Məhkəmə qərarları › İş №2-1(102)-452/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-452/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-452/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, onun vəkili Vəkil və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tə ləbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2-1(105)-467/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı onun 1992-ci ildə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsində xidmət edərkən döyüş bölgəsinə ezam olunduğunu əsas gərirərək, ona müharibə veteranı adının verilməsı barədə cavabdeh Azərbaycan Respubılikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh onun Beyləqan rayonuna ezam olunduğunu, həmin bölgənin isə döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına daxil edilmədiyini bildirərək ona imtina cavabı vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci i nstansiya məhkəməsindəki icraat

2. İddiaçı 2020-ci il 24 fevral tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ilin iyun ayında Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsində polis nəfəri kimi xidmət etməyə başlamış və 2007-ci ildə səhhətində yaranan problemlə əlaqədar təqaüdə çıxmışdır. Xidmət etdiyi dövrdə Bakı-X7 Mühafizəsi üzrə X3 13.04.1994-cü il tarixli 75 ş/h saylı əmri ilə 14.04.1994-cü il tarixdən 10 gün müddətində Füzuli rayonuna ezam olunmuşdur. Əmrdə də Füzuli rayonu yazıldığını, lakin üstündən xətt çəkilərək “Beyləqan” yazıldığını görmüşdür. Faktiki olaraq Fü zuli rayonunda döyüş əməliyyatlarında iştirak etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-773/2020 saylı 16 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qərarını “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə əsaslandırmış və bildirmişdir ki, həmin qərara əsasən Beyləqan rayonunun adı döyüş əməliyyatları aparılan bölgələrin sırasına daxil edilməmişdir.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2-1(105)-467/2020 nömrəli qərarı ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), E.Əhmədov və F.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərinə görə, X8 X2 Polis Alayında xidmət etdiyi dövrdə Alay komandiri polis polkovnik-leytenantı A.M.Musayevin 75 ş/h saylı,13.04.1994-cü il tarixli əmri ilə 14.04.1994-cü il tarixdə 10 gün müddətinə 15 nəfər polis əməkdaşı ilə birlikdə Füzuli rayonuna - Horadiz döyüş bölgəsinə ezam olunmuşlar və X4 rəhbərləri olmuşdur. Çap üsulu ilə yazılmış 75 ş/h saylı, 13.04.1994-cü il tarixli əmrdə naməlum səbəbdən ’’Füzuli" rayonu adının üzərindən qələmlə "Beyləqan" rayon adına düzəliş edilmişdir. Həmin dövrdə Beyləqan rayonu döyüş bölgəsi olmadığına görə polis əməkdaşları Beyləqan rayonuna ezam oluna bilməzdilər. Əmrə əsasən 15 nəfər polis əməkdaşı 14.04.1994-cü il tarixdə 10 gün müddətinə bilavasitə Füzuli rayonunun Horadiz döyüş bölgəsinə ezam olunmuşlar. 75 ş/h saylı, 13.04.1994-cü il tarixli əmri ilə həqiqətən Beyləqan rayonuna ezam olunmuşlarsa, o zaman əmrin üzərində "Düzəlişə inanmalı" sözləri yazılmalı və möhürlə təsdiqlənməli idi. Alay koman diri A.M.Musayevin 75 ş/h saylı, 13.04.1994-cü il tarixli əmrinin əslini isə ona vermirlər. Həmin əmrin üzərində düzəliş edilməsi qeyri-qanunidir, mövcud qanunvericiliyə uyğun deyil və cavabdeh orqanın vəzifəli şəxsləri tərəfindən konstitusion hüquq və əsas azadlıqlarının pozulması deməkdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

12. Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Veteranlar haqqında” Qanun Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə

7. Veteran adlarının və vəsi qələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

18. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmişdir).

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və y a döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən h ərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi ( qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

14. Azərbaycan Respublikasl İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 15.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkə mə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Belə ki, iş materiallarına əsasən iddiaçı iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun Mühafizəsi üzrə Polis şöbəsi tərəfindən verilmiş 13.02.2006-cı il tarixli 27 saylı arayışa istinad edərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmin arayışla müəyyən olunur ki, iddiaçı 14 aprel 1994-cü il tarixdən 10 gün müddətinə Beyləqan rayonuna döyüş bölgəsinə ezam olunmuşdur. İddiaçı iddia edir ki, arayışda ilkin olaraq Füzuli rayonu qeyd olunmuş, lakin sonradan arayışa düzəliş edilərək Füzuli rayonu əvəzinə Beyləqan rayonu qeyd olunmuşdur.

19. Cavabdeh isə ona əsaslanmışdır ki, iddiaçının 14.04.1994-cü il tarixdən 10 gün müddətində Beyləqan rayonuna ezam olunduğu qeyd edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı Qərarına əsasən Beyləqan rayonu döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına daxil deyildir.

20. Kollegiya bildirir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində müharibə veteranı adının verilməsi üçün şərtlərdən biri kimi 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək olan dövrdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunma müəyyən edilmişdir. Həmçinin bu fakt, daxili işlər orqanları tərəfindən verilmiş arayışlar, şəxsi iş, hərbi bilet, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərlə təsdiq olunmalıdır.

21. İş materiallarında olan sənədlərdə iddiaçının 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması müəyyən olunmur. Göründüyü kimi, cavabdeh iddiaçının müra ciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

22. İddiaçının döyüş bölgəsinə ezam olunması barədə alay komandirinin 75 ş/h saylı,13.04.1994-cü il tarixli əmrində ezam olunduğu “Fizuli” rayonun üzərində düzəliş edilməklə sonradan “Beyləqan” yazılması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, bu düzəlişin həqiqəti əks etdirməməsi barədə nəticəyə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə füzgün nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2-1(105)-467/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar