Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-450/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-450/2019) Bakı şəhəri 20 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı müvafiq illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla iddiaçıya 05.01.2015-ci il tarixdən güzəş tli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərdin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1336/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla iddiaçıya 05.01.2015-ci il tarixdən gü zəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2-1(82)4834/2017 saylı qərarı ilə (sədrlik edən: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçının 26.03.1979-cu il tarixdən 10.01.1986-cı il tarixinədək, 09.10.2002-ci il tarixindən bu günədək tikintidə iş icraçısı kimi işlədiyi dövrlər güzəştli iş stajı kimi nəzərə alınmaqla ona 05.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1336/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli, 2-1(82)-4834/2017 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1336/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, Bakı Apellyasiya Məhkəmə sində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu səbəbdən də həmin qərar ləğv edilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ: Hesab edirəm ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 90.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Normanın tələbindən göründüyü kimi, məhkəmə aktından yalnız icraatın iştirakçıları onların tələblərinin təmin olunmadığı hallarda kassasiya şikayəti verə bilərlər. Lakin hazırk i işdə apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin bütün tələblərinin təmin olunmasına, yəni iddianın tam rədd edilməsinə baxmayaraq cavabdeh onun xeyrinə olan qərardan kassasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın onun bütün tələblərinin təmin edilməsi (cavabdehə qarşı iddia rədd edilmişdir) barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1336/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermək hüququ yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1336/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-450/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-450/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver