Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-450/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pensiyanın əmək haqqına əsasən hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonr a cavabdeh) qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2301/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçı xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur, hazırda ünvan 1 ünvanda qeydiyyatdadır. İddiaçı əmək kitabçasına əsasən 11 aprel 1973-cü il tarixdən 30 avqust 1978-ci il tarixədək “Cənubxüsusienerji” Azərbaycan Rusiya müştərək müəssisəsinin X9 (2 il hərbi xidmət daxil olmaqla) və 30 avqust 1978-ci il tarixdən 26 dekabr 1996-cı il tarixədək “Cənubxüsusienerjimühafizə” Azərbaycan Rusiya müştərək müəs sisəsinin Bakı sahəsində metal və metal hissələrinin kvars qumu ilə təmizlənməsi (qumrovçu) vəzifəsində, 25 fevral 1997-ci il tarixdən 22 fevral 2000-ci il tarixədək Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində asfalt–beton bişirən operator vəzifəsində işləmiş, 22 fevral 2000-ci il tarixdən 15 saylı Yol Tikinti İdarəsinin bazasında yaradılmış Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsinə köçürülmüş, 4 yanvar 2001-ci il tarixdə həmin idarə özəlləşdirilərək “Əli-Bayramlı Yol Tikinti-3” ATSC yaranmış və iddiaçı eyni vəzifədə həmin idarədə (sonradan Şirvan Yol Tikinti-3” ATSC olmuşdur) 17 oktyabr 2005-ci il tarixədək işləmişdir. İddiaçı əmək kitabçasını və digər sənədləri toplayıb ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə müraciət etmişdir. Lakin bu günədək ona həmin qurumdan cavab verilməmişdir. İddiaçı 15 mart 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 20 fevral 2005-ci il tarixdən, 50 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.5-ci bəndinə uyğun olaraq əmək haqqına əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsa slandırılmışdır ki, iddiaçı 11 aprel 1973-cü il tarixdən 17 oktyabr 2005-ci il tarixədək 32 il ümumi iş stajına malikdir. İddiaçı 1 avqust 1997-ci il tarixədək 20 il ümumi, o cümlədən 10 il xüsusi iş stajı toplamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə (“a” bəndi), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1991-ci il tarixli qərarına əsasən onun 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1991-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda 12100000 – 19568 kodla nəzərdə tutulmuşdur. İddianın maddi hüquqi əsa sı kimi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci və 60cı, 149-cu maddəsinin Vİİ hissəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 4.1, 5, 9.1, 21.1.7, 30.2, 31.1, 32, 37.7-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə, 17-ci maddəsinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-1605/2019 saylı iş) 30 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci hissəsinin tələbləri nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Biri nci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1957-ci il tarixdə doğulmuş iddiaçının 1 avqust 1997-ci il tarixədək 10 ildən çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 20 ildən artıq ümumi iş stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü, 17-ci və 67-ci maddələrinə müvafiq olaraq 50 yaşdan, yəni 13 may 2008ci il tarixdən yaranmışdır. Ona əmək pensiyası hesablanarkən həmin Qanunun 17-ci maddəsinin 5-ci hissəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci və 37.7-ci maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələbləri tətbiq olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi iş üzrə əsl cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X3 və X6, 2-1(103)-2301/2019 saylı iş) 7 noyabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 26 noyabr 2019-cu il tarixdə qərarın surətini almış, 10 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində özünün 11 aprel 1973-cü il tarixdən 30 avqust 1978-ci il tarixədək Əli Bayramlı DRES-in tərkibində fəaliyyət göstərmiş “Cənubxüsusienerji İdarəsinin” X9 və 30 avqust 1978-ci il tarixdən 26 dekabr 1996-cı il tarixədək Bakı Şimal DRES-in tərkibində fəaliyyət göstərmiş “Cənubxüsusienerjimühafizə” İdarəsinin Bakı sahəsində işləməsini qeyd etsə də iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Əksinə, cavabdeh orqan tərəfindən məhkəməyə sənədlər təqdim edilsə də, onlar 2 saylı İnzibati-İqtisad Məhkəməsi tərəfindən məhkəmə bax ışı zamanı nəzərə alınmamışdır. DSMF-nin Şirvan şöbəsindən verilmiş aktda həmin Yol Tikinti İdarəsində 25.02.1997ci il tarixdən 17.10.2005-ci il tarixdən həmin müəssisədə olan əmək stajı həmin dövrlərin əmək haqqı cədvəlləri və əmək kitabının müəssisədə mövcud olmaması qeyd edilmişdir. Müəssisənin iş fəaliyyətini, onun işləyib-işləməməsini və bu zaman işçilərinə əmək haqlarını ödəyib-ödəməməsini sübut edəcək əsas sənədlərin müəssisədə olmadığı bir vaxt üzərində sadəcə iddiaçıya aid olan qeydlərin qeyd edildiyi iki ədəd yazının mötəbər sənəd olaraq qəbul etmək olmaz. Həmçinin həmin qeydlərdə həm iddiaçının işə qəbulu tarixi onun əmək kitabçasında olan qeydlərdən müxtəlifdir. Verilmiş vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası “xxxx” ASC-nin “X4” MMC tərəfindən verilmiş 31 oktyabr 2019-cu il tarixli məktubda bildirmişdir ki, İddiaçı “X8 Stansiyası” MMC-də işləməyib. “Cənubxüsusienerji İdarəsi” və “Cənubxüsusienerjimühafizə İdarəsi” Əli Bayramlı DRES-in, yani indiki “X8 Stansiyası” MMC-nin tərkibində olmamışlar. Ona görə də İddiaçı 11.04.1973-30.08.1978 və 30.08.1978-26.12.1996-cı il dövrlərdə həmin idarələrdə işləyib-işləməməsi barədə məlumatları yoxdur. Bu cavab da öz növbəsində sübut edir ki, iddiaçı ona güzəştli əmək stajı verən işlərdə işləməmiş, mövcud olmayan müəssisələrdə işləməsi barədə əmək kitabçası adı ilə təqdim edilmiş “əmək kitabçasında” olan həmin mövcud olmayan müəssisələrdə işləməsi barədə qeydlər saxtadır. Beləliklə, yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olur ki, iddiaçının özünün güzəştli şərtlərlə pensiya almaq hüququnun olmasını qeyd etdiyi iddia ərizəsindəki “Cənubxüsusienerji İdarəsi” və “Cənubxüsusienerjimühafizə” İdarəsi mövcud olmamış, bununla əlaqədar şəxsin əmək kitabçasında qeyd edilən qeydlər qeyri-mötəbərdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə ola n redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin məzmunu aşağıda qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifəl ərin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarına görə 50 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahıda stajı 1997-ci ilin avqustun 1-dək 10 ildən, üm umi stajı 20 ildən az olmamalıdır. Cavabdeh iddiaçının iş yerinin mövcudluğu barədə mübahisə açaraq bildirmişdir ki, nəticədə onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməsi təsdiq edilmir. İşdə olan qüvvəyə minmiş məhkəmə qərarlarına görə iddiaçının işləmiş olduğu Cənub Xüsusi Enerji İdarəsi, onun Azərbaycan-Rusiya müştərək müəssisəsi və Bakı, Əli Bayramlı sahəsi mövcud olmuşdur. Həmçinin “xxxx” ASC “X4” MMC-nin 31 oktyabr 2019-cu il tarixli məktubunda “Cənubxüsusienerji” İdarəsi və “Cənubxüsusienerjimühafizə” İdarəsi Əli Bayramlı DRESin, yəni indiki “X8 Stansiyası” MMC-nin tərkibində deyil, onun ərazisində podratçı təşkilat kimi fəaliyyət göstərməsi qeyd edilmişdir. Belə olan halda iddiaçının işlədiyi müəssisənin mövcud olmaması ilə bağlı kassasiya şikayətinin dəlili əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nda göstərilən vəzifələrdə 1997-ci ilin avqust ayına qədər 20 ildən çox ümumi, 10 ildən artıq xüsusi stajı olmuşdur. Onun işlədiyi Cənub Xüsusi Enerji İdarəsinin Azərbaycan-Rusiya müştərək müəssisəsinin X9 və “Cənubxüsusienerjimühafizə” İdarəsinin Bakı sahəsində qumrovçu (metal və metal hissələrinin kvars qumu ilə təmizləyiciləri) vəzifəsi qeyd olunan Siyahının XXİİİ bəndinin (Ümumi peşələr) 16-cı yarımbəndində “metalın, metal hissələrinin və məmulatların quru kvars q umu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri (12100000-19568)” adı altında nəzərdə tutulmuşdur. Odur ki, xx xxxxxx 1957-ci il təvəllüdlü iddiaçının 20 fevral 2007-ci il tarixdə 50 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin iddiaçıya 50 yaşdan əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanunsuz olmuşdur. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarix li 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Əsasnamənin 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasında iş yeri kimi göstərilən X14 Tikinti-3 ATSC, Şirvan Yol Tikinti-3 ATSC-nin (1997-2005-ci illərdə) mövcudluğu işin 129-cu səhifəsində olan DSMFnin Şirvan şəhər Şöbəsinin 29 oktyabr 2019-cu il tarixli arayışı ilə yanaşı, işdə həmin ATSC tərəfindən təsdiq edilmiş iddiaçının işə girmə və işdən çıxma əmrləri ilə sübuta yetdiyindən iddiaçının 1997-2005-ci illərə aid iş stajının nəzərə alınmalı olmaması barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. İddia ərizəsində iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 20 fevral 2005-ci ildən, 50 yaşdan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.5-ci maddəsinə əsasən əmək haqqı əsasında pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçın ın şəxsiyyət vəsiqəsinə görə onun doğum tarixi xx xxxxxx 1957-ci ildir (səh.4), odur ki, onun 50 yaşı 20 fevral 2005-ci ildə deyil, 20 fevral 2007-ci ildə tamam olmuşdur. Əgər nəzərə alınsa ki, iddiaçının 50 yaşdan, yəni 20 fevral 2007-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır, onda onun pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun aparılacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci mad dəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Əgər iddiaçının pensiya hüququ 50 yaşının tamam olduğu 20 fevral 2007-ci ildə yaranmışsa, həmin vaxt qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinin müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bütövlükdə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi deyil, yalnız yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya nə qədər yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqı nda” Qanunun müddəaları əsasında müəyyən edilə bilər, yəni əmək haqqına əsasən pensiyanın hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 maddəsinə uyğun əmək haqqı əsasında hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Bununla belə, iddiaçının 2007-ci ildə pensiya hüququ yaranan zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun (1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğ un hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının b aza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Bəhs olunanlara əsasən iddiaçının əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranana zaman qüvvədə olmuş 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İddiaçıya 50 yaşının tamam olduğu vaxtdan pensiya təyin edilməsi vəzifəsini cavabdehə həvalə etməkdə məhkəmə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla pensiyanın təyin edilərək ödən ilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması” hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılaraq kassasiya şikayəti bu hissədə təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2301/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərarı“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla pensiyanın təyin edilərək ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qərar “İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti bu hissədə təmin edilməsin. Qərar qətid
Məhkəmə qərarları › İş №2-1(102)-450/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-450/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver