Məhkəmə qərarları › İş №2-1(102)-452/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-452/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-452/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faktiki istifadədə olan qarajın sənədləşdirilməsi barədə inzibati aktın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi) “faktiki istifadədə olan qarajın sənədləşdir ilməsi barədə inzibati aktın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 noyabr tarixli, 21(103)-2544/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Səbail rayonu, T.Elçin küçəsi, 7 saylı yaşayış binasının qarşısında faktiki istifadəsində olan daş qarajın onun adına sənədləşdirilməsi barədə inzibati aktın qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən 1 yanvar 2001-ci il t arixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılmasına və addan-ada dəyişdirilməsinə yerli İcra Hakimiyyəti orqanları tərəfindən sərəncam verilmir. Bu sahələr üzrə verilən sərəncamlar isə qeyri-qanuni hesab edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 25 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Səbail rayonu, T.Elçin küçəsi, 7 saylı yaşayış binasının qarşısında qanuni əsaslarla tikilmiş və 15 ildən artıq faktiki istifadəsində olan daş qarajın İddiaçı adına sənədləşdirilməsi barədə inzibati aktın - sərəncamın qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 20 05-ci ildən indiyə qədər faktiki istifadəsində olan daş qarajın adına sənədləşdirilməsi barədə sərəncam qəbul edilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmişdir. Səbail rayonu (keçmiş 26 Bakı komissarı adına) İcraiyyə Komitəsinin 18 sentyabr 1991-ci il tarixli, 18/3415 saylı qərarı ilə vətəndaşlar X5 və X1 Niyazi (indiki T.Elçin) küçəsi, 7 saylı binanın qarşısında xüsusi avtomobil saxlamaq üçün qaraj quraşdırılmasına icazə verilmişdir. Qarajların yerləşmə sxemi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12 sentyabr 1991-ci il tarixli, 18/02-6/646 saylı məktubu ilə razılaşdırılmışdır. Yerləşmə cizgisində 2 nömrəsi ilə işarələnmiş qaraj X5 məxsus olmuşdur. Qarajın quraşdınlmasına icazə sənədlərini aldıqdan sonra İlqar Ocaqov yerləşmə cizgisinə uyğun sahədə qaraj tikintisi üçün 1991-c i il 26 oktyabr tarixdə Bakı şəhər İcraiyyə Komitəsi yanında Xüsusi Təmir- tikinti İdarəsinə sifariş vermiş və həmin sifariş əsasında 1991-ci il 6 noyabr tarixdə tikinti idarəsi qarajın tikintisini başa çatdıraraq sifarişçiyə təhvil vermişdir. Uzun müddət ərzində həmin daş qaraj İlqar Ocaqovun istifadəsində olmuş, lakin yaşadığı mənzil satıldıqdan sonra o qarşılıqlı razılıq əsasında özünə məxsus olan daş qarajı iddiaçının istifadəsinə vermiş və qeydiyyatdan çıxaraq başqa yaşayış ünvanına köçmüşdür. X5 məxsus olmuş həmin daş qarajın 2005-ci ildən bu günə qədər iddiaçının faktiki istifadəsində olduğunu 58 saylı MKİS tərəfindən təsdiq olunmuş qonşuların imzaladığı 15 noyabr 2017-ci il tarixli akt bir daha təsdiq etmişdir. Eyni zamanda, 58 saylı MKİS tərəfindən vəkil sorğusuna verilmiş 2020-ci il 20 may tarixli, 102 saylı arayışdan da görünür ki, sözügedən daş qarajı faktiki olaraq ona satmış X8 yaşadıqları mənzilin satılması ilə əlaqədar 1999-cu il 19 avqust tarixdə qeydiyyatdan çıxarılmışdır. Onların yaşamış olduqları mənzil isə 1999-cu il 6 avqust tarixli, 30/14515 saylı qeydiyyat vəsiqəsinə əsasən X2 məxsusdur. Səbail rayon MKTB-yi tərəfindən verilmiş 2020-ci il 12 may tarixli mədaxil qəbzindən göründüyü kimi, 2005-ci ildən 2020-ci ilə qədər müddət üçün qarajdan istifadəyə görə istismar haqqı da iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında daş qarajın addan-ada keçirilməsinə və ya uzun illər qarajdan istifadə edən şəxsin adına sənədləşdirilməsi barədə inzibati akt qəbul edilməsinə heç bir məhdudiyyət qoyu lmamışdır. iddia tələbinə qarşı etirazları:

5. Cavabdeh və üçüncü şəxslər iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 29 iyul tarixli, 2-1(112)-1897/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan qaraja dair subyektiv hüququnu müəyyən edən sənəd Bakı şəhəri Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 2007-ci il 15 noyabr tarixdə təsdiq edilmiş aktdır. Lakin mübahisə predmeti olan qarajın iddiaçıya verilməsini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd yoxdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia t ələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 noyabr tarixli, 2-1(103)-2544/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı qaraj tikintisi üçün to rpaq sahəsi ayrılması barədə cavabdehə müraciət etməmişdir. İddiaçı müvafiq sərəncam əsasında tikintisi aparılmış daş qarajın sahibinin razılığı əsasında 2005-ci ildən faktiki istifadədə olan qarajın onun adına sənədləşdirilməsi barədə inzibati akt - sərəncam verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Məhkəmələrin istinad etdikləri qanunda isə inzibati aktın addan-ada dəyişdirilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Əksinə, ”İnzibati İcraat haqqında“ Qanunun tələbinə əsasən iddiaçının hazırda müraciəti əsasında cavabdeh tərəfindən əlverişli inzibati akt qəbul edilməli idi. İşə baxan məhkəmələr isə qanunvericiliyin tələblərinə riayət etmək əvəzinə, cavabdeh inzibati orqanın qanunsuz imtina cavabına istinad edərək iddia tələbinin təmin etməmişdir. b. kassasiya şikayətinə etirazın d əlilləri

13. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şi kayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv e dilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

18. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının hazırkı tələbini faktiki istifadəsində olan daş qarajın onun adına sənədləşdirilməsi, İ.V.Ocaqovun adından öz adına keçirilməsi, yəni 26 Bakı komissarı adına (indiki Səbail) İcraiyyə Komitəsinin 18 sentyabr 1991-ci il tarixli, 18/3415 saylı qərarının dəyişdirilməsi təşkil edir.

19. İş materiallarından göründüyü kimi 15 noyabr 2007-ci il tarixdə T.Elçin küçəsi ev 8 ünvanda yerləşən 13, 6 və 5 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən tərtib edilmiş və Bakı şəhəri Səbail Rayon Mənzil-Kommunal Təsə rrüfatı Birliyinin 58 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş Aktda 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin 18/İX-91-ci ildə verilən 18/3415 saylı qərarına əsasən T.Elçin küçəsi 7 saylı evin qarşısında yerləşən yığma dəmir qaraj T.Elçin küçəsi 8 saylı evin 38 saylı mənzilin keçmiş sakini X3 istifadəsində olması, 26/X-1991-ci ildə həmin yığma dəmir qarajın Bakı şəhər İcra Komitəsinin sifarişinə əsasən daş qarajla əvəz olunması, 2005-ci ildən vətəndaş X7 ona məxsus olan qarajı vətəndaş İddiaçı istifadəsinə verilməsi, həmin vaxtdan bu günə qədər qeyd edilən qarajın İddiaçı istifadəsində olması göstərilmişdir.

20. İşin materiallarına görə, iddia olunan daş qaraj T.Elçin küçəsi 8 saylı evin 38 saylı mənzilin keçmiş sakini X7 tərəfindən yeni daşınmaz əmlak kimi yarad ılmış, həmin daşınmaz əmlaka sahiblik və istifadə hüquqları həmin şəxsə məxsus olmuşdur. İ.Ocaqovun ona məxsus daşınmaz əmlaka hüquqlarını qanunla müəyyən edilmiş qaydada iddiaçıya güzəşt etdiyinə (ötürdüyünə, bu hüquqlardan iddiaçının xeyrinə imtina etdiyinə) dair müqavilə və ya digər sənəd yoxdur. Başqa sözlə, iddiaçı hazırkı tələbində yalnız həmin qaraja sahiblik faktına əsaslanır. Lakin bu sahibliyin özü qanuna əsaslanmır. Belə ki, əvvəlki sahibin iradəsini təsdiq edən sübut yoxdur (Mülki Məcəllənin 163.1-ci maddəsi).

21. Eyni ilə, iddia olunan qaraj tikilisinin cavabdehin sərəncamında (balansında) olduğuna dair məlumat yoxdur.

22. Beləliklə, cavabdehin iddiaçı qarşısında iddia olunan hazırkı məzmunda öhdəliyi yoxdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALD İ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 noyabr tarixli, 2-1(103)-2544/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar