Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-451/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncamın ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər Məmmədov Mehman Firudin oğlu və X3) qarşı “sərəncamın qismən ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2712/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamının ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 130.3 kv.m olan 90 saylı mağazaya münasibətdə, həmin sərəncam əsasında keçiril ən 09 dekabr 2003-cü il tarixli, 43/05 saylı hərracın nəticələrinin, sözügedən əmlakın alqı-satqısı ilə əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə X4 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 481 nömrəli müqavilənin və həmin müqavilə əsasında ona verilmiş xx.xx.2003-cü il tarixli, 001400 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin, X4 tərəfindən həmin qeyri-yaşayış binasının Məmmədov Mehman Firudin oğluna satılmasına dair müqavilənin və həmin müqavilə əsasında Məmmədov Mehman Firudin oğluna verilmiş xx.xx.2004-cü il tarixli, 002111 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə"nin, həmin əmlakın 60 kv.m hissəsinin alqı-satqısına dair Məmmədov Mehman Firudi n oğlu ilə X3 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin və həmin müqaviləyə uyğun olaraq Məmmədov Mehman Firudin oğluna verilmiş xx.xx.2005-ci il tarixli, 005451 saylı və X1 qalmış 70.3 kv.m sahəyə verilmiş xx.xx.2005-ci il tarixli, 005452 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamə”lərin, bundan əlavə həmin əmlakın 60 kv.m hissəsinin yenidən Məmmədov Mehman Firudin oğlunun mülkiyyətinə verilməsinə dair Məmmədov Mehman Firudin oğlu ilə X3 arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. İçməli suyun fasiləsiz və normal qaydada abonentlərə çatdırılması, su və kanalizasiya sistemlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması, onlara mütəmadi texniki xidmətin göstərilməsi İddiaçı ASC-nin mühüm vəzifələrindəndir. “Bakı Sukanal” İdarəsinin əməkdaşları tərəfindən aparılmış texniki baxış zamanı İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsindən keçən, 1957-ci ildən bəri istismarda olan diametri 700 mm yüksək təzyiqli magistral su kəmərinin üzərində və mühafizə zonasında qeyri-yaşayış sahəsinin inşa edildiyi müəyyən olunmuşdur. Tikililərin inşası nəticəsində diametri 700 mm olan magistral su xəttinin tikilinin altında qalan hissəsinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi qeyri-mümkün olmuşdur. Bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə, su itkisinə səbəb olaraq onların vaxtı nda və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr, eyni zamanda mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmaqla, əhalinin gigyenik təhlükəsizliyi üçün risk yaratmışdır. Digər tərəfdən, magistral su xəttinin tikilinin altında qalan hissəsində baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işlərinin aparılmasının qeyri-mümkün olması ilə yanaşı, qeyd olunan kəmər üzrə əhalini içməli su ilə təchiz etmək mümkünsüz olacaq, həmçinin qəzalı hissədən xaric olan yüksək təzyiqli su ətrafa axaraq həmin tikilidə, ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Belə hallar dəfələrlə baş vermiş, bununla əlaqədar müvafiq məhkəmələrdə Cəmiyyətə qarşı dəymiş ziyanın ödənil məsinə dair iddialar qaldırılmış və kompensasiya tutulmuşdur. Araşdırma zamanı inşa edilmiş qeyri-yaşayış sahəsinin 70.3 kv.m hissəsinin Məmmədov Mehman Firudin oğlunun adına və 60.0 kv.m hissəsinin isə X2 adına rəsmiləşdirildiyi və bu barədə, onlara Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) xx.xx.2005-ci il tarixdə 005451 saylı və xx.xx.2005-ci il tarixdə 005452 saylı Mülkiyyət hüququ haqqında şəhadətnamələrin verildiyi müəyyən edilmişdir. Həmin şəhadətnamələrin verilməsi nəticəsində “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqq ında” Azərbaycan Respublikası Qanununun və "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifat”ın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin AzDTN 2.6-1 saylı “Dövlət tikinti normaları”nın tələbləri kobud surətdə pozulmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Məmmədov Mehman Firudin oğlu və X3 hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişlər.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-744/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərardadı (hakim S.İ.Salahova) ilə iddia mümkün sayılmamışd ır. 5.Birinci instansiya məhkəməsinin əsaslandırması Dövlət müəssisəsi olan iddiaçı ümumi maraqdan doğan tələblərlə fərdin hüquqlarından irəli gələn tələb arasındakı tarazlığı gözləmək üçün bütün səyləri göstərməyə borcludur. Yəni, əgər mübahisəli əmlak həqiqətən magistral su kəmərinin mühafizəsi zolağında inşa edilmişsə və ictimai maraq baxımından sökülməsi tələb olunursa, onda dövlət tərəfindən inşa edilmiş və deməli, dövlət tərəfindən yol verilmiş pozuntu vətəndaşın, hazırkı halda M.Məmmədovun mülkiyyət hüquqları pozulmaqla, yəni hazırkı iddia vasitəsi ilə aradan qaldırıla bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilələr tərəflər arasında inzibati deyil, mülki hüquq münasibətləri yaratmışdır və bu münasibətlərdən yaranan mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Həmin müqavilələr üzrə cavabdeh tərəf olmadığından onların ləğvi ilə bağlı iddia tələbi ona yönələ bilməz. Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, 29 avqust 2003-cü ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azə rbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edil ən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslər inin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisəli sərəncamı hazırkı məhkəmə icraatında əldə etməsi barədə dəlili əsaslı sayıla bilməz. Çünki iddiaçının iddia etdiyinə görə müb ahisəli su kəməri 1957-ci ildən istismara verilmiş, mübahisəli əmlak isə 1973-cü ildə dövlət tərəfindən tikilməklə dövlətin mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli, 1038 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Kommunsənayesutəchizatı” İstehsalat-İstismar Birliyi və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu, onlara məxsus olan bütün əsas və dövriyyə vəsaitlərini birləşdirərək, açıq tipli X6 Su Cəmiyyətinə çevrilmişdir. “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli, 252 nömrəli Sərəncamı ilə X6 Su Cəmiyyəti İddiaçı Səhmdar Cəmiyy əti adlandırılmış, Azərbaycan “Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri ləğv edilmiş, onların funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə İddiaçı Səhmdar Cəmiyyətinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Dövlət adından Cəmiyyətin səhmlərinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. Nizamnaməyə əsasən, Cəmiyyət suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onla rın bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir, su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir. Göründüyü kimi, iddiaçı dövlət müəssisəsi olmaqla ən azından 1995-ci ildən etibarən fəaliyyət göstərir və su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsi funksiyasını icra edir. Deməli, iddiaçı artıq 1995-ci ildən müvafiq su kəmərlərinə, o cümlədən hazırda mübahisəl i əmlakın üzərində yerləşdiyi güman olunan diametri 700 mm olan magistral su kəmərinə nəzarət işlərini həyata keçirir və 90 saylı mağazanın N.Vəzirov 1 ünvanında yerləşməsi ona məlumdur (“Bakı Sukanal” İdarəsinin əməkdaşlarının texniki baxışı yalnız 2020-ci ildə keçirməsi və tikili olmasının həmin vaxt aşkar edilməsi inandırıcı olmamaqla yanaşı, ağlabatan deyildir). Tikili barədə sənədlər iddiaçıda olmasa da, onun müvafiq dövlət orqanlarından zəruri sənədləri əldə etmək və tikilinin statusunu müəyyən etmək imkanı olmuşdur. Lakin iddiaçı azı 30 il hərəkətsizlik, bununla da dözümlülük göstərərək, bu hüququndan istifadə etməmiş, bu halı, həmçinin mübahisəli əmlakın magistral su kəməri üzərində tikilməsini mübahisələndirməməsini, habelə niyə məhz indi, yəni ən azında 2020-ci ildə həmin əmlakın sökülməsi zərurəti yarandığını əsaslandıra bilməmişdir. Buna görə də onun mübahisəli sərəncamdan hazırkı məhkəmə icraatında məlumatlı olması və bununla da iddia müddətini ötürməməsi barədə dəlili qəbul edilə bilməz.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2712/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.P.Oruczadənin -sədrlik edən, A.V. Tanrıverdiyev və M.N.Tağızadədən) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-744/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
10. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarda qeyd etmişdir ki, mübahisəli tikilinin inşası hazırkı İnzibati Prosessual Məcəllənin qəbulundan əvvələ təsadüf etdiyindən, hazırkı mübahisəyə həmin dövrdə inzibati mübahisələrlə bağlı icraatı tənzimləyən normalar, yəni Mülki Prosessual Məcəllənin 298-ci maddəsinin əvvəlki redaksiyası tətbiq ed ilməlidir. Həmin normada deyilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edilən normanın tətbiqində səhvə yol vermişdir. İddiaçıya Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamının mövcudluğu hazırkı işə baxılan zaman məlum olmuşdur. Məhz buna görə də, sərəncam ilkin iddia ərizəsi ilə deyil, sonradan iddia ərizəsinə əlavə verilərək iddia tələbinin artırılması ilə mübahisələndirilmişdir. Məhkəmə araşdırmasında iddiaçının məhkəməyə qədər olan dövr ərzində sərəncamdan məlumatı olması hər hansı sənədlərlə sübuta y etirilməmişdir. Kassator hesab edir ki, sərəncamın ləğvinin mübahisələndirilməsi üzrə iddia müddəti ötürülməmişdir. Odur ki, bu əsasa görə məhkəmənin iddia müddətinin ötürülməsi barədə dəlili əsaslı sayıla bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Üçüncü şəxs Məmmədov Mehman Firudin oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsi (qüvvədən düşüb). Maddə
298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
13. A zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhk əməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikay ətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
19. İddiaçının hazırki halda əsas tələbi mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamın qismən ləğv edilməsidir.
20. İddiaçının mübahisələndirdiyi Sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərind ən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
21. Başqa sözlə, iddiaçı istinad edilən Sərəncamın mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirmişdir. 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tari xədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
22. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2712/2022 nömr əli, 2 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.