Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-452/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak (bağ sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydə alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: x x.xx.1953; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: "xxxx" MMC və "xxxx" MMC) “bağ sahəsinə çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-47/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcraiyyə Komitəsinin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarı ilə 149 nömrəli bağ-tikinti kooperativinin tərkibi 26 nəfər təsdiq olunmuş və həmin qərarın 4 nömrəli əlavəsində kooperativin üzvü X3 göstərilmiş və ona 149 nömrəli kooperativ tərəfindən 0.12 ha torpaq sahəsi olan 3506 nömrəli bağın ayrılması üzrə 20 nömrəli order verilmişdir. 2. xx.xx.2000-ci il tarixdə X3 vəfat etmişdir. 3. 5 saylı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Xüsusi Notariusunun Azərbaycan respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 1899 saylı məktubunda xx.xx.2000ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, İ.Dadaşov küçəsi, ev 74, mənzil 16da yaşayan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunda ondan qalmış miras əmlaka dair vərəsəlik işi açıldığı və mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alaraq çıxarış və Forma N1 verilməsinin təmin edilməsi xahiş edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli, **********08 saylı imtina məktubu ilə bildirmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyətı yoxdur. Bundan başqa elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissə digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçının tələbi onunla əsaslandırılmişdir ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X2 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəs i uzun müddət mərhumun istifadəsində olmuşdur. Hal-hazırda mərhumun vərəsəsi kimi bağ sahəsi iddiaçının istifadəsindədir. Həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Lakin iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 3506 saylı bağ sahəsinin göstərilən ərizəyə aidiyyətı olmadığı və elektron kadastr məlumatlarına əsasən sahənin bir hissəsi digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-999/2019 nömrəli qərardadı ilə "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi q ərara alınmışdır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(82)999/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0.12 ha sahədən ibarət 3506 saylı bağ sahəsinin sahibliyi iddiaçının mərhum həyat yoldaşına məxsus olması iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsnin Bağlar təsərrüfatının inkişa fı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderi ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(103)-2497/2019 nömrəli qərarı ilə (hakimlər: E.Nağıyeva – sədrlik edən, V.Baxışova və H.Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış, 09 dekabr 2019-cu il tarixli, **********47 nömrəli cavab məktubunda 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı İlqar Hacıyev bildirmişdir ki, sözügedən bağ sahəsinə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Cavabdeh orqanın elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsinin "xxxx" MMC-yə aid olan ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
13. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının iş materiallarında olan xx.xx.2007-ci il tarixli, 285 saylı sərəncamına əsasən Sabunçu rayonu Nardaran qəsəbəsi nin şimal hissəsində 101 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış, həmin sərəncam və "xxxx" MMC-nin mülkiyyət hüquqlarının qeydiyyatı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi həmin sərəncamı nəzərə almayaraq, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyul 2020-ci il tarixli, 2-1(102)-1417/2020 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev – sədrlik edən, R.Nəbizadə və İ.Şəfiyev) kassasiya şikayəti təmin edilm iş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(103)-2497/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli bağ sahəsi yerləşmə koordinatlarının dəyişməsinə həqiqətən uğramışdırsa, o zaman bu faktın təsdiq edilib- edilməməsi üçün cavabdehin mühəndis-inventarlaşdırıcısı İlqar Hacıyevin rəyi və yenə cavabdeh tərəfindən təqdim edilmiş bağ sahələrinin cizgisi ilə kifayətlənmək olmaz. Bu məsələdə xüsusi bilik tələb edən müstəqil şəxsin, yəni, ekspertin cəlb edilməsi və ekspertiza təyin edilməsi mütləq şərtdir. İkincisi, apellyasiya instansiyası məhkəməsi yazır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli, 285 saylı sərə ncamına əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində 101 hektar torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış və mərhum G.Məmmədovanın istifadəsində olmuş bağ sahəsinin bir hissəsi "xxxx" MMC-nin ərazisinə düşür. Belə olan halda "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi zəruri olsa da, apelyasiya instansiyası məhkəməsi bunu etməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2020-ci il tarixli, 21(103)-1555/2020 nömrəli qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 21(103)-123/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşı sında aşağıdakı suallar qoyulmuşdur: - Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına uyğun olaraq X2 ayrılmış torpaq sahəsinin naturada faktiki ölçüsü nə qədərdir ? - X2 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatları Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşirmi, əgər yerləşirsə bu hansı tərəfdən və nə qədər təşkil edir? - Qeyd edilən torpaq sahəsi elektron bazada başqa fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçmişdirmi?
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına uyğun olaraq X1 naturada göstərdiyi torpaq sahəsinin 1206 kv.m. təşkil edir. Mütəxəssis rəyinə əsasən X2 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatları Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il t arixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmir və üst-üstə düşmə faktı qeydə alınmamışdır. Mütəxəssis rəyinə əsasən İddiaçı naturada istifadə etdiyi 0,12 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m.) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir.
20. İddiaçı apellyasiya baxışı zamanı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-47/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn – sədrlik edən, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişinə uyğun olaraq apellyasiya baxışı zamanı iş üzrə 2-1(103)- 123/2021 saylı, 03 dekabr 2021-ci il tarixl i qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyi ilə İddiaçı naturada istifadə etdiyi 0,2 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m.) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir. Həmçinin, X2 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatlarının Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmədiyi və üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ilə sxematik xəritə arasında uyğuns uzluqla bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı u yğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 68-ci maddələrinə, “Torpaq islahatları haqqında” Qanunun 10-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 11.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:
3. Xidmətin vəzifələri... 3.0.29. vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğ unsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək;...
27. İnzibati-Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzib ati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəs ində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol veri lmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliy i və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
31. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi, Ləhiş bağ massivində yerləşən və 149 BTKyə məxsus 3506 saylı bağ sahəsi üzərində hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsidir.
32. Cavabdeh iddiaçının tələbini təmin edilməsindən imtina edərkən iddiaçının tələb etdiyi bağ sahəsinin yerləşməsi sxema tik xəritə ilə uyğunsuzluq təşkil etməsini, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyətı olmamasını və elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissə digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşməsini qeyd etmişdir.
33. İşə baxmış apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişinə uyğun olaraq tikinti-texniki ekspertizası təyin etmiş, keçirilmiş ekspertiza nəticəsində iddiaçının göstərdiyi torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmədiyi və üst-üstə düşmədiyi müəyyən edilmişdir.
34. Həmin rəyi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.29-cu maddəsinin tələblərini əsas tutaraq apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
35. Göstərilənlər ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin ətraflı araşdırılması üçün ekspertizanın qarşısında qoyulan suallar natamam olmuş və alınmış ekspertiza nəticəsi hazırkı işin düzgün həll edilməsi üçün kifayət etmir.
36. Belə ki, apellyasiya məhkəməsi tərəfindən ekspertiza təyin edilib və iddiaçının göstərdiyi və iddia olunan torpaq sahəsinin digər torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilsə də, lakin cavabdehin imtinasının digər səbəbi olan məsələ aydınlaşdırılmamış və iddiaçının iddia etdiyi və göstərdiyi torpaq sahəsinin 149 nömrəli BTK-nın hüdudları daxilində olub-olmaması müəyyən edilməmişdir.
37. Halbuki, işə əlavə olunmuş (2-ci cild, 163 səh.) xəritədən görünən odur ki, iddiaçının iddia olunan və göstərdiyi bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və işə əlavə olunmuş 14 9 nömrəli BTK-ya məxsus olan torpaq sahəsindən kənarda yerləşir.
38. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.29-cu maddəsində qeyd olunmuşdur ki, Xidmətin vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək ö hdəliyi var.
39. Həmin maddi hüquq normanın tələbləri baxımından cavabdehin uyğunsuzluğun aradan qaldırılması vətəndaşın qanuni istifadəsindəki bağ sahələrinin 149 nömrəli BTK-in koordinatları çərçivəsində torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqların aradan qaldırılmaqla rəsmiləşdirmək öhdəliyi nəzərdə tutur.
40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yalnız 149 nömrəli BTK-nın hüdudları daxilində yerləşən torpaq sahəsinə iddia edə bilər.
41. İddiaçının rəsmiləşdirmək tələb etdiyi torpaq sahəsinin isə 149 nömrəli BTK-ya ayrılmış torpaq sahəsinə aidiyyəti və iddiaçının qanuni istifadəsində olması işin hallarından müəyyən olunmur.
42. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış, həmin istiqamətdə müvafiq araşdırma aparmam ış və iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan qərar qəbul etmiş, bununla da hazırkı qərarın 26 a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
43. Məhkəmənin işin hallarını bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
44. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-47/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
45. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları araşdırmalı və Ali Məh kəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq 149 nömrəli BTK-ın sxematik xəritənin çərçivəsində olan 3506 nömrəli bağın koordinatlarını müəyyən etməli, iddiaçının rəsmiləşdirilməsi tələb olunan bağ sahəsinin həmin koordinatlara uyğun olmasını müəyyən etməli, 3506 nömrəli bağ sahəsinin koordinatları hər hansı bir şəxsin adına qeydə alınıb-alınmaması üzrə araşdırma aparmalı və bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.29-cu maddəsinin tələblərinə uyğun qərar qəbul etməlidir.
46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikay ət iddianın təmin edilməməsi tələbinə dair hissədə təmin oluna bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-47/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.