Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-450/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanmasından imtina, əmək kitabçasındakı qeydlərin mötəbər olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind ə Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-ci il tarixli, 2-1(103)-911/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən o, 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin tarixsiz arayışında, əmək haqqı barədə tarixsiz arayışında da iddiaçının 1991-ci ildən 1993-cü ilə qədər həmin ticarət birliyində işləməsi və həmin dövrdə əmək haqları alması göstərilmişdir.
2. İddiaçı hərbi xidmətdə olan zaman xəsarət alaraq əlil olmuşdur. 1994-cü ildə ona İİ qrup, 2003-cü ildən isə İ qrup əlillik dərəcəsi müəyyən edilmişdir, iddiaçıya 1994-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
3. Şəki şəhər Əmək və Sosial Müdafiə Mərkəzinin əməkdaşları və Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin baş mühasibinin iştirakı ilə tərtib edilmiş akta əsasən iddiaçının əmək haqqı haqqında arayışın düzgünlüyü yoxlanılmış, aktda arayışın düzgün olması, iddiaçının 1991,1992,1993-cü illərdə aldığı əmək haqlarının məbləği göstərilmişdir.
4. İddiaçı qeyd edilən sənədləri əsas kimi təqdim edərək cavabeh inzibati orqana 25.09.2019-cu il tarixli ərizə ilə müraciət etmiş, 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməsini iddia edərək həmin müddətin sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
5. Cavabdeh 25.09.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən vətəndaşların pensiya hesablanması zamanı orta aylıq əmək haqqı nəzərə alınmır. Bu səbəbdən 1991-1993-cü illərin yenidən haqq hesab edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Məmmədrəsul oğlu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Şəki şəhəri, Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər işlədiyi dövrün sığorta stajına daxil edilərək təyin edilmiş pensiyasının həmin illər üzrə orta aylıq əmək haqqında uyğun yenidən hesablanması və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 26.09.1994-cü ildən hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar İ qrup ömürlük əlildir.Lakin ona əlilliklə bağlı pensiya təyin edilərkən 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməsi nəzərə alınmamış, həmin müddət cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməmiş, onun pensiyası həmin müddətdə aldığı əmək haqqı nəzərə alınmadan hesablanmışdır.İddiaçı 21.01.2003-cü ildən İ qrup əlildir, müharibə veteranıdır.Onun Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməsi əmək haqqı barədə arayış, akt, əmək kitabçası kimi təsdiqedici sənədlərlə təsdiqlənir.Cavabdeh tərəfindən həmin sığorta stajı dövrünün nəzərə alınsa idi ona 908,40 manat pensiya təyin edilərdi, lakin hazırda həmin sığorta stajı dövrü nəzərə alınmadığı üçün iddiaçının pensiyası 298,65 manat təşkil edir. İddiaçı cavabdehə 01.01.1991-ci ildən 01.01.1993-cü ilə qədər olan müddət ərzində Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyində işləməsi nəzərə alın maqla pensiyasının yenidən hesablanması barədə müraciət etsə də müraciəti təmin edilməmişdir
8. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1443/2020 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbinin təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında, Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin arayışında, əmək haqqı haqqında arayışında iddiaçının 1991-ci ildən 1993-cü ilə qədər həmin ticarət birliyində işləməsi və həmin dövrdə aldığı əmək haqlarının məbləği göstərilsə də, həm cavabdeh tərəfindən təqdim edilmiş, həm də məhkəmənin sorğusuna cavab olaraq verilmiş X1 “Azərittifaq” Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №-li, 24.09.2020-ci il tarixli məktubu ilə və həmin məktuba əl avə edilmiş sənədlərlə məcmu şəkildə qiymətləndirildikdə iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinə aradan qaldırılmaz şübhələr yaranmışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-ci il tarixli, 21(103)-911/2021 nömrəli qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Səadət Bəktaşi və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1443/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-c i il tarixli, 2-1(103)-911/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı məhkəməyə əmək kitabçası təqdim etsə də, məhkəmə heç bir əsas olmadan onu mötəbər hesab etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayəti belə əsaslandırmışdır ki, iddiaçı 1991-1993-cü illərdə aldığı əmək haqqı məbləğlərini təsdiq edən sənəd qismində tarixi məlum olmayan əməkhaqqı barədə arayış təqdim etmiş və həmin məbləğlər nəzərə alınmaqla ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən aparılmış araşdırmalar nəticəsində isə həmin arayışın mötəbər olmadığı aşkar edilmişdir. Araşdırmalar zamanı aşkar olunmuşdur ki, həmin müəssisə hazırda fəaliyyət göstərmir və onun arxiv sənədləri Şəki Rayon Kooperativlər Cəmiyyətinə təhvil verilmişdir. Həmin Cəmiyyət tərəfindən DSMF-nin Şəki şəhər filialının sorğusuna ünvanlanmış cavab məktubunda isə bildirilmişdir ki, iddiaçının adı Cəfərabad istehlak Cəmiyyətindən M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyinə köçürü lən işçi qulluqçuların adlı siyahısında müəyyən edilməmişdir. İddiaçının 01.01.1991-ci ildən 01.02.1993-cü il tarixinədək dövr ərzində əmək münasibətləri barədə M.Əsədov adına Qəsəbə Təsərrüfat hesablı Ticarət Birliyinin sərəncam və əmrlərində qeydlər aşkar edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (-) 17. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydaları
3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-)
18. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyinə düzgün hüquqi qiymət verilməmişdir.
23. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında, iddiaçının təqdim etdiyi Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin əmək haqqı və məvacib alması haqqındakı arayışlarında iddiaçının 1991-ci ilin yanvar ayından Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərr üfat hesablı ticarət birliyində işləməyi göstərilsə də Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubunda Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin 28.04.1992-ci ildə, yəni iddiaçının işə qəbul edilməsindən 1 il 3 ay sonra yaradılması göstərilmişdir.
24. Bundan əlavə Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubuna əsasən 1991-1992ci illərdə İddiaçı Məmmədrəsul oğlunun əmək münasibətləri barədə qeydlər Şəki rayon Kooperativlər Cəmiyyətində mövcud olan Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinə aid olan sərəncam və əmr kitablar ında aşkar edilməmişdir.
25. Məhkəmə tərəfindən Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubuna əlavə edilmiş əmrlər kitabına baxış keçirildikdə də Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin işçi heyəti sırasında iddiaçının adı, soyadı aşkar edilməmişdir. Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Şəki rayon Kooperativlər Cəmiyyətinin 45 №li, 24.09.2020-ci il tarixli məktubuna əlavə edilmiş və iddiaçının özünün də təqdim etdiyi əmək haqlarının hesablanması kitablarının səhifələrində İddiaçı adı, soyadı göstərilsə də, onun soyadının pozulmuş soyadın üzərinə yazılması müəyyən edildiyindən qeyd edilən əmək haqlarının hesablanması barədə sənədlərin də etibar lılığı şübhə doğurur.
26. Cavabdeh tərəfindən təqdim edilmiş Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin kiitablarının səhifələrində (1992-ci ilin may-iyul, 1993-cü ilin yanvar dövrləri üzrə) iddiaçı haqqında heç bir məlumat yoxdur. İddiaçının təqdim etdiyi 24.06.2003-cü il tarixli və tarixsiz, Şəki şəhər ƏSMM və Şəki rayonu Cəfərabad İstehlak Cəmiyyəti M.Əsədov adına qəsəbə təsərrüfat hesablı ticarət birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda iddiaçıya verilmiş əmək haqqı arayışının düzgün olması və 1991-1993-cü illərdə əmək haqqı aldığı əmək haqlarının məbləğləri göstərilsə də, bu halların hansı sənədlər əsasında müəyyən edilməsi həmin aktlarda göstərilməmişdir. Eyni zamanda, həmin aktlar da ziddiyyətlidir. Belə ki, 24.06.2003-cü il tarixli aktda iddiaçının 1993-cü ildə əmək haqqı alması göstərilsə də, tarixsiz aktda iddiaçının 1993-cü ildə yanvar ayında qazandığı əmək haqqının aşkar edilmədiyi qeyd edilmişdir ki, bütün bunlar da yenə də həmin aktların da etibarlılığını şübhə altına alır.
27. Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiyanın yenidən hesablanmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.
28. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 10.09.2021-ci il tarixli, 2-1(103)-911/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-ci il tarixli, 21(103)-911/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.