Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4515/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Beyləqan Ərazi Idarəsinə (hazırda cavabdeh1) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Beyləqan Ərazi Idarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Beyləqan rayon X4 Rəyasət heyətinin ##.##.1994-cü il tarixli iclasının ** nömrəli qərarından çıxarışın surətindən görünür ki, Beyləqan rayon sakini İddiaçı şəhərin ** nömrəli məhəlləsində həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazidən 0,04 ha həyətyanı sahə üçün ayrılmışdır. 2.Həmçinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan şəhər sakini Üçüncü şəxs Beyləqan Rayon Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli, ** saylı qərarına əsasən 1186,84 kv.m. həyətyanı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 3.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. 4.Şirvan Inzibati Məhkəmənin ##.##.2022-ci il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 5. 6.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində bildirilmişdir ki: -Beyləqan rayon XDS Rəyasət heyətinin ##.##.1994-cü il tarixli ** nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini naturada müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, mülki işin içərisində olan vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan ərazinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssislərinin tərtib etdiyi və şöbə müdiri tərəfindən təsdiq olunmuş yerquruluşu sxemində İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin hüdudlarını əks etdirilən ərazi qeyd olunmamışdır. Iddia etdiyi ərazi isə sxemdə örüş sahəsi kimi göstərilmişdir. Həmin ərazi Beyləqan Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli ** nömrəli qərarı ilə 1186.84 kv.m həyətyanı torpaq sahəsi kimi Üçüncü şəxs ayrılmış və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən reyestr nömrəsi 60701004102168 olan A№ ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, X2 kitabında isə ##.##.2010-cu il tarixli 2168 nömrə ilə qeydə alınmışdır. Beyləqan rayon X4 Rəyasət heyətinin ## ###### 1994-cü il tarixli ** nömrəli qərarı ilə İddiaçı verilmiş Beyləqan şəhəri 23-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinin sərhəddini yuxarıda qeyd olunan səbəblərə görə müəyyən etmək mümkün olmadı. 7.Şirvan Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakim H.Nəcəfov) iddia mümkün sayılmamışdır. 8.Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Hazırda Üçüncü şəxs adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsinə dair heç bir əsaslı hüquqmüəyyənedici sənəd təqdim edə bilmir. Iddiaçı məhkəmə iclaslarında torpaq sahəsindən bugünə kimi istifadə etmədiyini qeyd etmişdir. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2023-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyinə nəzər yetirilən zaman yerquruluşu sxemində İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin hüdudlarını əks etdirilən ərazi qeyd olunmadığından iddiaçının torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Eləcə də, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış reyestr nömrəsi 60701004102168 olan A№ ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Üçüncü şəxs ayrıldığı, ayrılan ərazi üçün əsas olan hüquqmüəyyənedici sənədlərin hal-hazırda qüvvədə olduğu, torpaq sahəsinin üzərində Üçüncü şəxs məxsus fərdi yaşayış evinin olduğu və hal-hazırda da həmin şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. 9.Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qərardadı ilə (hakimlər: F.Hüseynov /sədrlik edən və məruzəçi/, M.Sadıqov və C.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdı.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 12.Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 13.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Beyləqan rayon Icra Hakimiyyəti Başçısının ## ### 2010-cu il tarixli ** nömrəli qərarı ilə 1186.84 ha həyatyanı torpaq sahəsi verilmişdir. Beyləqan şəhərində heç bir vətəndaşa 1186.84 ha həyayanı torpaq sahəsinin verilməsi halı ümumiyyətlə mümkün deyildir. Digər tərəfdən də Beyləqan rayon Icra Hakimiyyəti Başçısının ## ### 2010-cü il tarixli ** nömrəli qərarı mülkiyyətlərində olan torpaq sahələrinin sənədləşdirilməsi üçün verilmişdir. Daha doğrusu Beyləqan rayon Icra hakimiyyəti Başçısının ## ### 2010-cu il tarixli ** nömrəli qərarında heş kəsə torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır. X1 rayonunun Allahyarlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Onun hansı yolla Beyləqan şəhərində 1186.84 ha həyatyanı torpaq sahəsinı almasının özü şübhəlidir. Çünki buna qanun yol vermir.X1 adına X2 kitabında ##.##.2010-cu il tarixində 2168 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Bu sənəddən istifadə edilməklə ona verilmiş 0.04 ha həyatyanı torpaq sahəsi də onun istifadəsinə keçirilmişdir. Hazırda iddiaya mahiyyəti üzrə baxılmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Iş materiallarından da aydın olduğu kimi, iddiaçıya mübahisə edilən torpaq sahəsi üzrə müvafiq hüquqmüəyyənedici sənədlər verilmişdir. Lakin iddiaya mahiyyəti üzrə baxılmaması nəticəsində mübahisə predmetinin kimə məxsus olmsı aydınlaşdırıla bilmir. TƏTBIQ EDILƏN HÜQUQ
14.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15.Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 16.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 17.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. 19.Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 20.Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. 21.Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 22.Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində bildirilir ki, -Beyləqan rayon XDS Rəyasət heyətinin ##.##.1994-cü il tarixli ** nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin sərhəddini naturada müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, mülki işin içərisində olan vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan ərazinin ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi Beyləqan rayon Torpaq şöbəsinin mütəxəssislərinin tərtib etdiyi və şöbə müdiri tərəfindən təsdiq olunmuş yerquruluşu sxemində İddiaçı ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin hüdudlarını əks etdirilən ərazi qeyd olunmamışdır. Iddia etdiyi ərazi isə sxemdə örüş sahəsi kimi göstərilmişdir. Həmin ərazi Beyləqan Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli ** nömrəli qərarı ilə 1186.84 kv.m həyətyanı torpaq sahəsi kimi Üçüncü şəxs ayrılmış və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən reyestr nömrəsi 60701004102168 olan A№ ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış, X2 kitabında isə ##.##.2010-cu il tarixli 2168 nömrə ilə qeydə alınmışdır. Beyləqan rayon X4 Rəyasət heyətinin ## ###### 1994-cü il tarixli ** nömrəli qərarı ilə İddiaçı verilmiş Beyləqan şəhəri 23-cü məhəllədə yerləşən 0.04 ha torpaq sahəsinin sərhəddini yuxarıda qeyd olunan səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 23.Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin iddiaçıya verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi halının mövcud olmasıdır. Başqa sözlə, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə koordinatlar (sərhədləri) iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin üzərinə işlənmiş olsun. Yuxarıda qeyd edilən ekspert rəyindən də görünür ki, iddiaçının ona verilməsini iddia etdiyi torpaq sahəsinin koordinatlarını müəyyən edən sənəd mövcud olmadığından üçüncü şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. 24.Belə olan halda işə baxmış məhkəmələrin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmaması səbəbindən iddiasının qeyri-mümkün sayılması barədə gəldiyi qənaət düzgün olmuşdur. 25.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin mümkünlüklə bağlı hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 26.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 27.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.