Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-452/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, hüquqi yardım, apelyasiya şikayəti üzrə müddət giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2623/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1453/2019 saylı, 21 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsini n tələblərinə əsasən 52 yaşdan, yəni 10.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək təyin edilməsi və 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin edilməklə hesablayıb yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh 14 avqust 2019-cu il tarixdə birinci instansiya məhkəməsinin qərardadını almış, 02.10.2019-cu il tarixdə apellyasiya şikayəti verərək qərarı ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 noyabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Cavabdeh 22 noyabr 2019-cu il tarixdə qərardadın su rətini almış, 3 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi hesab etmişdir ki, şikayət müddəti buraxılmışdır. Prosessual müddətin buraxılması səbəbi üzrlüdür və buna görə müddət bərpa edilməlidir. Qərar 14 avqust 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Lakin qərar pensiya sektoruna vaxtında verilməmişdir. Bu səbəbdən şikayət müddəti üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin rədd edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul ed ilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi 16 oktyabr 2018-ci il tarixli qərardadında birinci instan siya məhkəməsinin qərarından apellyasiya şikayəti vermə müddətinin cavabdeh tərəfindən buraxılması qənaətinə gələrək apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. İşdə olan sənədlərdən görünür ki, iş cavabdehin apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin tərəflərə, o cümlədən cavabdehə göndərdiyi bildirişdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası 7 noyabr 2019-cu il tarixə təyin edilmişdir, məhkəmə iclasında iştirak etmələri xahiş olunur və məhkəmə iclasına gəlmədiyi halda da, iştirakları olmadan işə baxıla və qərar qəbul edilə bilər. Bildirişdə həmçinin birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən mümkünlük məsələsinə baxılacağı qeyd edilmişdir. İşdə olan sənədlərdən görünür ki, cavabdehə göndərilən məhkəmə bildirişi 28 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş, lakin məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi 7 noyabr 2019-cu il tarixli qərardadında İPM-in 85.1 və 22.1-ci maddələrinə istinad edərək cavabdeh 30 gün müddətində apellyasiya şikayəti vermədiyi üçün şikayəti mümkün saymayaraq apellyasiya şikayətinin qəbulundan imtina etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, müddət onun tərəfindən üzrlü səbəbdən buraxılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə müddətin buraxılıb-buraxılmaması, yaxud buraxilıbsa buraxılma səbəbinin üzrlü olub-olmamasına münasibət bildirmədən aşağıdakıları qeyd edir. İPM-in 87.4-cü maddəsinə görə apellyasiya mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı cavabdehi lazımi qaydada məlumatlandırmamışdır. Cavabdeh 7 noyabr 2019-cu il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasının keçirilməsi məqsədi barədə (apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmamışdır. Apellyasiya məhkəməsi göndərdiyi bildirişdə apellyasiya şikayəti üzrə məhkəmə iclasının 7 noyabr 2019-cu il tarixə təyin edilməsini bildirmiş, bildirişdə apellyasiya şikayəti müddət ötürülməklə v erildiyindən mümkünlük məsələsinə baxılması qeyd edilmişdir. Mümkünlüklə bağlı hüquqi nəticələr cavabdehə izah edilməmişdir. Dinlənilmə hüququnun təmin edilməsi tələbi mühüm əhəmiyyət daşıyır. Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun üçün məhkəmə proses iştirakçılarını icraatın mərhələsi, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə şəkildə məlumatlandırmalıdır ki, onlar bununla bağlı məzmun baxımdan münasibət bildirə bilsinlər. Bəhs olunanlara əsasən məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı vəziyyətdə apellyasiyanın mümkünlüyü ilə bağlı lazımi qaydada məlumatlandırılmayan cavabdehin dinlənilmə hüququ pozulmuş, nəticədə o, Azərbaycan Respubl ikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlığının məhkəmədə müdafiəsinə təminat verilməsi hüququndan istifadə edə bilməmişdir. İPM-in 92.0.3-cü maddəsinə əsasən proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda, məhkəmə qərardadı kassasiya qaydasında ləğv olunmalıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin 7 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.4, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2623/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin aparılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-452/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-452/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver