Məhkəmə qərarları › İş №2-1(102)-451/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-451/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-451/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-451/2020) (Açar sözlər: aktın qismən etibarsız hesab edilməsi, mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövl ət Layihə İnstitutuna qarşı (üçüncü şəxs: Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) “aktın qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli 2-1(103)2205/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş 2018-ci il 3 mart tarixli aktın qismənünvan 1 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə aid hissəsində etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 iyul tarixli 2-1(81)-2358/19 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli 2-1(103)-2205/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli, 136 №-li Qərarında Az ərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi inzibati orqan kimi müəyyən edilsə də, onun nəzdində olan “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu inzibati orqan kimi müəyyən edilməmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən və iddiaçı tərəfindən mübahisələndirilən aktın məzmunundan görünür ki, həmin akt qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmışdır, iddiaçı da həmin şəxslərin arasındadır. Digər tərəfdən, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatında” “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərin də inzibati orqan hesab edildiyi nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 2017-ci il 12 yanvar tarixli, 34/00074 saylı tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 2018-ci il 3 mart tarixli akt inzibati orqan tərəfindən verilmiş, o cümlədən iddiaçının da hüquqlarını və qanunla qorunan maraqlarını pozan inzibati aktdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamışdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılma sının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 36-cı maddəsinin müddəalarına əsasən,...tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1)....tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2)....tanınma haqqında iddia iddiaçın ın həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər (36.3). İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia üzrə qərarın qəbulu üçün xüsusi mümkünlük şərtləri baxımından iddiaçının müəyyən etmə marağı ondan irəli gəlməlidir ki, o, inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. Lakin iddiaçı bu məzmunda iddianı o halda irəli sürə bilər ki, istinad etdiyi nəticələr onun subyektiv hüquq sferasına aid olsun. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 2017-ci il 12 yanvar tarixli, 34/00074 saylı tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 2018-c i il 3 mart tarixli akt inzibati orqan tərəfindən verilmiş, o cümlədən iddiaçının da hüquqlarını və qanunla qorunan maraqlarını pozan inzibati aktdır. Məhkəmə kollegiyası razılaşır ki, tikilinin texniki vəziyyətinə dair tərtib edilmiş, tikinti üzrə mütəxəssis rəyini əks etdirən “Akt”ın məzmununa həmin tikiliyə (onun tərkib hissəsinə) əşya hüququ olan iddiaçının marağı ola bilər və ya mövcuddur. Məhkəmə kollegiyası, həmçinin razılaşır ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatında” “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərin də inzibati orqan hesab edildiyi nəzərdə tutulmuşdu r. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı məzmunda iddianın mümkünlüyü üçün iddiaçının etibarsızlığının tanınmasını t ələb etdiyi “Akt” müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən qəbul edilmiş olsun və həmin “Akt” “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati akt keyfiyyətinə malik olsun. Hazırkı halda, cavabdeh “Azərdövləttikintilayihə” İnstitutu (iddiaçının iddia etdiyi “Akt”a münasibətdə) “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulan inzibati orqana aid şərtləri, həmin İnstitutun mütəxəssisləri tərəfindən tikilinin texniki vəziyyətinə dair tərtib edilmiş, tikinti üzrə mütəxəssis rəyini əks etdirən “Akt” isə həmin Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir. Apel lyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli 2-1(103)-2205/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar