Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-45/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( enerji sərfiyyatına görə vergi hesablanması, bazar qiyməti və s.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi Nümayəndə və onun vəkili X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəli rlər Departamentinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1571/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı MMC (bundan sonra - iddiaçı) vergi ödəyicisi kimi qeydiyyatdan keçərək xx.xx.2008-ci il tarixli ********** saylı VÖEN əsasında hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən "İddiaçı" MMC-də (VÖEN **********) xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan fə aliyyət dövrü üzrə xx.xx.2018-ci il tarixli, **********099118 saylı səyyar vergi yoxlaması aparılmış və akt tərtib edilmişdir. Həmin Aktla vergi ödəyicisinə əlavə olaraq 118.095,97 manat məbləğində əlavə dəyər vergisi (ƏDV), 12.133,36 manat məbləğində mənfəət vergisi və 4.328,46 manat məbləğində ödəmə mənbəyində vergi (ÖMV), ümumilikdə 134.557,79 manat əlavə vergi hesablanmış, azaldılmış həmin vergi məbləğinin 50% miqdarında, yəni 67.278,9 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi təklif edilmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra - cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli **********160141 saylı «Vergi ödəyicis inin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarının ləğv olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)365/2019 saylı qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********160141 saylı qərarı ödəmə mənbəyində vergiyə görə əlavə hesablanmış 4.328,46 manat hissədə və azaldılmış həmin verginin 50%-i miqdarında olmaqla (2.164,23 manat) maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində istisna olmaqla, qalan hissələrdə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçı barəsində ekspert və mütəxəssis rəylərinə istina d etməklə hesabladığı əlavə vergilər iqtisadi cəhətdən əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1571/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C,A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-365/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya inst ansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, müəssisə tərəfindən xərcləri təsdiq edən sənədlər təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisədə 2015-ci il üçün mənfəətin 5.528,22 manat artıq hesablanması, 2016-cı il üçün isə 12.133,36 manat az hesablanması müəyyən olunmuşdur. Yoxlanılan dövrdə mütəxəssis rəyinə əsasən, yoxlanılan dövrdə (xx.xx.2015 - xx.xx.2016) obyektdə 5.923 kv.metr qranit plitə (5.923,0 x 120,0 = 710.760,0), 9.509,94 kv.metr travertin (9.509,94 x 65 = 618.146,1), 1.980,0 kv.metr mərmər (1.980,0 x 90,0 = 178.200,0), mərmər kəsmə xidməti üçün 217,5 kv.metr (217,5 x 47,2 = 10.266,0), 173,3 kub metr mərmər-qranit qırıntısı (173,3 x 12,98 = 2.249,43) ümumi dəyəri 1.519.621,53 manat (710.760,0+178.200,0+618.146,1+10.266,0+2.249,43) olan məhsul emal edilmişdir. Mütəxəssis və ekspert rəylərinə, Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən, vergilərin hesablanması aparılmış, nəticədə əlavə dəyər vergisinin 118.095,31 manat azaldılması, 1.990,46 manat artıq hesablanması müəyyən olunmuşdur. Məhkəmə qeyd olunan hallara qiymət verməməklə prosessual pozuntuya yol vermişdir. Daha sonra qeyd edilir ki, məhkəmənin yoxlama zamanı vergi orqanı tərəfindən cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən verilmiş rəyləri deyil, məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 32906 nömrəli ekspe rt rəyini sübut qismində qəbul etməsi tamamilə əsassızdır. Qeyd olunan fikrin əsaslı olmasını görmək üçün təkcə istinad olunan ekspert rəyinə nəzər salmaq kifayətdir. Belə ki, işin əsası iddiaçı tərəfindən idxal edilmiş malların qismən emal edilərək daxili bazarda təqdim etdiyi qiymətlərin bazar qiymətlərinə uyğun olub-olmamasının yoxlanmasından ibarətdir. Həmin qiymətlərin bazar qiymətləri ilə uyğunluq təşkil etməməsi səbəbindən yoxlama zamanı cəlb edilmiş ekspert tərəfindən real bazar qiymətləri müəyyən edilərək iddiaçının real vergitutulan dövriyyəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən cəlb olunmuş ekspert isə iddiaçının idxal etdiyi mallarına daxili bazarda tətbiq etdiyi real qiymətlərin müəyyən edilməsi məqsədilə hər hansı bir araşdırma aparmamış, iddiaçının vergitutulan dövriyyəsi özünün tətbiq etdiyi qiymətlər əsasında hesablanmışdır. Bu isə qəti surətdə yolverilməzdir və belə bir ekspert rəyinin sübut kimi qəbulu prosessual qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, işə baxan aşağı instansiya məhkəmələri vergi orqanının tətbiq etdiyi qiymətləri qəbul etmədiyi halda, bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə özü də hər hansı bir tədbir görməmiş, təyin edilmiş ekspertiza isə iddiaçının özünün tətbiq etdiyi qiymətləri əsas götürmüşdür. Bundan əlavə, tərtib edilmiş ekspert rəyində ekspert mühasibat uçotu haqqında qanun, məhsulun maya dəyəri (ancaq mənfəət vergisinə təsir edə bilər), idxal olunmuş mallar haqqında geniş təsvir vermiş, lakin vergi orqanı tərəfindən hesablanmış vergilərin əsassız olduğunu təsdiq edən səbəb göstərə bilməmişdir. Məhkəmə qəra rında malların birinci devalvasiyaya qədər idxal edildiyinin ekspert tərəfindən nəzərə alınmadığı bildirsə də, unutmuşdur ki, məhz devalvasiyadan sonra ölkə daxilində məhsulların bazar qiymətləri artırmışdır. Kassasiya şikayətində həmçinin bildirilir ki, məhkəmələr vergi borcunun Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "xxxx" Birliyinin mütəxəssislərinin faktiki enerji sərfiyyatı əsasında apardığı hesablamalara görə müəyyənləşdirilməsi əsaslı hesab olunmur. Bununla bağlı qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 67.1-ci və 67.1.9-cu maddələrinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Etiraz: İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İ ddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, Səyyar vergi yoxlaması Aktından göründüyü kimi, yoxlanılan dövrdə "İddiaçı" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən istehsal sahəsində vergiyə cəlb edilən dövriyyə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "xxxx" Birliyinin mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən olunmuşdur (cild 1, i.v. 10-30). "xxxx" Birliyinin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyində istehsal həcmi sərf edilən elektrik enerjisinə əsasən müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, xx.xx.2017-ci il tarixli mütəxəssis və ekspert rəylə rinə əsasən vergi əməkdaşı tərəfindən vergi ödəyicisi barəsində əlavə vergilər (mənfəət və əlavə dəyər vergiləri) hesablanmışdır. Cavabdeh tərəfindən Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2017-ci il tarixli **********115942 saylı qərarda ekspert qarşısında ünvan 2 ünvanında yerləşən istehsal sahəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək aylar üzrə istehsal olunmuş məhsulların real bazar qiymətlərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. «xxxx» Birliyinin ekspert tədqiqatı MMC tərəfindən istehsal olunmuş qranitdən iki santimetr qalınlıqda məmulatların bir kvadratmetrinin orta satış qiymətinin 120,0 AZN, mərmərdən iki santimetr qalınlıqda bir kvadratmetrinin orta satış qiymətinin 90,0 AZN və travertindən iki santimetr qalınlıqda məmulatların bir kvadratmetrinin orta satış qiymətinin 65,0 AZN olduğu müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyin əsassızlığı barədə qənaətini onunla əsaslandırmışdır ki, rəydə Departament tərəfindən qoyulmuş sualı cavablandırmaq üçün analoji müəssisələrin istehsal etdiyi mərmər, qranit və travertin daşlarından olan məhsulların topdansatış qiymətlərinin, Bakı şəhərində bu növ məhsulların topdan və pərakəndə satış obyektlərində satış qiymətlərinin, yuxarıda göstərilən dövr ərzində MMCdə istehsal olunan mərmər, qranit və travertin məhsullarının bazar qiymətlərinə uyğunluğunun araşdırıldığı qeyd edilsə də, bununla əlaqədar hər hansı sübutun olduğu müəyyən edilmir. Belə ki, məhz hansı obyektlərin qiymətləri ilə müqayisə olunduğuna dair sübut rəyə əlavə edilməmişdir. Bundan başqa, işdə olan "xxxx" Birliyini n xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş sualı cavablandırmaq üçün «xxxx» Birliyinin ekspert-mütəxəssisinə departamentin vergi müfəttişləri X7 və X3 tərəfindən yoxlama dövrü ərzində idxal edilmiş malların X5 təqdim edilmişdir. Ekspertiza tərəfindən isə MMC-nin rəhbərliyindən üç adda sənədin (kalkulyasiyalar, prays listlər, satış həcmi) tələb olunduğu qeyd edilsə də, malların inventarizasiya edildiyi müəyyən edilmir, habelə qeyd edilən sənədlərin müəssisə rəhbərliyindən tələb olunduğunu təsdiq edən sübut rəyə əlavə edilməmişdir. Həmçinin ekspert rəyindən görünür ki, yoxlanılan dövr ərzində mərmər, qranit və travertin məhsullarının satış qiyməti, tərkibi, hesablama qaydaları və sair haqqında digər məlumatların Dövlət Statistika Komitəsinin rəsmi say tından (e-mail tel: 4386498. 4382442), bununla bərabər Azərbaycan Respublikasının internet saytlarına (e-mail və sair) müraciət olunaraq öyrənildiyi, ekspert rəyində qiymətlərin yuxarıda göstərilən informasiyalara və MMC tərəfindən təsdiqlənmiş məlumatlara istinad edilərək göstərildiyi qeyd edilsə də, həmin məlumat mənbələrində olan qiymətlərin tələbi deyil, yalnız təklifi əks etdirdiyi nəzərə alınmamışdır. Bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəti cəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Ekspert yoxlanılan dövrə aid olmayan, yəni yoxlamanın aparıldığı dövrdə mövcud olmuş təklif üzrə qiymətlərə istinad etməklə verdiyi rəyi növbəti dəfə şübhə altına almışdır. Habelə, ekspert yoxlanılan dövr üçün orta satış qiymətini müəyyən etməyə çalışarkən hər ay üzrə orta satış qiymətini müəyyən etmədən rəy verməklə müəyyən olunmuş qiymətin əsaslılığını sübut edə bilməmişdir. Həmçinin, apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, yoxlama dövrü xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək olan dövrü əhatə etdiyi halda və tələblə təklifin heç də qeyd edilən dövrdə sabit qalması mümkün olmadığı halda, yəni qiymətlər göstərilən 1 il 6 ay ərzində qalxıb-enən istiqa mətdə hərəkətdə olduğu halda, ümumilikdə 1 il 6 ay üçün vahid qiymətin müəyyən edilməsinin vergi orqanında şübhə doğurmaması, özü-özlüyündə məhkəmə üçün həmin rəyin sübut əhəmiyyətinin qeyri-mötəbər olması qənaətinə gəlmək üçün əsas verir. “xxxx” Birliyi verdiyi rəydə gəldiyi nəticəni 1 il 6 ay üçün vahid məbləğdə müəyyən edərkən sanki iddiaçının satdığı malların dəyərinin Tarif Şurası tərəfindən tənzimləndiyini nəzərə almışdır. Halbuki, iddiaçının satışını həyata keçirdiyi malların (mərmər, qranit və travertin) satış qiyməti heç də hər hansı orqan tərəfindən tənzimlənmir və tərəflərin könüllü iradə ifadəsi əsasında həyata keçirildiyini nəzərə aldıqda aylar üzrə dəyişkən qiymətlər müəyyən edilməli olduğunun şübhəsiz olduğu halda, vahid qiymət müəyyən edilməklə rəyin əsassız olduğunu təsdiq edir. Həmçinin, ekspert malların satış qiymətini müəyyən edərkən X5nə istinad etməmiş və iddiaçının mallarının eyni və ya müxtəlif ölkələrdən idxal edilib-edilmədiyini, hər bir malın maya dəyərini müəyyən etməyə yönələn araşdırmalar aparmamışdır. Bununla da, iddiaçının İrandan, Türkiyədən və Hindistandan idxal etdiyi malların dəyərini bir-birindən ayırmamışdır. Bundan başqa, ekspert tərəfindən iddiaçının idxal etdiyi dövrlər də nəzərə alınmamışdır. Belə ki, iddiaçı məhz birinci devalivasiyaya qədər (2015-ci ilin fevral ayınadək) mal idxal etmişdir, bu isə öz növbəsində idxal olunan dövrdə manatın xarici valyutaya münasibətdə daha güclü olduğunu nəzərə aldıqda satış qiymətinə təsirsiz ötmədiyini təsdiq edir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq b ildirir ki, «xxxx» Birliyinin verdiyi rəy kifayət qədər əsaslı tərtib edilmədiyi halda, cavabdeh qeyd edilən rəyə istinad etməklə iddiaçı barəsində əlavə vergi hesablamışdır ki, bu da öz növbəsində iddiaçı barəsində əlavə vergi borcunun hesablanmasının əsassız olduğu qənaətinə gəlmək üçün məhkəməyə əsas vermişdir. Apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də cavabdeh iddiaçı barəsində qeyd edilən ekspert və mütəxəssis rəylərinə istinad etməklə hesabladığı əlavə vergiləri iqtisadi cəhətdən əsaslandırılmış hesab etmir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. İş materiallarından göründüyü kimi, vergi orqanı xx.xx.2017-ci il tarixdə səyya r vergi yoxlamasına başlamış, xx.xx.2017-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək malların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, malların inventarizasiyasını keçirməmiş və hər hansı araşdırma aparmamışdır. Həmçinin, vergi orqanı vergi ödəyicisini xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yoxladığı halda, ekspertizanın təyin edilməsi barədə qərarında malların aylar üzrə bazar qiymətini müəyyən etdirərkən xx.xx.2015-ci il tarixdən deyil, xx.xx.2015-ci il tarixdən sonrakı dövrü müəyyən etmək istiqamətində sual vermiş və bununla da, ekspertizanın keçirilməsini yoxlama dövrü üzrə tam olmamaqla, natamam aparılmasını təşkil etmişdir. Belə ki, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələb ləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalədər. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən eksperti zanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Vergi orqanı yoxlama aktında rəsmi və açıq mənbələrdən məlumat toplamağın mümkün olmadığını bildirir. Lakin ekspert rəyini nəzərə alaraq, vergi ödəyicisinə əlavə vergi öhdəliyi müəyyən edəndə, bazar qiymətini müəyyənləşdirən ekspertin internet səhifəsində yerləşdirilən sahibkarlıq subyektlərinin məlumatlarına istinad etməsini və vergi orqanının səlahiyyətlərinə aid olan hərəkətləri həyata keçirməsini nəzərə almamışdır. Belə ki, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı və yuxarı dəyişdikdə bazar qiymətlərinin tətbiq olunması vergi orqanının səlahiyyətlərinə aiddir. Vergi Məcəlləsinin 14.9-cu maddəsinin tələbinə əsasən malın (işin, xidmətin), bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu ma lların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən bu halların heç biri həyata keçirilməmiş və ünvan 2 ünvanında yerləşən istehsal sahəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixədək aylar üzrə istehsal olunmuş məhsulların real bazar qiymətləri sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında eyni xüsusiyyətli, eyni cinsli mallara, işlərə və xidmətlərə görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin qiyməti tərəflərin əməliyyatda təsbit etdikləri qiymət qəbul edili r. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Məhkəmə kollegiyası ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinin əsassız olması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmi rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, ekspert xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay üçün qiymətlər barədə suala cavab verməli olduğu halda, hər ay üçün deyil, ümumi qiymət müəyyən etmiş və həmin qiymətin qeyd edilən yoxlama dövrünün hansı ayı və ya aylarına aid olduğunu təsdiq edəcək mötəbər sübutları əlavə etməmişdir. Rəyin verilməsinə əsas olmuş məlumatlar internet səhifəsində yerləşdirilmi ş məlumatlardan istifadə edilməklə verilmiş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Ekspertin istifadə etdiyi məlumatlar vergi orqanı üçün eyni dərəcədə əlçatan olsa da, vergi orqanı vergini hesablamamış və bunun üçün ekspertə müraciət etmişdir. Həmçinin, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda ekspertin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, «xxxx» Birliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etməməkdə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş dir. Ekspert rəyində müqayisəli məhsullar kimi seçilən malların real bazar qiymətlərinin müəyyən edilməsi üçün internet səhifəsində qeyd olunan məlumatlara istinad edilməsini, həmin məlumatlar oferta olmaqla (Mülki Məcəllə 405.2, 407.1, 408.1, 408.2, 408.7-ci maddələr), rəsmi müqavilələr və ya hesab-fakturalar əsasında təsdiqini tapmadığından, həmin rəyə istinad etməklə vergi orqanının gəldiyi nəticəni əsassız hesab etməkdə də apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası vergi orqanı tərəfindən təyin edilmiş ekspert və mütəxəssis rəylərinə istinadən vergi ödəyicisi barəsində əlavə olaraq hesablanmış mənfəət və əlavə dəyər vergilərinin əsassız olması barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyinin qanuni olması qənaətinə gəlir. Kassasiya şikayətind ə qeyd edilir ki, cavabdeh iddiaçı barəsində 2015 və 2016-cı illər üzrə mənfəət vergisini yoxlayarkən 2015-ci il üçün 5.528,22 manat mənfəət vergisinin iddiaçı tərəfindən artıq hesablandığı, 2016-cı il üçün isə 12.133,36 manat mənfəət vergisinin az hesablandığını müəyyən etmişdir. Məhkəmə kollegiyası 2015-ci il üçün vergi ödəyicisinin özü tərəfindən hesablanmış 5.528,22 manat mənfəət vergisinin artıq hesablanması barədə vergi orqanının hüquqi mövqeyi ilə razılaşsa da, 2016-cı il üçün əlavə hesablanmış mənfəət vergisini əsassız hesab edir. Belə ki, cavabdeh 12.133,36 manat məbləğində mənfəət vergisini mütəxəssis rəyinə istinadən hesabladığından, həmin mütəxəssis rəyi isə hazırkı məhkəmə araşdırması ilə mötəbər sübut kimi qiymətləndirilmədiyindən vergi orqanının iddiaçı barəsində 2016-cı ili n mənfəət vergisinin artıq hesablanmalı olması barədə qənaəti əsassız hesab edilməlidir. Həmçinin, iş materiallarında olan, iddiaçının 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsindən göründüyü kimi, iddiaçının qeyd edilən dövrdə mənfəətinin olduğu müəyyən edilmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, hesablanmış vergilərin əsaslılığının müəyyən edilməsi məqsədilə xüsusi bilik tələb olunduğundan, iş üzrə xx.xx.2018-ci il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 32906 saylı ekspert rəyində qeyd edilir ki, “vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatına görə müəyyənləşdirilməsi q aydası Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən, həmçinin, rəyin tədqiqat hissəsində qeyd edilənlərə əsasən xx.xx.2018-ci il tarixli, **********09918 saylı səyyar vergi yoxlaması ilə İddiaçı (VÖEN **********) xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergitutma bazasının Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «xxxx» Birliyinin mütəxəssislərinin faktiki enerji sərfiyyatı əsasında apardığı hesablamalara görə müəyyənləşdirilməsi əsaslı hesab olunmur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarındakı səyyar vergi yoxlaması ilə əhatə edilən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan fəaliyyət dövrünə aid və qanunvericiliyin tələbləri baxımından ilkin uçot sənədlərin də təqdim edilən tələblərə cavab verən gəlirin əldə edilməsi mühasibat sənədləri əsasında aparılmış tədqiqatın nəticəsində İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergilərin tədiyyə növü, məbləği və dövrləri aşağıdakı kimi müəyyən edilir: mənfəət vergisi 2015-ci il üzrə 5.528,22 manat, mənfəət vergisi 2016-ci il üzrə 16.311,00 manat, ƏDV üzrə artıq ödəmə 12.516,45 manat, ÖMV üzrə 5.792,51 manat. Bununla da aparılan ekspertiza ilə xx.xx.2018-ci il tarixli **********099118 saylı Səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması (yayındırılması) müəyyən edilmədi.” Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergilərin tədiyyə növü, məbləği və dövrləri üzrə rəy verərkən 2015-ci il üzrə mənfəət vergisinin 5.528,22 manat olduğunu qeyd etsə də, müəssisənin 2010-cu il üzrə zərərini, 2016-cı il üzrə mənfəət vergisinin 16.311,00 manat olduğunu qeyd edərkən isə həmin məbləğin vergi orqanı tərəfindən kameral hesablandığını cavabdeh tərəfindən iddiaçı barəsində həmin dövr üzrə əlavə mənfəət vergisi kimi 12.133,36 manat hesablanmasının isə əsasının mütəxəssis rəyi olmasını nəzərə almamışdır. Odur ki, yuxarıda qeyd edilənləri, o cümlədən 2015-ci il üzrə iddiaçının mənfəət vergisinin artıq hesablanması və 2016-cı il üzrə əlavə hesablanmış mənfəət vergisinin əsasının mütəxəssis rəyi olması barədə cavabdehin kassasiya şikayətində göstərilən mövqeyini, mütəxəssis rəyinin əsassız olduğunun haz ırkı məhkəmə araşdırması ilə təsdiq edildiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 2015 və 2016-cı illər üzrə dövlət büdcəsinə mənfəət vergisi üzrə borcun hesablanması qanuni sayıla bilməz. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən rəyinin təsviri əsaslandırıcı hissələrindən göründüyü kimi, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; Texniki məqsədlər üçün yanacaq, enerji və su; - istehsal fəhlələrinin əsas əmək haqqı; İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «xxxx» Birliyindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş təbii qaz və elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «xxxx» Birliyinin mütəxəssisi tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qay dada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilən səbəblərdən hazırkı ekspertiza tədqiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş mal-materiala görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. Belə ki, Vergi Məcəlləsinin 12-ci maddəsinə görə vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4 vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu M əcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası — vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi ödəyicisi tərə findən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlardan istifadə edilir (67.2. maddə) və bu zaman vergilər VM-nin 67.3. maddəsinə müvafiq olaraq hesablanır. Vergi Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəlikləri aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicisinin vergi bəyannamələrində olan məlumatlara, bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata, vergi yoxlaması məlumatlarına, vergi orqanın əldə etdiyi mənbəyi bəlli olan hər hansı bir digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci m addəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsində nəzərdə tutulan maddələrin ardıcıllığını nəzərə alaraq "İddiaçı" MMC-də aparılan səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin hesablanması üçün birinci növbədə Məcəllənin 67-ci maddəsində nəzərə tutulan qaydalardan, yəni hazırkı halda vergi ödəyicisinin özünün gəlirləri barədə olan məlumatdan və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etməklə VM-nin 67.3 maddəsində müvafiq olaraq mənfəət vergisi hesablamalı idi. Lakin "İddiaçı" MMC-nin yoxlamasına dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi müfəttişi VM-nin 67-ci və 83.2. maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəsindən (yəni mənfəəti birbaşa müəyyən etmək mümkün olmaması halında) istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı (həmin qərara əlavə və dəyişiklik edilməsi barədə xx xxxx 2013-cü il tarixli 137 nömrəli qərar nəzərə alınmaqla) qərarda göstərilən üsulla, yəni şərti rentabellik səviyyəsini 20% götürülməklə, mənfəət vergisini hesablamışdır. Məhkəmə-mühasibatlıq ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş v ermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır ("Mühasibat uçotu haqqında" AR Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibatuçotu subyekt inin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir. Analitik uçot - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır. Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşd ırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir. 2.1.23. Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır". Habelə, "Mühasibat uçotu haqqında" xx xxxx 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2005-ci il tarixli; 192 nömrəli Fərmanının və Azərbaycan Respublika sı Prezidentinin x xxxxxx 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən xx xxxxxx 2017-ci tarixdə Q-01 nömrəli "X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları" təsdiq edilib. Həmin sənəd xx.xx.2017-ci il tarixdə **********0001 nömrəsi ilə X8 Reyestrində qeydiyyata alınıb. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilib. Belə ki, ilkin uçot sənədləri - maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin və zifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə ma lik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergi ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 53.3-cü maddəsində qeyd edilir ki, bu məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin maddənin üçüncü abzasına əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanın üzərinə düşür. 54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1571/2019 saylı, xx xxx x 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-45/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-45/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver