Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-45/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: sosial müavinətin bərpa edilməsi, inzibati icraatın aparılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1849/2023 nömrəli 07 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
2. İddiaçıya DSMF-nun 430 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi müavinət təyin olunmuşdur. Təyin edilmiş sosial müavinət sonradan xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.
3. X2 yaşa görə sosial müav inətinin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh **********7 saylı xx.xx.2022-ci il tarixli müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, xidməti yoxlama zamanı məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinin ziddinə olaraq sosial müavinət almışdır. Bu səbəbdən təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmış, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 4.209,45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının dayandırılmış yaşa görə sosial müavinətinin xx.xx.2022-ci il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşaq dünyaya gətirib, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. O, 2019-cu ilin əvvəllərində yaşa görə sosial müavinətin təyin olunması üçün Dövlət Sosial Müd afiə Fondunun Nərimanov Rayon şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, İddiaçı adında aktiv VÖEN var. Məhz bu səbəbdən də yaşa görə sosial müavinəti təyin edə bilməyəcəklərini demişdirlər. Çünki sosial müavinət işləməyən, əmək pensiyası almaq hüququ olmayan şəxslər üçün nəzərdə tutulmuşdu. Bunun üçün ona adındakı aktiv VÖEN-in dondurulması məsləhət görülmüş və belə olan halda yaşa görə sosial müavinətin təyin olunacağı bildirilmişdir. Elə həmin vaxtlarda İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə onun adındakı aktiv VÖEN-in dondurulması üçün müraciət olunmuşdur. Müraciət qeydə alınmış və ona 1 ay müddətində VÖEN-in dondurulması barədə rəsmi sənəd verilmişdir. İddiaçı həmin sənədi DSMF-nin Narim anov Rayon şöbəsinə təqdim etmiş və nəticədə ona yaşa görə sosial müavinət təyin olunmuşdur. Lakin ona təyin olunmuş yaşa görə sosial müavinət DSMF tərəfindən xx.xx.2021 -ci il tarixindən dayandırılmışdır. Səbəb olaraq bildirilmişdir ki, İddiaçı adında 2017-ci ildən bəri aktiv olan VÖEN aşkar olunub. O bu məsələ ilə bağlı 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş və izah etmişdir ki, İddiaçı adındakı VÖEN hələ 2019-cu ildə yaşa görə sosial müavinət təyin olunmamışdan dondurulmuşdur. 4 saylı Bakı DOST Mərkəzindən ona məsləhət görülmüşdür ki, bununla bağlı o Vergi Xidmətindən detallı arayış alıb təqdim etməlidir. O da bununla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə müraciət etmişdir. Lakin vergi orqanı tərəfindən təq dim edilən detallı arayışda İddiaçı 2019-cu ildə VÖEN-inin dondurulması barədə müraciəti, habelə VÖEN-in dondurulmasına dair faktın təsdiq olunması öz əksini tapmamışdır. Hazırda İddiaçı adına olan VÖEN dondurulmuş vəziyyətdədir. Lakin DSMF bildirir ki, vergi orqanından onlara detallı arayış təqdim edilsin və arayışda VÖEN-in 2019cu ildə dondurulması faktı təsdiq olunsun. Amma vergi orqanı detallı arayışda həmin faktı təsdiq etmir. Bütün bunlara baxmayaraq iddiaçının əlində həmin faktı təsdiq edən sübutlar var. İddiaçı yaşlı qadındır. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçı şəxs 2019-cu ildə belə heç bir fəaliyyət ilə məşğul olmamışdır, işləməmişdir. Sadəcə adında aktiv VÖEN olub, o da 2019-cu ildə dondurulmuşdur. Lakin DSMF tərəfindən əsassız yerə iddiaçının yaşa görə sos ial müavinəti dayandırılmışdır.
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir və etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
7. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirməsi barədə ərizə verərək iddia tələbinin “xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(112)-1206/2023 saylı qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(112)-1206/2023 saylı qərarı ilə (hakim X5) iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan iddiaçının sosial müavinətini dayandırmazdan öncə müavinətin dayandırılmasına əsas verə biləcək halları müvafiq sorğular verməklə araşdırmamış və yaxud iddiaçının iştirakını bilavasitə təmin etməklə qeyd edilən hallara aydınlıq gətiməyə təşəbbüs göstərməmiş, bilavasitə iddiaçının vergi uçotunun olm asına istinad edərək iddiaçını xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən qazanılmış müavinət almaq hüququndan məhrum etmişdir.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3118/2023 nömrəli iş üzrə 01 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X7 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(112)-1206/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
14. Cavabd eh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində qeyd edilmişdir ki, xidmət yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.201 9-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 4209.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfin dən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahi yyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Mad də
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə
25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşə bbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunm ası 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklər inin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsas sızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etd iyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıd akıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı işdən görünür ki, iddiaçının hüquqi marağı dayandırılmış müavinətin bərpa edilməsinə yönəlmişdir. Bu məqsədlə iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh müraciəti müsbət həll etməkdən imtina etdikdən sonra, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi qənaətinə gəlmişlər.
27. Məhkəmə kollegiyası məhkəmələrin gəlmiş olduqları nəticə ilə razılaşaraq bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun 430 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə X1 xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin olunmuşdur. Sosial ödənişlər alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilmiş sosial müavinət xx.xx.2021-c i il tarixdən dayandırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
29. Hazırkı işdən görünür ki, inzibati orqan iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş müavinət ödənişinin xx.xx.2021-ci il tarixdən dayandırılmasını iddiaçının xx.xx.2017-xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi olması ilə əsaslandırır. Halbuki iddiaçının icraat zamanı inzibati orqana təqdim etdiyi arayışlarda, eləcə də məhkəmə sorğusu ilə əldə edilmiş cavab məktublarında iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sübut olunmur. Belə ki, iddiaçı vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə uçota alınmış, fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılmış, fəaliyyəti yalnız vaxtı çatd ığı üçün xx.xx.2017-ci il tarixdə bərpa olunmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2019-cu il tarixli qərarla sosial müavinət təyin edilməzdən öncə iddiaçı xx.xx.2019-cu il tarixdə vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə” ərizə ilə müraciət etmiş, lakin vergi orqanı vergi ödəyicisinin bank hesablarında əməliyyatları barədə sorğu ilə əlaqədar rəsmi cavab daxil olmadığı səbəbi ilə vergi ödəyicisinin vergi qeydiyyatını ləğv etməmişdir.
31. Başqa sözlə, iddiaçı sosial müavinət alması üçün qanunla üzərinə düşən vəzifəni icra edərək vergi uçotundan çıxarılma barədə ərizə verdiyi halda vergi orqanı onun vergi uçotunu ləğv etməmiş, eyni zamanda cavabdeh sosial müdafiə orqanı isə həmi n vaxt iddiaçının vergi uçotunun aktiv olmaması və ya ləğv edilməsi ilə bağlı vergi orqanından dəqiqləşmə aparmadan sosial müavinət təyin etmiş, hazırda isə 2019-cu il tarixli vəziyyəti qiymətləndirərək təyin edilmiş sosial müavinətin ödənişini dayandırmışdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın lazımi dəqiqləşmə aparmaması və ya vəzifələrini vaxtında icra etməməsinin mənfi nəticələri iddiaçını sosial müavinət almaq hüququndan məhrum etməməlidir.
33. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçı vergi uçotundan çıxarılması ilə bağlı ərizə verdikdən sonrakı vergi hesabatları dövründə hər hansı bəyannamə təqdim etməmiş, sosial müavinət aldığı dövrlər üzrə iddiaçının ümumiyyətlə vergi dövriyyəsi olmamış, onun barəsində hər hansı vergi məsuliyyəti barədə qərar da qəbul edilmə mişdir. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə təyin edilmiş müavinət bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (müavinətin təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğuna” istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzm ununa etimad göstərdiyi müavinətin təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, sosial müavinətin təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvi ni və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur.
35. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır.
36. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır.
37. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcud luğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
39. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
40. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1849/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən sa