Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4519/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsi əsasında əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsinin dövlət mülkiyyətində olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində yerləşən əmlak komplekslərinə mülkiyyət hüquqlarının qeydiyyata alınması" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında istifadədə olan 0,53486 ha torpaq sahəsində yerləşən 192,25 kv.m sahəsi olan əmlak kompleksi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Tikilinin yerləşdiyi 0,53486 ha torpaq sahəsinin dövlət mülkiyyətində, Firdovsi Abbasovun istifadəsində olması qeyd edilmişdir.
2. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın notarial qaydada bağışlanma müqaviləsi ilə X2 şəhəri Təbriz küçəsi 26 A ünvanında istifadədə olan 0,534860 ha torpaq sahəsində yerləşən 192,25 kv.m sahəsi olan əmlak kompleksini iddiaçı İddiaçı bağışlamışdır.
3. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında istifadədə olan 0,50249 ha torpaq sahəsində yerləşən 506,46 kv.m sahəsi olan əmlak kompleksi üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Tikilinin yerləşdiyi 0,50249 ha torpaq sahəsinin dövlət mülkiyyətində, Firdovsi Abbasovun istifadəsində olması qeyd edilmişdir.
4. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın notarial qaydada bağışlanma müqaviləsi ilə X1 şəhəri Təbriz küçəsi 26 V ünvanında istifadədə olan 0,50249 ha torpaq sahəsində yerləşən 506,46 kv.m sahəsi olan əmlak kompleksini iddiaçı İddiaçı bağışlamışdır.
5. İddiaçı İddiaçı bağışlama müqavilələri əsasında əldə etdiyi qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmişdir.
6. Cavabdeh orqan hüququn qeydə alınmasından imtina etmiş, imtinasını tikililərin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması və torpaq sahəsinə dair ƏMDX-nin Mingəçevir Ərazi şöbəsində icarə müqaviləsi bağlanması zərurəti ilə əsaslandırmışdır. İmtina cavabında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.6-cı maddəsinə istinad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir regional “ASAN xidmət” mərkəzi notariat ofisində reyestrdə 4Ə-2641 № ilə qeyd edilmiş ##.##.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlanmış ünvan 4 ünvanında istifadədə olan 0,50249 ha torpaq sahəsinin üzərində yerləşən sahəsi 506,46 kv.metr olan əmlak kompleksi və 4Ə-2642 № ilə qeyd edilmiş ##.##.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlanmış Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 A ünvanında istifadədə olan 0,534860 ha torpaq sahəsinin üzərində yerləşən sahəsi 192,25 kv.metr olan əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçının ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binaları üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı ##.##.2024-cü il tarixli, nömrəli ərizə ilə müraciətlərinə baxılmışdır. Məlumat olaraq qeyd edilmişdir ki, qeydiyyatı alınması üçün müvafiq ərizələr ilə müraciət edilən qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Bu barədə iddiaçıya bildiriş ünvanlanaraq, dövlət mülkiyyətinə aid olan torpaq sahələrinə münasibətdə icarə müqaviləsinin bağlanılmasının zəruriliyi barədə məktub ünvanlanmış, həmin məktubla və həmin tarixdən müraciətinin icra müddətinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-cü maddəsinə əsasən bir ay müddətinə dayandırılması barədə məlumatlandırılmışdır. Lakin ərizələrin dayandırılmasına səbəb olan hallar iddiaçı tərəfindən aradan qaldırılmadığı (icarə müqavilələri təqdim edilmədiyi) üçün ərizələrin icrasından imtina edilmişdir. Həmçinin iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi şöbəsində icarə müqaviləsi bağladığınız və həmin müqaviləni ərizənizə əlavə etdiyiniz təqdirdə yeni ərizə ilə müraciətinizin icrasına baxıla bilər.
9. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) ## ### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir regional “ASAN xidmət” mərkəzi notariat ofisində reyestrdə 4Ə-2641 № ilə qeyd edilmiş ##.##.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlanmış ünvan 4 ünvanında istifadədə olan 0,50249 ha torpaq sahəsinin üzərində yerləşən sahəsi 506,46 kv.metr və 4Ə-2642 № ilə qeyd edilmiş ##.##.2024-cü il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlanmış Mingəçevir şəhəri, Təbriz küçəsi, 26 A ünvanında istifadədə olan 0,534860 ha torpaq sahəsinin üzərində yerləşən sahəsi 192,25 kv.metr olan əmlak kompleksləri üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Vüqar Musayev-məruzəçi, Rövşən Rəfiyev və Tural Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisə torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı deyil. İş üzrə araşdırılmalı və qiymət verilməli olan hal - iddia olunan qeyri-yaşayış binaları üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasına hüquqi əsasların olub-olmamasıdır. ##.##.2024cü il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlarla əmlak hüquqlarını dövlət qeydiyyatına almış cavabdeh orqanın, hüquq subyektinin bağışlama müqaviləsi əsasında dəyişməsi halında, əvvəlki hüquqmüəyyənedici sənədlərin qüvvədə olmasına baxmayaraq, torpaq sahəsinin hüquqi rejimini əsas gətirərək yeni hüquq subyekti üzrə qeydiyyatdan imtina etməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, hər iki daşınmaz əmlaka dair bağlanmış bağışlanma müqavilələrinin ləğv olunması (etibarsız sayılması) iş üzrə müəyyən olunmur və cavabdehin bununla bağlı hər hansı dəlili yoxdur. Torpaq sahəsinin dövlət mülkiyyətində olması isə ümumiyyətlə hazırkı mübahisə üzrə hüquqların dövlət qeydiyyatından imtina üçün əsas qismində çıxış edə bilməz.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.
15. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, ** saylı Yevlax Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış, İdarənin istifadəsində olan elektron kadastr məlumat bazasında aparılan araşdırma zamanı İdarənin arxiv məlumatlarında qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmadığı, həmçinin məlumat bazasında torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Bu barədə iddiaçıya bildiriş ünvanlanaraq, dövlət mülkiyyətinə aid olan torpaq sahələrinə münasibətdə icarə müqaviləsinin bağlanılmasının zəruriliyi barədə məktub ünvanlanmış, həmin məktubla və həmin tarixdən müraciətinin icra müddətinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-cü maddəsinə əsasən bir ay müddətinə dayandırılması barədə məlumatlandırılmışdır. Lakin ərizələrin dayandırılmasına səbəb olan hallar iddiaçı tərəfindən aradan qaldırılmadığı (icarə müqavilələri təqdim edilmədiyi) üçün ərizələrin icrasından imtina edilmişdir.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2, 8.0.10.1-ci maddələrinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə v ə ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.
17. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, qeyd edilən torpaq sahəsinin iddiaçıların qanuni istifadəsində olmasına dair qərar və müqavilə mövcud deyildir. İddiaçılar dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Bununla yanaşı, iddiaçıların iddia predmeti olan əmlak komplekslərinin yerləşdiyi torpaq sahəsi üzərində müvafiq torpaq ayırma sənədləri mövcud olmadığı halda, məhkəmə kollegiyası qanunsuz olaraq onun əmlak komplekslərinin üzərində mülkiyyət hüquqlarını tanımışdır.
18. Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə və “Torpaq icarəsi haqqında” Qanunun 4-cü maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Bununla bağlı bildirilir ki, “Torpaq icarəsi haqqında” Qanunun 18-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.
19. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, qeyd edilən torpaq sahəsinin iddiaçıların qanuni istifadəsində olmasına dair heç bir müqavilə mövcud deyildir. İddiaçılar dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: … 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: … 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; … Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ... Maddə 16. Dövlət reyestrində düzəlişlər … 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qeyri-yaşayış sahəsinə hüququn qeydi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında istifadədə olan 0,534860 ha torpaq sahəsində yerləşən 192,25 kv.m və ünvan 2 ünvanında istifadədə olan 0,50249 ha torpaq sahəsində yerləşən 506,46 kv.m sahəsi olan əmlak kompleksləri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir
31. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki qeyri yaşayış sahəsi iddiaçıya bağışlanana qədər əmlak kompleksi kimi müəssisə olaraq Firdovsi Abbasovun mülkiyyətində olmuş, əmlak kompleksinin yerləşdiyi torpaq sahələri isə mülkiyyət növü kimi dövlət mülkiyyətində və Firdovsi Abbasovun istifadə hüququ ilə qeydə alınmışdır. Daşınmaz əmlakın bağışlanması müqavilələrində torpaq sahələrinin üzərində yerləşən əmlak kompleksinin bağışlandığı qeyd edilmişdir.
32. Hər iki əmlak kompleksinin iddiaçıya bağışlanması barədə notarial qaydada təsdiq edilmiş müqavilələr qüvvədədir, ləğv edilməmiş, etibarsız sayılmamış və dəyişdirilməmişdir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. Qeyd edilən norma notarial qaydada iddiaçıya bağışlanan əmlak kompleksinin reyestrdə qeydi üçün hüquqi zəmin yaradır.
35. Cavabdehin kassasiya şikayətində istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2 və 8.0.10.1-ci maddələri işin hazırkı vəziyyətində olan tikililərə, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonradan üzərində sərəncam verilmiş tikililərə münasibətdə deyil, daşınmaz əmlakın dövlət reyestrində əvvəllər ümumiyyətlə qeydə alınmamış tikililərə münasibətdə tətbiq edilir.
36. İddiaçının hüquqi marağı notarial qaydada ona bağışlanmış qeyri-yaşayış sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması ilə bağlıdır, torpaq sahəsi ilə bağlı deyildir.
37. Odur ki, qeyri-yaşayış sahəsi üzərində yerləşən torpaq sahəsinin iddiaçıya icarəyə, yaxud istifadəyə verilməsi ilə bağlı məsələ hazırkı icraatın predmeti deyil və qeyri-yaşayış sahəsinə hüququn qeydiyyatından imtina üçün əsas ola bilməz.
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində dövlət qeydiyyatından imtinanın əsasları sadalanmış və cavabdehin dəlili imtina üçün qanuni əsas kimi göstərilməmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.