Məhkəmə qərarları › İş №2-1(102)-451/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-451/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-451/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 64 yaşdan əmək pensiyasının təyin edilməsi, iş stajının əmək kitabçasındakı qeydlərə əsasən sığorta stajına daxil edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı İddiaçı, cavab dehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxs 1 saylı regional ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-362/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur.

2. Əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı 18.04.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, o cümlədən 17.12.1975-ci ildə Baş Apteklər İdarəsinin Sumqayıt Aptek Bazasına (склад Сумгаитский, Главное Аптечное Управление(ГАПУ)) sürücü vəzifəsinə işə qəbul edilmiş, 29.12.2006-cı il tarixədək həmin idarədə işləmişdir. İddiaçı işdən çıxarılarkən idarənin adında olan dəyişikliklə əlaqədar Əczaçılıq və Tibb Sənayesi Birliyinin Mərkəzi Aptek Bazası adlandırılmışdır.

3. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 21.06.2019-cu il tarixli, **********4 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun 17.12.1975-ci il tarixdən 29.12.2006-cı il tarixədək sosial sığorta stajını yoxlamaq mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.12.1975ci il tarixdən 29.12.2006-cı il tarixədək işlədiyi dövrləri sosial sığorta stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 il (1975-ci il tarixdən 2006-cı il tarixə qədər) “Azərbaycan Apteklər İdarəsində” qanuni olaraq işləmişdir. Həmin vaxt onların dərman bazası satılıb arxivi Sumqayıt Şəhər Göz xəstəxanasına köçürülmüşdür. Bütün bunlara o, özü şahid olmuşdur. Daha sonra Sumqayıt Şəhər 5 nömrəli Xəstəxanası tikinti təmir işlərinə ayrılmış və beləliklə də, bütün sənədlər itib-batmışdır. Qeyd etdiyi bütün xüsusatları onunla 30 il birlikdə çalışan şəxslər - 01.04.1947-ci il təvəllüdlü X1 və 10.09.1947-ci il təvəllüdlü X2 da şahid olaraq təsdiq edə bilərlər. Pensiya yaşına çatdığından onun bir vətəndaş olaraq Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, yaşa və iş stajına görə təqaüd almaq hüququ vardır. Yuxarıda qeyd olunanlara baxmayaraq, DSMF-nin Sumqayıt şəhər şöbəsi pensiya verməkdən imtina edir, ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, AR Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asıl ı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının pensiya təyin edilməsi üçün şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd edilən 17.12.1975-ci il tarixdən 29.12.2006-cı il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmış, yoxlamanın aparılması üçün müvafiq qaydada sorğu edilmişdir. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Qeyd edilənləri nəzərə alaraq iddia tələb inin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sumqayıt İnzibat Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(118)-99/2020 saylı qərarı ilə (hakim: C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçının 1975-2006-cı illərdə əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi dövr sosial sığorta stajına daxil edilərək ona 25.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 31 il əmək stajı olduğundan və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 64 yaşına 25.04.2019-cu il tarixdə çatdığından, onun həmin vaxtdan əmək pensiyası hüququ yaranmışdır.

9. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddi a tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-362/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxs 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-362/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2-1(118)-99/2020 saylı qərarı qismən – İddiaçı 01.01.2006-cı il tarixdən 29.12.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, iddia bu hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddianın rədd edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixdən 29.12.2006-cı il tarixədək olan dövrdə sığorta stajı müəyyən olunmadığından həmin dövrün onun ümumi iş stajına daxil edilməsi mümkün deyildir.

14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasın da işləyənlərin, hərbi şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. Lakin, iddiaçının işləmiş olduğu müəssisənin arxiv sənədləri aşkar edilmədiyindən, onun həqiqətən işləmiş olduğunu qarşılıqlı yoxlamaq mümkün olmadığından, onun əmək fəaliyyəti ilə məşğul olmaması və əmək kitabçasında qeydlərin saxta olmasına əsaslı şübhələr olduğundan inzibati orqan tərəfindən iddiaçıya əsaslı olaraq yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Lakin, bu xüsusatlara məhkəmə tərəfindən diqqət yetirilməmişdir. Bu səbəbdən, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Mad də 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pen siyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sən əd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 22. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklə r (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 24. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (əvvəlki redaksiya) Maddə

2. Sosial sığorta məcburi dövlət sığo rtası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Maddə

12. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir Maddə 14.6. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəm ələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün hazırkı icraat çərçivəsində qərarın iddianın təmin edilən hissəsində qanuniliyi və əsaslılığı cavabdehin şikayətinə əsasən yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisə edilən hallarla bağlı aşağıdakıları qeyd edir.

30. Cavabdeh qeyd edir ki, i ddiaçının işləmiş olduğu müəssisənin arxiv sənədləri aşkar edilmədiyindən onun orada işləməsinə dair əsaslı şübhələr var.

31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, qeyd edilən bu hal həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış və cavabdehin mövqeyinin əsaslı olmaması ilə bağlı nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Mərkəzi Aptek Bazasına aid sənədlərin əldə edilməsi ilə bağlı AR Səhiyyə Nazirliyinə sorğu edilmiş, Nazirlik Mərkəzi Aptek Bazası ləğv edildikdən sonra arxiv sənədlərinin Milli Arxiv İdarəsinə verildiyini bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin 04 noyabr 2019-cu il tarixli R-45 saylı məktubundan görünür ki, Mərkəzi Aptek Bazasın a aid sənədlər qismən arxivin dövlət mühafizəsinə təhvil verilmişdir. Belə ki, 1975-2006-cı illərə dair əmr kitabları, 1979-1985, 1987-2006-cı illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilməyib, arxiv fondunda mühafizə edilən 1975-1978 və 1986-cı illərə dair Mərkəzi aptek anbar işçilərinin əmək haqqı üzrə hesablama ödəniş cədvəllərində iddiaçının adı aşkar edilməmişdir.

32. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək bildirir ki, Mərkəzi Aptek Bazasına aid sənədlərin tam olaraq arxivə dövlət mühafizəsinə təhvil verilməməsi və bu səbəbdən iddiaçının sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması həmin dövrün onun sığorta stajına daxil edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.

33. Həmçinin, iddiaçının apelyasiya insta nsiyası məhkəməsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, Mərkəzi Aptek Bazasında işlədiyi müddət ərzində mənzil növbəsinə durmuş və hazırda yaşadığı və mülkiyyətində olan mənzil iş yerindən növbəlilik qaydasında verilmişdir. Təqdim edilmiş 12/164 nömrəli orderin surətindən görünür ki, həqiqətən də, İddiaçı Baş Aptek İdarəsində (Главное Аптечное Управление ГАПУ) işlədiyi müddətdə mənzil növbəsinə durmuş və ona Sumqayıt şəhəri, 10-cu mikrorayonda, 36 nömrəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayış sahəsi 53,13 kv.m təşkil edən 8 nömrəli mənzilə dair 29 avqust 1991-ci il tarixdə order verilmişdir.

34. Bu Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veril miş MH seriyalı ******* nömrəli çıxarışla təsdiq edilir. Çıxarışa əsasən, həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 107 nömrəli vərəqində qeydiyyata alınmışdır.

35. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 18.04.1974-cü il tarixdən 10.12.1975-ci il tarixədək olan müddət istisna olmaqla, yalnız Mərkəzi Aptek Bazasında çalışmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, hazırkı halda yoxlamanın baş tutmaması iddiaçının təqsiri ilə bağlı baş ve rməmişdir.

37. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadıqda bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə tələb olunan 25 ildən çox ümumi iş stajına malik olmaqla, eyni zamanda yaşa görə əmək pensiyası təyin edilməsi üçün lazım olan yaş həddinə çatmışdır. 2019-cu ilin iyul ayınadək kişilərə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb edilən yaş həddi 64 il olmuşdur və iddiaçının xx.xx.1955-ci il təvəllüdlü olmasını nəzərə alaraq, onun “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən 64 yaşında, yəni 25.04.2019-cu il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, 01.01.2006-cı il tarixədək iddiaçının işlədiyi illəri sığorta stajına daxil etməklə iddiaçıya 64 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişlər.

39. Məhkəmə kollegiyası iddiaçının iş stajının əmək kitabçasındakı qeydlərə əsasən onun sığorta stajına daxil edilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşarkən həm də onu nəzərə alır ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılma sı və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(Pensiya Alt Sistemi) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən, Qanunun qüvvəyə min diyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

40. Göründüyü kimi, mövcud Qaydalarda "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

41. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məh kəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

42. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-362/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar