Məhkəmə qərarları › İş №2-1(102)-451/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-451/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-451/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati nəzarət orqanının bələdiyyə qarşı torpaq sahəsinin ayrılmasına dair qərarın ləğvinə dair iddiası, həmin iddianın mümkünlüyü, bələdiyyə qərarı qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl edilməməsi) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi nin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə (üçüncü şəxs: Xanməmmədov Azadxan Allahqulu oğlu) qarşı torpaq sahəsinin ayrılmasına dair qərarın ləğvi tələbi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-2327/2021 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 187 saylı, 23 iyul 2007ci il tarixli qərarı ilə Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi 36 saylı yaşayış binasının yanında 100 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş çizgi əsasında Azadxan Allahqulu oğlu Xanməmmədovun mülkiyyətinə verilmişdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi 09/6-33 saylı, 03 may 2019-cu il tarixli məktubla Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə müraciət edərək bələdiyyənin sözügedən qərarının ləğv edilməsi üçün tədbirlər görülməsi məsələsinin bələdiyyənin iclasının müzakirəsinə çıxarılmasını təklif etmişdir.

3. Bələdiyyələrlə İş Mərkəzi müraciətini onunla əsaslandırmışdır ki, 2014-cü ilin iyul ayında qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar bələdiyyə tərəfindən torpaqların satılması zamanı torpaqların alqı-satqısına dair aktın əvəzinə tərəflər arasında müqavilə bağlanılmalıdır. Bundan başqa, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair 23.07.2007-ci il tarixli qərar bələdiyyə sədri tərəfindən təkbaşına, səlahiyyəti olmadığı halda qəbul edilmiş, qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmamışdır.

4. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 07 saylı, 31 may 2019-cu il tarixli protokolundan görünür ki, Bələdiyyələrlə İş Mərkəzinin təklifi qəbul edilməmiş, Azadxan Xanməmmədova 100 kv.m torpaq sahəsinin ayrılması barədə Binəqədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli qərarı ləğv edilmədən qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Bələdiyyələrlə İş Mərkəzi cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə və üçüncü şəxs Xanməmmədov Azadxan Allahqulu oğluna qarşı məhkəməyə müraciət edərək Binəqədi rayonu, Binə qədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Binəqədi Bələdiyyəsinin sənədlərinə baxılarkən məlum olmuşdur ki, 8-ci mkr, S.Axundov küçəsi 36 saylı yaşayış binasının yaxınlığında vətəndaş Azadxan Xanməmmədova sahibkarlıq fəaliyyəti üçün Binəqədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli 187 saylı qərarı ilə ilə 100 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qərar qanunsuz tərtib olunmuş, qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmamışdır. Qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi üçün Bələdiyyələrlə İş Mərkəz tərəfindən Binəqədi Bələdiyyəsinə 03.05.2019-cu il tarixli 09/6-33 saylı təklif məktubu göndərilmişdir. Bələdiyyələrlə İş Mərkəzinin təklif məktubu Binəqədi Bələdiyyəsinin 31.05.2019-cu il tarixli 07 saylı iclasında müzakirə olunmuş və təklif təmin edilməmişdir.

7. Üçüncü şəxs Xanməmmədov Azadxan Allahqulu oğlu məhkəməyə vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Belə ki, mübahisələndirilən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 23.07.2007-ci il tarixli, 187 saylı qərarının ləğv edilməsi ilə bağlı Bələdiyyələrlə İş Mərkəzi tərəfindən təklif məktubu göndərilmişdir. Həmin təklif Binəqədi Bələdiyyəsinin ümumi iclasının 07 saylı, 31 may 2019-cu il tarixli iclasında müzakirə olunmuş və təmin edilməmişdir. Binəqədi Bələdiyyəsinin sözügedən təklifə dair imtinası 18.06.2019-cu il tarixdə Bələdiyyələrlə İş Mərkəzinə daxil olmuşdur. İddiaçı Bələdiyyələrlə İş Mərk əzi tərəfindən isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsi ilə nəzərdə tutulmuş 15 günlük müddətə əməl edilməyərək, 16.07.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. 8.Bakı İnzibati Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2-1(112)-165/2020 saylı qərardadı (hakim – Ş.A.Həsənova) ilə iddia mümkün sayılmamışdır. 9.Məhkəmənin mövqeyinə əsasən mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən 30 günlük (həmçinin “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunla müəyyən edilmiş 15 günlük) iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edilmiş, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirilmişdir. 10.İddiaçı apellyasiya şi kayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 11.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli 21(103)-1120/2020 saylı qərardadı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2-1(112)-165/2020 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. 12.Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən hazırkı iddia inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına aid olduğundan mübahisələndirmə iddia növünə aid edilməməli və mübahisələndirmə iddiaların a aid iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində (9 iyul 2019cu il tarixli, 1630-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 8.5-ci maddəyə “15” rəqəmlərindən əvvəl “müvafiq bələdiyyəyə müraciət etdiyi gündən” sözləri əlavə edilmişdir) göstərilmiş inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu qanunla müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir” ifadəsindəki 15 günlük müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. c. birinci instansiyası məhkəməsindəki ikinci icraat 13.Bakı İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2-1(112)-214/2021 saylı qərarı (hakim – Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş Xanməmmədov Azadxan Allahqulu oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 187 nömrəli, 23.07.2007-ci il tarixli qərarı ləğv edilmişdir.

14. Birinci instansiya məhkəməsi bir sıra qanunvericilik normalarını sadalamış, mübahisənin müəyyən olunmuş faktiki halları ilə əlaqələndirmədən ümumi şəkildə torpaq sahəsinin ayrılması zamanı bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirməklə, inzibati aktın qanuna zidd olduğu qənaətinə gəlmişdir. 15.Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d. apellyasiya instansiyas ı məhkəməsindəki ikinci icraat 16.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli 2-1(103)-2327/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və R.Ə.Qurbanov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2-1(112)-214/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını bildirməklə qeyd etmişdir ki, mübahisələndirilən bələdiyyə qərarı qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl edilməməsi (torpağın bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədin mövcud olmaması, müvafiq orqanların rəylərinin alınmaması) müəyyən edilmişdir. 18.Üçüncü ş əxs kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə, özünün qərarında apellyasiya məhkəməsi qanunvericiliyin hansı tələblərinə əməl edilmədiyini, hansı normaların pozulduğunu qeyd etməmiş, hər hansı hüquqi əsaslandırma aparmamış, yalnız qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmişdir. Halbuki, iş materiallarında iddia tələbinin əsassız olduğuna dair bütün sübutlar mövcuddur. Belə ki, torpaq sahəsi qanunvericiliyin tələblərinə riayət edilməklə ayrılmış, istər torpağın ona ayrılmasından, istərsə də, torpaq sahəsi üzərində onun tərəfi ndən tikinti aparılmasından bütün dövlət orqanlarının xəbəri və razılığı olmuşdur. Onun sahibkar və vətəndaş olmaqla bu torpağın ona ayrılmasında, torpaq sahəsi üzərində tikinti həyata keçirməkdə heç bir təqsiri yoxdur. Ona torpaq qanuni əsaslara ayrılmışdır. O, sözügedən torpaq sahəsində dövlət orqanlarının razılığı ilə bina tikmişdir. Bununla da, qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən qanuni əsaslarla istifadə və sahiblik edir. 20.Üçüncü şəxsin digər dəlilinə görə torpağın ayrılmasından 14 il keçdikdən sonra, eləcə də torpaq sahəsi üzərində bina tikilməsindən 5 il keçdikdən sonra iddiaçının belə bir iddia qaldırması həm “İnzibati icraat haqqında” Qanunun, həm İPM-in, həm Mülki Məcəllənin, həm Torpaq Məcəlləsinin, həm də Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə ziddir. İddiaçı sözügedən qərarın ləğvi ilə bağlı yalnız 2019-cu ildə proseslərə başlamışdır ki, bu da həmin qərarın qəbul edilməsindən 12 il müddət keçməsi deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazda iddiaçı iddia ərizəsində əsaslandığı dəlilləri təkrarlamaqla bildirmişdir ki, torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədləşmə işləri aparılmadan, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri, eləcə də bələdiyyənin ayrılması nəzərdə tutulan torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadan vətəndaşın mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Bələdiyyə qərarı qəbul edildiyi dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Q anununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyləri (müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həmin dövrdə Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun: Maddə

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışı Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Maddə 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; … Maddə 6.1. Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: … 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; … Maddə 8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfin dən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Maddə 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Maddə 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunm uş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir.

23. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 №-li, 10.04.2015-ci il tarixli qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkü nlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 24.İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;... Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərard adları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə q ərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 25.Kassasiya şikayəti vaxtında ve rilmiş, şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 26.Apellyasiya instansiyası məhkəməsinin qərarı üçüncü şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. İPM-in 2.2.1 və 2.2.8-ci maddələrinin məzmunundan göründüyü kimi, qanun verici inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaları fərqləndirmişdir. Hazırkı halda, söhbət mübahisələndirmə haqqında deyil, inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddia növündən gedir. Ona görə də, inzibati nəzarət orqanı kimi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrə qarşı iddialarına baxılarkən mübahisələndirmə haqqında iddianın mümkünlük şərtləri tətbiq edilə bilməz. Odur ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr məhz bu iddia növünün özünə aid olan mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamalıdırlar. 29.İşin hallarında isə görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın mümkünlük şərtlərinin ödənilməsini yoxlamadan mübahisəyə mahiyyəti üzrə baxmışdır.

30. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı İn zibati Məhkəməsi ilk dəfə mübahisə üzrə qəbul etdiyi 18 fevral 2020-ci il tarixli, 2-1(112)-165/2020 saylı qərardadla iddianı mümkün saymamış və bu zaman özünün mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından, iddiaçı tərəfindən 30 günlük (həmçinin “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunla müəyyən edilmiş 15 günlük) iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edilmiş, bununla da, həmin qərarı mübahisələndirmək imkanını itirilmişdir.

31. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2020ci il tarixli 2-1(103)-1120/2020 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2020-ci il ta rixli 2-1(112)-165/2020 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya məhkəməsinin bu zaman mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına aid olduğundan mübahisələndirmə iddia növünə aid edilməməli və mübahisələndirmə iddialarına aid iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində göstərilmiş “inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu qanunla müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir” ifadəsindəki 15 günlük müddət iddia müddəti kimi qiymətlənd irilə bilməz.

32. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2-1(103)-1120/2020 saylı qərardadındakı hazırkı iddianın mübahisələndirmə haqqında iddia olmadığı, inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddia olduğuna dair mövqeyi haqlı olmuşdur. Lakin apellyasiya məhkəməsinin “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində təsbit olunmuş 15 günlük müddətin iddia müddəti olmadığı ilə bağlı mövqeyi düzgün olmamışdır. Məhkəmə həmin müddətin nə üçün iddia müddəti kimi qiymətləndirilməli olmadığına dair mövqeyini hər hansı qaydada əsaslandırmamışdır.

33. Nəzərə almaq lazımdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasında müəyyən olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Buna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi fəaliyyətinin tərkib hissələrindən biri də müvafiq əsaslar mövcud olduqda məhkəməyə müraciət edilməsi imkanıdır. Sözügedən Qanunda həmçinin məhkəməyə müraciət edilməsinin şərtləri və qaydası da tənzimlənmişdir. İddia qaldırmaq üçün inzibati nəzarət orqanı həmin şərtlərə və qaydalara riayət etməlidir. 34. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə mü raciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir.

35. Beləliklə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan 15 günlük müddətdir.

36. Hazırkı işin hallarından müəyyən olunur ki, inzibati nəzarət orqanının 03 may 2019-cu il tarixli məktubla etdiyi bələdiyyə qərarının ləğvinə dair təklif Bakı şəhəri Binəqədi ra yonu Binəqədi Bələdiyyəsinin 31 may 2019-cu il tarixdə keçirilmiş ümumi iclasında qəbul edilmiş qərarla təmin olunmamışdır. Bələdiyyə bununla bağlı 31 may 2019-cu il tarixli, 07 saylı ümumi iclasın protokolunu Bələdiyyələrlə İş Mərkəzinə göndərmişdir. İş materiallarından görünür ki, sözügedən iclasın protokolu 18 iyun 2019-cu il tarixdə Bələdiyyələrlə İş Mərkəzinə daxil olmuşdur (i.v.117). Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilmiş iddia ərizəsinin isə 16 iyul 2019-cu il tarixdə məhkəməyə daxil olduğuna dair məhkəmə dəftərxanası tərəfindən qeyd aparılmışdır (i.v.1).

37. Məhkəmə tərkibi qeyd edir ki, təkrar baxışda apellyasiya məhkəməsi sözügedən tarixləri tərəflərlə müzakirə etməli, tərəflərin onları qəbul edib-etmədiyi ilə bağlı məsələni dəqiqləşdirməli, xüsusən inzibati nəzarət orqanı nın etdiyi təklifin qəbul edilməməsinə dair bələdiyyə qərarının konkret hansı tarixdə Bələdiyyələrlə İş Mərkəzinə daxil olduğunu, eləcə də iddianın hansı tarixdə qaldırıldığını (iddia ərizəsinin məhkəməyə və ya poçta verilməsi tarixi) dəqiq müəyyən etməli və nəticəsindən asılı olaraq 15 günlük iddia qaldırılması müddətinə riayət edilib-edilmədiyinə qiymət verməklə ilk növbədə iddianın mümkünlük məsələsini həll etməlidir.

38. Əgər iddianın mümkünlüyü ilə bağlı şərtlərin ödənildiyi müəyyən olunar və məhkəmə işə mahiyyəti üzrə baxmalı olarsa, o halda, aşağıdakılar nəzərə alınmalıdır.

39. İşin hallarından göründüyü kimi torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarını ləğv edərkən apellyasiya məhkəməsi ona əsaslanmışdır ki, mübahisələndirilən bələdiyyə qərarı qəbul edilən zaman qanunverici liyin tələblərinə əməl edilməməsi (torpağın bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədin mövcud olmaması, müvafiq orqanların rəylərinin alınmaması) müəyyən edilmişdir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə v erilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müs abiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunm uş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqla ra zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqla rına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz ( Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.

41. Məhkəmə tərkibi torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmaması məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orq anlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma pinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halları n tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız i nzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticlər yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. 42.Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsi ndən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən rəylər alınmadan və razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tər əfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır.

43. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir.Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır.

44. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 03 noyabr 2021-ci il tarixli, 21(103)-2327/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar