Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-45/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müvafiq müddətin sığorta stajına daxil edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı müvafiq müddətin sığorta stajına daxil edilməs i tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)1794/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 01.09.1977-ci il tarixdən müxtəlif vəzifələrdə işləmişdir, həmçinin 01.12.1993-cü il tarixdən 19.07.2006-cı il tarixədək prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 19 iyul 2006-cı il tarixli, 10/227-k saylı əmri ilə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq İddiaçı öz arzusuna əsasən 19.07.2006-cı il tarixdən tutduğu vəzifədən azad olunmuş və onun prokurorluq orqanları nda qulluğuna xitam verilmişdir. Sonradan Azərbaycan Respublikası Baş Prokurorunun 08 noyabr 2006-cı il tarixli, 10/307- k saylı əmri ilə 19.07.2006-cı il tarixli, 10/227-k saylı əmrə dəyişiklik edilərək həmin vaxt Tərtər hərbi prokurorluğunun müstəntiqi işləmiş İddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29.2.1-ci maddəsinə müvafiq olaraq 19 iyul 2006-cı il tarixdən xəstəliyi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və prokurorluq orqanlarında qulluğuna xitam verilmiş sayılmışdır. Səbail Rayon Məhkəməsinin 29.11.2006-cı il tarixli, 2-1702/2006 saylı qətnaməsinə əsasən İddiaçı «əmrin dəyişdirilməsi və müavinətin verilməsi tələbinə dair» iddiasının müavinətin verilməsi hissəsində təmin edilməsi, İddiaçı Tərtər hərbi prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmə k qabiliyyətini itirməsi ilə əlaqədar «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.6-cı maddəsinə əsasən bir dəfəlik müavinətin ödənilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli, 27 saylı və 09.01.2003-cü il tarixli, 03 saylı qərarlarına əsasən 06 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 27.06.2006-cı il tarixli, 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən hər ay müavinətin ödənilməsi qət edilmişdir. 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 566470 nömrəli arayışına əsasən İddiaçı əmək zədəsi səbəbi ilə müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin qulluq stajına daxil edilməsini xahiş etmişdir.
3. Cavabdeh 07.05.2020-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İmtina belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.8.3-cü maddəsinə əsasən “prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir”. Görün düyü kimi, prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən şəxsin prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında iş stajı kimi və prokurorluq orqanlarının sabiq əməkdaşı kimi ödənilən əlilliyə görə əmək pensiyasının hesablanması zamanı qanunvericiliyin tələbləri baxımından nəzərə alına bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 10 iyun 2020-cu il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi izə ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsinə müvafiq olaraq xidməti vəzifəsini yerinə yetirərkən əm ək xəsarəti alaraq İİ qrup əlil olmasını və 60 yaş həddini keçməsini nəzərə alaraq, 2006-cı ildən pensiyada olduğu müddətin sığorta stajına əlavə olunması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 18.08.2020-ci il tarixli, 2-1(118)-1058/20 saylı qərardadı ilə hazırkı işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Bundan sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək, 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü il tarixdən 2006-cı ilin noyabr ayınadək prokurorluq orqanlarında çalışmışdır. Tərtər hərbi Prokrorluğunda müstəntiq vəzifəsində işləyərkən, müntəzəm olaraq fasiləsiz Murov dağ silsiləsində dislokasiya olunmuş hərbi hissələrin ərazisində təhqiqat və istintaq apararkən hər iki ayaqlarının diz nahiyəsindən aşağı ətrafları don vurduğundan “obilitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulmuşdur. Həmin faktlarla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən araşdırmalar və təhqiqat aparılmış, toplanmış materiallar aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X1 göndərilmişdir. Həmin orqan tərəfindən 02 mart 2006-cı il tarixli, 46-T saylı əmrlə təhqiqat komissiyası yaradılaraq təhqiqat aparılmış, don vurma faktı təsdiq olunmuş və məhkəmə tibb ekspertizası təyin olunmuşdur. Ekspertin 24 mart 2006-cı il tarixli, 63/TM saylı rəyində aşağı ətrafların don vurması əl amətləri aşkar olunması nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoatrtid” diaqnozlu xəstəliyin əmələ gəlməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən don vurma nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması “əmək zədəsi” hesab edilərək, əmək qabiliyyətinin 80% itirildiyindən İİ qrup əlil hesab olunmuşdur. Bakı şəhəri Səbayıl rayon məhkəməsinin 29 noyabr 2006-cı il tarixli, 2-1702/2006 saylı qətnaməsi ilə don vurma nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması müəyyən olunmuşdur. Həmin tarixdən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 29.2.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunaraq, prokrorluqda xidmət keçməsinə xitam verilmişdir. Həmin vaxtdan bu günə qədər pensiyadadır. 03 yanvar 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır və pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsində göstərilən “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlığı məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət də sığorta stajına daxil edilir” qaydalarını rəhbər tutaraq, pensiyada olduğu müddətin sığorta stajın a hesablanması üçün, cavabdeh orqana müraciət etmişdir. Cavabdeh həmin Qanunun pensiya hesablanmasına dair 20.8.3-cü maddəsinə istinad edərək, Qanunun 21.2.6-cı maddəsinə göstərilən tələblərin iddiaçıya şamil olunmasından imtina etmişdir.
8. Cavabdeh iddiaya dair etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən onun prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə görə, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.8.2-ci maddəsinə görə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.8.3-cü maddəsinə əsasən prokuro rluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibka rlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.6-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-ci maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında iş stajı kimi nəzərə alına bilməz.
9. Bakı İnzibati Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(112)-1744/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, i ddiaçının 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı olması ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsinin tətbiq edilməsinə dair mövcud qanunvericilikdə hər hansı qadağa nəzərdə tutulmadığından, həmin normanın iddiaçıya tətbiq edilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Həmçinin iddiaçının əmək vəzifələrini yerinə yetirərkən xəsarət alması və nəticədə İİ dərəcə əlilliyinin olması, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatması, həmçinin 08.11.2006-cı il tarixdən əlilliyə görə pensiya alması işin məhkəmə araşdırması zamanı tə sdiqini tapdığından, iddia əsaslıdır.
11. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)-1794/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(112)-1744/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunmasını xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh imtinanın əsaslarına və apelyasiya şikayətinə uyğun kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən onun prokurorluq orqanlarındakı iş stajı nəzərə alınmışdır. Həmçinin cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.2, 20.8.2, 21.1, 21.2.6-cı və 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.8.3-cü maddələrinə istinad edərək idd iaçının tələbinin əsassız olduğunu bildirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayəti qanunsuz və əsassızdır. Cavabdehin kassasiya şikayəti eyni bir normativ hüquqi aktın xüsusi hissəsində maddələrin kolliziyasına yəni, toqquşmasına səbəb olur. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsində göstərilmişdir ki, qanunun ümumi hissəsi ilə xüsusi hissəsi arasında kolliziya olduqda, xüsusi hissənin maddələri tətbiq olunur. Hazırkı vəziyyətdə cavabdehin istinad etdiyi 20.8.3-cü maddəsi və onun tərəfindən mübahisələndirilən 21.2.6-cı maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xüsusi hissəsinə aiddir. Qeyd olunan q anunun tələbinə görə, normativ hüquqi aktın xüsusi hissəsində kolliziya və ya toqquşma ola bilməz. Əgər cavabdehin göstərdiyi kimi olsaydı, mübahisələndirdiyi 21.2.6-cı maddənin dispozisiyasında 20.8.3-cü maddəsi qanunverici orqan tərəfindən istisna olunaraq göstərilərdi. Həmin maddədə belə bir istisna yoxdur.
17. Etirazda şikayətin təmin olunmaması və qərarın dəyişdirilmədən saxlanılması xahiş olunur. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddə aları tətbiq oluna bilər.
19. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
21. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin mün asibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
22. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
23. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
24. Ma ddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
26. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
27. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
28. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
29. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apelyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
33. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izah atları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
34. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisə ilə bağlı halların və faktların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmu ş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
35. Həmçinin məhkəmənin yardım etmək vəzifəsini müəyyən edən bu Qərarın 20-ci bəndində istinad olunan normaya görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
36. Eyni zamanda məhkəmənin və proses iştirakçıları nın işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini nəzərdə tutan bu Qərarın 21-ci bəndində istinad olunan normaya əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.
37. Hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsinə əsasə n iddiaçının 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsi ilə bağlıdır.
38. İddiaçı 08.11.2006-cı il tarixdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi 2-ci qrup əlilliyə görə pensiya alır. Bununla belə, iddiaçı 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsini tələb edir.
39. Lakin məhkəmə icraatı zamanı məhkəmələr tərəfindən iddiaçının bu iddianı qaldırmaqda hüquqi marağının nədən ibarət olduğu, bu iddia vasitəsi ilə nəyə nail olmaq istədiyi, pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsinin hansı məqsədə bağlı olduğu araşdırılmamışdır.
40. Nəzərə almaq lazımdır ki, hər bir halda iddiaçının tələbi məzmun baxımından konkret və dəqiq olmalı, iddianı qaldırmaqda iddiaçının hüquqi marağı konkret məqsədə bağ lı olmalı və konkret nəticəyə nail olmağa yönəlməlidir. Bu tələblər baxımından, iddiaçının pensiyada olduğu müddətin onun sığorta stajına daxil edilməsi özü-özlüyündə iddiaçının çatmaq istədiyi məqsəd sayıla bilməz. Başqa sözlə, iddiaçının hüquqi marağı son nəticədə sadəcə olaraq pensiyada olduğu müddətin onun sığorta stajına daxil edilməsindən ibarət deyil. Mahiyyət etibarı ilə iddiaçının həmin iddianı qaldırmaqda hüquqi marağı və həqiqi məqsədi pensiyada olduğu müddətin onun sığorta stajına daxil edilməsi yolu ilə özünün pensiyaçı kimi mövcud statusundan fərqli statusa nail olmaqdan ibarətdir (məsələn, pensiyanın yenidən təyin olunması və ya hesablanması). Nəzərə almaq lazımdır ki, əks təqdirdə iddiaçının sadəcə olaraq pensiyada olduğu müddətin onun sığorta stajına daxil edilməsi barədə tələbi konkret məqsədə bağlı olmadığından mümkün sayıla bilməz.
41. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsi çərçivəsində iddiaçıya hüquqi yardım göstərilməli, onun hüquqi marağının məzmunu aydınlaşdırılmalı, iddiaçının tələbi onun hüquqi marağının məqsədi baxımından dəqiqləşdirilməli, iddia tələbi konkretləşdirilməli və bunlarla bağlı hüquqi nəticələr ona izah olunmalı, məhkəmə araşdırması qeyd olunanların müəyyən edilməsi istiqamətində aparılmalıdır.
42. Yuxarıda istinad olunan normaların müddəalarına görə, formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tama mlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə, eləcə həmin hallarla bağlı proses iştirakçılarına lazımi şərait yaratmağa, bunun üçün onlara ağlabatan vaxt təyin etməyə, tərəflərin bunu etmədiyi təqdirdə baş verə biləcək hüquqi nəticələr barədə onlara məlumat verməyə borcludur. Yardım etmək vəzifəsi çərçivəsində məhkəmə zəruri hesab etdiyi hallarda müvafiq hüquqi təkliflər verməyə haqlıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallarla bağlı İPM-in 13-cü və 48-ci maddələrinin tələblərinə əməl olunmalı, eləcə də iş üzrə düzgün qərarın qəbulu üçün əhəmiyyət kəsb edən hallar obyektiv araşdırma prinsipinin tələbləri baxımından müəyyən edilməli və qiymətləndirilməlidir.
44. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 21(103)-1794/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.