Məhkəmə qərarları › İş №2-1(102)-450/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-450/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-450/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-397/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən xx.xx.2018-ci il tarixdə göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə baxılaraq “xəstəlik əlilliyin qiymətləndirilməsi üçün əsas vermir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur.

2. İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə əlillik vəziyyəti ilə bağlı müvafiq tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilərək, TSEK-ə göndərilmiş, onun tərəfindən isə iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək “əlavə müalicəyə ehtiyacının olması” səbəbi ilə əlilliyin təy in edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “2020-ci ilin dekabr ayından müddətsiz əlilliyin təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin fevral ayında ürək çatışmazlığı ilə İran İslam Respublikasına aparılmış və orada açıq ürək əməliyyatı keçirmişdir. Lakin xəstəliyi tam müalicə etmək mümkün olmadığından və vəziyyəti ağırlaşdığından 28 fevral 2014-cü il tarixdən 11 mart 2014-cü il tarixədək Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə olunmu şdur. 2017-ci ildə o, miokard infarktı keçirmiş və 14 dekabr 2017-ci l tarixdən 19 dekabr 2017-ci il tarixədək “Mediland” Hospitalda stasionar müalicə almışdır. 2018-ci ildə Respublika Diaqnostika Mərkəzində stendləşmə əməliyyatı keçirmiş, bundan sonra mütəmadi olaraq ambulator və stasionar müalicələrdə olmuşdur. Xəstəliyinin tam sağalması mümkün olmadığından 2018-ci ildə onu Quba rayon X3 Məsləhət Komissiyası müvafiq göndərişlə Tibbi-Sosial Ekspert Komissiyasına göndərmişdir. Lakin ona imtina cavabı verilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində yenidən açıq ürək əməliyyatı keçirmiş, nəticədə ürəyində dörd damar dəyişdirilmişdir. Göndərişə əsasən onun xəstəliyi sağalmazdır. Lakin yenə də cavabdeh tərəfindən ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Hal buki, ona qoyulmuş diaqnoz qan dövranı sisteminin və ürək damar sisteminin pozğunluqları xəstəlikləri bölməsinə daxildir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX:infarktdan sonraki kardioskleroz (2017) "Koronar angioplastika " əməliyyatindan sonraki vəziyyət (xx.xx.2018)."qalxan aortanin replastikasi və aortal qapağın protezlənməsi əməliyyatindan sonraki vəz.(2014 )Durğunluq ürək çatmamazlığı, QDÇ İİ f.s (NYHA); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün vacib olan xəstəliyin ağırlaşması kimi göstərilən QDÇ İİ fs əlilliyin qiymətləndirilməsi üçün əsas vermir.” səbəbi ilə imtina verilmişdir.

6. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX stabil gərginlik stenokardiyası lll-İV fs.Aterosklerotik infarktdan sonraki kardioskleroz. Arterial hipertenziya İ dərəcə çox yüksək risk QDÇ İ m; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiya cın olması - Səbəb: Əlavə stasionar müalicəyə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2004/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində verilmiş göndərişin natamam doldurulması və ya onun əlavə müalicəyə ehtiyacının olması ona əlilliyin təyin olunmasından imtina üçün əsas ola bilməz. Cavabdeh orqan real olaraq onun səhhətini qiymətləndirərək ona əlilliyin təyin edilməsi məsələsinə qiymət verməlidir. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi -Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (TSEK) tərəfindən iddiaçının barəsində keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanunsuz hesab edilməli və iddiaçıya Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyin edilməlidir. İddiaçının əlilliyin 2020-ci ilin dekabr ayından təyin edilməsi barədə tələbini əsassız hesab edir. Belə ki, iddiaçı bununla bağlı iddia tələbini əsaslandırdığı halları məhkəməyə təqdim edə bilməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2 -1(105)-397/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya münasibətdə müvafiq tibb müəssisəsi tərəfindən göndərişin rəsmişləşdirilməsi və verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş həmin əsaslardan hər hansı birinin olması halı aşkar edilməmişdir. Halbuki, buna hüququ olan tibb müəssisələri tərəfindən müvafiq göndəriş yalnız həmin əsaslar olduğu halda verilir və əlilliyin qiymətləndirilməsi də həmin göndəriş əsasında həyata keçirilir. Hazırki halda isə göndərişin verilməsinə əsas olan halın müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tari xli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qaydaların 1.5.2-1.5.5-ci bəndlərdə qeyd edilən əsaslar ümumiyyətlə iddiaçıya aid olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının həmin xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması halı müəyyən edilməmişdir. İddiaçının qeydiyyatda olduğu xəstəxanaya, habelə müalicə aldığı müvafiq xəstəxanalara sorğu ünvanlanmış, həmin sorğulara verilmiş cavab məktubları əsasında isə iddiaçının müvafiq göndərişin rəsmiləşdirildiyi xx.xx.2021-ci il tarixə qədər dövrdə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fas ilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması halı müəyyən edilməmişdir. İddiaçının qanunvericiliklə tələb olunan müddətdə ambulator və ya stasionar müalicə alması və həmin xəstəliyinin yenə də davam etməsi halının müəyyən edilməsi mümkün olmamışdır

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, diaqnozla bağlı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: 2.2.1-ci bəndinə əsasən əlillik təyin edilməli olduğu halda cavabdeh orqan tərəfindən əlavə müalicəyə ehtiyacı olması qeyd edilmişdir. Hansı ki bu hallarda əlavə müalicə olunsa belə xəstəlik azala bilməz. İddiaçının sağalması mümkün deyildir. Göründüyü kimi, bütün bunlar aydın olduğu halda məhkəmə işin faktiki halları ilə əlilliyin təyin olunması meyarlarını müqayisə etməmiş, işin faktiki hallarına qiymət verməmiş, ən azından şübhə doğuracaq bir məqam olduğu halda, ekspertiza təyin edə bildiyi halda, mübahisəni həll etmək əvəzinə, iddia tələbini rədd etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiz iki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərə findən həmin gün göndəriş tərtib edilir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikay ət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apell yasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etm işdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş T463/2022 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba rayon Mərkəzi xəstəxanasında tərtib edilmiş göndərişdə qeyd edilən “ÜİX: stabil gərginlik stenokardiyası İ1İ-İV f/s, aterosklerotık infarktdan sonrakı kardioskleroz, arterial hipertenziya İ dərəcə çox yüksək risk, QDÇ İ m” diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəksə də əyanı müayi nədə aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 saylı Qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. Tibb müəssisəsindən Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarına uyğun “orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddətinin təyini”nə baxılması üçün yeni forma №-088 rəsmiləşdirildikdən sonra dəyərləndirilməlidir 24. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması və şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) göndəriş verilməsi üçün əsaslardır.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının əlilliyin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi əsasında ap arıldığından, iddiaçıya münasibətdə müvafiq tibb müəssisəsi tərəfindən göndərişin rəsmiləşdirilməsi və verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslardan hər hansı birinin olması halı aşkar edilmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur.

26. Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının tibb müəssisələrində müayinə və müalicə olunduğuna dair sənədlər məhkəməyə təqdim etmişdir. Lakin iddiaçı barədə sonuncu göndərişin xx.xx.2021-ci il tarixdə verildiyi nəzərə alındıqda, qeyd olunan tarixdən sonrakı müayinə və müalicələrə dair verilmiş və inzibati icraat zamanı araşdırma predmeti olmamış həmin sənədlərə hazırkı məzmunda iddianın əsası kimi istinad oluna bilməz. Belə ki, həmin sənədlərdəki məlumatlar ilk növbədə, inzibati orqan ( göndərişi verən tibbi müəssisəsi və tibbi-sosial ekspert komissiyası) tərəfindən diskresion səlahiyyətlər çərçivəsində yoxlanılmalı və qiymətləndirilməlidir. Başqa sözlə, sonuncu göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən sonrakı müayinə və müalicələrin nəticələrinə dair sənədlər, bunun üçün əsaslar olduğu halda, yeni məzmunda göndərişin verilməsinin əsası kimi çıxış edə bilərlər.

27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-397/2023 nömrəli qərarı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar