Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-450/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Xaçmaz rayonu Qobuqıraq Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının, baş yerquruluşu-təsərrüfat planından çıxarışın, alğı-satqı aktının və torpaq sahəsinin planı və ölçüsünün iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Xaçmaz rayonu Qobuqır aq Bələdiyyəsinə qarşı (üçüncü şəxs X2) “bələdiyyə qərarının, baş yerquruluşutəsərrüfat planından çıxarışın, alğı-satqı aktının və torpaq sahəsinin planı və ölçüsünün iddiaçılara verilməsi” tələblərinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 oktyabr tarixli, 2-1(105)-326/2020 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh iddiaçıların 2019-cu il 29 may tarixli müraciətinə 2019-cu il 01 iyul tarixli imtina məktubu ilə bildirmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə Xaçmaz rayonu Qobuqıraq Bələdiyyəsi arasında bağlanmış torpaqların alğı-satqısına dair aktların, 2004-cü il 21 iyul tarixli qərarların və 1:10000 və 1:200 0 miqyası ilə xəritələrin Qobuqıraq Bələdiyyəsinin arxivində olmadığı üçün torpaq sahələrinin yerləşdiyi ərazilərinin müəyyən edilməsi və həmin torpaq sahələrinin alğı-satqıdan əvvəl Qobuqıraq Bələdiyyəsinin mülkiyyətində olub-olmaması müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək hər birinə Qobuqıraq Bələdiyyəsi tərəfindən 2014-cü il 21 iyul tarixli, 08 saylı qərarla verilmiş 0.10 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişlər.
3. İddiaçılar tələblərini dəqiqləşdirərək iddiaçıların hər birinə Xaçmaz rayonu, Qobuqıraq Bələdiyyəsi tərəfindən 2004-cü il 21 iyul tarixli, 08 saylı qərarla verilmiş 0.10 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlərin, yəni Xaçmaz rayonu Qobuqıraq Bələdiyyəsinin torpaq sahəsinin iddiaçılara (İddiaçı1, İddiaçı3, İddiaçı2) satılması barədə 2004-cü il 21 iyul tarixli qərarının, Xaçmaz rayonu Qobuqıraq Bələdiyyəsi tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarışın, Azər baycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi (ləğv edilmiş) və Qobuqıraq bələdiyyəsi tərəfindən təsdiq edilmiş alğı-satqı aktının, torpaq sahəsinin planı və ölçüsünün (1:10000 və 1:2000 miqyas xəritələr) iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər. İddianın əsaslandırılması:
4. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasında Bələdiyyələr yaradılan zaman Xaçmaz rayonu Qobuqıraq kəndində də bələdiyyə yaradılmışdır. 2004-cü il 21 iyul tarixdə 08 saylı qərar ilə iddiaçılar Xaçmaz rayonu Qobuqıraq Bələdiyyəsi ilə bağladıqları alğı-satqı müqaviləsinə əsasən hər biri Qobuqıraq Bələdiyyəsindən 0,10 ha torpaq sahəsi almışdır. Lakin həmin dövrdə bələdiyyənin sədri iddiaçıların əmisi X2 olmuşdur. Əmiləri onlara Bələdiyyə ilə bağladıqları alğı-satqı müqaviləsini, alğı-satqı barədə qərarı verməmiş, tezliklə verəcəyini bildirmişdir. İddiaçılar da Bələdiyyə sədri əmiləri olduğundan sənədləri verəcəyindən arxayın olub, onu gözləmişlər. Dəfələrlə əmiləri yanlarına gələrək hər şeyin qaydasında olduğunu, sənədlərin onda olduğunu, narahat olmamalarını bildirmişdir. Lakin son bir neçə ildə iddiaçılar artıq görmüşlər ki, əmiləri onları aldadır, pulunu ödəyərək bələdiyyə ilə bağladıqları alğı-satqı müqaviləsi əsasında aldıqları torpaq sahələrini onlara vermir. Ona görə də iddiaçılar qeyd edilən torpaq sahələrinin alınması ilə bağlı sənədləri toplamağa başlamışlar. Qeyd edilən məsələ ilə bağlı Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsinə müraciət etmişlər. Qobuqıraq Bələdiyyəsinin 2018-ci il 25 sentyabr tarixli, 61 nömrəli cavab məktubunda İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qobuqıraq bələdiyyəsinin həyətyanı torpaq sahələrinin satışı üzrə qeydiyyat kitabında adlarına Qobuqıraq Bələdiyyəsinin 2004-cü il 21 iyul tarixli, 08 saylı qərarı ilə hər birinin adına 0,10 ha torpaq sahəsinin qeydiyyata alındığı göstərilmişdir. Bundan başqa Qobuqıraq bələdiyyəsi tərəfindən verilmiş 2018-ci il 12 oktyabr tarixli, 70 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin adına Qobuqıraq bələdiyyəsi tərəfindən 0,10 ha torpaq sahəsinə görə 2005-ci ildən 2018-ci ilədək hər birinə 1 manat illik torpaq vergisi hesablanmışdır. İddiaçılar ilə bələdiyyə arasında bağlanılan alğı-satqı müqavilələrinin verilməsi üçün müraciət etdikdə Qobuqıraq bələdiyyəsi tərəfindən onlara verilmi ş xx xxxxxxx 2018-ci il tarixli 70 nömrəli məktubda göstərilmişdir ki, ayrılmış torpaq sahələrinə dair qərarların surətləri Qobuqıraq bələdiyyəsinin arxivində yoxdur. Bundan sonra iddiaçılar onlarla bağlanmış alğı-satqı müqavilələrinin surətlərinin verilməsi üçün Xaçmaz rayon Dövlət Arxivinə müraciət etmişlər. Xaçmaz rayon Dövlət Arxivindən verilmiş 2019-cu il 13 mart tarixli 256 nömrəli məktubda Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsinin sənədlərinin arxivə təhvil verilmədiyi göstərilmişdir. Bundan sonra iddiaçılar qeyd edilən alğı-satqı müqaviləsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində olub-olmaması barədə sorğu ilə müraciət etmiş, verilmiş cavabda onlarla Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsi arasında torpaq sahələrinin alğı-satqısına dair bağlanmış sənədlərin aşkar olunmaması qeyd edilmişdir. Bu ndan sonra iddiaçılar bələdiyyə ilə aralarında torpaq alğı-satqısı zamanı ödənilmiş dövlət rüsumunun surətinin alınması ilə bağlı Azərbaycan Respublikası Beynəlxalq Bankına müraciət etmişlər. Onlara verilmiş cavabda 2013-cü ilə kimi ödəniş qəbzlərinin saxlanılmadığı qeyd edilmişdir. Bundan başqa iddiaçılar Xaçmaz rayonu Hülövlü kənd icra nümayəndəliyindən adlarına təsərrüfat başına kitabda torpaq sahəsinin olub-olmaması barədə verilmiş sorğuya cavabda Xaçmaz rayonu Hülövlü kənd icra nümayəndəliyinin 2006-2010-cu illərə aid təsərrüfat başına kitabda hər birinin adına 0,10 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İddiaçılar sonradan torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasına əsas olan sənədlərin verilməsi üçün Qobuqıraq bələdiyyəsinə müraciət etmişlər. Bələdiyyədən verilmiş cavabda onlarla Bələdiyyə arasında bağlanmış.2004-cü il 21 iyul tarixli qərarların və aktların, 1:10000 və 1:2000 miqyas xəritələrin Qobuqıraq bələdiyyəsinin arxivində olmaması bildirilmişdir. Qobuqıraq bələdiyyəsinin keçmiş sədri olmuş əmiləri Vaqif Seyidəliyev müqaviləni arxivə təhvil vermədiyindən onlar özlərinə məxsus torpaq sahələrinə çıxarış almaq üçün sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim edə bilməmişlər. İddiaçılar torpaqlara dair vergiləri ödəniş etmiş, lakin 2004-cü ildən bu vaxta kimi torpaqlarından istifadə edə, özlərinə fərdi yaşayış evi tikə bilməmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Ca vabdeh iddiaya etirazda bildirmişdir ki, iddiaçılar X4, X3, X1 hər birinə 2004-cü il 21 iyul tarixli qərara əsasən 0,10 ha torpaq sahəsinin satılması barədə müvafiq sənədlər o dövrdə mövcud olan Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Xaçmaz rayon Şöbəsində qeydiyyatdan keçirilərək, əsli iddiaçılara verilməli idi. Surətlər isə 1 nüsxə DT və XKnin Xaçmaz rayon Şöbəsinin, digər nüsxə isə Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsinin arxivində saxlanılmalı idi. Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsinin sədri 2005-ci ildən fəaliyyət göstərir. Bələdiyyə sədri kimi fəaliyyətə başladığı dövrdə həmin nüsxələr ona təhvil verilməmişdir və bələdiyyənin arxivində mövcud deyildir. Ona görə də Xaçmaz rayonu Qobuqıraq bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsinə əsas olan sənədlərin iddiaçılara təqdim olunması mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-117/2020 saylı, 2020-ci il 16 mart tarixli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların hər birinə ayrılmış 0.10 ha torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olan sənədlər nə iddiaçılarda, nə bələdiyyədə, nə də dövlət arxivində mövcud deyildir. Bu halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
8. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 oktyabr tarixli, 2-1(105)-326/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, bələdiyyə bizə məxsus sənədlərin ve rməməklə hərəkətsizlik edir, həmin sənədlərin saxlanılması bələdiyyənin səlahiyyətinə aid olduğundan, bələdiyyə bundan imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Sumqayıt Apellyasiya Məhkəməsi iddianı rədd edərkən İPM-in 34.1-ci maddəsinə istinad etsə də hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, id diaçılar torpaq sahələrinin onlara satılmasına dair sənədləri şəxsdən deyil, torpaq sahəsini iddiaçılara satmış bələdiyyədən tələb etmişdir. Bələdiyyə sədri istənilən vaxt dəyişilə bilər, lakin bələdiyyə onun, qəbul etdiyi qərarlar və hərəkətlər dəyişilmir, müvafiq bələdiyyədə qalır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə iddiaçılar apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının mübahisələndirilən hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
18. İşdən göründüyü kimi, cavabdeh iddia olunan sənədlərin mövcudluğunu deyil, onda olmadığın bildirmişdir. Cavabdeh torpaq sahəsinin satılmasını mübahisələndirmir. Belə ki, iş materiallarında olan Qobuqıraq Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 61 nömrəli arayışda İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qobu-Qıraq bələdiyyəsinin həyətyanı torpaq sahələrinin satışı üzrə qeydiyyat kitabında adlarına Qobuqıraq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarı ilə hər birinin adına 0,10 ha torpaq sahəsinin qeydiyyata alındığı göstərilmişdir.
19. Qobuqıraq Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, 70 nömrəli arayışda isə göstərilmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin adına Qobu-Qıraq bələdiyyəsi tərə findən 0,10 ha torpaq sahəsinə görə 2005-ci ildən 2018-ci ilədək hər birinə 1 manat illik torpaq vergisi hesablanmışdır.
20. Göründüyü kimi cavabdeh, məlum məsələ üzrə bələdiyyədə olan məlumatlara əsasən sənəd təqdim edir, lakin həmin torpaq sahəsinin satılmasına dair hüquqmüəyyənedici sənədlərin onda olmamasını bildirir. Başqa sözlə, cavabdeh sənədləri verməkdən imtina etmir ki, hazırda da bu öhdəlik məcburi qaydada onun üzərinə qoyulsun.
21. Eyni zamanda iddiaçılar Xaçmaz rayonu Qobu-Qıraq Bələdiyyəsi tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat planından çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsini istəyirlər ki, bələdiyyə bununla bağlı bildirmişdir ki, həmin alqı-satqı aktları bələdiyyənin arxivində olmaması səbəbindən torpaq sahələrinin yerləşdiyi ərazilərin müəyyən edilməsi mümkün deyildir.
22. Beləliklə, iddia olunan sənədlərin cavabdehdə olduğu təsdiq olunmadığından, cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəlik qoyula bilməz.
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 oktyabr tarixli, 2-1(105)-326/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov