Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-452/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-452/2019) Bakı şəhəri 20 fevral 2019-cu il 20.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı vəkili Vəkil1 oğlunun, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəli yinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2471/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. (AZE seriyalı, xxxx saylı şəxsiyyət vəsiqəsi) İddiaçı N saylı hərbi hissənin tərkibində N noyabr 1993-cü ildən 15 dekabr 1993-cü ilədək Füzuli rayonu, Yuxarı Dürdmahmudlu ərazisində “Yuxarı radiolokasiya” bölüyündə sürücü qismində hərbi əməliyyat zonasında iştirak etmişdir. (H3 seriyalı ******* nömrəli hərbi bilet) N nömrəli hər bi hissə komandirinin noyabr, dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13.03.2017-ci il tarixli 9/2-4575 saylı, 10.05.2017-ci il tarixli 9/2-8900 saylı arxiv arayışları) İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 05.10.2017-ci il tarixli, 1/6-9324 saylı məktubla onun müraciətini təmin etməmişdir. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 05.10.2017-ci il tarixli 1/6-9324 nömrəli imtina məktubunun qanunsuz sayılması, 20.11. 1993-cü ildən 15.12.1993-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyindən müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulmasını, vəsiqə verilərkən müharibə veteranı hüququnun 1993-cü ildən yarandığının qeyd olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1974-cü il Bakı şəhərində doğulmuşdur. 20 iyul 1993-cü ildə Bakı şəhəri Nərimanov rayonunun Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə, oradan N iyul 1993-cü ildə N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hissə komandirinin daxili əmri ilə N noyabr 1993-cü ildən 15 dekabr 1993-cü ilədək Füzuli rayonu, Yuxarı Kürdmahmudlu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşdə iştirak e tdiyi dövr hərbi biletinin 24 və 25-ci səhifələrində yazılaraq N nömrəli hərbi hissənin gerbli möhürü və komandirin imzası ilə təsdiqlənmişdir. 25 mart 1994-cü ildən 15 iyul 1997-ci ilədək N nömrəli hərbi hissədə xidmət etmiş və xidmətdən tərxis edilərkən N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi biletin 7-ci səhifəsində yuxarıda göstərdiyi ərazidə döyüşdə iştirak etdiyini təsdiq edən müvafiq qeydlər aparılaraq möhür və imza ilə təsdiq edilmişdir. Tərəfindən 2016-cı ilin iyun, 2017-ci ilin mart və yay aylarında Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə ünvanladığı məktublara müxtəlif məzmunlu, bir-birini təkzib edən cavablar verdikləri üçün 2017-ci ilin sentyabr ayında şəxsən özü Arxiv İdarəsinə müraciət etmişdir. Hər müraciətlərinə ona müxtəlif bəhanələr edərək yazılı cavab verməkdən imtina etdiklərindən məcbur olub 29 oktyabr 2017-ci ildə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə müraciət etmişdir. 03 oktyabr 2017-ci ildə məktub idarəyə daxil olduqdan dərhal sonra heç bir araşdırma aparmadan 05 oktyabr 2017-ci il tarixli 1/6-9324 saylı imtina məktubu göndərmişlər. Hesab edir ki, həmin imtina əsassız olmaqla onun hüquqlarını pozur. Cavabdeh iddiaya qarşı etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli 2-1(82)-1108/2018 saylı qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütöv lüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edildiyindən və belə statusun alınmasına yol verilməyən hallar ona münasibətdə mövcud olmadığından iddiaçı müharibə veteranı sayılır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2471/2018 saylı iş üzrə 17 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olma dığından, cavabdeh ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2471/2018 saylı iş üzrə 17 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə (hərbi bileti) təsd iq edildiyindən və belə status alınmasına yol verilməyən (“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından o, müharibə veteranı sayılır. Şikayətdə daha sonra qeyd edilir ki, cavabdehin 13.03.2017-ci tarixli 9/2- 4575 saylı, 10.05.2017-ci il tarixli 9/2-8900 saylı arxiv arayışlarında N nömrəli hərbi hissə komandirinin noyabr, dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumatın aşkar edilməməsi üçün o, məsuliyyət daşıya və müharibə veteranı statusundan məhrum edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 2-12-1(103)-2471/2018 saylı iş üzrə 17 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyə ti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə, 1991-ci ilin oktyabrın 9-dan 1994-cü ilin mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olar kən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, dövlət sərhəd xidməti və hərbi hissələr, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğ runda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazildiyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Az ərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13.03.2017-ci il tarixli 9/2-4575 saylı, 10.05.2017-ci il tarixli 9/2-8900 saylı arxiv arayışlarında N nömrəli hərbi hissə komandirinin noyabr, dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyini n Şəxsi Heyət Baş İdarəsinin 14.03.2018-ci il tarixli 1/b-2392 saylı məktubunda İddiaçı N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməməsi bildirilmişdir. Belə olan halda isə iddiaçıya müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsindən imtina etməkdə inzibati orqan haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanı n üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2471/2018 saylı iş üzrə 17 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qə
Məhkəmə qərarları › İş №2-1(102)-452/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-452/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver