Məhkəmə qərarları › İş №2-1(102)-45/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-45/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-45/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:iş illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, X1 ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax R ayon Şöbəsinə qarşı “xx.xx.1972-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-146/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1972-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarix li 32/103 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh orqan imtinanı belə əsaslandırmışdır ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan 16278,19 manat pensiya kapitalı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən hesablanan əmək pensiyasının məbləği 113,04 manat (16278,19 manat pensiya kapitalı: 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 113,04) müəyyən olunduğundan və bu məbləğ yuxarıda qeyd edildiyi kimi əmək pensiyasının minimum məbləğindən, yəni 116,27 manatdan az olduğundan və eyni zamanda 25 il sosial sığorta stajına malik olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya mə hkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək kitabçası və ona əlavə vərəqə üzrə xx.xx.1972-xx.xx.2004-cü illər ərzində 29 il 06 ay 02 gün ümumi əmək stajının olması faktının müəyyən edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, orduda xidmət müddəti də daxil olmaqla, eləcə də ilk iş yeri kimi Qax Kolxozlararası tikinti idarəsindəki stajı da əlavə edilməklə, iddiaçı demək olar ki, xx.xx.1972-ci il tarixdən xx.xx.2004-cü il tarixədək fasiləsiz olaraq Qax Rayon İstehlak Cəmiyyətinin İctimai İaşə idarəsində işləmişdir. Əmək kitabçasındakı məlumatlardan da görünür ki, o, göstərdiyi 29 il 06 ay 02 gün iş stajına malikdir. Əmək kitabçasınd a hətta maddi-məsul şəxs kimi planla işə başlamağı haqqında xx.xx.2001-ci il tarixli, növbəti məzuniyyətə buraxılmağı haqqında xx.xx.2003-cü il tarixli əmrlər belə vardır. Əmək pensiyası təyin olunması üçün mötəbər əsas sayılan əmək kitabçasındakı göstəricilərin nəzərə alınmaması yolverilməzdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1972-xx.xx.2004-cü illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1661/2018 nömrəli qərarı ilə (hakim-K.H.Vəliyev) iddianın təmin edilərək cavabdehin üzərinə iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrün onun sosial sığorta stajı na daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəssisənin sənədləri arxivə təhvil verməməsi vətəndaşın iradəsindən kənar baş vermiş haldır və onun ziyanına təfsir edilməməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1661/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(107)-174/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) şikayət qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1661/2018 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərarın çıxarılması, iddia tələbinin qismən təmin edilərək İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi Qax rayon Kolxozlararası Tikinti idarəsində fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsində səyyar çayçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsinin “Arzu” yeməkxanasında aşpaz və xörəkpaylayan, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi həmin idarənin Su-limonad mağazasında sat ıcı, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Su-limonad lotokunda müdirsatıcı, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 2 №li anbarda anbardar, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Su mağazasında satıcı, xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək həmin idarənin Su kokteyli və qənnadı mağazasında satıcı, xx.xx.1997-ci ildən xx.xx.1998ci ilə kimi səyyar su satıcısı, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə kimi “Qaya” yeməkxanasında maddi məsul şəxs işlədiyi və xx.xx.1973-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrü tam işləməmişdir. Habelə, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinə kimi Su və yarımfabrikat mağazası, xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək “Qaya” yeməkxanası onun icarəsinə verilmiş, həmin dövrdə o, hər hansı müəssisənin rəsmi işçisi olmamış, icarədar olmuşdur. Belə olan halda, iddiaçının faktiki olaraq işləmədiyi və icarədar kimi fəaliyyət göstərdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi düzgün deyildir.

12. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2631/2019 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – S.Hüseynova, hakimlər – İ.Dadaşov və K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(107)-174/2019 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbi olmadığı halda onun əvəzinə hüquqi marağın nədə ibarət olmasına dair qiymət verilməsi İPM-in 52-ci maddəsinin tələblərinə ziddir. Belə ki, iddiaçı sosial sığorta stajının müəyyən edilməsini o əsasla xahiş etmişdir ki, onun pensiya təminatı barədə ərizəsinin təmin olunmasından sosial sığorta stajının toplanmaması əsası ilə imtina olunmuşdur. İddiaçı cavabdehin yuxarıda qeyd edilən imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi ilə nəticələnə bilər. Göstərilmiş məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək öhdəliyi yaranmış olsun. Odur ki, məhkəmə tərəfindən ilk olaraq iddiaçıya hüquqi yardım göstərilməklə tələbinin dəqiqləşdirilməsi təklif edilməli, tələbin mümkünlük şərtləri araşdırılmalı, onlar ödənildiyi təqdirdə tələbə yuxarıda əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla q iymət verilməlidir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X3 atası İddiaçı xx.xx.2020-ci il tarixində vəfat etdiyini bildirmiş, Qax rayonu notariat ofisinin xüsusi notariusu Mübariz Əhmədov tərəfindən verilmiş 2v-89 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci ildə ölmüş İddiaçı vərəsəsi kimi X3 iddiaçının hüquqi varisi kimi işə cəlb edilmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(107)-146/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – R.Ə.Əliyev, hakimlər – A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayətinin qismən təmin edilərək Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1661/2018 nömrəli qərarının ləğv edilmə si və inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi Qax rayon kolxozlararası tikinti idarəsində fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı ictimai iaşə idarəsində səyyar çayçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı ictimai iaşə idarəsinin “Arzu” yeməkxanasında aşpaz və xörəkpaylayan, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi həmin idarənin su-limonad mağazasında satıcı, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək sulimonad lotokunda müdir-satıcı, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 2 №li anbarda anbardar, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək su mağazasında satıcı, xx.xx.1983-cü ildən xx.xx.19 96-cı ilədək həmin idarənin su kokteyli və qənnadı mağazasında satıcı, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə kimi səyyar su satıcısı, xx.xx.2001-ci ildən xx.xx.2004cü ilə kimi “Qaya” yeməkxanasında maddi məsul şəxs işlədiyi və xx.xx.1973-ci il tarixdən xx.xx.1975-ci il tarixədək sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi, iddiaçının yaşa görə pensiya hüququnun yarandığı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək müddətə görə ödənilməli olan, ümumi 928,35 manatın onun hüquqi varisi Samir Qadaşova ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixədək müəyyən olunan 25 il 02 ay 07 gün sosial sığorta stajı nəzərə alındığı halda, ona qanunvericili klə müəyyən olunan yaş həddinə çatdığı xx xxx 2018-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatının aparıldığı xx xxxxxx 2019-cu il tarixədək olan dövr üçün ödənilməli olan ümumi məbləğ 928,35 manatdır. Həmin dövr üçün hesablanan pensiya məbləği 122,69 manat məbləğində müəyyən olunur. Belə olan halda, İddiaçı qanunvericililiklə müəyyən olunan pensiya almaq hüququnun yarandığı yaş həddinə çatdığı xx xxx 2018-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatının aparıldığı xx xxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

18. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

19. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)146/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Hazırkı iş üzrə hüquqi varis Qadaşov Samiri iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.

21. Bundan başqa, X5 X2 birliyi sosial sığorta ödəyicisi kimi DSMF-nin Qax rayon şöbəsindən qeydiyyatdan keçərək 2006-cı ilin 2-ci rübünədək DSMF hesabatları təqdim etmiş və xx.xx.1995-ci il tarixindən sonra müəssisə tərəfindən heç bir sosial ödəniş həyata keçirilməmişdir. İddiaçının sözügedən birliyin ticarət obyektlərini icarəyə götürdüyü müddətdə icarədar tərəfindən DSMF-yə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən iddiada istinad olunan dövrün vətəndaşın sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınması qanunvericiliyə görə mümkün hesab edilmir. Məhkəmə qərar qəbul edərkən qeyd olunan xüsusatları araşdırmamış, cavabdehin məktubunu və iddiaçının sənədlərini düzgün qiymətləndirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhk əmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli 1042-VQ nö mrəli Azərbaycan Respublikası Qanununun 1-ci (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

27. Azərbaycan Respublikası Nazirlər K abinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.

28. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. 29. ““Əmək pens iyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tə ləb olunması qadağandır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

32. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məh kəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.

36. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

37. Hazırkı qərarın 29-30-cu bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır.

38. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsi tərəf indən müəyyən edilən hallarından görünür ki, iddiaçı xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi Su və yarımfabrikat mağazası, xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək isə “Qaya” yeməkxanası onun icarəsinə verilmiş, həmin dövrdə o, hər hansı müəssisənin rəsmi işçisi olmamış, icarədar olmuşdur. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Qax rayon Kolxozlararası Tikinti idarəsində fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsində səyyar çayçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsinin “Arzu” yeməkxanasında aşpaz və xörəkpaylayan, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi həmin idarənin Su-limonad mağazasında satıcı, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Sulimonad lotokunda müdir-satıcı, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 2 №li anbarda anbardar, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Su mağazasında satıcı, xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək həmin idarənin Su kokteyli və qənnadı mağazasında satıcı, xx.xx.1997- xx.xx.1998-ci illərdə səyyar su satıcısı, xx.xx.2001- xx.xx.2004-cü illərdə “Qaya” yeməkxanasında maddi məsul şəxs işləmişdir.

39. Cavabdeh kassasiya şikayətinin dəlillərində xx.xx.1995-ci il tarixindən sonra müəssisə tərəfindən heç bir sosial ödəniş həyata keçirilmədiyini və bunun iddiaçının tələbinin rədd edilməsinə əsas olduğunu bildirsə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir.

40. Belə ki, hazırkı qərarın 25-ci bəndində göstərilən normanın məzmunundan göründüyü kimi qanunve rici 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silmiş, qeyd edilən dövrə aid olan borcları sosial sığorta ödəyicilərinə bağışlamışdır. Belə olan halda, həmin dövrdə İddiaçı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı ödənilməməsinə görə məsuliyyətinin yaranması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir.

41. Apellyasiya instansiyası məhkəməsi də bununla bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin qanunverici orqanının qəbul etdiyi Qanunla bağışladığı borca görə vətəndaşın pensiya hüququnu məhdudlaşdırması qanunvericiliyin pozulması hesab ol unmalıdır.

42. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

43. Göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini əsass ız hesab edən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(107)-146/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(107)-146/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar