdir ki, sözü gedən torpaq sahəsi Lənkəran şəhər bələdiyyəsinin mülkiyyətində olduğundan həmin torpaq sahəsinin hazırda özəlləşdirilməsi imkan xaricindədir. Lənkəran Şəhər Icra Hakimiyyətinin başçısına ünvanladıqları ## #### 2018-ci il tarixli ərizələrinə isə ümumiyyətlə cavab verilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X8 X1 Agentliyinə etdikləri müraciətin ##.##.2021-ci il tarixli cavabı əsasında Lənkəran ŞIHnə etdikləri müraciət də cavablandırılmamışdır. Lakin ## ###### 2023-cü il tarixdə “Xarrat” kooperativinin ərazisinə gedərkən darvazanın traktor vasitəsi ilə çıxarıldığını və həyətlərində naməlum şəxslərin və traktorun olduğunu görmüşlər. Onlara bildirilmişdir ki, bu ərazi Lənkəran Şəhər Icra Hakimiyyətinin sərəncamı ilə Azərbaycan Respublikası X7 Lənkəran Regional Bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır. Onlarda olan sənədlərə baxdıqda görünür ki, ərazinin geniş görünməsi üçün ərazi süni şəkildə genişləndirilmişdir. Belə ki, XDS-nin qərarı ilə “Xarrat” kooperativinin fəaliyyəti üçün ayrılan torpaq sahəsinə gedən yol, onlara aid olan yol heç bir qanuna əməl olunmadan, qanunsuz olaraq kənara çəkilməklə tikinti üçün süni şəkildə ərazi yaradılmışdır. Çünki sözü gedən yol ŞIH-nin sərəncam verdiyi torpaq sahəsinin tam ortasından keçir. Belə olduğu halda ərazidə hər hansı bina tikintisi üçün kifayət qədər yer qalmır. Ona görə də yolu kənara çəkərək tikinti üçün süni şəkildə genişlik yaradırlar. Hətta kənara çəkilən yol digər bir tikilinin ərazisidir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müraciəti nəzərə alınaraq, Lənkəran şəhərinin B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,326 ha torpaq sahəsinin ayrılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı nəzərə alınaraq Lənkəran Şəhər Icra Hakimiyyəti başçısının # ###### 2021-ci il tarixli ** nömrəli Sərəncamı ilə X3 inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. “Xarrat” Kooperativinin nümayəndəsi nümayəndə1 sözügedən torpaq sahəsinin onun istifadəsində olduğunu iddia edərək müvafiq sərəncamın ləğv edilməsi ilə bağlı dəfələrlə şəhər Icra hakimiyyətinə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmişdir. Müraciətləri ilə bağlı nümayəndə1 bildirilmişdir ki, X mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə bağlı Lənkəran Şəhər Icra Hakimiyyəti tərəfindən heç bir sərəncam və inzibati akt qəbul edilməmişdir. Onun iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Torpaq sahəsinin ayrılması ilə bağlı şəhər Icra Hakimiyyəti başçısının müvafiq sərəncamı “Inzibati icraat haqqında” Qanunun və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlandığı üçün məsələnin mübahisələndirilməsinin əsassız olduğu vətəndaşın nəzərinə çatdırılmışdır.
8. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iddiaya qarşı etiraz edərək bildirib ki, mübahisələndirilən məsələlər barəsində hüquqi tənzimlənmə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3 və 4.16.4-cü yarımbəndlərinə əsasən, o cümlədən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə Lənkəran Şəhər Icra Hakimiyyəti başçısının 2021-ci il # ###### tarixli, ** saylı Sərəncamı əsasında Lənkəran şəhəri, B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan 0.326 hektar torpaq sahəsi Agentliyin Lənkəran-Astara regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır. Bundan başqa, sözügedən torpaq sahəsi barədə yerquruluşu planı, dövlət ekoloji ekspertiza rəyi, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanlarından razılıq məktubları, o cümlədən obyektin tikintisinə və istismarına icazələr alınmışdır. Qeyd olunanlara əsasən, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olması və qanunvericiliyin tələblərinə uyğun olaraq Agentliyin Lənkəran-Astara regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılması müəyyən edilmişdir.
9. Iş üzrə alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Lənkəran şəhər X2 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, * nömrəli iclas protokolundan çıxarışa əsasən X ayrılmış 1800 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. “Xarrat” Kooperativinə ayrılmış 1800 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından həmin torpaq sahəsi barədə dövlət reyestrində və kadastrında məlumatların mövcud olmaması, o cümlədən torpaq sahəsinin faktiki koordinatlarının da elektron kadastr xəritəsinə uyğun olmaması müəyyən olunmuşdur. X ayrılmış 1800 kv.m torpaq sahəsinin koordinatlarının mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməməsi müəyyən olunmuşdur. “Xarrat” Kooperativinin iddia etdiyi (əvvəllər istifadəsində olan) 0,56 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamış və iddia edilən 0,56 ha torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Həmin 0,56 ha torpaq sahəsinin 0,19 ha hissəsinin “Xarrat” Kooperativinin faktiki istifadəsində olması, 0,328 ha hissəsinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs faktiki istifadəsində olması, qalan hissəsinin isə iddiaçının istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolu olması müəyyən olunmuşdur. Qeyd edilən ərazidə X7 istifadəsində olan torpaq sahəsi barədə dövlət reyestrində və kadastrında məlumatların mövcud olması müəyyən edilmişdir.X ayrılmış 1800 kv.m torpaq sahəsinə gediş-gəliş yolunun iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən gediş-gəliş yolunun faktiki iddia olunan vəziyyəti ilə sənəd (Texniki pasport nəzərə alınmaqla) üzrə vəziyyəti arasında uyğunsuzluğun (yerləşmə fərqinin) mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Sözügedən torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulan gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya və eləcə də faktiki vəziyyətdə iddia olunan gediş-gəliş yoluna uyğun olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə iddiaçının istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolunun İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs istifadəsində olan torpaq sahəsinin şimal sərhədi boyu mövcud olması müəyyən olunmuşdur. Gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs istifadəsində olan dövlət mülkiyyətinə aid 0,326 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Yol kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,037 ha olması müəyyən edilmiş) torpaq sahəsinin üzərində X6 məxsus tikililərin (inzibati binanın bir hissəsinin və besetkanın) mövcud olması müəyyən olunmuşdur. Lənkəran Şəhər Icra Hakimiyyəti başçısının 09.02.20021-ci il tarixli, ** nömrəli sərəncamı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs istifadəsində olan 0,326 ha torpaq sahəsinin koordinatlarının mövcud elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.
10. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (Hakim Hilal Nəcəfov).
11. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə iddia etdiyi ərazinin üst-üstə düşmədiyi, iddia edilən ərazi üzrə hüquqmüəyyənedici sənədlərinin olmadığı müəyyən edilmişdir və məhkəmə hesab etmişdir ki, iddiaçının həmin hissədə iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Iddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbinin tikililərin sökülməsi və kooperativin texniki pasportunda qeyd olunan yolun texniki pasportda qeyd olunan ölçüləri və yerləşmə yerinin dəyişdirilmədən saxlanılması hissəsi inzibati məhkəmədə baxıla bilən iddia növü olmamış və tərəfə müvafiq izahlar verilmişdir.
12. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Fikrət Hüseynov (sədrlik edən və məruzəçi), Mirlətif Sadıqov və Ceyhun Quliyev).
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
15. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində iddia tələbində və apelyasiya şikayətində göstərilən dəlillər təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətini münasibət bildirməmiş, şikayəti araşdırmamışdır. Apellyasiya şikayətində hər şey ətraflı izah edilmişdir. Həmçinin kooperativin inzibati orqana rəsmi müraciəti olduğu halda inzibati orqan inzibati icraat barədə kooperativə məlumat verməmiş və işdə iştirakını təmin etməmişdir. Beləliklə də inzibati orqan qanunun tələblərini kobud şəkildə pozaraq, öz səlahiyyətlərini qərəzli olaraq həyata keçirərək kooperativin faktiki istifadəsində olan torpaq sahəsindən keçən və texniki pasportda qeyd olunan eni 6 metrlik yolu kooperativin məlumatı olmadan və kooperativin iradəsinə zidd şəkildə eni 4 metrlik yol verməklə dəyişdirilmişdir ki, faktiki olaraq həmin yoldan istifadə etmək mümkün deyil.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Inzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, 2-1(106)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.