Məhkəmə qərarları › İş №2-1(102)-4518/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4518/2025

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4518/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “##.##.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq, məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçının aztəminatlı ailəsinə 8 yaşına çatmamış uşağa qulluq edən ona və qeyri-rəsmi nikahdan anadan olmuş 2 uşağına 2023-cü ildə cavabdeh tərəfindən 1 il müddətinə təyin olunmuş sosial yardımın müddəti 2024-cü ilin mart ayında bitmişdir. 2.Sosial yardımı təkrar almaq məqsədi ilə iddiaçı 3 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədərək ## ##### 2024cü il tarixli ************* nömrəli “Ərizə-bəyannamə” ilə müraciət edən zaman ailəsinin tərkibində, gəlirlərində, kommunal və rabitə xərclərində uyğunsuzluq və kənarlaşma aşkarlamayan VEMTAS ailəsinin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə Şöbənin sosial yardım üzrə işçilərinə tapşırıq göndərmişdir. 3.Maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş ##.##.2024-cü il tarixli yoxlama aktı qeydə alınmışdır. 4.Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə yenidən ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. 5.Müvafiq müraciətlə bağlı maddi-məişət şəraitinin yoxlanılması məqsədilə ünvana gedilmiş, ##.##.2025-ci il tarixli yoxlama aktı tərtib edilmiş və həmin yoxlama video görüntüylə qeydə alınmışdır. 6.Tərtib edilən aktlar əsasında “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” ##.##.2024-cü il tarixli ************* nömrəli bildirişlə cavabdeh orqan ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində birinci icraat 7.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “##.##.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq, məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8.Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğu üçün sosial yardım almaq hüququna malik olan aztəminatlı ailəsinə 8 yaşına çatmamış uşağa qulluq edən ona və qeyri-rəsmi nikahdan anadan olmuş 2 uşağına 2023cü ildə 1 il müddətinə təyin olunmuş sosial yardımın müddəti 2024-cü ilin mart ayında bitmişdir. Sosial yardımı təkrar almaq məqsədi ilə 3 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədərək ## ##### 2024cü il tarixli ************* nömrəli “Ərizə-bəyannamə” ilə müraciət edən zaman ailəsinin tərkibində, gəlirlərində, kommunal və rabitə xərclərində uyğunsuzluq və kənarlaşma aşkarlamayan VEMTAS ailəsinin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə Şöbənin sosial yardım üzrə işçilərinə tapşırıq göndərmişdir. Ödəniş etmədən kirayəçi qismində yaşadığı evə daxil olub axtarış və çəkiliş aparan Şöbənin işçiləri onun ailəsini saxlamağa, birgə təsərrüfat aparmağa, maddi cəhətdən təmin etməyə borclu olmayan, həmin evdə yaşayan yaşayış evinin mülkiyyətçisinə və arvadına görə aztəminatlı ailəsinə- "Ailə tərkibinin düzgün göstərilməməsi" bəhanəsi ilə qanunsuz imtina cavabı vermişlər. "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericilikdə müəyyən olunmuş digər xüsüsiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.(1.0.2 m.) Ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları müəyyən olunmalıdır. Ümumi ev təsərrüfatının birgə aparılması dedikdə, həmin əmlakın birgə qazancın nəticəsində əldə edilməsi başa düşülür. Daşınmaz əmlak üzərində vətəndaşın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Ödəniş etmədən kirayəçi qismində yaşadığı yaşayış evinin ayrı təsərrüfat aparan mülkiyyətçisi ilə onun ailəsinin mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış ümumi birgə ev təsərrüfatı yoxdur. Onunla qohumluq əlaqəsi olmayan, ödəniş etmədən kirayəçi qismində yaşadığı yaşayış evinin mülkiyyətçisi və arvadı onun ailəsini saxlamağa, zorla birgə təsərrüfat aparmağa, maddi cəhətdən təmin etməyə və öz büdcələrinin vəsaiti hesabına aztəminatlı ailəsinə ünvanlı dövlət sosial yardım təyin etməyə və verməyə borclu deyillər.

9. Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, # ###### 2025-ci il tarixli qərarı ilə (hakim G.Şirinova Əsədova) iddia təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçının ailəsi 3 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh orqan maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ailə tərkibinin özünü qonşu kimi təqdim edən qayınanasından ibarət olmasının aşkar edilməsini bildirir və qeyd edir ki, ailə tərkibinin düzgün göstərilməməsi iddiaçının gəlirlərinin də düzgün göstərilməməsinə səbəb olmuşdur. Lakin, məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh bu zaman sübut kimi baxış aktına əsaslanmışdır. Lakin, baxış zamanı yalnız iddiaçının qaynanasının həmin ünvanda yaşadığı müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı daha sonra təsdiq etmişdir, həmin hal videogörüntü ilə təsdiq edilməklə cavabdehin iddia ərizəsinə etiraz məktubu ilə də öz təsdiqini tapır. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və qaynanasının ümumi ev təsərrüfatına malik olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının qaynanası ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş və əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. 11.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: T.Həsənov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və V.Musayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 14.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 15.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, müvafiq müraciətlə bağlı maddi-məişət şəraitinin yoxlanılması məqsədilə ünvana gedilmiş, ##.##.2025-ci il tarixli yoxlama aktı tərtib edilmiş və həmin yoxlama videogörüntüylə qeydə alınmışdır. Həmin yoxlama zamanı əvvəlki müraciətdə olduğu kimi X1 yenə də ünvanda aşkarlanmış, yoxlama keçirilərkən şəxsiyyət vəsiqəsini təqdim etmədən ünvandan uzaqlaşmışdır. Iddiaçı bu səfər onun öz qayınanası olduğunu etiraf etmişdir. Həmçinin ünvana baxış keçirilərkən iddiaçı evdəki yataqlardan birinin qayınanası G.Şərifovaya aid olduğunu və onun özləri ilə birgə yaşadığını etiraf etmişdir. Əlavə olaraq iddiaçı həyat yoldaşının cəzaçəkmə müəssisəsində olduğunu qeyd etmişdir. Beləliklə iddiaçının qayınanası və həyat yoldaşı ailə tərkibində qeyd olunmadığından ikinci müraciətindən də “ailə tərkibinin düzgün göstərilməməsi” əsası ilə imtina edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ 16.Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 12. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 17.Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. 18.“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 7.1. sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Maddə 7.3. ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (* nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Bənd 2.3. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.3. Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bənd 3.4. Şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: Bənd 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Bənd 5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Bənd 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. 20.Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” Bənd 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bənd 3.1.31. qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.

21.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 22.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 23.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 26.Hazırda iddiaçının hüquqi marağı ##.##.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq, məbləğin birdəfəlik ödənilməsinə nail olmaqdan ibarətdir. 27.Apellyasiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, cavabdeh inzibati orqan ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edərkən yalnız iddiaçının qayınanası ilə eyni ünvanda yaşaması faktına istinad etmiş, lakin həmin şəxslərin ümumi ev təsərrüfatı aparmaları halını mötəbər və kifayət edən sübutlarla təsdiq edə bilməmişdir. 28.“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ailə anlayışı yalnız birgə yaşama faktı ilə deyil, həm də ümumi ev təsərrüfatının mövcudluğu ilə xarakterizə olunur. Bu baxımdan şəxslərin eyni ünvanda yaşamaları özü-özlüyündə onların vahid ailə və ya ümumi təsərrüfat subyekti hesab edilməsinə əsas vermir. 29.Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş baxış aktı və videogörüntülər yalnız iddiaçının qayınanasının həmin ünvanda yaşamasını təsdiq edir, lakin onların ümumi gəlir, xərc və təsərrüfat münasibətlərinə malik olmalarını sübut etmir. Cavabdehin gəldiyi nəticə ehtimala və subyektiv mülahizələrə əsaslanmışdır. 30.Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, ərizə-bəyannamədə müəyyən edilən uyğunsuzluqlar yalnız o halda sosial yardımın təyin edilməsindən imtinaya əsas ola bilər ki, həmin uyğunsuzluq şəxsin qanunvericiliklə müəyyən edilmiş aztəminatlı meyarlara uyğun gəlməməsinə səbəb olsun. Hazırkı iş üzrə isə cavabdeh belə bir halın mövcudluğunu sübuta yetirə bilməmişdir. 31.Həmçinin məhkəmə kollegiyası düzgün olaraq nəzərə almışdır ki, Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxslərin saxlanılması ilə bağlı valideynlərin hüquq və vəzifələrinə xitam verilir. Buna görə də iddiaçının qayınanasının onun və övladlarının saxlanılması öhdəliyinin mövcudluğu barədə nəticəyə gəlmək hüquqi baxımdan əsaslı hesab edilə bilməz. 32.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 33.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar