Məhkəmə qərarları › İş №2-1(102)-4511/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4511/2025

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4511/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1963-cü il təvəllüdlüdür. 2.H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 3.Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş ## ### 1981-ci il tarixli, *** nömrəli “attestat”a əsasən iddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək təhsil almış, ona “təmirçi-çilingər” ixtisası verilmişdir. 4.Iddiaçının təqdim etdiyi ## ######## 1983-cü il tarixli, MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Azərbaycan Boruyayma Zavodunun Boruyayma sexində, ##.##.1985-ci il tarixdən ##.##.2003-cü il tarixədək Sumqayıt Mərkəzi Domna təmir xüsusi tikinti quraşdırma trestinin Metallurgiya sexində (##.##.1993-cü il tarixdən Sumqayıt “Domnatəmir” Tikinti Idarəsi, ##.##.2002-ci il tarixdən isə “xxxx” ASC adlandırılmışdır) işləmişdir. 5.Iddiaçı ## #### 2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-A-******/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 12 gün (##.##.1983-##.##.1984-cü il, ##.##.1986##.##.1986-cı il və ##.##.1993-##.##.1993-cü tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, əmək kitabçasında ##.##.1985-##.##.1986-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Domnatəmir” xüsusi tikinti quraşdırma trestinin Metallurgiya sexində avadanlıqların təmiri üzrə quraşdırıcı çilingər, ##.##.1986- ##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində polad konstruksiya avadanlıqların təmiri üzrə quraşdırıcı, ##.##.1993-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində isə qaynaqçı və qaz qaynaqçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı Mərkəzi Domna təmir trestinin (“xxxx” ASC) ##.##.1994-cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu fakt “xxxx” ASC-nin ## #### 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Buna görə də, iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 9 ay 10 gün (##.##.1981-##.##.1983-cü il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1985-##.##.1993-cü il tarixləri arasındakı dövrlər və 2015-2024-cü illər üzrə 7 il 10 ay)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24339,58 manat təşkil edir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində birinci icraat 7.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. 8.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1997-ci il tarixdən ********* nömrəli şəhadətnamə, ##.##.2006-cı il tarixdən ********** nömrəli Şəhadətnamə əsasında vergi ödəyicisi kimi uçotdadır və hazırda da fəaliyyəti aktivdir. Fiziki şəxs kimi vaxtaşırı olaraq sığorta haqları ödəmişdir. Domna Təmir Tikinti Idarəsində fəaliyyəti olmadığından və müəssisənin arxiv sənədləri arxivə təhvil verilmədiyindən oradan güzəştli şərtlərlə işlədiyi peşələr barədə arayışın əldə edilməsi mümkün olmamışdır. Əmək kitabçasında həmin müəssisədə işlədiyi peşələr barədə müvafiq qeydlər aparılmışdır. Qeyd edir ki, ##.##.1985-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Domnatəmir” Xüsusi Tikinti Quraşdırma Trestində işlədiyi elektrik və qaz qaynaqçısı, quraşdırıcı çilingər peşələri * nömrəli siyahının XXXIII fəsli “Ümumi peşələr” bölməsinin 23200000- 19906 və 23200000-11620 şifrlərinə əsasən), həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 35-ci “Ümumi peşələr” bölməsinin 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.8-ci bəndinin a) yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir.

9. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərarı ilə (hakim R.Həsənov) iddia tələbi rədd edilmişdir. 10.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən 12 il 6 aydan az xüsusi iş stajı vardır. Belə ki, iddiaçının əmək kitabçasında ##.##.1983-##.##.2003-cü ilədək “xxxx” ASC-də işləməsi ilə bağlı qeydlər vardır. Cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı sözügedən müəssisənin nəzdində olmuş Mərkəzidomna təmir trestində 1994-cü ildən sonrakı illərə münasibətdə iddaçının işləməsi ilə bağlı məlumatlar aşkar etməmişdir. Icraat materiallarına əlavə edilmiş arxiv məlumatlarından görünür ki, ASC-nin nəzdində olmuş həmin müəssisənin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, müvafiq müəssisədə həmin ərəfədə işləmiş digər şəxs X2 barəsində DSMF və xxxx ASC-nin birgə tərtib etdiyi ##.##.2023-cü il tarixli aktdan da görünür ki, Mərkəzidomna təmir tresti Azərbaycan Boruyayma Zavodunun ərazisində yerləşməklə, müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq domna sobalarının təmiri üzrə həmin zavodda xidmət göstərmişdir. Xidmət göstərdiyi domna sobalarına tələbat olmadığından müəssisənin ##.##.1994-cü ildən fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının Mərkəzidomna təmir trestində 1994-cü ildən sonra işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisədə işlədiyi illərin iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının güzəştli iş stajı 12,5 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. 11.Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: H.Babayeva /sədrlik edən və məruzəçi/, T.Axundov və V.Hacıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. 13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək Mərkəzidomna təmir trestində işlədiyi 9 il 6 ay 20 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 19 il 9 ay 10 günlük dövrlə birgə nəzərə alındığında 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə cavabdeh eyni əsasla (müəssisə ##.##.1994-cü il tarixdən fəaliyyətini dayandırdığından) ##.##.1985-##.##.1986-cı il, ##.##.1986- ##.##.1993-cü il və ##.##.1994- ##.##.2003-cü il tarixləri arasındakı dövrü mübahisələndirir. Həmin dövrlərlə bağlı iş materiallarında iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayış olmadığından kollegiya tərəfindən bununla bağlı “X1” QSC-nin X4 sorğu verilmişdir. Sorğuya cavab olaraq X5 ## ####### 2025-ci il tarixli, AZB- **/*** nömrəli məktubundan görünür ki, həmin müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Iddiaçının ##.##.1985-##.##.2003-cü il tarixləri arasındakı dövrdə "Mərkəzidomnatəmir” Tikinti Quraşdırma Idarəsində işlədiyi “quraşdırıcı-çilingər”, "elektrik qaynaqçısı", "qaz qaynaqçısı” peşələrini işlədiyi sexdən və istehsalat sahəsinin iş şəraitindən asılı olaraq * nömrəli Siyahının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” - (1030200a-1753a), (1030300a-1753a), (1030400a-1753a); həmçinin, * nömrəli Siyahının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlıq quraşdırıcıları” - (2040200a-14587), (2040300a-14587), (2040400a-14587), eləcə də, həmin Siyahının 33-cü Ümumi peşələr bölməsində “qaz qaynaqçıları” - (23200000-11620), “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” - (23200000-19906) peşələrinə uyğunlaşdırmaq mümkündür. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin hüquqi varisi olan müəssisə tərəfindən qeyd olunan dövrlər güzəştli iş stajı kimi təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, iddiaçının Mərkəzi Domna təmir trestində işlədiyi ##.##.1985-##.##.1986-cı il, ##.##.1986-##.##.1993-cü il və ##.##.1994-##.##.2003-cü il tarixləri arasındakı 17 il 09 ay 21 günlük dövr də güzəştli iş stajı kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 25 ildən artıq ümumi, 12,5 ildən artıq güzəştli iş stajına malikdir. 14.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 15.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iş materiallarında olan Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 12 gün (##.##.1983-##.##.1984-cü il, ##.##.1986-##.##.1986-cı il və ##.##.1993- ##.##.1993-cü tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda iddiaçıya məxsus ## ######## 1983-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında ##.##.1985- ##.##.1986-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Domnatəmir” xüsusi tikinti quraşdırma trestinin Metallurgiya sexində avadanlıqların təmiri üzrə quraşdırıcı çilingər, ##.##.1986-##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində polad konstruksiya avadanlıqların təmiri üzrə quraşdırıcı, ##.##.1993-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində isə qaynaqçı və qaz qaynaqçısı vəzifələrində işlədiyinə dair qeyd mövcuddur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı Mərkəzidomna təmir trestinin “xxxx” ASC) ##.##.1994cü il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu fakt “xxxx” ASC-nin # #### 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Həmçinin iş materiallarında olan Dövlət Arxivinin Sumqayıt filialının ##.##.2024-cü il tarixli *-**-DA-**F/*-**/**** nömrəli məktubunda sözügedən müəssisənin arxiv sənədlərinin Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyi qeyd edilmişdir. Buna görə də ümumi iş stajı 25 ildən az (19 il 9 ay 10 gün (##.##.1981-##.##.1983-cü il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1985##.##.1993-cü il tarixləri arasındakı dövrlər və 2015-2024-cü illər üzrə 7 il 10 ay)) təşkil edir.

b) kassasiya şikayətinə etirazın dəlilləri: 16.Iddiaçı kassasiya şikayətinə etiraz edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin mümkün sayılmaması barədə qərardad çıxarmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ 17.Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 18.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19.Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * nömrəli Siyahısı

21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * nömrəli Siyahısı

22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı

23.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 24.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 25.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 28.Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 29.Hazırda iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. 30.Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutları, əmək kitabçasındakı qeydləri, müəssisələrin təqdim etdiyi arayış və məktubları, eləcə də tətbiq edilməli olan maddi hüquq normalarını birlikdə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının 25 ildən artıq ümumi iş stajı və 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. 31.Cavabdehin iddiaçının ##.##.1985-ci ildən ##.##.2003-cü ilədək “Mərkəzidomnatəmir” Tikinti Quraşdırma Idarəsində işlədiyi dövrün staja daxil edilməməsi barədə mövqeyi məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. Çünki həmin dövr əmək kitabçası ilə təsdiq olunur və qüvvədə olan qanunvericiliyə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Cavabdeh isə əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim edə bilməmişdir. 32.Eyni zamanda, işə əlavə edilmiş sənədlərdən, o cümlədən “X1” QSC-nin X5 məktublarından görünür ki, iddiaçının işlədiyi müəssisə fəaliyyətini tam dayandırmamış, yalnız istehsal gücünün azalması səbəbindən bəzi sexlər üzrə fəaliyyət məhdudlaşmışdır. Müəssisənin sonradan adının və təşkilati-hüquqi formasının dəyişdirilməsi isə iddiaçının həmin müəssisədə işləməsi faktını aradan qaldırmır. 33.Bundan başqa, iddiaçının işlədiyi “quraşdırıcı-çilingər”, “elektrik qaynaqçısı” və “qaz qaynaqçısı” peşələrinin zərərli və ağır əmək şəraitinə aid olduğu, həmin vəzifələrin güzəştli pensiya hüququ verən Siyahılarda nəzərdə tutulduğu müəssisənin hüquqi varisi tərəfindən də təsdiq edilmişdir. Bu səbəbdən həmin dövrlərin güzəştli iş stajına daxil edilməməsi üçün hüquqi əsas mövcud deyildir. 34.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. 35.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar