Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4505/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə plan ölçü sənədinin, yerləşmə cizgisinin tərtib edilməsi, işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin planölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1999-cu il tarixli, ** nömrəli sərəncamına əsasən X1 0,0115 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə ona yaşayış evi tikməyə icazə verilmişdir.
2. Abşeron rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə X3 ##.##.1994-cü il tarixli, ** saylı əmri ilə qəsəbə daxilində boş istifadəyə yararsız torpaq sahələri və Abşeron rayon İcra Hakimiyyəti başçısının ## ######## 1992-ci il tarixli, *** saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 37,7 ha torpaq sahəsində X1 torpaq sahəsi ayrılmış və yaşayış evi tikməsinə icazə verilmişdir.
3. Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Ərazi İdarəsinə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə ##.##.2023-cü ildə vəfat etmiş X1 miras əmlakını qəbul etmək üçün ərizə ilə müraciət edən vərəsəsi - oğlu - İddiaçı adına Abşeron rayonu, Saray qəsəbəsi, Südçülük Sovxozu ərazisində 0,0115 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.
4. İddiaçı ərizə ilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək, torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsini xahiş etmişdir.
5. Abşeron Rayon İcra Hakimiyyəti ##.##.2025-ci il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının müraciətində qeyd olunan məsələ ilə bağlı arxiv sənədləri və yerquruluşu planı təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1999-cu il tarixli, ** nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1999-cu il tarixli, ** nömrəli sərəncamı ilə X1 ayrılmış 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1999-cu il tarixli, ** nömrəli sərəncamına əsasən X1 0,0115 ha torpaq sahəsi ayrılmışdır. X1 ##.##.2023-cü ildə vəfat etmiş, Sumqayıt Asan Xidmət mərkəzində miras əmlakın qəbul edilməsi ilə əlaqədar İddiaçı ərizəsi qəbul edilmişdir. ##.#.2025ci il tarixli Abşeron rayon Dövlət Arxivinin arxiv çıxarışına əsasən ##.##.1999-cu il tarixli, ** saylı sərəncamına əsasən X1 0,0115 ha torpaq sahəsi ayrılmışdır. Lakin əmrə ayrıc aktı və ilkin baş plan daxil edilməmişdir. Ayrılan torpaq sahəsinin mövcud istifadə vəziyyətinə dair ərizə ilə müraciət edilsə də, ##.##.2025-ci il tarixdə aidiyyəti olmayan cavabla ərizəyə baxılmasından imtina edilmişdir. Torpaq sahəsinin ayrılması barədə sərəncamın qəbul edildiyi tarixdə qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarə edilməyən dövlət orqanlarını, müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
9. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "torpaq sahəsinin yerquruluşu planı” adlanır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1999-cu il tarixli, ** nömrəli sərəncamı ilə X1 ayrılmış 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) hazırlanaraq iddiaçı İddiaçı verilməsi öhdəliyi cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçının mərhum atasına ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2012ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri baxımından cavabdeh tərəfindən torpaq sahəsi ayrılan zaman onun ayrıc aktı olmalı və həmin akt sərəncama əlavə edilməli idi. Yəni iddiaçı həmin ayrıc aktını tələb etməkdə haqlıdır. Torpaq sahəsi iddiaçının atasına naturada təhvil verilmiş olsa da, sözügedən sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən ayrılmış torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməsində dair isə heç bir sübut işə əlavə edilməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Toğrul Axundovməruzəçi,
13. Hökümə Babayeva və Vahid Hacıyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən cavabdeh orqanın üzərinə iddiaçıya müvafiq sənədlərlə ayrılmış torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyi qoyulmuşdur. Halbuki qanunla cavabdeh orqanın ayrılmış torpaq sahəsinə dair cizgi vermək öhdəliyi müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1999-cu il tarixli, ** nömrəli sərəncamının qəbul edildiyi tarixdə qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaq sahəsi istinad edilən sərəncama əsasən iddiaçının mərhum atasına naturada təhvil verilmiş olsa da, sözügedən sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən ayrılmış torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməsində dair isə heç bir sübut işə əlavə edilməmişdir. Hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından cavabdeh orqan torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə haqlı sayıla bilməz
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a. kassasiya şikayətinin dəlilləri
16. İddia tələbi ümumiyyətlə yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xaricindədir. Belə ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
17. Torpaq sahələrinə görə plan və ölçü sənədinin verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətinə aid edilmişdir. Qərar qəbul edilərkən məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamışdır və cavabdeh Abşeron RİH-in üzərinə iddia tələbinə müvafiq olaraq öhdəliyin qoyulması barədə qərar qəbul edilmişdir
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
19. ## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüş Azərbaycan Respublikasının # ###### 1991-ci il tarixli Torpaq Məcəlləsi: 14-cü maddə. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddə. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər X6 səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər X6 öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. 29-cu maddə. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 56-cı maddənin 1-ci bəndi. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 56.6-cı maddə. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. 57-ci maddə. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, mübahisələndirilən qərar ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
25. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
26. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1999-cu il tarixli, ** nömrəli sərəncamına əsasən atası X1 ayrılmış 0,0115 ha həyətyanı torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsindən ibarətdir.
27. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda Abşeron rayon İcra Hakimiyyətinin hazırda torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi səlahiyyəti olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməli olmasına dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşarkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan Torpaq Məcəlləsinin istinad edilən normalarına görə, vətəndaşlara torpaq sahəsinin verilməsi X6 (yerli icra hakimiyyətlərinin) qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat
28. quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək rayon, şəhər X6 səlahiyyətinə aid məsələ olmuşdur.
29. Ali Məhkəmənin inzibati kollegiyası ümumilikdə torpaq sahələrinə dair cizgi və xəritədən çıxarışın verilməsinin yerli icra hakimiyyətlərinin vəzifəsi olması ilə razılaşaraq bildirir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (V.S.Quliyevin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- ****/**** nömrəli, ## ###### 2022-ci il tarixli; R.N.Nəcəfovun Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə *-*(***)-****/**** nömrəli, ## ####### 2023-cü il tarixli; R.N.İsmayılovun Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- ****/**** nömrəli, ## ######## 2023-cü il tarixli; S.H.Abdulovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə *- *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli; S.T.Rəhimovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- *(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli; N.R.Əliyevin Xəzər rayon İcra Hakimiyyətinə qarşı iş üzrə *-*(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli; N.M.Eyvazovun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- ****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.
30. Bununla belə, məhkəmə kollegiyası hazırkı işin hallarına münasibətdə məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün halların araşdırılmadan cavabdehin üzərinə bu öhdəliyin qoyulması ilə razılaşmır.
31. İş materiallarından müəyyən edilir ki, iddiaçının atasına torpaq sahəsi 1999-cu ildə ayrılmışdır. Məhkəmə rəsmi sənədlə ayrılmış torpaq sahəsinin iddiaçının (atasının) faktiki istifadəsində olub-olmaması dəqiqləşdirilməmiş, faktiki istifadəsində torpaq sahəsi olduğu halda həmin torpaq sahəsinin ## ###### 1999-cu il tarixli qərara əsasən ayrılan torpaq sahəsi olubolmaması müəyyənləşdirilməmişdir. Bundan başqa, iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində hər hansı mübahisəli halın (reyestr xidmətindən torpaq sahəsinin yüklü) olub-olmaması da müəyyən edilməmişdir.
32. Kollegiya razılaşır ki, torpaq ayrılan zaman ayırmanı həyata keçirən orqanın əsas öhdəliyindən biri də ayrılmış sahənin naturada yerləşmə vəziyyətini müəyyənləşdirməyə imkan verən müvafiq cizginin tərtib edilməsi olmuşdur. Belə ki, torpaq ayırma vahid bir proses kimi ayrılma barədə qərarla yanaşı, həm də ayrılmış sahənin naturada yerləşmə vəziyyətini müəyyənləşdirməyə imkan verən müvafiq cizginin tərtib edilməsini ehtiva edir. Bununla yanaşı, ayrılma zamanı həmin cizginin tərtib edilməməsi sonradan tərtib edilmə imkanını da istisna etmir. Sonradan tərtib edilmə zamanı həlledici olan ayrılmış sahənin naturadakı yerini düzgün müəyyənləşdirməkdir. Cizginin tərtib edilməsi öhdəliyinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulması məhkəmə icraatında ayrılmış yerin müəyyənləşdirilməsindən asılıdır. Bunun üçün isə bütün mümkün düzünə və dolayı sübutların məcmusuna qiymət verilməlidir. Həmin sübutlar, ilk növbədə, inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım qaydasında əldə edilən, eləcə də iddiaçı tərəfindən təqdim olunan və məhkəmə tərəfindən xidməti vəzifəsinə görə toplanılan mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərinə cavab verən düzünə və dolayı sübutların məcmusundan ibarət ola bilər. İddia olunan torpaq sahəsini mövcudluğu yoxlanılmalı, zəruri olarsa tərəflərin, ərazi icra və bələdiyyə nümayəndəsinin iştirakı ilə həmin torpaq sahəsinə baxış keçirilməli, torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğu, torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçının atasına məxsusluğu araşdırılmalıdır.
33. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Abşeron rayon İcra Hakimiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.